Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-393/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyin müddətsiz təyin edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2103/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət ed ərək, əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh 14 oktyabr 2022-ci il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 12.1-ci maddəsinin tələblərinə əsasən ona xx.xx.2015-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixində əlillik müddətinin bitməsi ilə əlaqədar pensiyanın ödənişi dayandırılmışdır. Sözügedən Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır.
3. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum mə bləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci i! iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 63 yaş 6 ay müəyyən edilib.
4. Qeyd olunanlara əsasən ona xx.xx.2021-ci il tarixindən (hüququnun yarandığı xx.xx.2018-ci il tarixində qüvvədə olan tələbləri nəzərə alınmaqla) yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda pensiya ödənişi 463,19 manat məbləğində olmaqla davam etdirilir. 5. xx.xx.2022-ci il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, X2 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən aktiv əlillik dərəcəsi olmadığı üçün yaşa görə əmək pensiyası növündən əlilliyə görə pensiya növünə keçirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. Həmçinin ona yaşa görə əmək pensiyası təyin olunarkən müəyyən olunmuş pensiya məbləği (447,96 manat, hazırda Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla 463,19 manat) əlilliyə görə ödənilən sonuncu pensiya məbləğindən (xx.xx.2021-ci il tarixinə 409,90 manat) çoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyasının 65 yaşı ta mam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin tələblərinə əsasən 24 iyul 2015-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin 24 iyul 2021-ci il tarixindən əlilliyə görə əmək pensiyası, ümumi əsaslarla yaşa görə əmək pensiyası növü ilə əvəz olunmuş və əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Bununla bağlı cavabdehə müraciət etsə də, müraciət təmin edilməmişdir. Hesab edilir ki, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş norma kobud surətdə pozulmuşdur. Belə ki, qanuna əsasən, ona pensiya yaşına çatd ığı, yəni 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin edilməli idi. Bununla əlaqədar iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır.
9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(112)-13894/2022 saylı qərarı ilə (hakim X4) iddia təmin edilmiş, İddiaçı əlilliyə görə əmək pensiyasının 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixindən etibarən ömürlük təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mər kəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya 65 yaşı tamam olduğu tarixdən əliliyə görə ömürlük əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır.
12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2103/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X5 (məruzəçi), X6 və X7) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(112)-13894/2022 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün hazırki vəziyyətdə aktiv əlilliyinin olmaması və ya əlillik müddətində müddətsiz əlillik müəyyən edilməsi üçün müraciəti olmadığından ona əlilliyə görə pensiyanın 65 yaşı tamam olduğu 02 dekabr 2019-cu il tarixdən təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.
15. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının mənafeyini nəzərə almamış, müvafiq qanunvericilik normalarını pozmaqla qərar qəbul etmişdir. Belə ki, iddiaçı ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlilliyə görə əmək p ensiyası xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmiş, iddiaçının xx.xx.2019-cıı il tarixdə 65 yaşı tamam olmuşdur. Lakin iddiaçı əmək pensiyasının təyin olunması üçün cavabdeh təşkilata müraciət etməmişdir. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34.2-ci maddəsinə əsasən sənədlərin təqdim edildiyi tarixdən iddiaçıya əmək pensiyası təmin edilməli idi. Necə ola bilər ki, iddiaçı qanunvericiliyə əsasən müraciət etmədiyi halda əmək pensiyası müəyyən edilir, lakin əlilliyə görə müraciət etməməsi əsas götürülərək əlillik pensiyası kəsilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xa hiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Maddə 32 Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilmə klə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1ci maddəsinə uyğun ödənilir. 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 32.4. Bu qanunla nəzərdə tutulmuş əlavələrin təyin edilməsi müddətləri bu qanunun 32.1-ci-32.3-cü maddələri ilə əm ək pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlərlə eynidir. Maddə
34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (xx.xx.2022-ci il tarixdə qüvvədən düşüb) Bənd
4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri... 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları M əhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Kassasiya şikayətində mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının əllik dövründə pensiya hüququ yarandığından ona əlilliyə görə ömürlük pensiya təyin edilməli idi.
26. Məhkəmə kollegiyası kassatorun arqumentlərini razılaşmayaraq öz mövqeyini əsaslandırmaq üçün müvafiq qanunvericilik normalarına istinad edilməsini məqsədə müvafiq hesab edir.
27. Belə ki, iş materiallarında olan məlumatları xronoloji ardıcıllıqla sadaladıqda aşağıdakı kim mənzərə alınır. İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. İddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ilkin olaraq ümumi xəstəlik səbəbindən İİ qrup əllilik təyin edilmişdir. (cild 2, iş vər 30) xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ümumi xə stəlik səbəbindən iddiaçıya təkrar İİ dərəcə əlillik təyin edilmişdir. (cild 1, iş vər 19) xx.xx.2019-cu il tarixdə iddiaçının 65 yaşdan pensiya hüququ yaranmışdır xx.xx.2021-ci il tarixdən əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi cavabdeh tərəfindən dayandırılmışdır. 01.12.2021-ci il tarixdən cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan hallardan aydın şəkildə göründüyü kimi iddiaçının əlillik müddəti dövründə yaşa görə pensiya hüququ yaranmışdır. Əlillik müddətində iddiaçının yaşa görə pensiya hüququ yaranmaqla eyni vaxtda həm əlilliyə görə, həm də yaşa görə əmək pensiyası hüququ əldə etmişdir. 29. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda bəhs edilən müddəalarına görə şəxsin öz arzusu ilə yalnız bir pensiya təyin olunur. Əmək pensiyasının bir növündən başqa növünə keçmək üçün şəxsin ərizəsinin olması şərtdir. Lakin iddiaçı hansı növ pensiya seçməsi barədə arzusunu bildirməmiş, inzibati orqana müraciəti olmamışdır. Nəticədə iddiaçı pensiya yaşı tamam olduqdan sonra öz seçimini ərizə ilə bildirmədiyindən əlilliyin müddətsiz təyin edilməli olması barədə şikayətin dəlili əsaslı sayıla bilməz.
