Məhkəmə qərarları › İş №2-1(102)-394/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-394/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-394/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük orqanının qərarının mübahisələndirilməsi; audit yoxlamasının reyestrdə qeydiyyata alınmadan aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişlərinin tutulması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 oktyabr tarixli, 2-1(103)-859/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Baş Gömrük İdarəsinin "xxxx" Birgə Müəssisəsinə ünvanlanmış 2020-ci il 12 fevral tarixli, 1400-02/002-24/001067 nömrəli məktubu ilə X1 və Audit Baş idarəsi tərəfindən 2017-ci il üzrə aparılan audit yoxlaması zamanı məlum olmuşdur ki, "xxxx" Birgə Müəssisəsinin ünvanına idxal olunan yüklərə gömrük rəsmiləşdirilməsi üçün qəbul, edilmiş gömrük bəyannamələrində mənşə sertifikatları düzgün təqdim olunmadığından, qoşma vərəqdə qeyd edilən gömrük bəyannamələri üzrə idxal rüsumu 219.657,55 manat, ƏDV 39.538,36 manat, dəbbə pulu üzrə 94.606,51 manat, cəmi 3 53.802,42 manat borc yaranmışdır.

2. İddiaçı şikayət ərizəsi ilə cavabdehə müraciət edərək gömrük idarəsinin 2020ci il 12 fevral tarixli, 1400-02/002-24/001067 saylı məktubu ilə ödənilməsi tələb olunan, əslində əsassız hesablanmış 353.802,42 manat borc məbləğinin silinməsini xahiş etmişdir.

3. Cavabdeh 2020-ci il 12 mart tarixli məktubla şikayət ərizəsinin təmin olunmadığını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2020-ci il 4 may tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin iddiaçıdan 219.657,55 manat idxal rüsumu, 39.538,36 manat ƏDV, 94.606,51 manat dəbbə pulu olmaqla, cəmi 353.802,42 manat borc hesablanması və tutulması barədə 2020-ci il 12 fevral tarixli, 1400-02/002-24/001067 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia ərizəsi üzrə iddia tələbinin və müddətin tətbiqi ilə bağlı hissədə hazırkı iddia tələbinin də tamamilə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4409/2020 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı iddia ərizəsini və iddia tələbinin həcminin artırılması barədə ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya 2020-ci il 12 fevral tarixli, 140002/002-24/001067 nömrəli məktub ünvanlamışdır. Məktubda qeyd olunmuşdur ki, DGK X1 və Auditi Baş İdarəsi tərəfindən 2017-ci il üzrə aparılan audit yoxlaması n əticəsində müvafiq (məktuba əlavədə göstərilmiş) gömrük bəyannamələri üzrə iddiaçıya 219.657,55 manat idxal rüsumu, 39.538,36 manat əlavə dəyər vergisi, 94.606,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 353.802,42 manat borc hesablanmışdır. Sonradan hesablanmış borcun qısa zamanda ödənilməsi tələb olunmuşdur. Borcun hesablanmasına əsas kimi iddiaçının ünvanına idxal olunan yüklərə gömrük rəsmiləşdirilməsi üçün qəbul edilmiş gömrük bəyannamələrində mənşə sertifikatlarının düzgün təqdim olunmadığı göstərilmişdir. İddiaçı tərəfindən DGK-ə 2020-ci il 24 fevral tarixli, 046/20 nömrəli şikayət məktubu ünvanlamışdır. Bakı Baş Gömrük İdarəsinin 2020-ci il 12 fevral tarixli, 1400-02/002-24/001067 saylı məktubu ilə ödənilməsi tələb olunan, əslində əsassız hesablanmış 353.802,42 manat borc məbləğinin silinməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Lakin DGK 2020-ci il 12 mart tarixli, 1000-160/160-24/005429 nömrəli məktub ilə iddiaçının şikayətlərinin təmin edilmədiyi bildirilmişdir. Cavabdehin iddiaçıda 2017-ci il üzrə 33 ədəd gömrük bəyannaməsi üzrə ümumilikdə 353.802,42 manat gömrük ödənişinin hesablanması və tutulması haqqında qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, qanuni şəkildə bəyan edilərək sərbəst dövriyyə məqsədilə ölkəyə gətirilməsindən və satılmasından sonra əlavə gömrük rüsumu, ƏDV və dəbbə pulu tələb olunması gömrük hüququnun təməl prinsiplərinə, o cümlədən Gömrük Məcəlləsinin tələblərinə ziddir. Gömrük orqanı da gömrük yoxlaması apardıqdan sonra heç bir qeyd-şərt, tələb qoymadan bəyannamələri təsdiq etmiş və malları ölkəyə buraxmışdır. Gömrük bəyan namələrində malın mənşə ölkəsinin müəyyənləşdirilməsi üçün hər hansı əlavə sənədin, o cümlədən CT-1 sertifikatının təqdim edilməsinə möhlət verilməsinə dair heç bir qeyd aparılmamışdır. Gömrük orqanına ayrı-ayrı vaxtlarda təqdim edilmiş gömrük bəyannamələri Gömrük Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə tam cavab verdiyi üçün gömrük orqanı tərəfindən təsdiq edilmişdir. Əgər gömrük bəyannamələrində və ona əlavə edilmiş sənədlərdə çatışmazlıq, mənşə sertifikatlarının düzgün təqdim edilməməsi, digər bu kimi hal olardısa, onda bu hallar malların gömrük yoxlaması zamanı gömrük orqanı tərəfindən mütləq müəyyən edilərdi. Əgər belə hallar gömrük yoxlamasından və bəyannamə təsdiq edildikdən sonra müəyyən edilmişdirsə, iddiaçı bu barədə məlumatlandırmalı idi. Həmçinin Gömrük Məcə lləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. İstinad olunan normanın tələbindən bir daha aydın olur ki, tələb 3 illik dövrü əhatə etməlidir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsində göstərildiyi kimi iddiaçının ünvanına daxil olan yüklərin gömrük rəsmiləşdirilməsi aparılan zaman iddiaçı malın mənşəyi barədə sertifikat təqdim etmişdir. Lakin 2009-cu il noyabrın 20-də Yalta şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş "X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin tələbinə zidd olaraq CT-1 formalı sertifikat iddiaçı tərəfindən gömrük orqanına təqdim edilməmişdir. Belə ki, həmin Sazişin 6-cı bölməsinin 6.1-ci bəndində göstərilir ki, sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan konkret dövlətdə malın mənşə ölkəsinin təsdiq edilməsi üçün idxal ölkəsinin gömrük orqanına CT-1 formalı sertifikatın əsli (sertifikatın blankı bu Qaydaların ayrılmaz hissəsi hesab olunan Əlavə 2-də təqdim edilmişdir) və ya malın mənşəyi barədə bəyannamə təqdim olunmalıdır. “Əgər Sazişin iştirakçısı olan dövlət mənşəli olan və bir mal partiyasında rəsmiləşdirilən idxal edilmiş malların ümumi dəyəri 5.000 ABŞ dollarına bərabər məbləğdən artıq deyildirsə, sərbəst ticarət rejiminin təqdim olunması məqsədi ilə idx al edilən belə malların mənşə ölkəsini təsdiq edən sənəd qismində malın mənşəyi barədə bəyannamə təqdim edilə bilər. Malların ümumi dəyəri ABŞ dollarından fərqli valyutada bəyan edildiyi halda, valyutanın məbləğinin ABŞ dolları ilə yenidən hesablanması üçün ölkənin milli qanunvericiliyinə uyğun olaraq idxal ölkəsinin gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin qeydiyyata alındığı gün üçün valyuta məzənnəsi tətbiq edilir. Əgər malın mənşə ölkəsini təsdiq edən sənəd qismində malın mənşəyi barədə bəyannamə təqdim edilmişdirsə və həmin bəyannamədə malların mənşə ölkəsi haqqında məlumatların yanlış olması əlamətləri aşkar edilərsə, idxal ölkəsinin gömrük orqanlarının əsaslandırılmış tələbi ilə CT-1 formalı mənşə sertifikatı təqdim edilir. Malların mənşəyi barədə sənədlərin təqdim edilməsinin zəruri olmadığı hallar sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir. Malın mənşəyi haqqında bəyannamənin surəti, habelə onunla bağlı olan və malın mənşəyini təsdiq edən istənilən sənədlər, malın mənşəyi barədə bəyannamənin tərtib edildiyi tarixdən 3 il müddətindən az olmayaraq ixracatçıda saxlanılır.” (6.2-ci bənd). «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1.23-cü maddəsinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Dövlət Gömrük Komitəsinin hüququdur. Bu hüquqa və Dövlət Gömrük Komitəsinin 2019-cu il 18 noyabr tarixli, 1000/331 nömrəli sərəncamına əsasən Bakı Baş Gömrük İdarəsinin 2016-cı il 1 yanvar tar ixdən 2019-cu il 1 yanvar tarixədək olan fəaliyyəti DGK X1 və Audit Baş İdarəsi tərəfindən audit olunmuşdur. Audit nəticəsində yuxarıda qeyd edilən kimi CT-1 formalı sertifikatın iddiaçı tərəfindən gömrük orqanına təqdim edilmədiyinə görə 219.657,55 manat idxal rüsumu, 39.538,36 manat ƏDV, 94.606,51 manat dəbbə pulu olmaqla, cəmi 353.802,42 manat borcun müəssisə tərəfindən dövlət büdcəsinə ödənilmədiyi aşkar olunmuş və həmin borc müəssisəyə hesablanmış və ödənilməsi tələb olunmuşdur. Hesab edilməlidir ki, gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməlidir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4409/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, c avabdehin 2020-ci il 12 fevral tarixli, 1400-02/002-24/001067 nömrəli inzibati aktı “194.261 manat əlavə gömrük ödənişlərinin hesablanması” hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Gömrük Məcəlləsinin müddəalarına zidd olaraq, gömrük auditinin keçirilməsi barədə ilkin qərar qəbul edilməmiş və həmin qərarın surətinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması, habelə müvafiq vəsiqənin əvvəlcədən barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunması təmin edilməmişdir. Bununla da, Gömrük Məcəlləsinin 98.8-ci maddəsinin, eləcə də «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 13.3-cü maddəsinin tələb ləri pozulmuşdur. Hesablanmış gömrük ödənişlərinin bir hissəsi bəyannamədə qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunun itirilməsindən, yəni sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməklə malların buraxılmasından 3 ildən artıq vaxt keçirdikdən sonrakı dövrə təsadüf etmişdir. Nəzərə alınmalıdır ki, Gömrük Məcəlləsinin 83.1.1-ci maddəsinə görə gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək gömrük nəzarəti altında olurlar. Bununla da, inzibati icraat zamanı Gömrük Məcəlləsinin 98.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. İdxal əməliyyatları çərçivəsində 13 gömrük bəyannaməsi üzrə 3 ildən artıq müddət buraxılmaqla hesablanmış gömrük ödənişlərinin ümumi məbləği 194.261 manat (120.607 idxal gömrük rüsumu, 21.709 manat ƏDV, 51.945 manat) təşkil edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, sadalanan pozuntular məcmusunda cavabdehin həyata keçirdiyi inzibati icraat yoxlama kimi «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinin tələblərinə zidd aparılmaqla hüquqi nəticəsi olmayan sayılsa da, bu hal idxalatçı kimi hazırkı iddiaçının həmin əlavə hesablanmış gömrük ödənişlərini ödəməsini istisna etmir. Cavabdehin 2020-ci il 12 fevral tarixli, 140002/002-24/001067 nömrəli inzibati aktı “194.261 manat əlavə gömrük ödənişlərinin hesablanması” hissəsində qanunazidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan akt kimi qiymətləndirilməlidir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmayan hissəsinin təmin olunmasını xahiş etmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 oktyabr tarixli, 2-1(103)-859/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2020-ci il tarixli qərarı qismən, iddianın təmin edilmədiyi hissədə ləğv edilmiş. həmin hissədə iddia təmin edilmiş, cavabdehin 2020-ci il 12 fevral tarixli, 1400-02/00224/001067 saylı inzibati aktı 159541,42 manat əlavə gömrük ödənişlərinin hesablanması hissəsində də ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmədiyi hissə ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı müəssisədən borc tələb edilərkən Gömrük Məcəlləsinin müddəalarına zidd olaraq, gömrük auditinin keçirilməsi barədə ilkin qərar qəbul edilməmiş və həmin qərarın surətinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması, habelə müvafiq vəsiqənin əvvəlcədən barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunması təmin edilməmiş və bununla da Gömrük Məcəlləsinin, eləcə də «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun tələbləri pozulmuşdur. Cavabdehin həyata keçirdiyi inzibati i craat yoxlama kimi «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinin tələblərinə zidd aparılmaqla hüquqi nəticəsi olmayan sayılsa da, bu hal idxalatçı kimi hazırkı iddiaçının həmin əlavə hesablanmış gömrük ödənişlərini ödəməsini istisna etmir. Bu səbəbdən mübahisələndirilən inzibati akt hissəvi deyil, bütövlükdə qanunsuz inzibati akt olaraq ləğv edilməlidir. Hazırkı işdə cavabdeh inzibati orqan iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut yetirə bilməmişdir. Buna görə də, həmin inzibati akt qanunsuz və əlverişsiz inzibati akt olaraq bütövlükdə ləğv edilməlidir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində və ona əlavədə göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Gömrük Məcəlləsi: Maddə 98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. Maddə 98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd oluna n malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Maddə 98.3. Gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər. Maddə 98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 98.7. Gömrük auditi ümumi və xüsusi formala rda həyata keçirilir. Maddə 98.8. Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Maddə 98.9. Auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir. Maddə 98.10. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orq anının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. 19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulm uş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat re yestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmişdir): Bənd 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan s onra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

25. Gömrük Məcəlləsinin bu qərarda qeyd olunan normalarının tələblərinə görə, gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilməklə yanaşı, hər iki auditin aparılması barədə qərar qəbul edilməli, həmin qərarın surəti sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalı, bu barədə çıxarış audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalı, gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun həyata keçirilməlidir (qərarın 18-ci bəndi).

26. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X3ması və Audit Ba ş İdarəsinə İdarə tərəfindən "xxxx" Birgə Müəssisəsinə 353.802,42 manat borcun hesablanıbhesablanmaması barədə məhkəməyə məlumat verilməsi, hesablandığı təqdirdə həmin borcun hesablanması üçün əsas olan sənədlərin, o cümlədən borcun hesablanmasına dair qərarın məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu məktubu göndərilmişdir.

27. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən borcun hesablanması üçün əsas olan sənədlərin və qərarın təqdim edilməsi ilə bağlı bildirilmişdir ki, Komitə tərəfindən məhz "xxxx" Birgə Müəssisəsinin fəaliyyəti ilə bağlı deyil, bütövlükdə Bakı Baş Gömrük İdarəsində inzibatçılığın təşkili vəziyyəti, o cümlədən borcunun hesablanmasının düzgünlüyü ilə bağlı audit aparılmışdır. Həmin auditin nəticələrinə dair akt tərtib olunaraq ora da göstərilən nöqsanların aradan qaldırılması məqsədilə Bakı Baş Gömrük İdarəsinə icra üçün göndərilmişdir. Gömrük Məcəlləsinin 238.4-cü maddəsinə əsasən gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda borclu hesab edilir. 2017-ci ildə "xxxx" X4 Federasiyası və Belarus Respublikasından idxal etdiyi malların bəyan edildiyi 31 ədəd gömrük bəyannaməsinə istehsalçı ölkə tərəfindən verilən CT-1 formalı mənşə sertifikatı əlavə olunmalı olduğu halda, ümumi formalı mənşə sertifikatları əlavə olunmaqla gömrük bəyannaməsinin 36-cı qrafasında 210 imtiy az kodu ilə qeyd edilərək rəsmiləşdirildiyi və malların dəyərinin Birləşmiş Krallığın rezidentinin bank hesabına ödənildiyi müəyyən edilmişdir. Birləşmiş Krallığın rezidenti olan “Streamtrade İndustries LLP” şirkəti ilə "xxxx" Birgə Müəssisəsi arasında bağlanmış E14AZ-STR saylı, 2014-cü il 9 oktyabr tarixli müqaviləyə əsasən Rusiya Federasiyasının “X5 İndastri” şirkəti tərəfindən göndərilmiş “ağac lifli plitələr” yükü **********4479, **********646, **********3895, **********598, **********670 və **********0992 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərkən istehsalçı ölkə tərəfindən verilən ümumi formalı mənşə sertifikatları gömrük bəyannamələrinə əlavə olunmaqla idxal rüsumundan azad olunaraq rəsmiləşdirilmişdir. Birləşmiş Krallığın rezidenti olan “NTS Alliance LLP” şirkəti ilə "x xxx" Birgə Müəssisəsi arasında bağlanmış SR-P78/12 saylı, 2012-ci il 9 noyabr tarixli müqaviləyə əsasən Rusiya Federasiyasının “Nefis Bioprodukt” şirkəti tərəfindən göndərilmiş qida məhsulları **********6462, **********8249, **********0258, **********6675, **********9788 və **********4936 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərkən istehsalçı ölkə tərəfindən verilən ümumi formalı mənşə sertifikatları gömrük bəyannamələrinə əlavə olunmaqla və bəyannamələrin 11-ci qrafasında ticarət edən ölkə Birləşmiş Krallıq qeyd edilməli olduğu halda Rusiya Federasiyası qeyd edilməklə idxal rüsumundan azad olunaraq rəsmiləşdirilmişdir. Birləşmiş Krallığın rezidenti olan “NTS Alliance LLP” şirkəti ilə "xxxx" Birgə Müəssisəsi arasında bağlanmış 15/2007 saylı 18.04.2007-ci il tarixli müqaviləyə əs asən Belarus Respublikasının “Savuşkin Produkt” şirkəti tərəfindən göndərilmiş qida məhsulları **********2784, **********8270, **********2557, **********9411, **********5188, **********29894, **********8407, **********1094, **********8133, **********3948, **********8267, **********3471, **********8233, **********2707, **********051, **********8456, **********0907 və **********6704 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərkən istehsalçı ölkə tərəfindən verilən ümumi formalı mənşə sertifikatları gömrük bəyannamələrinə əlavə olunmaqla və bəyannamələrin 11-ci qrafasında ticarət edən ölkə Birləşmiş Krallıq qeyd edilməli olduğu halda Rusiya Federasiyası qeyd edilməklə idxal rüsumundan azad olunaraq rəsmiləşdirilmişdir. Birləşmiş Krallığın rezidenti olan “NTS Alliance LLP” şirkəti ilə "xxxx" Birgə Müəssisəsi arasında bağlanmış CİS 70004E saylı, 2012-ci il 1 fevral tarixli müqaviləyə əsasən Rusiya Federasiyasının “Valio” Filal “Erçovo” şirkəti tərəfindən göndərilmiş qida məhsulları **********0560 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilərkən istehsalçı ölkə tərəfindən verilən ümumi formalı mənşə sertifikatları gömrük bəyannamələrinə əlavə olunmaqla və bəyannamələrin 11ci qrafasında ticarət edən ölkə Birləşmiş Krallıq qeyd edilməli olduğu halda Rusiya Federasiyası qeyd edilməklə idxal rüsumundan azad olunaraq rəsmiləşdirilmişdir. İdxal olunan mallara sərbəst ticarət rejiminin tətbiq edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 1046 saylı, 2010-cu il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “X2 malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında ” 2009-cu il 20 noyabr tarixli Sazişin 6.1-ci maddəsinə əsasən Sazişin iştirakçısı olan konkret dövlətdə malın mənşə ölkəsinin təsdiq edilməsi üçün gömrük orqanının CT-1 formalı sertifikatının əsli təqdim olunmalıdır. Eyni zamanda, həmin Sazişin 5.1-ci maddəsinin “a” bəndinə əsasən sərbəst ticarət rejimi malin Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə (kontrakta) əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilən və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunan mallara şamil olunur. "xxxx" Birgə Müəssisəsi tərəfindən mallar idxal edilərkən gömrük orqanına təqdim edilmiş gömrük bəyannamələrinə əlavə olunmuş sənədlərə əsasən ixracatçılar və ticarət edən ölkə fə rqli olduğundan və nəticə olaraq müqavilələr Sazişin iştirakçıları ilə bağlanmadığından, həmçinin malların mənşə ölkəsinin təsdiq edilməsi üçün gömrük orqanına CT-1 formalı sertifikatlar təqdim edilmədiyindən mallara mövcud qanunvericiliyə uyğun olaraq idxal gömrük rüsumları tətbiq edilməli və Gömrük Məcəlləsinin 247-ci maddəsinin tələblərinə uyğun olaraq hər gecikdirilmiş günə görə gömrük borcu məbləğinin 0.1% miqdarında dəbbə pulu hesablanmalıdır. Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olması 3 il ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri məcburi tuturlar.

28. Məktubun məzmunundan müəyyən olunur ki, iddiaçı müəssisənin fəaliyyəti ilə bağlı hər hansı audit keçirilməsi qərara alınmamış, bu barədə qərar mövcud deyil, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən bütövlükdə Bakı Baş Gömrük İdarəsində inzibatçılığın təşkili vəziyyəti, o cümlədən borcunun hesablanmasının düzgünlüyü ilə bağlı audit aparılmışdır ki, həmin auditin nəticələrinə dair də ümumi akt tərtib olunaraq orada göstərilən nöqsanların aradan qaldırılması Bakı Baş Gömrük İdarəsinə tapşırılaraq icra üçün göndərilmişdir. 29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun bu qərarda istinad edilən normalarının tələblərindən göründüyü kimi, yoxlamalar yalnız həmin Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanun və onun əsasınd a qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində n əzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (qərarın 19-cu bəndi).

30. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur (qərarın 20-ci bəndi).

31. Beləliklə, yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparı lan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Cavabdeh tərəfindən həmin tələb təmin olunmadığından, onun tərəfindən aparılmış audit yoxlaması iddiaçıya münasibətdə əlverişsiz hüquqi nəticə yaratmır.

32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 oktyabr tarixli, 21(103)-859/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar