Məhkəmə qərarları › İş №2-1(102)-394/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-394/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-394/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iş üzrə QƏRAR Açar sözlər: (pensiyanın ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filial ına qarşı xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün ödənilməli olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-446/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı xx.xx.1974-cü il tarixdə Zaqatala şəhərində anadan olmuşdur.

2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün ödənilməli olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək X1 təhsil almışdır. İddiaçıya xx.xx.2015-ci ildə İİ qrup əlillik dərəcəsi verilmiş və cavabdeh tərəfindən ona həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmişdir. ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1992-ci ildən - xx.xx.1992-ci ilədək Mətbuat yayımı Zaqa tala Agentliyində sürücü, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək X2 operator, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək "Ariz" firmasında fəhlə, xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək Xalq teatrında kassir vəzifələrində işləmiş, xx.xx.2012-ci ildən Zaqatala şəhəri 6 nömrəli klubda təşkilatçı vəzifəsində işləyir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2015-ci il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, onun tələb olunan sığorta stajı olmadığı üçün əlilliyə görə əmək pensiyası təyin oluna bilməz. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-965/2017 nömrəli qərarına əsasən iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1994-cü i lədək X1 təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-ci ildə 144,68 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmiş və sosial müavinətin ödənilməsi dayandırılmışdır. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını və əlilliyin təyin olunduğu tarixdən əlilliyə görə əmək pensiyası təyin olunduğu günədək olan müddət üçün müavinətlə pensiyanın arasında olan fərqin ona ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli 41/3339 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixədək toplanmış 10 il 1 ay sığorta stajına əsasən, ona əlilliyə görə 144,68 manat məbləğində əmək pensiyası təyin olunmu şdur. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "2014-cü ilin iyun ayından 2017-ci ilin iyun ayınadək olan müddət üçün ona ödənilməli olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, sonra isə iddianın dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2015-ci ildən 2017-ci ilin iyun ayınadək olan müddət üçün ödənilməli olan pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015-ci ildə əlillik dərəcəsi verilmişdir. İddiaçıya həmin tarixdən xx.xx.2017-ci ilədək əlilliyə görə sosial müavinət ödənilmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununu n 100-cü maddəsinə əsasən təyin olunan sosial müavinətin ödənilməsi xx.xx.2017-ci ildən dayandırılaraq, xx.xx.2017-ci ildən ona əlilliyə görə 144,68 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Bundan başqa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu və "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununda bir pensiyadan başqa pensiyaya keçdikdə əlilliyin təyin edildiyi tarixdən ona pensiya hesablanması nəzərdə tutulmadığından İddiaçı əlilliyə görə əmək pensiyası, müraciət etdiyi tarixdən yox, növbəti ayın 1-dən təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixinə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 9 il 4 ay sığorta stajı tələb olunurdu. İİ qrup əlillik dərəcəsi xx.xx.2015-ci ildə verildiyinə görə, ona ödənilməli olan pensiya həmin tarixdən 2017-ci ilin iyun ayınadək olan müddət üçün yenidən hesablanmalı və ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-698/2020 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2015-ci ildən - 2017-ci ilin iyun ayınadək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialın ın üzərinə qoyulması qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 32.2-ci maddəsinə əsaslanaraq iddiaçı əlilliyin müəyyən olunduğu xx.xx.2015-ci ildən pensiya təyin olunduğu tarixədək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ona ödənilməsini tələb etməkdə haqlı olduğuna dair nəticəyə gəlmişdir.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(107)-446/2020 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və İmanverdi Şü kürov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 32.2-ci maddəsinə əsaslanaraq, iddiaçı, əlilliyin müəyyən olunduğu xx.xx.2015-ci ildən pensiya təyin olunduğu tarixədək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ona ödənilməsini tələb etməkdə haqlı olduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:

10. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki h allar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəanın tələblərini pozaraq, araşdırma aparmamış və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)446/2020 nömrəli qərarının ləğv edilməs ini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəm ə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:

13. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

15. Ali Məhkəmənin İnzib ati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

16. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli o lan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəanın tələblərini pozaraq, araşdırma aparmamış və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

18. Belə ki, «Brumaresku Rummiyaya qarşı» xx.xx.1999-cu il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, hüquq un aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmasın.

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» xx.xx.2003-cü il tarixli Qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mü hakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır.

20. İş materiallarından görünür ki, iddiaçının əlilliyi xx.xx.2015-ci ildə müəyyən edilmişdir. Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 32.2-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasında deyilirdi ki, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqan ının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir.

21. Həmin normada əlilliyə görə əmək pensiyasının təyin olunmasının başlanğıcı kimi əlilliyin müəyyən olunduğu gün nəzərdə tutulmuşdur.

22. Həmin maddədə xx.xx.2017-ci ildə dəyişiklik edilsə də, iddiaçıya münasibətdə maddənin məhz əvvəlki, yəni mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş mətni tətbiq edilməlidir.

23. Belə olan halda, iddiaçı əlilliyin müəyyən olunduğu xx.xx.2015-ci ildən pensiya təyin olunduğu tarixədək olan müddət üçün əlilliyə görə əmək pensiyasının ona ödənilməsini tələb etməkdə haqlıdır ki, bu zaman həmin müddətdə ona ödənilmiş sosial müavinətin məbləği ödən ilməli olan pensiyanın məbləğindən yaranmış fərqə münasibət olaraq çıxılmalıdır.

24. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsassız olmuşdur.

25. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx. xx.2020-ci il tarixli, 2-1(107)446/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar