Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-393/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması, şikayətə vəkilin orderinin əlavə edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinə qarşı ( xxxx, X3 və X4 üçü ncü şəxslər olmaqla) qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2412/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərardadından üçüncü şəxs xxxx tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cаvаbdеhə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07.04.2006-cı il tarixli 33/7 saylı, 07.04.2006-cı il tarixli 33/8 saylı qərarlarının, Maştağa Bələdiyyəsinin sədrinin 30.09.2005-ci il tarixli 16/13 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2021 saylı, 08 iyul 2021-ci il tarixli qərarı ilə (hakim:A.P.Oruczadə) iddia təmin edilmiş, Cavabdeh 07.04.2006-cı il tarixli 33/7 saylı, 07.04.2006-cı il tarixli 33/8 saylı qərarları, Maştağa Bələdiyyəsinin sədrinin 30.09.2005-ci il tarixli 16/13 nömrəli sərəncamı ləğv edilmişdir.
3. Məhkəmə qeyd etmişdir ki, torpaq sahələrinın istifadəyə və mülkiyyətə verilməsinə əsas olan bələdiyyə aktları qanunsuz olmuşdur. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, həmin bələdiyyə aktları ləğv edilməlidir.
4. İş üzrə üçüncü şəxs X4 birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-241 2/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: H.Ü.Həmidov və E.E.Nağıyeva) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2021 saylı 08.07.2021-ci il tarixli qərarı - üçüncü şəxs X2 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyə sədrinin 31.09.2005-ci il tarixli 16/13 saylı sərəncamı və həmin bələdiyyənin 07.04.2006-cı il tarixli 33/8 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə X1 iddiası mümkün sayılmamışdır.
6. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı X5 müvafiq iddianın verilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
7. Üçüncü şəxs xxxx apelyasiya instansiyası məhkəməsinin qərardadın dan kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
8. Üçüncü şəxs xxxxnın kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət vəkil tərəfindən tərtib edilib imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir.
9. Bununla əlaqədar verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxılması 08 fevral 2022-ci il tarixinə təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələ rə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiya nın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Bu Qərarın 10-11-ci bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
13. Üçüncü şəxs xxxxnın kassasiya şikayəti inzibati prosessual qanunvericilin tələblərinə uyuğun tərtib edilməmişdir. Odur ki, ona müvafiq məhkəmə bildirişi göndərilməklə kassasiya şikayətinin tərtib edilməsi ilə bağlı çatışmamazlıq diqqətinə çatdırılmış, verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazıl ı icraat qaydasında baxılacağı barədə məlumat verilməklə, həmin tarixədək göstərilən çatışmazlığın aradan qaldırılması (vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti təqdim edilməsi) təklif olunmuş, lakin bildirişdə qeyd olunan tarixədək həmin nöqsanlar aradan qaldırılmamışdır.
14. Məhkəmə tərkibi hesab edir ki, hazırkı halda üçüncü şəxs xxxxnın şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.
15. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2412/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərardadından üçüncü şəxs xxxx tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina ed