Məhkəmə qərarları › İş №2-1(102)-393/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-393/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-393/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRAR (açar sözlər: Nərimanov RİH Başçısının xx.xx.1995-ci il tarixli 544 nömrəli sərəncamı ilə X7 2 otaqlı, yaşayış sahəsi 29,24 kv.m. olan 20 nömrəli mənzil iddiaçı nəzərə alınmaqla,mənzil qanunvericiliyində nəzərdə tutulmuş yaşayış sahəsinorması həddində verilmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, N.Əhmədovun katibliyi, İddiaçı vəkili Vəkil qızının, cavabdeh Bakı şəhəri Cavabdehin nümayəndəsi X8 və vəkili X1 iş tirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı mənzillə təmin edilmə öhdəliyinin cavabdehə həvalə edilmə tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2219/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1991-ci il tarixli, 247-Xİİ nömrəli “Daimi yaşayış evlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” qərarının 4-cü bəndində veril ən tapşırıqla əlaqədar yaradılmış Azərbaycan Respublikası Ali Sovetinin Komissiyasının xx xxxx 1992-ci il tarixli 3-İİ saylı qərarına əsasən ona mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)438/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1991 -ci il tarixli 247-Xİİ nömrəli “Daimi yaşayış evlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” qərarının 4-cü bəndində verilən tapşırıqla əlaqədar yaradılmış Azərbaycan Respublikası Ali Sovetinin komissiyasının xx xxxx 1992-ci il tarixli 3-İİ saylı qərarına əsasən İddiaçı 1 otaqlı mənzillə təmin edilməsi öhdəliyi Bakı şəhəri Cavabdehin üzərinə qoyulmuşdur (hakim – X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2219/2019 saylı qərarı ilə (sədrlik edən V.Ə.Baxışova, hakimlər A.B.Nuriyeva və V.M.Ağayev) cavabdeh Bakı şəhəri Cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil qızı kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahat ları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmə mövcud qanunvericiliyin tələblərinə məhəl qoymayaraq işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, işin obyektiv araşdırmasına laqeyd yanaşmaqla Azərbaycan Respublikası İPM-nin 10,11,12,14,15, 58 və 68-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. İddiaçının vəkili Vəkil qızı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şə həri Cavabdehin nümayəndəsi X10 və vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil qızının və cavabdehin nümayəndəsi X10 və vəkili X1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2219/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Ermənistan qaçqınıdır, o, ailə üzvü (qardaşı) X9 ilə birlikdə Ermənistan Respublikasında olan 3 otaqlı mənzilini vəkalətnamə əsasında erməni ailəsi ilə Bakı şəhərində Gənclər dostluğu küçəsindəki 2 saylı evin sahəsi 47 kv.m olan 37 saylı (bəzi sənədlərdə 2 saylı qeyd edilmiş) 3 otaqlı mənzili ilə dəyişdirmiş, həmin mənzildə xx.xx.1989-cu ildən 1991-ci ilin iyul ayına kimi qeydiyyatsız yaşamış, Bağırovlar ailəsi 1991-ci ildə həmin mənzildən inzibati qaydada (mənzilə Nərimanov rayon İK tərəfindən xx.xx.1991-ci il tarixdə 1990-cı il 20 yanvar hadisələrində yaralanmış A.Şahbazov adlı şəxsə 4 nəfər ailə tərkibi ilə 017174 saylı order verilməsi əsası ilə) çıxarılmış və mənzil A.Şahbazova verilmiş, bundan sonra Nərimanov RİH Başçısının xx.xx.1996-cı il tarixli 654 saylı sərəncamı ilə İddiaçı adına S.Rəhman küçəsindəki 44 nömrəli evin 1 otaqlı 16.2 kv.m sahəsi olan 53 nömrəli mənzilinə order verilmiş, həmin mənzil onun tərəfindən özəlləşdirilmiş, xx.xx.1996-cı ildə mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, eyni zamanda iddiaçının qardaşı X7 ailə tərkibi bir nəfər olmaqla Nərimanov RİH Başçısının xx.xx.1995-ci il tarixli 544 nömrəli sərəncamı ilə Nərimanov rayonu F.X.Xoyski prospekti, 75 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 29,24 kv.m. olan 20 nömrəli mənzili verilmişdir. Apellyasiya məhkəməsi iddia tələbini təmin etməmiş və bu zaman ona istinad etmişdir ki, Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1991-ci il tarixli 247-Xİİ nömrəli qərarının icrasının təmini məqsədi ilə X7 Nərimanov RİH başçısının xx.xx.1995-ci il tarixli 544 nömrəli sərəncamı ilə Nərimanov rayonu, F.X.Xoyski prospekti, 75 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 29,24 kv.m. olan 20 nömrəli mən zili ailə tərkibi 1 nəfər (iddiaçı da nəzərə alınmaqla) olmaqla verilmiş, həmin qərarla X7 (bütövlükdə ailəyə) 29,24 kv.metrlik 2 otaqlı yaşayış sahəsi, Bakı şəhərində adambaşına düşən 8 kv.metrlik normadan daha çox olmaqla verilmiş, İddiaçı və ailəsi verilmiş yaşayış sahəsi ilə qane olmayaraq əlavə yaşayış sahəsinin verilməsində iddialı olmuş və Nərimanov RİH Başçısının xx.xx.1996-cı il tarixli 654 nömrəli sərəncamı ilə İddiaçı adına S.Rəhman küçəsindəki 44 nömrəli evin 1 otaqlı mənzili verilmiş, Bakı şəhər Nərimanov rayon Prokurorluğu mənzil qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Nərimanov RİH başçısının xx.xx.1006-cı il tarixli 654 nömrəli sərəncamında yol verilmiş qanun pozuntularının aradan qaldırılması barədə ümumi nəzarət qaydasında protest verərək Nərimanov RİH ba şçısının xx.xx.1996-cı il tarixli 654 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmiş və Nərimanov rayon İHB-nın xx.xx.1998-ci il tarixli 978 saylısərəncamı ilə protestinicrası təmin edilərək iddiaçıyamənzil sahəsi verilməsi barədə xx.xx.1996-cı il tarixli, 654 nömrəli sərəncam və İddiaçıqeydiyyat vəsiqəsi ləğv edilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni hesab edir. Azərbaycan Respublikası Ali Sovetinin x xxxxxx 1991-ci il tarixli 247-Xİİ nömrəli “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə (yaşayış sahəsi) ilə təmin olunması haqqında” qərarında Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad edilməkdə məqsəd dolayısı yolla həmin vaxt erməni millətindən olan Azərbaycan SSR vətəndaşl arının üzürsüz səbəbdən 6 aydan çox müddətdə yaşayış sahələrindən başqa yerlərə köçmələri əsas götürülməklə, müvafiq icra hakimiyyəti orqanlarına, onların həmin yaşayış sahələrindən istifadə hüquqlarının itirilməsini təmin etməkdən və həmin mənzillərin boş mənzil fondu kimi qərarda qeyd edilən kateqoriyalar üzrə olan vətəndaşların istifadəsinə verilməsindən ibarət olmuşdur. Ermənistandan olan qaçqın ailələrinin Ermənistanda olmuş yaşayış otaqlarının sayının nəzərə alınması həmin qərarda nəzərdə tutulmamışdır. “Daimi yaşayış yerini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Azərbaycan Respublikası Ali Sovetinin xx xxxxxx 1991-ci il tarixli Qərarının 4-cü bəndində qeyd edilmişdir: Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinə tapşırılsın ki, Erm ənistanda daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların mənzillə təmin edilməsində qanun pozuntularının qarşısını almaq və mövcud sənədlərin yoxlanılmasında obyektivliyi təmin etmək məqsədilə 10 gün müddətində hüquqşünas xalq deputatlarından Qaçqınların işləri və başqa respublikalarda yaşayan Azərbaycanlılarla əlaqələr daimi komissiyasının üzvlərindən, Ədliyyə Nazirliyinin mütəxəssislərindən və respublika Qaçqınlar Cəmiyyətinin nümayəndələrindən ibarət komissiya yaradaraq ona həvalə etsin ki, Ermənistandakı evinin Bakı şəhərində dövlət və ya ictimai fondun mənzili ilə dəyişdirilməsi barədə 1990-cı il xxxx notarius qaydasında təsdiq edilən vəkalətnamə almış vətəndaşların sənədlərinin Bakı Şəhər Prokurorluğu tərəfindən yoxlanılmasını təşkil etsin və buna nəzarət etsin. Sənədləri d üz olan vətəndaşlar 2 ay ərzində daimi qeydiyyata alınsın. Komissiya sənədləri etibarsız sayılan vətəndaşların məsələlərini həll etmək üçün yoxlamanın nəticələri üzrə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Ali Sovetinə versin. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Daimi yaşayış yerini məcburi tərk etmiş vətəndaşların(qaçqınların) mənzillə təmin olunması haqqında” Azərbaycan Respublikası Ali Sovetinin xx xxxxxx 1991-ci il tarixli Qərarında öz əksini tapmış göstərişlər Ermənistanda daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların mənzil məsələləri ilə bağlı yaradılmış komissiyaya aid olmuş və həmin göstərişlərin icrası üçün qərarın özündə iki aylıq müddət müəyyən edildiyindən, məhkəmə tərəfindən həmin qərara istinad olunmaqla cavabdeh orqanın üzərinə hər hansı öhd əlik qoyula bilməz. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il xxxx 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyəti orqanının mənzil-kommunal sahədə vəzifələri nəzərdə tutulmuşdur. Həmin Əsasnamənin 3.9-cu bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir, qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür, müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir, mənzil fondunun və sosial-mədəni obyektlərin qış mövsümündə istis mara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür, yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir, istehsalat və məişət tullantılarının yığılması və daşınması işini təşkil edir, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görür, tullantılarla davranma qaydaları barədə şəxslərin məlumatlandırılmasını təmin edir. Əsasnamədə yerli icra hakimiyyəti orqanlarının qaçqınların mənzillə təmin edilməsi barədə vəzifə daşıdıqları nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Sovetinin xx xxxxxx 1991-ci il tarixli Qərar ına uyğun olaraq Nərimanov RİH Başçısının xx.xx.1995-ci il tarixli 544 nömrəli sərəncamı ilə İddiaçı qardaşı X7 Nərimanov rayonu F.X.Xoyski prospekti, 75 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 29,24 kv.m. olan 20 nömrəli mənzilinin 1 nəfər ailə tərkibi ilə (iddiaçı nəzərə alınmaqla), həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyində nəzərdə tutulmuş mənzil sahəsi norması həddində verildiyini, həmin qərarda qaçqın ailəsinin hər bir üzvünə ayrıca mənzil verilməsi, o cümlədən mənzil dəyişmə sənədləri etibarsız sayılmış qaçqınlara yerli icra hakimiyyəti orqanları tərəfindən dəyişdikləri mənzillərin sahəsinə və otaqlarının sayına uyğun mənzillərin təqdim edilməsinin nəzərdə tutulmadığını, qaçqın ailələrinin həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 40-cı maddəsi ilə müəyyən edilmiş mənzil sahəsi norması çərçivəsində (adambaşına 12 kv.m) lakin, adambaşına 8 kv.m.-dən az olmamaqla mənzillə təmin edildiklərini, iddiaçıya Nərimanov RİH Başçısının xx.xx.1996-cı il tarixli 654 saylı sərəncamı ilə əlavə 1 otaqlı mənzil verilməsinin prokurorluq tərəfindən aparılmış araşdırma zamanı qanunsuz hesab edildiyini və həmin sərəncamın və qeydiyyat vəsiqəsinin prokurorun protesti əsasında ləğv edildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)2219/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxxx 2019-cu il tarixli, 2-1(103)-2219/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar