Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3930/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şirvan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi; kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şirvan Ərazi İdarəsinə (üçüncü şəxslər X3, X1 və X2) qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadından üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə müraciətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayon Aqrar İslahat Komissiyasının ## ######## 2002-ci il tarixli, ** saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı (hakim F.Abbasov) ilə iddia təmin edilmiş, Neftçala rayon Aqrar İslahat Komissiyasının ## ######## 2002-ci il tarixli, ** saylı qərarı ilə X4, X3, X1 və X2 mülkiyyətinə verilmiş 0,06 hektar (600 kv.m) həyətyanı torpaq sahəsi ilə bağlı tərtib olunmuş ## #### 2006-cı il tarixli, JN883F, kod 80701004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
3. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
4. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı (hakimlər F.Hüseynov – məruzəçi, C.Quliyev və H.Bəhmənov) ilə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından üçüncü şəxslər X3, X1 və X2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
5. Üçüncü şəxslər həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilərək işə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
6. Kassasiya icraatı zamanı üçüncü şəxslər Ali Məhkəməyə ərizə ilə müraciət edərək kassasiya şikayətindən imtina edilməsinin nəzərə alınmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. ... 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. ...
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası üçüncü şəxslərin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq üçüncü şəxslərin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, üçüncü şəxslərin kassasiya şikayətinin geri götürülməsi barədə müraciəti təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.
9. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı üçüncü şəxslərə izah edilir ki, İPM-in 97.3-cü maddəsinin tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
10. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Ərizə təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından üçüncü şəxslər tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.