Məhkəmə qərarları › İş №2-1(102)-393/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-393/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-393/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1952-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pen siya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5.10.2022-ci il tarixli, 2-1(103)-1298/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1983-cü il tarixdən Qeyri-Standart avadanlıqların hazırlanması üzrə Mexaniki emalatxananın Keyfiyyətə nəzarət şöbəsinə rəis vəzifəsinə işə qəbul edilmiş, SSRİ Xüsusi Tikinti Quraşdırma Nazirliyinin xx.xx.1984-cü il tarixli 36 saylı əmrinə əsasən Qeyri-Standart avadanlıqların hazırlanması üzrə Mexaniki emalatxananın ləğv edilməsi və onun bazasında Bakı Stasionar Dərinlik Özülləri zavodunun yaradılması ilə əlaqədar olaraq xx.xx.198 4-cü il tarixdə işdən azad edilərək xx.xx.1984-cü il tarixdən Bakı Stasionar Dərinlik Özülləri zavodunun Keyfiyyətə Nəzarət şöbəsinə köçürmə yolu ilə rəis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdən zavodun Qaynaq laboratoriyasında mühəndis-texnoloq vəzifəsində, xx.xx.1989-cu il tarixdən isə Xalq istehlakı malları şöbəsində rəis vəzifəsində işləyərək xx.xx.1990-cı il tarixindən Bakı Stasionar Dərinlik Özülləri zavodunun bazasında “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin yaradılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdən “Şelflayihətikinti” Layihə Sənaye Tikinti X1 Malları şöbəsinə rəis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdən birliyin Qaynaq şöbəsinə 1-ci kateqoriyalı mühəndis-texnoloq vəzifəsinə keçirilərək, xx.xx.2002-ci il tarix ədək bu vəzifədə çalışmış, xx.xx.2007-ci il tarixdən H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətində 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdən zavodun Keyfiyyətə nəzarət sahəsinə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixədək bu vəzifədə çalışaraq işdən azad edilmiş, BOS Şelf MMC-də əmək müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdən Keyfiyyətə Nəzarət şöbəsində Keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2013-cü il tarixdə xitam verilmişdir.

2. Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 27 sentyabr 2019-cu il tarixli SOCAR**********30020123X00001 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, o, xx.xx.1983-cü il tarixdən ( Əsas: xx.xx.1983-cü il tarixli 195/K saylı əmr) Qeyri-Standart avadanlıqların hazırlanması üzrə Mexaniki emalatxananın Keyfiyyətə nəzarət şöbəsinə rəis vəzifəsinə işə qəbul edilmişdir. SSRİ Xüsusi Tikinti Quraşdırma Nazirliyinin xx.xx.1984-cü il tarixli 36 saylı əmrinə əsasən Qeyri-Standart avadanlıqların hazırlanması üzrə Mexaniki emalatxananın ləğv edilməsi və onun bazasında Bakı Stasionar Dərinlik Özülləri zavodunun yaradılması ilə əlaqədar olaraq xx.xx.1984-cü il tarixdə işdən azad edilərək (Əsas: xx.xx.1984-cü il tarixli 41/K saylı əmr) xx.xx.1984-cü il tarixdən Bakı Stasionar Dərinlik Özülləri zavodunun Keyfiyyətə Nəzarət şöbəsinə köçürmə yolu ilə rəis vəzifəsinə işə qəbul edilmişdir (Əsas: xx.xx.1984-cü il tarixli 3/K saylı əmr). Daha sonra, xx.xx.1988-ci il tarixdən zavodun Qaynaq laboratoriyasında mühəndis-texnoloq vəzifəsində (Əsas: xx.xx.1988-ci il tarixli 225/K saylı əmr), xx.xx.1989-cu il tarixdən isə Xalq istehlakı malları şöbəsində rəis vəzifəsində (Əsas: xx.xx.1989-cu il tarixli 182/K saylı əmr) işləyərək xx.xx.1990-cı il tarixdən Bakı Stasionar Dərinlik Özülləri zavodunun bazasında “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin yaradılması ilə əlaqədar ƏMnin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir (Əsas: xx.xx.1990-cı il tarixli 28/K saylı əmr). xx.xx.1990-cı il tarixdən “Şelflayihətikinti” Layihə Sənaye Tikinti X1 Malları şöbəsinə rəis vəzifəsinə işə qəbul edilmiş (Əsas: xx.xx.1990-cı il tarixli 99/K saylı əmr) və xx.xx.1993-cü il tarixdən birliyin Qaynaq şöbəsinə 1-ci kateqoriyalı mühəndistexnoloq vəzifəsinə keçirilərək (Əsas: x x.xx.1993-cü il tarixli 38/K saylı əmr), xx.xx.2002-ci il tarixədək bu vəzifədə çalışmış və ƏM-nin 69.3-cü maddəsinə əsasən işdən azad edilmişdir (Əsas: 02 09.2002-ci il tarixli 92/K saylı əmr). Sonradan o, xx.xx.2007-ci il tarixdən H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətində 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmiş (Əsas: xx.xx.2007-ci il tarixli 162/K saylı əmr) və xx.xx.2008-ci il tarixdən zavodun Keyfiyyətə nəzarət sahəsinə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir (Əsas: 01,03.2008-ci il tarixli 77/K saylı əmr). xx.xx.2012-ci il tarixədək bu vəzifədə çalışaraq ƏM-nin 69.3-cü bəndinə əsasən işdən azad edilmişdir (Əsas: xx.xx.2012-ci il tarixli 1784/K saylı əmr). Onun müxtəlif dövrlərdə Keyfiyyətə Nəzarət şöbəsində və X alq istehlakı malları şöbəsində işlədiyi şöbə rəisi, Qaynaq laboratoriyasında və Qaynaq şöbəsində işlədiyi mühəndistexnoloq, Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətində işlədiyi mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş peşə və vəzifələrə uyğun olmadığından, ərizədə iddia etdiyi kimi ona güzəştli şərtlərə arxiv arayışının verilməsi üçün heç bir əsas yoxdur.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-647/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh Bakı X2rşı əmək kitabçasında Bakı Dərin Özüllər Zavodunda işlədiyi müddətlər xx.xx.1988-xx.xx.1989-cu il və xx.xx.1993xx.xx.1998-ci il tarixlərin mühəndis-texnoloq deyil, əslində qaynaq üzrə usta vəzifəsinin olduğunu, həmçinin zavodun təhlükəsizlik, ekologiya və keyfiyyət (TEK) xidmətində işlədiyi xx.xx.2007-xx.xx.2009-cu il müddətinin yanlış olması, həmin illərdə TEK şöbəsində işlədiyi vəzifənin də mühəndis deyil, faktiki olaraq iş gününün 100 faizini zavodun sexlərində zərərli iş şəraitində işləmiş qaynaq üzrə nəzarətçi usta vəzifəsi olduğunu əmək kitabçasına qeyd olunaraq ona verilməsinin cavabdeh üzərinə vəzifə kimi qoyulması barədə iddiası təmin edilməmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

5. Cavabdehin 6 noyabr 2020-ci il tarixli, **********0 nömrəli imtina məktu bunda qeyd edilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə dair iddia tələbinin rədd edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3 mart 2020-ci il tarixli, 2(009)-647/2020 nömrəli qüvvəyə minmiş qətnaməsi vardır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin müraciət baxılmadan saxlanılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Dərin Özüllər zavodunda xx.xx.1988-xx.xx.1989 və xx.xx.1993-xx.xx.1998-ci il tarixlərdə işlədi yi mühəndis-texnoloq vəzifəsinin, həmçinin zavodun təhlükəsizlik, ekologiya və keyfiyyət (TEK) xidmətində işlədiyi xx.xx.2007xx.xx.2009-cu ildə mühəndis vəzifəsinin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya 57 yaşdan (xx.xx.2009-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Dərin Özüllər zavoduna 1983-cü ildə Texniki Nəzarət şöbəsi rəisi vəzifəsinə qəbul olunmuş, 2013-cü ildə işdən çıxmışdır. Zavodun qaynaq məktəbində işlədiyi müddətlər xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək və xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək istehsalatla bağlı zərərli iş şəraitində olduğundan iddiaçıya 5 il vaxtından əvvəl təqaüdə (pensiyaya) çıxmaq üçün arayış verilməlidir.

8. Zavod 1983-cü ildə işə düşərkən “Qaynaq məktəbi” layihə üzrə tikilməsinə baxmayaraq ştat cədvəlində “qaynaq laboratoriyası”, “usta” vəzifəsi isə “mühəndis texnoloq” kimi təsis edilmişdir. Baxmayaraq ki, sahəsi 1080 kv.m (36mx30m) olan sexdə (məktəbdə) eyni vaxtda 30-40 nəfər işçi qaynaqçılar və quraşdırıcılar 24 kabinada birbirindən təcrid olunmuş (individual) şəraitdə işləyən təlimçilər, bunlardan 17 nəfər əl qaynaqçısı, 7 nəfər yarım-avtomat, 6 nəfər avtomat qaynaq aparatlarında, 2-4 nəfər quraşdırıcı qazla kəsici əl və mexaniki (formalı kəsmə) üsulla kəsmə avadanlıqlarında təlim keçərək test imtahanlarından keçirilmişlər.

9. Zavodun qaynaq çubuqları istehsal edən sexindən gələn nümunələri partiyalar üzrə qaynaq edərək mərkəzi sınaq laboratoriyasına göndərilir. Həm də qaynaq çubuqlarının qaynaqlama xüsusiyyətləri yoxlanır və qiymət verilir, zavodun sexlərində işləyən qaynaqçı və quraşdırıcıların istehsalat bacarıqları və ixtisas dərəcələrini artırmaq üçün qaynaq məktəbinə göndərilən işçilərin təlimləri və test imtahanlardan keçməsini təmin edir. Həmin qaynaq laboratoriyasına 1998-ci ildə rəis təyin olunaraq, 2002-ci ildə Bos-Şelf firmasına köçürülmə yolu ilə təyin olunana qədər fəaliyyət göstərmiş, yanlış olaraq qaynaq laboratoriyası adlandırılan məktəb, ölçülərinə və iş prosesinə görə SOCARın hal-hazırda Qaradağ rayonunda fəaliyyət göstərən qaynaq məktəbindən 2-3 dəfə böyükdür. Həmin yer qaynaq məktəbi kimi 2001-ci ilin oktyabr ayından Dərin Özüllər zavodunun nəzdində yaradılmış, Bos-Şelf müəssisəsinə razılaşm a yolu ilə birgə istifadəyə icazə verilərək, iddiaçı da 2002-2007-ci il müddətlərində həmin firmaya köçürmə yolu ilə baş usta vəzifəsinə qəbul edilmiş və eyni işləri yerinə yetirdiyindən həmin firma tərəfindən iddiaçıya zərərli işə görə təqaüdə çıxmaq üçün lazım olan arayış və sənədlər təqdim olunmuşdur.

10. Bakı Dərin Özüllər Zavodunda xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci ilədək təhlükəsizlik ekologiya və keyfiyyət xidmətinə mühəndis vəzifəsində işlədiyi tarixdə əslində sexlərdə və sahələrdə zərərli iş şəraitində işləməyinə baxmayaraq, əmək kitabçasında əmrlə mühəndis olaraq qeyd edilmişdir. Bu, özlüyündə araşdırma predmetidir və orada çalışanların işlədiyi vaxt da zərərli iş hesab edilməlidir. İlk gündən zavodun işlədiyi bu şöbəsində 1983-cü ildən 1988-ci ilə qədər keyfiyyətə nəzarə t şöbəsinə rəhbərlik etmiş və həmin vəzifəyə Moskvadakı baş idarə tərəfindən təsdiq olunmuşdur. Cavabdehin etirazları:

11. Cavabdeh tərəfindən etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10377/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əsas dəlili – Bakı Dərin Özüllər Zavodunda işlədiyi xx.xx.1988-xx.xx.1989-cu il və xx.xx.1993-xx.xx.1998-ci il tarixlərin mühəndis-texnoloq deyil, əslində qaynaq üzrə usta vəzifəsi olması və zavodun təhlükəsizlik, ekologiya və keyfiyyət (TEK) xidmətində işlədiyi xx.xx.2007-xx.xx.2009-cu illərin yanlış olması, həmin illərdə TEK şöbəsində işlədiyi vəzifənin də mühəndis deyil, faktiki olaraq iş günün ün 100 faizini zavodun sexlərində zərərli iş şəraitində işləməsi faktı işəgötürən müəssisə olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2019cu il tarixli, SOCAR**********80020123X00076 nömrəli məktub ilə təkzib edilmiş, həmçinin də məhkəmə araşdırması zamanı heç bir sübutla təsdiq edilməmişdir.

14. Əksinə, iddiaçının həmin tələblə bağlı iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-647/2020 nömrəli qətnaməsi ilə rədd edilmiş, qərar qanuni qüvvəsini almışdır. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5.10.2022-ci il tarixli, 21(103)-1298/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10377/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

20. İddiaçı əlavə olaraq qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının əmək kitabçasında Bakı Dərin Özüllər Zavodunda xx.xx.1988-xx.xx.1989 və xx.xx.1993xx.xx.1998-ci il tarixlərdə mühəndis-texnoloq vəzifəsində, həmin zavodda xx.xx.2007xx.xx.2009-cu il tarixlərdə təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətində mühəndis vəzifəsində işləməsi barədə qeydin yanlış olması, həmin illərdə işlədiyi müddət ərzində zərərli iş şəraiti hesab edilən qaynaq üzrə usta vəzifəsində faktiki işləməyi nəzərə alınmamışdır. İddiaçının zərərli iş şəraiti hesab edilən qaynaq üzrə usta vəzifəsində faktiki işlədiyi yuxarıda qeyd olunan dövrlərlə birlikdə zərərli işə görə 15 ildən artıq zəruri staja malik olması təsdiq edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Cavabdeh k assasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1298/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olu nduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməs inin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi v ə əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

26. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat onun Bakı Dərin Özüllər Zavodunda xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1993-xx.xx.1998-ci il və xx.xx.2007-xx.xx.2009-cu il tarixlərdə işlədiyi müddətin güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına daxil edilməsindən ibarətdir.

27. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır.

28. Güzəştli iş stajına gəldikdə isə, iddiaçı bəyan edir ki, onun güzəştli iş stajı Bakı Dərin Özüllər Zavodunda işlədiyi xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1993-xx.xx.1998-ci il və xx.xx.2007-xx.xx.2009-cu il tarixlərdəki iş stajı da daxil edilməklə 15 ildən çoxdur.

29. Bunun əksinə olaraq, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 27 sentyabr 2019-cu il tarixli SOCAR**********30020123X00001 nömrəli məktubunda da göstərilmişdir ki, iddiaçının müxtəlif dövrlərdə Keyfiyyətə Nəzarət şöbəsində və Xalq istehlakı malları şöbəsində işlədiyi şöbə rəisi, Qaynaq laboratoriyasında və Qaynaq şöbəsində işlədiyi mühəndis-texnoloq, Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətində işlədiyi mühəndis vəzifələri (iddiaçının mübahisələndirdiyi illər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş peşə və vəzifələrə uyğun olmadığından, ər izədə iddia etdiyi kimi ona güzəştli şərtlərə arxiv arayışının verilməsi üçün heç bir əsas yoxdur.

30. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçı hazırkı iş üzrə mübahisələndirdiyi dövrlərdə işlədiyi vəzifələrin zərərli iş şəraitində işləmiş qaynaq üzrə usta və qaynaq üzrə nəzarətçi usta vəzifələri kimi əmək kitabçasına qeyd olunması ilə bağlı cavabdeh Bakı X2rşı iddia qaldırmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-647/2020 nömrəli qətnaməsi iddiası rədd edilmişdir.

31. Cavabdehin də imtinası məhz qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-647/2020 nömrəli qətnaməsinin mövcudluğuna əsaslanmışdır.

32. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır.

33. İddiaçının Bakı Dərin Özüllər Zavodunda xx.xx.1988-xx.xx.1989, xx.xx.1993xx.xx.1998 və xx.xx.2007-xx.xx.2009-cu il tarixlərdə işlədiyi vəzifələr barədə əmək kitabçasındakı qeydlərin yanlış olması və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin illərdə işlədiyi müddətin faktiki olaraq zərərli iş şəraiti hesab edilən qaynaq üzrə usta vəzifəsinə aid edilməsinin nəzərə alınmaması barədə dəlilləri əsassızdır. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayə tin təmin olunması üçün əsaslar yoxdur.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5.10.2022-ci il tarixli, 21(103)-1298/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar