Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-394/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (2-ci qrup əlilliyə görə əmək pensiyasının təyini, pensiya kapitalı) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi İddiaçı, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanınd a Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı “çalışdığı illərin sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2237/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1961-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçı xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamış, o cümlədən xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 n ömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışmışdır. (ИТ-İ seriyalı, xxxx saylı əmək kitabçası) İddiaçı ona pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmiş, cavabdehin xx.xx.2018-ci il tarixli, **********7 nömrəli imtina məktubu ilə bildirmişdir ki, əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək olan dövrlərin düzgünlüyünü yoxlamaq mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir və nəticədə nə tələb olunan iş stajı, nə də pensiya kapitalı yetərli olmadığından ərizəni təmin etmək mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 995- 2005-ci illərdə Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində işlədiyi əmək stajının 2-ci qrup əlillik pensiyası aldığı gündən başlayaraq təqaüdünə hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı illərin sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamı ş, 1989-cu ildən 1995-ci ilədək Tağıyev adına tikiş kombinatında işləmişdir. Sonuncu olaraq 1995-ci ildən 2005-ci ilədək Bakı şəhər 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində mühəndis vəzifəsində işləmişdir. Ümumilikdə 1982-ci ildən 2005-ci il daxil olmaqla əmək stajı vardır. Hazırda xəstələnərək əmək sığorta Komissiyasının qərarı ilə təqaüdə çıxarılmışdır. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli məktubu ilə xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək olan dövrlər üzrə əmək kitabçasının düzgünlüyünü yoxlamaq mümkün olmadığını əsas gətirərək həmin dövrləri onun sığorta stajına daxil etməmişdir. Hesab edir ki, cavabdehin məsul şəxsləri ona qarşı qanunsuz hərəkətə yol verərək onun 1995-2005-ci illərdə əmək stajını pensiyasına əlavə etməmişlər. Əmək kitabçasını təqdim etsə də, cavabdehin işçilə ri onun qanuni əmək stajını pensiyasına əlavə etməkdən imtina etmişlər. Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək olan dövrlərin düzgünlüyünü yoxlamaq mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir və nəticədə nə tələb olunan iş stajı, nə də pensiya kapitalı yetərli olmadığından ərizə təmin edilməməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)1059/2019 saylı qərarı ilə (hakim: R.M.Daşdəmirov) iddia tələbi təmin edilmiş, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı illərin sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il t arixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2237/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1059/2019 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmasına baxmayaraq VÖEN-in olm adığından həmin İdarənin fəaliyyət göstərməsi, sosial ödənişlər ödəməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus HT-İ seriyalı ******* saylı əmək kitabçasında iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışmasına dair edilmiş qeydlər şübhə altına düşdür. Odur ki, iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlər sübut qismində qəbul edilə bilməz. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apelyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal qərar qəbul etmiş, hazırkı mübahisə ni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçının tələbi iki hissədən- həm 1995-2005ci illərdə Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı müddətin əmək stajına daxil edilməsi, həm də ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən ibarətdir. İddia tələbinin ilkin hissəsi, yəni iddiaçı tərəfindən mübahisələndirilən illərə münasibətdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci maddəsinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi ndə inşaatçı mühəndis vəzifəsində işləməsi faktı HT-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapır. Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə müvafiq olaraq, məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək vəzifəsi olmuş, Azərbaycan Respublikası DSMF-nin isə sığortaçı kimi, sözügedən Qanunun 9-cu maddəsinə müvafiq olaraq sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək vəzifəsi olmuşdur. Belə olan halda həmin idarənin sığortaedən kimi qeydiyyatdan keçməməsi iddiaçının çalışdığı illərin nəzərə alınmamasına dəlalət edə bilməz. Daha sonra qeyd edili r ki, xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun normaları tətbiq edilməlidir. Belə ki, həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir, iddiaçının 1995-2005-ci illərdə çalışması faktı öz təsdiqini tapdığından, qanunvericiliyin tələblərinə əsasən 14 il ( 57-15 x 4ay /12 ay=14 ) tələb olunduğu h alda iddiaçının 22 ildən çox ümumi iş stajı və pensiya kapitalı mövcud olduğundan ona əlillik təyin edildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən pensiya təyin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd ed ir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kap italı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçıya xx xxxxxx 2018-ci il tarixdən ikinci qrup əlillik təyin edilmişdir. Ona İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci şərtlə bağlı olaraq iddiaçının sığorta stajı mövcud olmalıdır. İddiaçı tərəfindən bununla bağlı əmək kitabçası təqdim edilmişdir. Əmək kitabçasının məlumatlarına görə iddiaçı xx.xx.1982-ci il tarixd ə əmək fəaliyyətinə başlamış, o cümlədən xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışmışdır. Cavabdeh xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək iddiaçının işlədiyi dövrlərin, qarşılıqlı yoxlamanın aparılması mümkün olmadığından sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni əsassız hesab edərək qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbayc an Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(Pensiya Alt Sistemi) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyin i təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Kollegiya cavabdeh tərəfindən bildirilmiş qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmadığına görə əmək kitabçasındakı məlumatların həqiqiliyini yoxlamağın mümkün olmaması və buna görə də, həmin dövrün sosial sığorta stajına daxil edilməsinin yolverilməzliyi ilə bağlı apelyasiya instansiyası məhkəmə sinin mövqeyini əsassız hesab edir. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının işin müəyyən edilmiş hallarına tətbiqi baxımından qiymətləndirildikdə iddiaçının əlilliyə görə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Lakin kollegiya hesab edir ki, apelyasiya məhkəməsi mübahisənin həlli zamanı maddi və prosessual hüquq normalarını işə düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə İİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan digər şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsi üzrə ümumiyyətlə araşdırm a aparmamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Odur ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə digər şərtin, yəni iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsini araşdırmalıdır. İPM-nin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarl a kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələbləri pozulmuşdur. Odur ki, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından mübahisələndirilən qərar ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikas ı İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2237/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-394/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-394/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver