Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3944/2025 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh xxxxnin * saylı Qəbələ Ərazi Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması; çoxmənzilli yaşayış binasının fərdi yaşayış evi kimi qeydiyyata alınmasının mümkünsüzlüyü)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh xxxxnin * saylı Qəbələ Ərazi Idarəsinə qarşı “fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair ona çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ######## 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Oğuz rayonu, Calut kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olmuşdur.
2. Iddiaçı həmin torpaq sahəsində yaşayış evi inşa etmək üçün “X2 and Construction” MMC-yə sifariş verərək ##.##.2023-cü il tarixdə 3 mərtəbəli fərdi yaşayış evinə dair ümumi məlumatlar, mövqe planı, yerləşmə planı, fasad, düyünlər, dam örtüyünün planı, kəsiklər, tipik mərtəbə planı, tipik bəzək və hörgü planı və tikintiyə aid olan məlumatlar göstərilməklə evin layihəsini tərtib etdirmiş, Oğuz rayon Icra Hakimiyyətinin Memarlıq Tikinti şöbəsi tərəfindən layihə təsdiq edilmişdir.
3. Oğuz rayonu, Calut kəndində yerləşən yaşayış məntəqələri kateqoriyalı 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1064,3 kv.m. olan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində 1924001132 qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq, 405013023262-***** reyestr nömrəli çıxarış verilmişdir.
4. ##.##.2024-cü il tarixdə iddiaçının nümayəndəsi xxxx publik hüquqi şəxsi 9 sayı Qəbələ Ərazi Idarəsinə (bundan sonra – Qəbələ Ərazi Idarəsi və ya cavabdeh) ərizə ilə müraciət edərək, evə dair tərtib edilmiş çıxarış və texniki pasportun texniki problemlərə görə qeydiyyatın ləğv edilməsini xahiş etmişdir.
5. Bundan sonra iddiaçı Qəbələ Ərazi Idarəsinə müraciət edərək, Oğuz rayonu, Calut kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
6. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, ərazi Idarənin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar araşdırılan zaman məlum olmuşdur ki, təqdim edilmiş tikinti obyektinin layihəsi iki və daha çox mənzildən ibarət olduğu üçün həmin tikinti obyekti çox mənzilli yaşayış binası hesab edilir. Çox mənzilli yaşayış binalarının layihələndirilməsi "AZDTN 2.7-2 yaşayış binaları layihələndirmə normaları"-na uyğun olaraq hazırlanmalıdır. Sözügedən tikinti obyekti çox mənzilli yaşayış binası olduğundan həmin tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektinə aid olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəbə görə müraciətinin icrası mümkün olmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a. Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu, Calut kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Oğuz rayonu, Calut kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə qanunsuz olaraq bundan imtina etmişdir. Cavabdeh orqan hesab edir ki, təqdim etdiyi sənədlərdən əlavə tikintiyə icazə sənədi də, təqdim edilməlidir. Belə ki, cavabdehin qənaətinə görə qeydə alınmalı obyekt çoxmənzilli yaşayış binasıdır. Göründüyü kimi, cavabdehin imtinası qanunsuzdur. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan isə bu əsaslar olmadan əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən qanunsuz olaraq imtina etmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar araşdırılan zamanı məlum olmuşdur ki, təqdim edilmiş tikinti obyektinin layihəsi iki və daha çox mənzildən ibarət olduğu üçün həmin tikinti obyekti çox mənzilli yaşayış binası hesab edilir. Çox mənzilli yaşayış binalarının layihələndirilməsi "AZDTN 2.7-2 yaşayış binaları layihələndirmə normaları"-na uyğun olaraq hazırlanmışdır. Sözügedən tikinti obyekti çox mənzilli yaşayış binası olduğundan həmin tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektinə aid olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəbə görə müraciətinin icrası mümkün olmamışdır. * saylı Qəbələ Ərazi Idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Qanunun 23-cü maddəsinə əsasən Idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1- 75.3, 75.2-75.16-cı maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi xahiş edilir.
10. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Vüqar Musayev).
11. Məhkəmə hesab etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Oğuz rayonu, Calut kəndində yerləşən tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Iddiaçı mübahisəli tikilinin fərdi yaşayış evi, cavabdeh orqan isə çoxmənzilli yaşayış binası olduğunu iddia edir. Tikilinin yerləşdiyi torpaq sahəsi ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının tam xüsusi mülkiyyətindədir. Sözügedən tikiliyə dair cavabdeh orqan tərəfindən əvvəllər ##.##.2024-cü il tarixli ********** nömrəli dövlət reyestrindən çıxarış verilsə də, sonradan aparılmış icraat çərçivəsində həmin qeydiyyat ləğv edilmiş və hazırda qüvvədə deyil. Fərdi yaşayış evləri və çoxmənzilli binalar üzərində əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı qanunvericilikdə fərqli tənzimləmələr nəzərdə tutulduğundan, mübahisəli tikilinin məlumatlandırma və ya icazə icraatına uyğun olub-olmaması müəyyən edilməlidir. Bu məqsədlə məhkəmə tərəfindən iş üzrə ##.##.2024-cü il tarixdə *-*(***)-****/**** saylı qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
12. Təqdim edilmiş ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: - Oğuz rayonu, Calut kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikilinin faktiki texniki göstəriciləri ilə iş materiallarında olan (səh.14-27), həmin tikiliyə dair “X2 and Construction” MMC tərəfindən tərtib edilmiş və Oğuz rayon Icra Hakimiyyətinin Memarlıq-tikinti şöbəsi tərəfindən təsdiq edilmiş ''Memarlıq planlaşdırma həlli"ndə qeyd olunan texniki göstəricilər müqayisələndirilən zaman həmin tikilinin faktiki texniki göstəricilərinin yuxarıda qeyd olunan “Memarlıq planlaşdrıma həlli”ndə qeyd olunan texniki göstəricilər ilə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. - Oğuz rayonu, Calut kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikilinin 3 mərtəbədən ibarət olduğunu, hündürlüyünün 9.90 metr olduğunu (“0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək) həmçinin aşırımlar arasındakı məsafənin 6 metrdən çox olmadığını nəzərə alaraq həmin tikilinin Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olduğu müəyyən olunur.
13. Məhkəmə qeyd edib ki, ekspert tərəfindən yalnız tikilinin mərtəbəliliyi, hündürlüyü və aşırımlar arası məsafə nəzərə alınmaqla tədqiqat aparılmışdır. Lakin bu meyarlar tikilinin təyinatı barədə obyektiv nəticəyə gəlmək üçün kifayət deyildir. Belə ki, tikilinin layihələndirilməsi və konstruktiv xüsusiyyətləri onun təyinatına uyğun qiymətləndirilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaqda davam edərək bildirib ki, iş materiallarında olan, iddia olunan tikiliyə aid ''Memarlıq planlaşdırma həlli"nə baxış keçirilərkən sözügedən tikilinin fərdi yaşayış evinə yox, çoxmənzilli binaya uyğun olması qənaəti yarandığından məhkəmə tərəfindən tikiliyə yerli baxış keçirilməklə “Fərdi yaşayış evləri layihələndirmə normaları” (AzDTN 2.7-3) və “Yaşayış binaları layihələndirmə normaları” (AzDTN 2.7-2) əsasında qiymətləndirmə aparılmışdır. Belə ki, AzDTN 2.7-3 normalarına əsasən fərdi yaşayış evi bir ailə üçün nəzərdə tutulan və yerüstü mərtəbələrinin sayı 3-dən çox, hündürlüyü 12 metrdən artıq olmayan yaşayış sahəsidir. Belə evlərdə ümumi istifadə üçün nəzərdə tutulmuş sahələr (dəhliz, qalereya, ümumi giriş və s.) olmur. AzDTN 2.7-2 normalarına əsasən çoxmənzilli bina iki və ya daha çox mənzildən ibarət olub, mənzillərin ümumi istifadə sahələri (dəhlizlər, pilləkən qəfəsləri və liftlər) və mühəndis-kommunikasiya sistemləri ilə təmin olunduğu binalardır. Bu binalar müstəqil mənzilləri əhatə edir.
15. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ## #### 2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, tikinti obyektinin xarakteristikası Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ##.##.2021-ci il tarixli * nömrəli Qərarı ilə təsdiq olunmuş AzDTN 2.7-2 “Yaşayış binaları. Layihələndirmə normaları” və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ##.##.2023-cü il tarixli *-**/*-*-*/**** nömrəli Qərarı ilə təsdiq olunmuş AzDTN 2.7-3 “Fərdi yaşayış evləri. Layihələndirmə normaları” ilə tənzimlənir. Eyni zamanda bildiririk ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ######## 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Şəki Inzibati Məhkəməsinin ## ###### 2025 tarixli qərarı ləğv edilərək iddia təmin edilmiş, cavabdehin üzərinə “Oğuz rayonu, Calut kəndində ##.##.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınan yaşayış məntəqələri kateqoriyalı 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur (hakimlər - Tural Həsənov (sədrlik edən, məruzəçi), Rövşən Rəfiyev və Elman Isayev).
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında yalnız daşınmaz əmlak məhv olmuşdursa, qeydiyyat cavabdeh orqan tərəfindən ləğv oluna bilər. Bu halda da cavabdeh orqan qanunvericiliyin tələblərini pozaraq mülkiyyətçinin formal (texniki problemlərə görə qeydiyyatın ləğvini istəyir) ərizəsini əsas götürərək iddiaçının adına verilmiş fərdi yaşayış evinə dair qeydiyyatı ləğv etmişdir. Iddiaçı hüquqların dövlət qeydiyyatına dair müvafiq sənədləri əldə etdikdən sonra həmin qeydiyyatla razılaşmadığını bildirmişdir. Bu hal da məhkəmə kollegiyası tərəfindən inandırıcı qəbul edilmir. Ona görə ki, iddiaçının fərdi yaşayış evinə dair verilmiş çıxarışın ləğvinə dair ərizəsi ## ###### 2024-cü il tarixdə tərtib edilmiş, daha sonra iddiaçı eyni müraciətlə ## #### 2024-cü il tarixdə cavabdeh orqana müraciət etmişdir. Iddiaçının əvvəlki qeydiyyatla razılaşmadığı halda (cavabdeh bildirir) ləğv olunmuş qeydiyyatın eyni ilə yenidən aparılması barədə müraciət etməsi də cavabdeh orqanın dəlillərini təkzib edir.
19. Eyni hüquqmüəyyənedici sənədlərlə iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququ, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla sonradan ləğv olunmuş olsa belə çıxarışla qeydə alınmış, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən hazırkı vəziyyətdə iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Bununla da, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) və müəyyənlik prinsipi pozulmuşdur.
20. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Belə ki, iddiaçı, torpaq sahəsinə dair ## ### 2023cü il tarixdə çıxarış aldıqdan sonra tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanı olan Oğuz rayon Icra Hakimiyyətinə məlumat vermiş, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, eləcə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi məlumata əlavə etmişdir. Icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə layihəyə dair irad iddiaçıya təqdim edilməmiş, o da tikinti işlərinə başlamışdır.
21. Sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (yerli icra hakimiyyətinə) göndərilən məlumatın olması isə onunla təsdiq edilir ki, iş materiallarına əlavə edilmiş * saylı Qəbələ Ərazi idarəsinin ## ###### 2024-cü il tarixli məktubundan göründüyü kimi mübahisələndirilən daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınmasına yerli icra hakimiyyəti orqanı etiraz etməmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana məktub göndərmişdir. Buna görə də, mübahisələndirilən tikili, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olduğundan onun tikintisinə icazənin alınması da tələb olunmur.
22. Iş materiallarından və cavabdeh orqan tərəfindən aparılmış inzibati icraat materiallarından görünür ki, iddiaçının tikintiyə və istismarına icazə sənədi mövcud deyildir. Iddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini artıq tikib başa çatdırmışdır. Bu halda onun tikintiyə icazə sənədini də alması qeyrimümkündür. Həmçinin, iddiaçının qeydiyyata aldırmaq istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi iddiaçının rəsmi qaydada mülkiyyətində olan yaşayış məntəqələri torpaq sahəsində tikilmişdir ki, həmin torpaq sahəsi də iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin ev tikildiyi vaxtdan etibarən hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, iddiaçının ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibiiddiaçının həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a. Kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış, habelə ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar araşdırılan zamanı məlum olmuşdur ki, təqdim edilmiş tikinti obyektinin layihəsi iki və daha çox mənzildən ibarət olduğu üçün həmin tikinti obyekti çoxmənzilli yaşayış binası hesab edilir. Çохmənzilli уаşayış binalarının layihələndirilməsi "АZDТN 2.7-2 уаşауış binaları layihələndirmə normalarına uyğun olaraq hazırlanmışdır. Sözügеdən tikinti оbуеkti çox mənzili уаşауış binası оlduğundаn həmin tikili Аzəгbаусаn Rеsрublikası Şəhərsalma və Tikinti Мəcəlləsinin 74-сü mаddəsinə əsasən tikintisinə icazə tələb оlunan tikinti оbуеktinə aid оlduğu müəyyən еdilmişdir. Qeyd olunan səbəbə görə mürасiətinin iсгаsı mümkün оlmаmışdır.
25. Mübahisəli tikili Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından barəsində icazə tələb olunan tikinti obyekti hesab edildiyindən sözügedən daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində göstərilən şərtlər yerinə yetirilməlidir. Lakin iddiaçı, o cümlədən məhkəmə kollegiyası buna əməl etməyərək tikiliyə məlumatlandırılma icraatı çərçivəsində yanaşmışdır. Məhkəmə kollegiyası özü qərarında göstərmişdir ki, (bənd 59) iddiaçının tikintiyə və istismarına icazə sənədi mövcud deyildir. Iddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini artıq tikib başa çatdırmışdır. Bu halda onun tikintiyə icazə sənədini də alması qeyri mümkündür. Göründüyü kimi, məhkəmə kollegiyası bir növ iddiaçı tərəfindən yol verdiyi pozuntunu qanuniləşdirməyə cəhd etməklə qanunsuz və əsassız qərar qəbul etmişdir
26. Məhkəmə kollegiyası isə göstərilən mühüm xüsusatı nəzərə almamış, iş üzrə əlavə və ya təkrar ekspertiza təyin etmədən istinad olunan natamam ekspert rəyinə əsaslanaraq iddianı təmin etmişdir. Halbuki İ instansiya məhkəməsi tədqiqat obyektinə yerli baxış keçirməklə müəyyən etmişdir ki, tikilidə giriş-çıxış ümumi olmaqla hər mərtəbədə ümumi sahələr (dəhlizlər, pilləkən qəfəsləri) o cümlədən, 3 təcrid olunmuş - ayrıca mətbəxi, hamamı və sanitar qovşağı olan yaşayış sahələri mövcuddur. Tikilidə fərdi yaşayış evinə xarakterik olan hər hansı əlamət yoxdur. Belə ki, fərdi yaşayış evləri yalnız bir ailənin istifadəsi üçün nəzərdə tutulduğu halda, faktiki olaraq hər mərtəbədə bir yox, bir neçə ailənin yaşaması üçün nəzərdə tutulmuş təcrid mənzillər mövcuddur və həmin mənzillərin hər biri müstəqil olaraq planlaşdırılmışdır. Nəzərə alınmalıdır ki, iki və ya daha çox mənzildən ibarət, ümumi giriş-çıxışlı və mühəndis-kommunikasiya sistemləri birgə istifadəyə uyğun olan tikililər çoxmənzilli bina hesab edilir. Hazırkı tikilinin hər mərtəbəsində müstəqil mənzillərin olması tikilinin çoxmənzilli bina olmasını açıq şəkildə sübut edir. Həmçinin məlumatlandırma icraatı yalnız müəyyən edilmiş normativlər nəzərə alınmaqla fərdi yaşayış evlərinə tətbiq edilir. Hazırkı iş üzrə tikilinin çoxmənzilli binanın xüsusiyyətlərini daşıması bu icraatın tətbiqini istisna edir. Odur ki, tikilinin memarlıq-planlaşdırma xüsusiyyətləri və yerində baxış zamanı aşkar edilən faktlar onun çoxmənzilli bina olduğunu təsdiqlədiyindən, həmçinin təqdim edilmiş ekspert rəyinin yuxarıda qeyd olunan normativlərə və faktiki vəziyyətə aşkar şəkildə zidd olması müəyyən edildiyindən məhkəmə, tikilinin məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olması ilə bağlı ekspert rəyini iş üzrə mötəbər sübut qismində qəbul etmir. Mübahisəli tikili Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından barəsində icazə tələb olunan tikinti obyekti hesab edildiyindən sözügedən daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində göstərilən şərtlər yerinə yetirilməlidir. Göründüyü kimi, məhkəmə kollegiyası sözügedən ekspert rəyinin mötəbər sübut qismində qəbul edilməsini birinci instansiya məhkəməsində fərqli olaraq əsaslandırmamışdır.
b. kassasiya şikayətinə etirazın dəlilləri
27. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat;
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat;[38] ...
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.
30. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 13. Yaşayış sahələrinin növləri ... 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
29. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
30. Inzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
34. Işin mübahisəsiz halları bu qərarın “Işin halları” bölməsində əksini tapmışdır.
35. Hazırda iddiaçı yenidən mübahisə predmeti olan tikilinin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsini xahiş edir.
36. Iddiaçı onu tərəfindən məhkəməyə təqdim edilmiş layihədə əksini tapmış mübahisəli tikilinin fərdi yaşayış evi, cavabdeh orqan isə çoxmənzilli yaşayış binası olduğunu iddia edir. Tikilinin yerləşdiyi torpaq sahəsi ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının tam xüsusi mülkiyyətindədir. Sözügedən tikiliyə dair cavabdeh orqan tərəfindən əvvəllər ##.##.2024-cü il tarixli ********** nömrəli dövlət reyestrindən çıxarış verilsə də, sonradan aparılmış icraat çərçivəsində həmin qeydiyyat ləğv edilmiş və hazırda qüvvədə deyil.
37. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün hazırkı tikilinin qiymətləndirilməsi “Fərdi yaşayış evləri layihələndirmə normaları” (AzDTN 2.7- 3) və “Yaşayış binaları layihələndirmə normaları” (AzDTN 2.7-2) əsasında aparılmalıdır.
38. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində göstərilir ki, "...yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir."
39. Bu normada mənzillərin sayı, otaqların sayı, hər mərtəbədə neçə ailənin yaşaya biləcəyi, habelə ayrıca girişlərin sayı göstərilməyib.
40. Deməli, sırf qanunun mətninə əsaslansaq, fərdi yaşayış evinin məlumatlandırma icraatına aid edilməsi üçün əsas meyarlar: 1. fərdi yaşayış evi olması; 2. 3 mərtəbədən çox olmaması; 3. 12 metrdən hündür olmaması; 4. aşırımların 6 metrdən artıq olmamasıdır.
41. Lakin nəzərə alınmalıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində "fərdi yaşayış evləri" anlayışından bəhs olunur.
42. Həmin Məcəllə bu anlayışı ayrıca izah etməsə də, şəhərsalma hüququna aid olan AzDTN 2.7-3 “Fərdi yaşayış evlərinin layihələndirmə normaları”nda "fərdi yaşayış evi"nin anlayışı verilərək göstərilir ki, fərdi yaşayış evi - yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. Belə evlərdə ümumi istifadə üçün nəzərdə tutulmuş sahələr (dəhliz, qalereya, ümumi giriş və s.) olmur. AzDTN 2.7-2 normalarına əsasən çoxmənzilli bina iki və ya daha çox mənzildən ibarət olub, mənzillərin ümumi istifadə sahələri (dəhlizlər, pilləkən qəfəsləri və liftlər) və mühəndis-kommunikasiya sistemləri ilə təmin olunduğu binalardır. Bu binalar müstəqil mənzilləri əhatə edir.
43. Göründüyü kimi qanunvericiliyin tikililərin təsnifatlaşdırılmasında yanaşması tikilinin funksional mahiyyətinə əsaslanır. Başqa sözlə, tikilinin fərdi yaşayış evi kimi qəbul edilməsi üçün həndəsi parametrlərlə (mərtəbə sayının 3-dən çox olmaması və s.) yanaşı, həmin tikilin funksional xüsusiyyətləri nəzərə alınmalıdır. Iddiaçının təqdim etdiyi layihədən görünür ki, layihədə əks olunan xüsusiyyətlər onu klassik fərdi yaşayış evindən daha çox azmərtəbəli çoxmənzilli yaşayış binası kimi xarakterizə etməyə əsas verir.
44. Tikilidə fərdi yaşayış evinə xarakterik olan hər hansı əlamət yoxdur. Fərdi yaşayış evləri yalnız bir ailənin istifadəsi üçün nəzərdə tutulduğu halda, faktiki olaraq hər mərtəbədə bir yox, bir neçə ailənin yaşaması üçün nəzərdə tutulmuş təcrid mənzillər mövcuddur və həmin mənzillərin hər biri müstəqil olaraq planlaşdırılmışdır. Bu halda Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddənin tətbiqi istisna olunur. Odur ki, həmin tikili çoxmənzilli yaşayış evi olmaqla ona məlumatlandırma icraatı deyil, tikintisinə icazə tələb olunan tikinti obyekti kimi tikintiyə icazə proseduru tətbiq edilməli idi.
45. Məhkəmə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan tikili məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti deyil, tikintisinə icazə tələb olunan tikinti obyektidir. Belə olan təqdirdə müvafiq tikililər üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinə uyğun olaraq (tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi əsasında həyata keçirilməlidir.
46. Işdə olan ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyinə gəldikdə isə, həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olduğu qeyd edilsə də, ekspert tərəfindən yalnız tikilinin mərtəbəliliyi, hündürlüyü və aşırımlar arası məsafə nəzərə alınmaqla tədqiqat aparılmışdır. Lakin bu meyarlar tikilinin təyinatı barədə obyektiv nəticəyə gəlmək üçün kifayət deyildir. Belə ki, tikilinin layihələndirilməsi və konstruktiv xüsusiyyətləri onun təyinatına uyğun qiymətləndirilməmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1-ci maddəsində nəzərə tutulmuş hüquqmüəyyənedici sənədlər mövcud deyil və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də, qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən iddiaçının qeyd edilən tikiliyə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.
48. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin inzibati orqanın apardığı qeydiyyatı özünün ləğv etməsinə səlahiyyətli olmaması və bərabərlik hüququnun pozulması ilə bağlı qeyd etdiklərini isə əsassız hesab edir. Belə ki, “xxxx" X1 Nizamnaməsinin 3.1.12-ci bəndində əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək DƏDKR-in vəzifələrinə aid edilmişdir.
49. Eyni zamanda qeyd edilməlidir ki, hüquq bərabərliyi prinsipi qanunvericiliyin tələblərinə uyğun olmayan inzibati praktikanın davam etdirilməsini tələb etmir. Eyni hüquqmüəyyənedici sənədlər əsasında digər şəxsin və ya əvvəlki dövrdə iddiaçının özü ilə bağlı daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi faktı, hazırkı halda həmin hüququn yenidən qeydiyyata alınması üçün müstəqil hüquqi əsas hesab edilə bilməz. Qanunvericiliyin tələblərinə uyğun olmayan və sonradan ləğv edilmiş dövlət qeydiyyatının mövcudluğu digər şəxslər və ya eyni şəxs üçün analoji hüququn yaranmasına səbəb olmur. Bu baxımdan, cavabdeh inzibati orqanın sonradan qanunvericiliyin tələblərinə uyğun mövqe sərgiləyərək hüququn dövlət qeydiyyatından imtina etməsi özlüyündə bərabərlik və ya müəyyənlik prinsiplərinin pozulması kimi qiymətləndirilə bilməz.
50. Digər tərəfdən nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi iddiaçının keçmiş dövlət qeydiyyatı ilə razılaşmayaraq həmin qeydiyyatın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etməsini inandırıcı hesab etməsə də, iddiaçının belə müraciət etməsini təkzib etməsi iş materiallarından görünmür. Əksinə, işdə olan sənədlərlə iddiaçının ## ###### 2024- cü il və ## #### 2024-cü il tarixli müraciətləri təsdiq olunur. Bu baxımdan, cavabdeh orqanın qeyd edilən xüsusatla bağlı dəlilləri əsassız hesab oluna bilməz.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının # ######## 2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. Iddia tələbi rədd edilsin. Qərar qətidir.