Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-394/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli 2-1(103)-2765/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********142200 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində əlavə 95.260,77 manat vergi məbləği hesablanmış, hesablamanın əsası kimi sığorta şirkəti tərəfindən təqdim edilmiş **********618600 nömrəli sənədə əsasən 12.130.000,00 manat məbləğində əmlak sığorta olunmuş və əmlak vergisi üzrə kənarlaşma yaranmışdır. Ödənilmiş əmlak vergisi 26.039,23 manat olduğundan (12.130.000x1%=121.130,00; 121.130,00 – 26.039,23=95.260,77) 95.260,77 manat məbləğində kən arlaşma yaranmışdır. Qeyd olunan kənarlaşma ilə bağlı vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilməmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli **********066900 nömrəli qərarına əsasən İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********142200 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022 tarixli **********066900 saylı Qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı МММ (**********) sair plastik məmulatların istehsalı, əsasən polipropilen və polietilen dənəciklərin (xammalın) idxalı, emalı, satışı (o cümlədən ixracı), emal xidməti ilə məşğul olur. Bu müddət ərzində qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə **********231200 saylı 2020-ci il üçün təqdim edilmiş əmlak vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə bildir iş göndərilmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixli № **********142200 (vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə: bəyannamə və hesabat dövrü: 2020-ci il) əlavə vergilərin hesablanması barədə Qərar qəbul edilmişdir. Elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə də "xxxx" MMM-nin şəxsi hesab vərəqəsindən artıq ödəmədən 95.260.77 manat silinmişdir.
5. İddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********142200 nömrəli qərarın və onun hüquqi nəticələrinin ləğvi kimi dəyişdirilmişdir.
6. Cavabdeh iddiaya yazılı etirazını təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.1998-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2001-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyət növünün “əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı” olduğu müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillərə münasibətdə bildiririk ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı, 2020-ci il üzrə sığorta təşkilatlarından alınmış məlumatlar əsasında müəssisənin balansında olan əsas vəsaitlərin qalıq dəyərindən artıq qiymətə sığortalanan əmlakın bazar dəyəri 12 1 30 000,0 manat olduğu halda, 2020-ci il üçün əmlak vergisi bəyannaməsinin 505-ci “əmlakın qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti” sətrində 0,00 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci İl tarixli **********231200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 95 260,77 manat əmlak vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının he sablanması barədə” xx.xx.2021-ci il tarixli **********142200 nömrəli Qərar qəbul olunmuşdur. Belə ki, Müəssisə tərəfindən araşdırmaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli M-Pl2915/19 nömrəli “Əmlak Sığortası Şəhadətnaməsinə əsasən sığorta məbləğinin 12 130 000,0 manat qeyd edilməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə təqdim edilmiş əmlak vergisi bəyannaməsinin 505-ci (Əmlakın qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti) sətri göstəricisiz təqdim edilmişdir. Vergi Məcəlləsinin 14.3-cü maddəsinə əsasən 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilir. Eyni zamanda Vergi Məcəlləsinin 201.1.1-ci maddəsinə əsasən müəssisənin əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinin nümayəndəsinə məxsus 050 *** ** ** nömrəsi ilə telefon əlaqəsi saxlanılmış, əlavə vergi məbləğinin hesablanmasının qanunvericiliyin tələblərinə uyğun olduğu izah edilmişdir. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) tərəfindən daxil olmuş xx.xx.2020-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2020-ci il tarixli, **********618600 nömrəlifvə xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli, **********095200 nömrəli) məktublarda və Müəssisə tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli M-Pl-2915/19 nömrəli “Əmlak Sığortası Şəhadətnaməsi”ndə ünvan 1 ünvanda yerləşən “kisə istehsalı” adlı təsərrüfat obyekti xx.xx.2005-ci il tarixdən vergi orqanında qeydiyyatdadır) daşınar əmlakların (323 ədəd maşın və avadanlıqların) 12 130 000,0 manata sığortalandığı faydalanan şəxsin Paşa Bank ASC olduğu və sığortalanan əmlakın girova qoyulduğu qeyd edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyic ilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı).
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalanmış, iddiaçı əmlak sığortası şəhadətnaməsində müəyyən edilmiş 12.130.000 manat sığorta məbləğinin bazar qiyməti ilə eynilik tə şkil etmədiyi qənaətindədir. Sığorta məbləği əmlakın həqiqi dəyərindən çox ola bilməz. Məhkəmə hesab edir ki, əmlakın həqiqi dəyəri vergi məqsədləri baxımından özlüyündə əmlakın likvid qiymətini və ya real bazar qiymətini müəyyən edir. Məhkəmə araşdırması zamanı iddiaçı sığortaçı ("xxxx" ASC) tərəfindən verilmiş sığorta şəhadətnaməsinin və ya sığorta məbləğinin mübahisələndirilməsi və ya etibarsız olmasına dair hər hansı sübut təqdim etməmiş, həmin sığorta məbləğinin mötəbər olmadığını və ya sığorta şəhadətnaməsinin qüvvədə olmadığını bildirməmişdir. Əksinə, iddiaçı həmin əsas vəsaitlərin bazar qiymətinin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizanın aparılması üçün zəruri şərait yaratmamış, bununla əlaqədar məhkəmə tərəfindən sübutetmə vəzifəsinin dönüşü edil miş, mübahisələndirilən inzibati akt üzrə sübut etmə vəzifəsi iddiaçının üzərinə qoyulmuşdur. Cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni yayındırılmış dövriyyənin mövcudluğunu sübut etmişdir. Məhkəmə araşdırması zamanı vergi orqanın qənaətinin iddiaçının qanunla qorunan hüquqlarını pozmadığı, eləcə də mütənasiblik prinsipinin tələblərinə əməl olunduğu, şəxsin hüquqlarına müdaxilənin inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olduğu müəyyən olunmuşdur.
9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və İ.S.Şirinov) 14 sentyabr 2023-cü il tarixli 21(103)-2765/2023 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2765/2023 saylı qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kas sasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Sığorta məbləği 12 130 000,00 manat təşkil etsə belə bu, əmlakın real və ya bazar dəyəri deyildir? Bu sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. xx.xx.2023-cü il tarixli Qərarda heç bir maddəyə istinad edilməmiş, normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməmişdir. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin inzibati organ faktiki şərtlərin mövcudluğunu sübut etmədən, "xxxx" MMM-nin şəxsi hesab vərəqəsindən artıq ödəmədən 95.260.7 7 manat silmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstəril məsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 201.1. Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir. Maddə 201.1.1. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən sığortalanma tarixinə əmlakın bazar dəyərinə uyğun olaraq müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda bu Məcəllənin 202-ci maddəsinin müddəaları tətbiq edilmir. Maddə 202.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür. 16. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
12. Sığorta məbləği və sığorta ödənişi
1. Sığorta məbləği Qanuna və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta olunana ödənilməli pul məbləğinin həddidir. Sığorta haqqının və ödənişinin məbləğləri ondan asılıdır.
2. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. Maddə
13. Şəxsi sığorta, əmlak sığo rtası və mülki məsuliyyət sığortası
2. Əmlak sığortası fiziki və ya hüquqi şəxslərin əmlakının, yaxud sahibkarlıq, bank və başqa kommersiya fəaliyyəti üçün risqlə bağlı əmlak-mənafelərinin sığortasıdır. Sığorta məbləği müqavilənin bağlandığı anda əmlakın həqiqi dəyərindən (sığorta dəyərindən) çox ola bilməz. Sığortaçının sığorta olunan tərəfindən qəsdən yanıldığını sübut etdiyi hallar istisna olmaqla tərəflər əmlakın sığorta dəyərinə etiraz edə bilməzlər. Əgər sığorta müqaviləsində müəyyənləşdirilmiş sığorta məbləği əmlakın sığorta dəyərindən çoxdursa, onda bu dəyərdən çox olan sığorta məbləği hissəsində müqavilə etibarsız sayılır. Sığorta ödənişləri sığorta hadisəsi zamanı dəymiş birbaşa zərərin məbləğindən çox ola bilməz, bu şərtlə ki, sığorta müqaviləsində müəyyən məbləğdə sığorta ödə nişi nəzərdə tutulmuş olmasın. Sığorta məbləği əmlakın sığorta dəyərindən az olduğu halda, müqavilə şərtlərində başqa qayda nəzərdə tutulmamışdırsa, sığorta ödənişlərinin məbləği sığorta məbləğinin əmlakın sığorta dəyərilə nisbətinə mütənasib surətdə azaldılır.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçıl arından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayəti n əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmd ə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qar şı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hazırkı işin hallarından görünür ki, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı, 2020-ci il üzrə sığorta təşkilatlarından alınmış məlumatlar əsasında müəssisənin balansında olan əsas vəsaitlərin qalıq dəyə rindən artıq qiymətə sığortalanan əmlakın bazar dəyəri 12130000,0 manat olduğu halda, 2020-ci il üçün əmlak vergisi bəyannaməsinin 505-ci “əmlakın qalıq dəyərindən artıq qiymətlə sığortalandığı qiyməti” sətrində 0,00 manat göstərilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********231200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün 95260,77 manat əmlak vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığort ası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********142200 nömrəli qərar qəbul olunmuşdur.
26. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 14.3-cü və 201.1.1-ci maddələrinə əsasən müəssisənin əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda əmlak vergisi bu Məcəllənin 14-cü maddəsinə əsasən müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablandığını, müəssisə tərəfindən təqdim edilmiş “Əmlak Sığortası Şəhadətnaməsi”nə əsasən əmlakların dəyərinin 12130000,0 manat müəyyən edildiyini, hesablanmış vergi məbləğinin əsaslarının vergi ödəyicisinin nümayəndəsinə izah edildiyini, müəssisə tərəfindən təsdiqedici sənədləri, o cümlədən əmlakın sığortalandığı vaxta həqiqi dəyərinin (bazar dəyəri) və ya bərpa olunan dəyərinin müəyyən edilməsi ilə bağlı müvafiq ekspert rəyinin araşdırmaya təqdim edilmədiyini nəzərə alaraq, Cəmiyyətin şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********142200 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi sığorta məbləği əmlakın həqiqi dəyərindən çox ola bilməz. “Əmlak Sığortası Şəhadətnaməsinə əsasən əmlakın sığorta məbləğinin 12130000,0 manat qeyd edilməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş əmlak vergisi bəyannaməsində əsas vəsaitlərin həqiqi dəyəri göstərilməmişdir. Həmçinin, iddiaçı əmlak sığortası şəhadətnaməsində müəyyən edilmiş 12130000 manat sığ orta məbləğinin bazar qiyməti ilə eynilik təşkil etmədiyini qeyd etsə də, buna dair sübutlar təqdim etməmişdir.
28. Eyni zamanda, iddiaçı sığortaçı ("xxxx" ASC) tərəfindən verilmiş sığorta şəhadətnaməsinin və ya sığorta məbləğinin mübahisələndirilməsi və ya etibarsız olmasına həmin sığorta məbləğinin mötəbər olmamasına və ya sığorta şəhadətnaməsinin qüvvədə olmamasına dair hər hansı sübut təqdim etməmişdir.
29. İPM-nin 14.1-ci maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir ki, cavabdeh orqan bunu sübuta yetirə bilmişdir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təm in edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMM tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli 2-1(103)-2765/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.