30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının pensiya yaşı tamam olduqdan sonra təxminən 1 il 7 ay əlilliyi müəyyən olmuş şəxs olmuş, 1 il 7 ay ərzində əlilliyin ömürlük təyin edilməsini bildirməmişdir. Əlillik dövründə iddiaçı tərəfindən hər hansı müraciət olmadığından və yaşa görə əmək pensiyası hüququ mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinin tələbinə ə sasən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman cavabdeh inzibati orqan tərəfindən heç bir maddi hüquq normasının pozuntusuna yol verilməmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlil etməklə bu nəticəyə gəlir ki, pensiya yaşına çatmış şəxsə əlilliyə görə əmək pensiyasının ömürlük təyin edilməsi üçün ilk növbədə onun əlilliyinin şəxsin müraciəti əsasında yenidən qiymətləndirilməsi və əlillik dərəcəsinin müddətsiz müəyyən olunması üçün əsas şərtdir.
32. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2103/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-393/2024 saylı iş üzrə hakim Zakir Quliyevin Xüsusi rəyi Proseduru tənzimləyən maddi hüquq normaların ciddi tətbiqi maddi hüququn əsl mahiyyətinə xələl gətirə bilər. Bu zaman müvafiq normalar hüququn ümumi prinsiplərinə və maddi hüququn əsl mahiyyətinə uyğun şəkildə təsvir olunaraq tətbiq edilməlidir. X15 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdırılaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X15 Məhkə məsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - İstənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X11rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X9 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palat anın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Sosial dövlət — vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində də insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında ifadə edilən mövqeyə görə, pozitiv öhdəl iklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, praktikada onlar milli hakimiyyət orqanlarından hüququn təmin edilməsi üçün zəruri tədbirlər görülməsini, yaxud daha dəqiq desək, fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbirlər görülməsini tələb edirlər. Pozitiv öhdəliyin mövcud olub-olmadığını müəyyən edərkən, diqqət ictimaiyyətin ümumi maraqları və fərdlərin maraqları arasında ədalətli balansa yönəldilməlidir, bu bütün Konvensiyaya xas olan axtarışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Əlilliyə görə pe nsiya təyin edilmiş şəxslərin həm də yaşa görə pensiya təyin etmək hüququ yarandığı zaman əmək pensiyasının növünü seçmək əmək pensiyaçısının hüququdur. Yaşa görə əmək pensiyası yaşına çatmış əlilliyə görə pensiya almaq hüququ olan şəxslərə pensiya ömürlük təyin edilməsi zamanı bunun mütləq şəkildə müvafiq müraciətlə şərtləndirilməsi normanın məzmunundan aydın şəkildə müəyyən edilmir. Belə ki, normada müraciətin əlillik dövrü müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi təqdirdə (yaşa görə pensiya hüququ olmadıqda) imperativliyi müəyyən edilir. Bu səbəbdən həmin norma “yaxşı dövlət”, “sosial dövlət” və “dövlətin pozitiv öhdəlikləri” konsepsiyaları rəhbər tutulmaqla tətbiq edilməlidir. Odur ki, hesab edilir ki, yaşa görə əmək pensiyası yaşına çatmış əlilliyə görə pensiya alma q hüququ olan şəxslərin müvafiq seçim hüququ (həmin hüququn yarandığı vaxt) aidiyyəti qurum tərəfindən əmək pensiyaçısına bildirilməlidir (bu zaman fərdin hüquqlarını qorumaq üçün ağlabatan və münasib tədbir görülmüş hesab edilə bilər), əmək pensiyaçısı müvafiq müraciəti etmədiyi və ya müraciəti əlverişsiz nəticəyə səbəb olduğu təqdirdə isə (pensiya məbləği azaldıqda) əlilliyə görə pensiya ömürlük təyin edilməlidir. Qeyd etdiklərimin məntiqi nəticəsi olaraq Qanunun 32.2-ci maddəsinə əsasən, pensiya yaşına çatmış əlilliyi olan şəxsə əlilliyinin müddətsiz təyin edilməsi üçün qiymətləndirilməsi tələbi maddənin məzmununda nəzərdə tutulmamışdır, əksinə qeyd edilən kateqoriyada olan şəxslərin həmin hüququ onların seçimi ilə (yenidən qiymətləndirilmədən) təmin edilmiş olmalıdır. Hətta nəzərə al ınsa ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığından, hazırkı işdə olduğu kimi yaşa görə pensiya məbləği əlilliyə görə pensiyadan çox olduqda şəxsin hüquqi marağı, yəni konkret halda hüquqi müdafiəyə ehtiyacının olması gündəmə gəlir. Odur ki, qeyd edilən hal iddianın mümkünlüyü məsələsi üçün müzakirə predmeti ola bilər. Hakim Zakir Quliyev