Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-393/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: 23.04.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı, cavabdeh Xidmətinin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinə qarşımaddi və mənəvi zərərin əvəzinin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şöbənin 04 oktyabr 2011-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçıya vurduğu maddi zərərə görə maddi zərərə görə 8.100, mənəvi zərərə görə 30.000 manat, cəmi 38.100 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qərardadı ilə (h akim R.Məcidov; iş № 2-1(84)-289/2018) iddianın “cavabdehin 04.10.2011-ci il tarixli qərarının qanunsuz hesab edilməsi” tələbinə dair hissəsinin mümkün sayılmaması qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qərarı ilə (hakim R.Məcidov; iş № 2-1(84)-289/2018) iddianın qismən təmin edilməsi; cavabdeh şöbədən maddi zərərə görə 1.666 manat pulun alınaraq iddiaçıya ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən M.Hüseynov, hakimlər R.Əliyev və İ.Şükürov; iş № 2-1(107)-436/2018) cavabdeh şöbə və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 05 iyun 2018-ci i l tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır. Belə ki, işin materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, h azırki iş üzrə 1.666 manat vurulmuş maddi ziyana görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış ziyana görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdehin vəkili Z.Abbasov kassasiya şikayəyinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh şöbənin nümayəndəsi Ş.Əliyev vəkilin dediklərinə uyğun izahat vermişdir Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiklərindən məhkəmə kollegiyası tərəfindən onlara çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəm əsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçının anadangəlmə sol böyrəyi yoxdur. O, 2011-ci ildə Zərdab rayon Hərbi Komissarlığında tibbi müayinədən keçmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçı 04.10.2011 -ci il tarixdən N saylı hərbi hissədə xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 12.03.2013-cü il tarixli 75 nömrəli əmrinə əsasən xidmət müddəti başa çatdığından 04.04.2013-cü il tarixdə ehtiyata buraxılmışdır. O, hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra gizir kimi hərbi xidmətini davam etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, sonuncu bundan imtina edərək bildirmişdir ki, hərbi-həkim komissiyası tərəfindən aparılan yoxlamalar zamanı onun sol böyrəyinin olmaması məlum olmuşdur. Bu səbəbdən də, xidmətə yararsız olduğundan o, kontrakt əsasında hərbi xidmətə qəbul edilməmişdir. İddiaçı şikayət ərizəsi ilə cavabdeh şöbəyə müraciət etmiş, sonuncu cavab olaraq 26.10.2015-ci il tarixli İ/3451 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamədə səhhəti ilə əlaqədar şikayət bildirməyən vətəndaşlara daxili orqanların ultrasəs müayinəsinin aparılması (məcburi) nəzərdə tutulmamışdır. Böyrəklərin anadangəlmə inkişaf qüsurunun aşkarlanması yalnız daxili orqanlıarın ultrasəs müayinəsi zamanı mümkündür. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 aylı 29.02.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən, hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasını n Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və müvafiq qurum və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə keçirilir; Həmin Əsasnamənin 2.1-ci maddəsinə əsasən, ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir; Həmin Əsasnaməni n 2.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər; Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. Dövlət səhiyyə sistemi müəssisələrinin rəhbərləri ilə ra zılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir. Həmin Əsasnamənin 8.3-cü bəndinə əsasən, «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın kateqoriyaları nəzərdə tutulmuşdur, o cümlədən «D» - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Əsasnamədə bir böyrəyin olmaması D - bəndinə aid edilmişdir. Göründüyü kimi, hərbi-həkim ekspertizasının keçirilməsinin məqsədi eyni zamanda sülh və müharibə dövrlərində Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə Azərbaycan Respublikası vətəndaşları nın sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və müvafiq orqanlarda xidmətə yararlılıq kateqoriyasını müəyyən etməkdən ibarətdir. Yuxarıda adı çəkilən Əsasnaməyə əsasən, ilk dəfə hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir ki, xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçməlidir. İş üzrə müəyyən edilir ki, iddiaçının bir böyrəyi olmasa da, O, 2011-ci ildə cavabdeh şöbənin huquqi varisi olduğu Zərdab rayon Hərbi Komissarlığı tər əfindən hərbi xidmətə çağırılmışdır və bu zaman sonuncu adı çəkilən Əsasnamənin tələblərinə müvafiq çağırışçıların şəhadətləndirməsini təmin etməmiş, iddiaçını şəhadətləndirmədən əvvəl diaqnostik müayinələrdən keçirməmiş və nəticədə bir böyrəyi olmayan, hərbi xidmətə yararsız olan iddiaçını hərbi xidmətə yararlı hesab edərək onu hərbi xidmətə göndərmişdir. Göründüyü kimi, istinad edilən Əsasnamənin tələbləri baxımından iddiaçının hərbi xidmətə aparılması qanusuz olmuşdur ki, bunun da məsuliyyəti cavabdeh şöbənin üzərinə düşür. Cavabdeh şöbə özünün müdafiəsi üçün “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın 62-ci maddəsinə istinad etməklə, həmin maddəyə əsasən, çağırışçıların yalnız dörd müayinədən keçirilməsi (döş qəfəsəsi orqanlarının flüoqrafiya müayinəsi, qanın ümumi analizi, sidiyin ümumi analizi, bədən çəkisi və boy ölçüsü) nəzərdə tutulduğunu və iddiaçının məhz, həmin müayinələrdən keçirildiyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 25.07.2014-cü il tarixli 65 nömrəli əmrindən sonra çağırışçıların ultrasəs müayinəsindən də keçirilməsinə başlandığı bildirmişir. Lakin bu dəlilər ona görə əsaslı sayıla bilməz ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarından üstün qüvvəyə malikdir. Konstitusiyanın 149-cu maddəsinin Vl-cı bəndinə əsasən isə, mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərm anlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Göründüyü kimi, təlimat, mərkəzi icra hakimiyyəti orqanının əmri və ya əmri ilə təsdiq edilmiş təlimatın tələbləri Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Vətəndaşların şəhadətləndirməsinin üsul və vasitələrinin mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaları Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin tələblərinə zidd ola və onun müəyyən etdiyi qaydalara uyğun olmayan qaydalar müəyyən edə bilməz. Əsasnamənin tələbləri daha üstün qüvvəyə malik olmaqla yanaşı, Əsasnamə ilə müəyyən edilmişdir ki, vətədaşların şəhadətləndirilməsi cavabdeh tərəfindən həyata keçirilməklə, şəhadətləndirmədən əvvəl vətəndaşlar diaqnostik müayinəl ərdən keçməlidir. Bu müayinələr yalnız xidmətə yararlı vətəndaşların çağırılması və aparılması məqsədini daşıyır ki, qaydalarda, təlimatlarda və ya hər hansı normativ xarakterli aktlarda olan boşluqlar cavabdeh şöbənin qanunsuz əməllərinə haqq qazandıra bilməz və hərbi xidmətə yararsız vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Beləliklə, cavabdeh şöbənin hüquqi varisi olduğu Zərdab rayon Hərbi Komissarlığının iddiaçını hərbi xidmətə cəlb etməkdə olan hərəkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də cavabdeh şöbə iddiaçıya dəyən zərərin əvəzini ödəməlidir. İddiaçı ona dəymiş maddi zərərin məbləğini hər gün üçün 15 manat həddində müəyyən etsə də, hərbi xidmətə getməsəydi məhz həmin məbləğdə pul qazanacağı barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, i ddiaçı hərbi xidmət müddətindən dövlət təminatında olmuş və onun zəruri maddi ehtiyacları dövlət hesabına qarşılanmışdır. Bu səbəbdən də, iddiaçının iddia tələbinin maddi zərərlə bağlı dəlilləri əsaslı olmasa da, lakin onun cavabdehdən hərbi xidmətə yararlı olmadan həqiqi hərbi xidmətə cəlb edilməsi ilə əlaqədar çəkdiyi maddi məhrumiyyətlərə görə xidmətdə olduğu müddətin hər ayı üçün minimum əmək haqqı həcmində pul təzminatı tələb etməyə və almağa haqqı vardır. Belə ki, iddiaçı hərbi xidmətə getməsəydi hər ay azı minimum əmək haqqı məbləğində pul qazana və özünün zəruri maddi ehtiyaclarını hərbi xidmət rşəraitində olduğundan daha yaxşı təmin edə bilərdi, buna onun fiziki imkanları da kifayət edir. Bu səbəbdən də, iddiaçıya dəymiş maddi ziyana görə onun xeyrinə cavabdeh şöbədən 1.666 mana t pul vəsaiti tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı hərbi xidmətə getdiyi 2011 -ci ilin oktyabr və noyabr aylarında minimum əmək haqqının məbləği 85 manat, dekabr ayında 93,50 manat, 2012-ci ildə 93,50 manat və 2012-ci ilin yanvar, fevral və mart aylarında 93,50 manat təşkil etmişdir ki, həmin məbləğlərin cəmi 1666 (85 x 2 = 170, 93,50 x 16 = 1496, cəmi 1666) manat təşkil edir. Eyni zamanda iddianın “mənəvi zərərə görə 30.000 manat pulun cavabdehdən tutulması tələbinə dair" hissəsi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Resp ublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" 31.05.2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarını n pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi və ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edi lir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olmadığından qəbul edilməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsa sında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-393/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-393/2019
23.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver