Məhkəmə qərarları › İş №2-1(102)-394/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-394/2019

05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-394/2019 05.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, üçüncü şəxs oğlunun iştirakı ilə İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə və üçüncü şəxslər üçüncü şəxs 1 qızına, üçüncü şəxs 2 oğluna, üçüncü şəxs 3 oğluna, üçüncü şəxs 4 qızına və Qax rayonu Güllük Bələdiyyəsinə qarşı “üçüncü şəxs 1qızı və ailə üzvlərinin adın a verilən JN-*** nömrəli Dövlət Aktının Qax Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara verilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və onlara verilən 2,65 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-305/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar məhkəməyə müraciət edərək göstərmişlər ki, Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il ta rixli ** nömrəli qərarı ilə 2,65 ha torpaq sahəsi onların ailəsinə ayrılmış, ayrılan sahənin plan-sxemi işlənmiş və müvafiq qaydada təsdiq edilmişdir. Daha sonra isə həmin torpaq sahəsinin onların mülkiyyətlərinə verilməsi barədə Qax rayon Güllük bələdiyyəsi tərəfindən 26.09.2000-ci il və 30.08.2000-ci il tarixli qərarlar qəbul edilmişdir. Onların ailəsinə verilmiş bu torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb çıxarışın verilməsi üçün DƏDRX-in 12 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin cavabdeh inzibati orqan onların tələbinin təmin edilməsindən imtina etmişdir. Məlum olmuşdur ki, iddiaçılara verilən torpaq sahəsinin bir hissəsinə qonşuluqda olan üçüncü şəxs1nın və onun ailə üzvlərinin adına Dövlət Aktı verilmişdir. üçüncü şəxs1nın və onun ailə üzvlərinin adına olan JN-*** nömrəli Dövlət Aktının koordinatları onlara torpağı ilə üst-üstə düşməsi səbəbindən həmin torpaq sahəsinə sənəd ala bilmirlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-50/2018 saylı 03 aprel 2018-ci il tarixli qərarı (hakim - R.A.Məcidov) ilə iddia qismən təmin edilərək DƏDRX-in 12 saylı Ərazi İdarəsinin üzərinə üçüncü şəxs1 və ailə üzvlərinin adına verilən JN seriyalı *** nömrəli Dövlət Aktının İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən X 646344.080-Y 4594288.915, X 646357.144-Y 4594249.285, X 646380.595-Y 4594214.013, X 646387.158-Y 4594201.760, X 646296.151-Y 4594124.966, X 646231.077-Y 4594214.786 koordinatlarda yerləşən 1,28 ha hissədə ləğv edilməsi öhdəliyinin qoyulması, DƏDRX-in 12 saylı Ərazi İdarəsinin üzəri nə 1,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin örüş və kolluq ərazidə yerləşən 0,66 ha torpaq sahəsi (646164,401, 4594306,669) üzərində İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDRX-in 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində rədd edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qərara alınmışdır. ŞəkiApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2-1(107)-305/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – G.Q.Abbasov, hakimlər - R.R.Rəfiyev və E.Ş.Hüseynov) ilə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 aprel 2018-ci il tarixli 2-1(84)-50/2018 nömrəli qərarı qismən, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə üçüncü şəxs 1qızı və ailə üzvlərinin adına verilən JN seriyalı *** nömrəli Dövlət Aktının iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən X 646344.080-Y 4594288.915, X 646357.144-Y 4594249.285, X 646380.595-Y 4594214.013, X 646387.158-Y 4594201.760, X 646296.151-Y 4594124.966, X 646231.077-Y 4594214.786 koordinatlarda yerləşən 1,28 ha hissədə ləğv edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2-1(84)-50/2018 nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı3 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qərarının iddianın rədd edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan, eləcə də maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı ndan ləğv edilməlidir. Əvvəla, apellyasiya məhkəməsi 1,99 ha torpaq sahəsinə çıxarış verilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən, qərarın gələcək icrasını şübhə altına almışdır. Halbuki, məhkəmə qərarı dəqiq olmalıdır. Bundan başqa, Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli protokol qərarına əsasən, 2,43 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üçüncü şəxslər üçüncü şəxs1 və onun ailə üzvləri üçüncü şəxs2, üçüncü şəxs3, üçüncü şəxs4nm birgə mülkiyyətinə verilmiş, sonuncular, habelə həmin kəndin bir neçə sakini islahat zamanı onlara ayrılmış torpaq sahəsindən istifadənin mümkün olmadığını bildirməklə yerli aqrar islahat komissiyasına müraciət etmişlər. Qax rayon Güllük kənd YAİK-in 03.01.2000-ci il t arixli 01 nömrəli protokol qərarı ilə ücüncü şəxslərin mülkiyyətinə verilmiş 2,43 ha torpaq sahəsi geri alınaraq Güllük bələdiyyəsinə birləşdirilmiş, yerli aqrar islahat komissiyasının həmin qərarı Qax RAİK-ın 17.05.2000-ci il tarixli 06 nömrəli qərarı ilə təsdiq edilmişdir. Üçüncü şəxslər həmin qərarla razılaşmış, yuxarıda sadalanan hüquqlarından istifadə etməməklə qeyd olunan qərarları mübahisələndirməmişlər. Yerli və rayon aqrar islahat komissiyasının qeyd olunan qərarları qüvvədə olmasına baxmayaraq həmin torpaq sahəsinə dair JN seriyalı *** nömrəli Dövlət Aktı hazırlansa da, həmin dövlət aktı üçüncü şəxslərə münasibətdə hər hansı hüquqi əhəmiyyətə malik olmamışdır. Qax Rayon AİK-in 28.12.2001-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı istehsalı üçün 2,65 ha torpaq sahəsi İdd iaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1nm mülkiyyətinə verilmiş, torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, iddiaçılara mülkiyyətinə verilmiş 2,65 ha torpaq sahəsinin 1,28 ha hissəsi üçüncü şəxslərdən geri alınmış 2,43 ha torpaq sahəsi ilə (X 646344.080- Y 4594288.915, X 646357.144-Y 4594249.285, X 646380.595-Y 4594214.013, X 646387.158-Y 4594201.760, X 646296.151- Y 4594124.966, X 646231.077-Y 4594214.786) üst-üstə düşür. Göründüyü kimi, üçüncü şəxslərə verilmiş torpaq sahəsi yerli aqrar islahat komissiyasının qərarı ilə geri alınmasına, həmin qərar rayon aqrar islahat komissiyasının qərarı ilə təsdiq edilməsinə və bununla da Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli protokol qərarının qüv vədən düşməsinə baxmayaraq apellyasiya məhkəməsi Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli protokol qərarı ilə verilmiş JN seriyalı *** nömrəli Dövlət Aktına istinad etmişdir. Halbuki, JN seriyalı *** nömrəli Dövlət Aktının verilməsi üçün əsas olan Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli protokol qərarı sonrakı qərarla, yəni Qax rayon Güllük kənd YAİK-in 03.01.2000-ci il tarixli 01 nömrəli protokol qərarı və Qax RAİK-m 17.05.2000-ci il tarixli 06 nömrəli qərarı ilə hüquqi qüvvəsini itirmişdir. Tərəflərin izahatları Üçüncü şəxs üçüncü şəxs 2 oğlu məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67.1-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlan dırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır: “Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli protokol qərarına əsasən, 2,43 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üçüncü şəxslər üçüncü şəxs1 və onun ailə üzvləri üçüncü şəxs2, üçüncü şəxs3, üçüncü şəxs4nın birgə mülkiyyətinə verilmiş, sonuncular, habelə həmin kəndin bir neçə sakini islahat zamanı onlara ayrılmış torpaq sahəsindən istifadənin mümkün olmadığını bildirməklə yerli aqrar islahat komissiyasına müraci ət etmişlər. Qax rayon Güllük kənd YAİK-in 03.01.2000-ci il tarixli 01 nömrəli protokol qərarı ilə üçüncü şəxslərin mülkiyyətinə verilmiş 2,43 ha torpaq sahəsi geri alınaraq Güllük bələdiyyəsinə birləşdirilmiş, yerli aqrar islahat komissiyasının həmin qərarı Qax RAİK-ın 17.05.2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmişdir. Üçüncü şəxslər həmin qərarla razılaşmış, yuxarıda sadalanan hüquqlarından istifadə etməməklə qeyd olunan qərarları mübahisələndirməmişlər. Yerli və rayon aqrar islahat komissiyasının qeyd olunan qərarları qüvvədə olmasına baxmayaraq həmin torpaq sahəsinə dair JN seriyalı *** nömrəli Dövlət Aktı hazırlansa da, həmin dövlət aktı üçüncü şəxslərə münasibətdə hər hansı hüquqi əhəmiyyətə malik olmamışdır. Qax Rayon AİK-in 28.12.2001-ci il tarixli ** nömrəli qərarı ilə kənd təsərrüfatı istehsalı üçün 2,65 ha torpaq sahəsi İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1 mülkiyyətinə verilmiş, torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, iddiaçılara mülkiyyətinə verilmiş 2,65 ha torpaq sahəsinin 1,28 ha hissəsi üçüncü şəxslərdən geri alınmış 2,43 ha torpaq sahəsi ilə (X 646344.080-Y 4594288.915, X 646357.144-Y 4594249.285, X 646380.595-Y 4594214.013, X 646387.158-Y 4594201.760, X 646296.151-Y 4594124.966, X 646231.077-Y 4594214.786) üst-üstə düşür. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxslərə verilmiş torpaq sahəsi yerli aqrar islahat komissiyasının qərarı ilə geri alındığından, həmin qərar rayon aqrar islahat komissiyasının qərarı ilə təsdiq edildiyindən cavabdeh orqan həmin hissədə JN seriyal ı *** nömrəli Dövlət Aktını ləğv etməməkdə və həmin hissədə iddiaçıların mülkiyyət hüququnu dövlət qeydiyyatına almamaqda haqlı olmamışdır.” Apellyasiya instansiyası məhkəməsi isə özünün mövqeyini onunla əsaslandırmışdır ki, respublikada aqrar islahatlar aparılan zaman qanunvericiliyə uyğun olaraq Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli qərarı ilə üçüncü şəxs1 və onun ailə üzvləri üçüncü şəxs2, üçüncü şəxs3 və üçüncü şəxs4nın birgə mülkiyyətlərinə Qax rayonu Güllük kəndində 2,43 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş və həmin qərara əsasən, üçüncü şəxs1nın və ailə üzvlərinin ayrılmış torpaq sahəsi üzərində hüquqları JN seriyalı *** nömrəli Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsinin üçüncü şəxslərə veril məsinin hüquqi əsasını təşkil edən Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli qərarı üçüncü şəxslərə münasibətdə heç bir zaman mübahisələndirilməmişdir, ləğv edilməmişdir və indi də qüvvədədir. Qeyd olunan qərar əsasında üçüncü şəxslərin adlarına tərtib edilmiş Dövlət Aktı da qüvvədədir. Belə olan halda, Rayon AİK-ın qərarı qüvvədə olduğu halda, həmin Qərarın əsasında verilmiş Dövlət Aktının qismən ləğv edilməsi absurddur və qanunvericiliyə uyğun deyildir. Bundan başqa, apellyasiya şikayətinə əlavə edilmiş Qax Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli 2(024)-997 nömrəli qətnaməsindən görünür ki, torpaq islahatı zamanı Qax RAİK-ın səhvi nəticəsində iddiaçı üçüncü şəxs1ya və ailə üzvlərinə verilməmiş 1 ha torpaq sahəsi Qax Rayon Güllük Bələdiyyəsinin e htiyat fondundan ayrılaraq iddiaçı üçüncü şəxs1ya və onun ailə üzvlərinə verilmişdir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, aqrar islahat aparılan zaman üçüncü şəxs1ya Qax Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 2.43 ha pay torpaq sahəsi verilməli olduğu halda 1.43 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üçüncü şəxs1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmasına dair JN seriyalı *** nömrəli Dövlət Aktında torpaq sahəsi 2.43 ha təşkil edir. Beləliklə, iddiaçıya və onun ailəsinə 1 ha torpaq sahəsi kəsr verilmişdir. Göründüyü kimi, sözügedən dövlət aktı hüquqi əhəmiyyət kəsb etdiyinə görə digər məhkəmə mübahisəsində məhkəmə baxışının predmeti olmuş və həmin dövlət aktına istinad edilərək iddia təmin edilmişdir. Apellyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçıların mülkiyyətinə isə Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli qərarı ilə 0.62 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi barədə JN-*** saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. İddiaçıların iddia etdikləri 2.65 ha torpaq sahəsinin onların mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdır. İddiaçıların iddia tələblərinin əsası kimi istinad etdikləri rayon və yerli aqrar islahat komissiyalarının, habelə bələdiyyənin 2000 və 2001-ci il tarixli qərarlarına gəldikdə isə, həmin qərarların əsasında iddiaçıların adların hər hansı hüquq müəyyən edən sənəd hazırlanmadığına görə kollegiya həmin qərarları üçüncü şəxslərin adına qanuni qaydada verilmiş D övlət Aktının ləğv edilməsi üçün əsas hesab etmir. Aşağıda göstərilənlərə əsasən kollegiya apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsassız hesab edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericilik lə müəyyən edilmiş sənədlər hazırlanır və həmin sənədlər müvafiq şəxslərə verilir. 22-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 7-ci maddəsinə görə rayon aqrar islahat komissiyası rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir, islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, i cra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Normaların mənasından göründüyü kimi torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerl i aqrar islahat komissiyaları aparmaq səlahiyyətinə malikdirlər. Eləcə də, yerli aqrar islahat komissiyasının qərarı rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edildikdən sonra torpaq ayırmanın özü baş tutmuş sayılır və ya əvvəllər aparılmış torpaq ayırmada dəyişiklik baş verir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli qərarı ilə üçüncü şəxs1 və onun ailə üzvləri üçüncü şəxs2, üçüncü şəxs3, üçüncü şəxs4nın birgə mülkiyyətlərinə 2,43 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmiş, onların həmin torpaq sahəsi üzərində hüquqları JN seriyalı *** nömrəli (KOD-********), 22 dekabr 1998-ci il tarixli Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Daha sonra üçüncü şəxs1 və onun ailə üzvləri Qax ra yon Güllük YAİK-na ərizə ilə müraciət edərək sözügedən dövlət aktı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsindən ailəvi istifadə edə bilmədiklərini nəzərə alaraq torpağın 2,43 hektarının qeyd-şərtsiz geri götürülməsinə köməklik göstərilməsini xahiş etmişlər. Həmin kəndin başqa bir neçə sakini də islahat zamanı onlara ayrılmış torpaq sahəsindən istifadənin mümkün olmadığını bildirməklə oxşar məzmunlu ərizələrlə yerli aqrar islahat komissiyasına müraciət etmişlər. Bundan sonra sakinlərin həmin müraciətlərinə baxılması nəticəsində qəbul edilmiş Qax rayon Güllük kənd YAİK-in 03.01.2000-ci il tarixli 01 nömrəli protokol qərarı ilə Güllük kənd sakinlərindən adları konkret göstərilmiş 41 ailədən, o cümlədən üçüncü şəxslərin mülkiyyətinə verilmiş 2,43 ha torpaq sahəsinin, cəmi 60,98 ha torpaq s ahəsinin geri alınaraq Güllük bələdiyyəsinə birləşdirilməsi qərara alınmışdır. Qax RAİK-ın 17.05.2000-ci il tarixli ** nömrəli qərarı ilə isə Güllük kənd YAİK-in 03.01.2000-ci il tarixli 01 nömrəli iclas qərarı təsdiq edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən Qax rayon Güllük kənd YAİK-in və Qax Rayon Aqrar İslahat Komissiyasının yuxarıda sadalanmış qərarlarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, üçüncü şəxslərin ərizələrini nəzərə almaqla qəbul edilmiş Qax rayon Güllük kənd YAİK-in 03.01.2000-ci il tarixli ** nömrəli protokol qərarı və onun təsdiqinə dair Qax RAİK-ın 17.05.2000-ci il tarixli **6 nömrəli qərarı inzibati aktlar kimi özündən əvvəl qəbul edilmiş olan inzibati aktda, yəni Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.19 98-ci il tarixli ** nömrəli qərarında dəyişikliyə səbəb olmuşdur. Bu isə o mənaya gəlir ki, torpaq sahəsinə münasibətdə hüquq sahibliyi ilə bağlı məsələ Aqrar İslahat Komissiyasının sonrakı qərarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, apellyasiya məhkəməsinin gəldiyi Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli qərarının üçüncü şəxslərə münasibətdə heç bir zaman mübahisələndirilmədiyinə görə iddianın rədd edilməli olduğuna dair nəticə əsaslı olmamışdır. Çünki Aqrar İslahat Komissiyasının sonrakı qərarları artıq əvvəlki qərarla həll edilmiş məsələlərdə, o cümlədən üçüncü şəxslərin mülkiyyətinə torpaq sahəsinin verilməsi məsələsində dəyişikliklərə səbəb olmuşdur. Müvafiq olaraq Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nö mrəli qərarına istinadla JN seriyalı *** nömrəli (KOD********), 22 dekabr 1998-ci il tarixli Dövlət Aktı da mübahisəli torpaq sahəsi üzərində hüquq subyektliliyini müəyyən edən sənəd kimi qəbul edilə bilməz. Çünki həmin dövlət aktının əsaslandığı hüquq müəyyənedici sənədin (Qax Rayon Aqrar İslahat Komissiyasının 22.04.1998-ci il tarixli ** nömrəli qərarının) özündə artıq dəyişiklik baş vermişdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıların iddia tələblərinin əsası kimi istinad etdikləri rayon və yerli aqrar islahat komissiyalarının, habelə bələdiyyənin 2000 və 2001-ci il tarixli qərarlarına gəldikdə isə, həmin qərarların əsasında iddiaçıların adların hər hansı hüquq müəyyən edən sənəd hazırlanmamışdır. Kollegiya bununla bağlı olaraq isə qeyd edir ki, məhz rayon və yerli a qrar islahat komissiyalarının, habelə bələdiyyənin qərarları torpaq sahəsinə dair hüquq müəyyən edən əsas inzibati aktlardırlar. Torpaq sahəsinə dair hüququ müəyyən edən həmin inzibati aktlara istinadla dövlət reyestrində aparılmış qeydiyyat isə daha sonra baş verən passiv legitimləşdirməyə yönəlmiş hərəkətdir və qeydiyyat yalnız sözügedən hüquq müəyyənedici inzibati aktların mövcudluğunda aparıla bilər. Apellyasiya məhkəməsi tərəfindən Qax Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli 2(024)-997 nömrəli qətnaməsinə istinadla nəticəyə gəlinməsi də əsassız olmuşdur. Belə ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin normanın mənasına görə mübahisə predmeti barədə qan uni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndirmək imkanını ortadan qaldırır. Bu hal, mübahisə predmeti barəsindən artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələr qazanmasından irəli gəlir. Buna görə, məhkəmə qərarının preyudisiallığı yalnız proses iştirakçılarına (və ya onların hüquq varisləri) münasibətdə yaranır və bu zaman xüsusi şərt kimi mübahisə predmetinin eyniliyi şərti də mövcud olmalıdır. Bu mövqedən hərəkətlə təkrar apellyasiya baxışı zamanı istinad olunan məhkəmə aktının tərəflərinin hazırkı proses iştirakçıları ilə eyni tərəflər olub-olmadığı, eləcə də əvvəlki məhkəmə qətnaməsində hansı məsələlərin həll olunduğu və əvvəlki işlə hazırkı işdəki mübahisə pre dmetlərinin eynilik təşkil edib-etmədiyi yoxlanılmalı, yalnız bu qaydada dəyərləndirmə apardıqdan sonra təqdim edilmiş məhkəmə aktının hazırkı işin həllində nəzərə alınmasının mümkünlüyünə qiymət verilməlidir. Kollegiya həmçinin kassasiya şikayətinin belə bir dəlilini də əsaslı hesab edir ki, apellyasiya məhkəməsi qərarının nəticə hissəsində ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi DƏDRX-in 12 saylı Ərazi İdarəsinin üzərinə həm üçüncü şəxs1 və ailə üzvlərinin adına verilən JN seriyalı *** nömrəli Dövlət Aktının İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 1,28 ha hissədə ləğv edilməsi öhdəliyini, həm də 1,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1mülkiyyət h üquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini qoymuşdur. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını qismən, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin üzərinə üçüncü şəxs 1qızı və ailə üzvlərinin adına verilən JN seriyalı *** nömrəli Dövlət Aktının iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən koordinatlarda yerləşən 1,28 ha hissədə ləğv edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv etmiş, həmin hissədə iş üzrə yeni qərar çıxararaq iddianı həmin hissədə rədd etmiş, qərarı qalan hissələrdə dəyişdirilmədə n saxlamışdır. Beləliklə, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını 1,99 ha torpaq sahəsinə iddiaçıların mükiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi hissəsində qüvvədə saxlamışdır. Halbuki, məhkəmə JN seriyalı *** nömrəli dövlət aktının iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən 1,28 ha hissədə ləğv edilməsinə dair tələbi rədd etmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-305/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar