Məhkəmə qərarları › İş №2-1(102)-3947/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3947/2025

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3947/2025 21.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı “xxxx” MMC cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının araşdırılması prinsipinin pozulması; növbədənkənar səyyar vergi yoxlaması; ekspert rəyinin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinə qarşı “cavabdehin ##.##.2023-cü il tarixli **************** saylı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Cavabdehin ##.##.2022-ci il tarixli **************** saylı qərarı ilə iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlamanın nəticəsində ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli səyyar vergi yoxlaması aktları tərtib edilmişdir.

2. ##.##.2023-cü il tarixli səyyar vergi yoxlaması aktı əsasında ##.##.2023-cü il tarixli **************** saylı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. 3.Həmin qərarla iddiaçıya 2020-2021-ci illər üzrə mənfəət vergisi, 2020-2022-ci illər üzrə ƏDV, 2020-2021-ci illər üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, 2020-2023cü illər üzrə ödəmə mənbəyində vergi ilə bağlı ümumilikdə 261.126,26 manat əlavə vergi hesablanmış, habelə Vergi Məcəlləsinin 58.1 və 58.6-cı maddələrinə əsasən cəmi 130.814,71 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində birinci icraat 4.Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2023-cü il tarixli **************** saylı “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. 5.Iddia tələbi onunla əsaslandırılmışdır ki, birinci yoxlama aktında yoxlama ##.##.2022 tarixdə başlanılmış və ##.##.2023 tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması müvafiq qərarlara əsasən ümumilikdə - 14 dəfə müvəqqəti dayandırılmış, 252 gün müddətə dayandırılmış, müxtəlif vaxtlarda dayandırılma qərarları olsa da, yoxlama bərpa edilmiş və sonradan dayandırılmışdır. Ikinci yoxlama aktında isə aktın nömrəsi eyni saxlanılmış səyyar vergi yoxlamasının başlanması ##.##.2022-ci il və başa çatması isə ##.##.2023-cü il göstərilmişdir. Səyyar vergi yoxlaması müvafiq qərarlara əsasən ümumilikdə -14 dəfə müvəqqəti dayandırılmış, 380 gün müddətə dayandırılmış, müxtəlif vaxtlarda dayandırılma qərarları olsa da, yoxlama bərpa edilmiş və sonradandayandırılmışdır. Cavabdeh qanunvericiliyə uyğun olmayan iki akt qəbul etmişdir. Belə ki, ##.##.2023-cü il tarixli **************** saylı və ##.##.2023-cü il tarixli **************** saylı səyyar vergi yoxlaması aktları eyni məzmunda yazılmışdır. Yekunda ##.##.2023-cü il tarixli **************** saylı Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə, mübahisələndirilən qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilsə də, həmin maddəyə uyğun olaraq cavabdeh vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi hallarına dair sübutları təqdim etməmişdir. 6.Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi uçotun hesablama metodunu tətbiq etmişdir. Yoxlama zamanı müəssisənin yoxlama ilə əhatə olunan dövrdə dərman vasitələrinin satışını yalnız elektron qaimə-faktura ilə, bioloji aktiv qida əlavələrinin satışını isə 2020-ci ildə pərakəndə qaydada kassadan (elektron qaimə-faktura yazılmadan), 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə isə həm vergi ödəyicisinə məxsus təsərrüfat subyektində (**********-15002) quraşdırılmış yeni nəsil real vaxt rejimində işləyən nəzarətkassa aparatı vasitəsilə, həm də elektron qaimə-faktura ilə rəsmiləşdirdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 161-ci maddəsinin tələbləri (vergi tutulan əməliyyatın dəyəri) yoxlanılarkən, vergi ödəyicisinin qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərdən aşağı qiymətə, pərakəndə qaydada rəsmiləşdirilmiş bioloji aktiv qida əlavələrin isə Vergi Məcəlləsinin 50.8.5-ci maddəsinin tələblərini pozaraq malın adını, ölçü vahidini, bir vahidinin qiymətini göstərmədən satdığı aşkar edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi anbar hesabatına əsasən dövr ərzində məxaric edilmiş dərman vasitələrinə (aldıqları dərman vasitələrinin satışını yalnız topdan qaydada təşkil edən vergi ödəyicilərin ("xxxx" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) təqdim edilən malların elektron qaimə-faktura üzrə qiymətləri saxlanılmaqla) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlər tətbiq edilməklə, elektron qaimə-faktura yazılmadan satılan bioloji aktiv qida əlavələrinə isə 2020, 2022-ci illərin yoxlama ilə əhatə olunan dövründə və 2021-ci ildə “xxxx” MMCnin bazar qiymətinə (Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara tətbiq etdikləri qiymətlərin səviyyəsi bilinmədiyi üçün) dair ekspert rəyindəki qiymətlər tətbiq edilməklə satış dövriyyələri müəyyən edilmişdir. 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə ekspert rəyindəki bazar qiymətləri ilə müəssisənin təqdim etdiyi elektron qaiməfakturalardakı qiymətlər arasındakı fərq həmin illərdə qüvvədə olan Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində göstərilən faizdən çox aşağı olmadığı üçün vergilər faktiki təqdim olunma qiymətləri ilə hesablanmişdir. Yoxlama zamanı gəlirin əldə edilməsi ilə bağlı xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə mənfəət bəyannamələrində bir sıra xərclərin (malın dəyəri, reklam xərcləri və digər xərclər) artıq göstərildiyi müəyyən edilmişdir. Həmçinin, 2021-ci ildə müəssisənin mal (iş, xidmət) aldığı vergi ödəyicilərindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli vergi ödəyiciləri hesab edilmələri barədə qərar çıxarılmış "xxxx" MMC (VÖEN: **********) (##.##.2021-ci il tarixli **************** nömrəli qərarla) (26931,00 manat), "xxxx" MMC (VÖEN: **********) (##.##.2021-ci il tarixli **************** nömrəli qərarla) (103871,00 manat), "xxxx" MMC (VÖEN: **********) (##.##.2021-ci il tarixli **************** nömrəli qərarla) (158250,00 manat), "xxxx" MMC (VÖEN: **********) (##.##.2021-ci il tarixli **************** nömrəli qərarla) (30195,00 manat) ilə olan qarşılıqlı əməliyyatların riskli hissəsi (cəmi 319247,00 manat), "xxxx" MMC-dən (VÖEN: **********) ##.##.2021-ci il tarixdə alınmış 3500 ədəd BORJOMI Can 0.33L üçün ödənilmiş 1820,00 manat Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən xərc kimi nəzərə alınmamışdır. "xxxx" MMC və "xxxx" MMC "xxxx" MMC-yə təqdim etdiyi elektron qaimə-fakturalara görə riskli vergi ödəyicisi hesab edildiyindən həmin qaimələrdəki məbləğin hamısı, "xxxx" MMC və "xxxx" MMC ilə olan əməliyyatların isə risk qərarı qəbul edildikdən sonrakı tarixə olan hissəsi xərcdən çıxarılmışdır. Yoxlama zamanı vergi ödəyicisinin xərclərindən malların dəyəri malların hərəkətinə dair cədvəl və yük gömrük bəyannamələri, əmək haqqı və icbari ödənişlərə əmək haqqının hesablanması cədvəlləri, icarə haqları icarə müqavilələri, bank xidməti və faiz xərcləri bank hesablarından çıxarışlara, amortizasiya ayırmaları əsas vəsaitlərə dair mühasibat sənədlərinə, qalan digər xərclər isə əldə edilmiş elektron qaiməfakturalara əsasən müəyyənləşdirilmişdir. Bundan əlavə, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 2021-ci və 2022-ci ilin aprel aylarında “Itmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə” aktlar əsasında malların faktura dəyəri ilə silindiyi, lakin idxal olunarkən gömrük dəyəri ilə əvəzləşdirildiyi müəyyən olunaraq həmin mallara gömrük dəyəri tətbiq edilməklə dəyəri hesablanmışdır. Vergi ödəyicisi malların hərəkətinə dair anbar hesabatını aylıq deyil, illik təqdim etdiyi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən müəyyən edilən illik satış dövriyyələri və bunlardan daxil olan məbləğ ilə vergi ödəyicisinin bəyannamələrindəki təqdim edilmiş mallar üzrə ƏDV-yə cəlb olunan cəmi dövriyyə məbləği və bunlardan daxil olan məbləğ arasındakı fərq hər ilin yoxlama ilə əhatə olunan sonuncu ayının bəyannamə məlumatlarının üzərinə əlavə olunmaqla hesablama aparılmışdır. Yoxlama zamanı dərman vasitələrinin və bioloji aktiv qida əlavələrinin satışından uyğun olaraq 2020-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə 1766626,61 manat və 394553,45 manat olmaqla cəmi 2161180,06 manat, 2021-ci ildə 3284467,80 manat və 1433213,45 manat olmaqla cəmi 4717681,25 manat, 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə isə 2208752,71 manat və 744665,00 manat olmaqla cəmi 2953417,71 manat satış dövriyyəsi (ƏDV-siz) müəyyən olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə bəzi yük gömrük bəyannamələri və elektron qaimə- faktura üzrə əvəzləşmənin vaxtının Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun təyin edilmədiyi və ya bəzi aylarda isə əvəzləşmə üçün təqdim edilmiş yük gömrük bəyannaməsinin Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud olmadığı, araşdırma zamanı həmin yük gömrük bəyannaməsi üzrə malın hələ gömrükdən buraxılmadığı, saxlancda olduğu müəyyən edilmişdir. Belə ki, bu səbəblərdən həmçinin təqdim edilmiş ƏDV bəyannamələrindən 2020-ci ilin sentyabr ayı üzrə 109,80 manat (##.##.2020-ci il tarixli ************** nömrəli yük gömrük bəyannaməsi üzrə saxlancda olan mal üçün), 2022-ci ilin aprel ayı üzrə 110,77 manat (##.##.2022-ci il tarixli ************** nömrəli yük gömrük bəyannaməsi üzrə saxlancda olan mal üçün 109,80 manat və 0,97 manat "xxxx" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBBS seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olduğu üçün) kameral vergi yoxlaması ilə ƏDVnin əvəzləşməsi ləğv edilərək düzgün olaraq əlavə vergi hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalara və digər ilkin mühasibat sənədlərinə əsasən müəyyən olunmuşdur ki, 2020-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə vergi ödəyicisinin malların satışından 2161180,06 manat (ƏDV-siz) dövriyyəsi olmuş, dövriyyədən 2165240,96 manat vəsait daxil olmuşdur ki, onun da ƏDVsi 389743,38 manat təşkil edir. Alınmış mallara, göstərilmiş xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük bəyannamələri üzrə əvəzləşdiriləsi ƏDV məbləği isə 269250,36 manat olmuşdur. Belə ki, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166cı və 175.1-ci maddəsinin tələblərinə əsasən aylar üzrə ƏDV-nin hesablanması nəticəsi olaraq 2020-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə (389743,38- 269250,36)=120493,02- 84063,97=36429,05 manat verginin azaldıldığı müəyyən edilərək 36429,05 manat əlavə vergi hesablanması və azaldılmış ƏDV-yə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 18214,53 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaiməfakturalara və digər ilkin mühasibat sənədlərinə əsasən müəyyən olunmuşdur ki, 2021-ci il üzrə vergi ödəyicisinin malların satışından 4717681,25 manat dövriyyəsi (ƏDV-siz) olmuş, dövriyyədən 4320994,23 manat vəsait daxil olmuşdur ki, onun da ƏDV-si 777778,96 manat, qaytarılan mallar üzrə ödənilən 4419,17 manatın ƏDVsi 795,45 manat təşkil edir. Alınmış mallara, göstərilmiş xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar və yük gömrük bəyannamələri üzrə əvəzləşdiriləsi ƏDV məbləği isə 745427,23 manat olmuşdur. Belə ki, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166cı və 175.1-ci maddələrinin tələblərinə əsasən 2021-ci il üzrə (777778,96-795,45- 745427,23)=31556,28- (-14065,77) = 45622,05 manat ƏDV-nin azaldıldığı müəyyən edilərək 45622,05 manat əlavə vergi hesablanması və azaldılmış ƏDV-yə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 22811,03 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaiməfakturalara və digər ilkin mühasibat sənədlərinə əsasən müəyyən olunmuşdur ki, 2022-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə müəssisənin malların satışından 2953417,71 manat dövriyyəsi (ƏDV-siz) olmuş, dövriyyədən 2888822,93 manat vəsait daxil olmuşdur ki, onun da ƏDV-i 519988,11 manat təşkil etmişdir. Alınmış mallara, göstərilmiş xidmətlərə görə əldə edilmiş elektron qaimə-fakturalar ("xxxx" MMCdən (VÖEN: **********) ##.##.2021-ci il tarixdə alınmış 3500 ədəd BORJOMI Can 0.33L üçün ödənilmiş və 2022-ci ilin yanvar ayında əvəzləşdirilmiş 327,60 manat ƏDV-nin Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən əvəzləşdirilməsi ləğv edilməklə) və yük gömrük bəyannamələri üzrə əvəzləşdiriləsi ƏDV məbləği isə 534174,26 manat olmuşdur. Belə ki, yoxlama zamanı Vergi Məcəlləsinin 159.1-ci, 166-cı və 175.1-ci maddələrinin tələblərinə əsasən aylar üzrə ƏDV-nin hesablanması nəticəsi olaraq 2022-ci ilin yoxlama ilə əhatə olunan dövrü üzrə (519988,11-534174,26)= - 14186,15-(42151,29)=27965,14 manat verginin azaldıldığı müəyyən edilərək 27965,14 manat əlavə vergi hesablanması və azaldılmış ƏDV-yə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 13982,57 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olumuşdur. Yoxlama ilə əhatə olunan dövr üzrə Vergi Məcəlləsinin 50.8.5-ci, 67-ci, 159.1-ci, 159.5-ci, 161-ci, 166-cı və 175-ci maddələrinə əsasən ümumilikdə 110016,24 manat ƏDV-nin azaldılması müəyyən edilərək 110016,24 manat əlavə vergi hesablanması və azaldılmış ƏDV-yə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 55008,13 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın yoxlanılması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi yoxlama ilə əhatə olunan dövr üzrə 2020-2022ci ilin rüblük bəyannamələrinə əsasən 2020-ci ildə 58316,55 manat məcburi dövlət sosial sığorta haqqı, 2332,56 manat işsizlikdən sığorta haqqı, cəmi 60649,11 manat, 2021-ci ildə 76566,69 manat məcburi dövlət sosial sığorta haqqı, 3062,64 manat işsizlikdən sığorta haqqı, 6125,28 manat icbari tibbi sığorta haqqı, cəmi 85754,61 manat, 2022-ci ildə 39136,04 manat məcburi dövlət sosial sığorta haqqı, 1565,46 manat işsizlikdən sığorta haqqı, 6261,76 manat icbari tibbi sığorta haqqı, cəmi 46963,26 manat hesablanmışdır. Yoxlama zamanı “Sosial sığorta haqqında” qanunun 14.4-cü maddəsinə, “Işsizlikdən sığorta haqqında” qanunun 9-cu maddəsinə və “Tibbi sığorta haqqında” qanunun 15-10-cu maddəsinə əsasən 2020-ci ildə 58316,52 manat məcburi dövlət sosial sığorta haqqı, 2332,66 manat işsizlikdən sığorta haqqı, cəmi 60649,18 manat, 2021-ci ildə 76566,69 manat məcburi dövlət sosial sığorta haqqı, 3062,68 manat işsizlikdən sığorta haqqı, 6125,34 manat icbari tibbi sığorta haqqı, cəmi 85754,71 manat, 2022-ci ildə 39136,04 manat məcburi dövlət sosial sığorta haqqı, 1565,44 manat işsizlikdən sığorta haqqı, 6261,76 manat icbari tibbi sığorta haqqı, cəmi 46963,24 manat müəyyən edilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta haqqının 2020-ci ildə 0,03 manat artıq hesablandığı, işsizlikdən sığorta haqqının 2020-ci ildə 0,10 manat, 2021-ci ildə 0,04 manat azaldıldığı, 2022-ci ildə 0,02 manat artıq hesablandığı, icbari tibbi sığorta haqqı 2021-ci ildə 0,06 manat azaldıldığı, ümumilikdə bəyannamə (hesabat) üzrə 2020-ci il üzrə 0,07 manat, 2021-ci il üzrə 0,10 manat, cəmi 0,17 manat azaldılma, 2022-ci ildə 0,02 manat artıq hesablama müəyyən edilmişdir. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması zamanı müəyyən edilmişdir ki, müəssisə müxtəlif tarixlərdə bağladığı icarə müqavilələri əsasında hüquqi və fiziki şəxslərdən Bakı şəhərində ofis, anbar, satış obyekti icarəyə götürərək istifadə etmiş və icarə haqqı ödəmişdir. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə icarə haqqından 3472,00 manat vergi hesablamışdır. Yoxlama zamanı müəyyən olundu ki, müəssisə Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən ödənilmiş icarə haqqından 14% dərəcə ilə vergini 2020-ci ilin 2-ci rübündə 28,00 manat, 2021-ci ilin 1-ci rübündə 280,00 manat artıq, 2020-ci ilin 3-cü rübündə 112,00 manat, 2021-ci ilin 2ci rübündə 420,00 manat az hesablamış, 2022-ci ilin 1-ci və 2-ci rüblərində beynəlxalq daşımalar həyata keçirən qeyri-rezidentə nəqliyyat xidmətləri üçün müəssisənin "X3" ASC-nin "Səbail" filialındakı valyuta hesabından ödənilən 14900,56 manat və 26786,55 manat vəsaitdən vergi hesablamamışdır. Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən 6% dərəcə ilə qeyri rezidentə nəqliyyat xidmətləri üçün ödənilmiş vəsaitlərdən uyğun olaraq 894,03 manat və 1607,19 manat vergi hesablanmışdır. Yoxlama zamanı 2725,22 manat əlavə ödəmə mənbəyində tutulan verginin hesablanması və azaldılmış 3033,20 manat vergiyə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1516,61 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilməklə məsuliyyətə cəlb edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə zidd olaraq 2020-ci ildə 106,20 manat, 2021-ci ildə 88,91 manat ƏDV-nin alınmış malların dəyəri ödənilən gündən gec vergi ödəyicisinin depozit hesabına ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında, yəni 97,56 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 7.Şəki Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ilə (hakim V.Musayev) iddia tələbi təmin edilərək, cavabdehin ##.##.2023-cü il tarixli **************** saylı qərarı ləğv edilmişdir. 8.Məhkəmə qeyd etmişdir ki, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə ##.##.2022-ci il tarixli, **************** №-li qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlara) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin məlumatların nədən ibarət olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmişdir. 9.Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat 10.Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-**/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: T.Həsənov /sədrlik edən və məruzəçi/, R.Rəfiyev və T.Musayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasıya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq aşağıdakıları qeyd etmişdir: 11.1. cavabdeh inzibati orqan apardığı icraatda, yəni səyyar vergi yoxlaması çərçivəsində yoxlamanın dayandırılması barədə 14 dəfə qərar qəbul etmiş və həmin qərarların ikisi vergi ödəyicisinin rəhbərinin əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar, digər on ikisi isə mütəxəssisin (ekspertin) cəlb olunması ilə bağlı qəbul olmuşdur. Işin hazırkı mərhələsində yoxlamanın dayandırılması barədə qərarlar formal qiymətləndirilir, məntiqi və ağlabatan görünmür. Belə ki, iş materiallarında ## ####### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək (32 gün müddətinə) və ## ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsinə, daha sonra isə əmək qabiliyyətinin bərpa olunmasına dair hər hansı mötəbər sübutlar-sənədlər aşkar edilməmişdir. Bundan başqa, müxtəlif tarixlərdə, cəmi 12 dəfə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi əsası ilə yoxlama dayandırılsa da, rəy təqdim edilmədiyi halda dəfələrlə icraatı təzələyib, yenidən eyni əsasla dayandırılmasının əsasları aydın deyil. 11.2. Bundan əlavə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulmuş 6 qərardan birinin çıxarılması üçün müəyyən edilmiş müddət ötürülmüşdür. 11.3. Bundan başqa, səyyar vergi yoxlaması zamanı ## ######## 2023-cü il tarixli "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunsa da, həmin qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Ümumiyyətlə, cavabdeh tərəfindən məhkəməyə səyyar vergi yoxlamasının müddətinin uzadılmasına əsas olmuş hallar barədə mötəbər sübutlar təqdim edilməmişdir. Bundan başqa, səyyar vergi yoxlaması ilə bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" təqdim edilən çıxarışda "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərar barədə məlumatın qeyd edilməsi, həmin qərarın reyestrdə tam şəkildə qeydiyyata alındığını birbaşa təsdiq etmir. 11.4. "Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanuna əsasən, özəl ekspertiza fəaliyyəti göstərmək üçün ekspert müvafiq tələblərə cavab verməli, müsahibədən keçməli, şəhadətnamə aldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməlidir. Yalnız bundan sonra şəxs ekspertiza aparmaqda və ekspert rəyi verməkdə səlahiyyətli şəxs ola bilər. Əks halda bu ekspert rəyi deyil, mütəxəssis rəyi hesab edilir və bu ekspert rəyini əvəz etmir. Baxılan işdə cavabdeh qərar qəbul edərkən istinad etdiyi rəyin ekspert rəyi, rəyi verən müəssisənin isə Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməsi müəyyən edilmir. 11.5. Işin obyektiv və hərtərəfli araşdırmasını təmin etmək məqsədi ilə *-*(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizаsı təyin edilməsi ilə bağlı qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin ## ### 2025-ci il tarixli, *-**-**/*-*/****/**** nömrəli məktubuna qoşma kimi əlavə edilmiş ekspert rəyinə əsasən iddiaçı-müəssisənin dərman vasitələrinin satışının Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərə uyğun formada olması öz təsdiqini tapmışdır. Vergi orqanı tərəfindən iddiaçı-müəssisəyə may 2020-ci il və avqust 2022-ci il yoxlama ilə əhatə edilən dövr üzrə hesablanmış vergilərin və maliyyə sanksiyalarının doğruluğu müəyyən edilməmişdir. 11.6. Aktda hesablamaya əsas kimi müəssisənin elektron qaimələrlə iddiaçının satdığı dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının təsdiq edilmiş qiymətlərdən aşağı, NKA kassa aparatı vasitəsi ilə satılmış bioloji aktiv qida əlavələri isə “xxxx” MMC-nin bazar qiymətinə dair ekspert rəyindəki qiymətlərdən aşağı satıldığı göstərilmişdir. Beləliklə, yoxlama əsasında "xxxx" QAPALI SƏHMDAR CƏMIYYƏTI, "xxxx" QAPALI SƏHMDAR CƏMIYYƏTI, "xxxx" MƏHDUD MƏSULIYYƏTLI CƏMIYYƏTI-nə təqdim edilən malların elektron qaimə-faktura üzrə qiymətləri saxlanılmaqla digər dərman vasitələrinə Tarif (qiymət) Şurasının təsdiq edilmiş qiymətləri, bioloji aktiv qida əlavələrinə isə ekspert rəyində qeyd olunan bazar qiymətlərinə uyğun olaraq şişirdilmiş satış dövriyyəsi çıxararaq əlavə hesablamalar aparmışdır. Halbuki, işdə olan sənədlərlə müəssisənin fəaliyyətində qeyd olunan halların mövcudluğu müəyyən edilmir, bütün satışlar Tarif (qiymət) Şurasının təsdiq edilmiş qiymətləri ilə həyata keçirilmişdir. Kassa vasitəsilə satılmış bioloji aktiv qida əlavələri isə pərakəndə satış qiymətləri müəyyən edilmədən, dövrün əvvəlinə olan malın maya dəyəri nəzərə alınmadan, cavabdehin təqdim etdiyi ekspert rəyində qeyd olunan bazar qiymətləri tətbiq olunaraq dövriyyə məbləği hesablanmışdır. 11.7. Həmçinin, müəssisə pərakəndə satış zamanı Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin tələblərini nəzərə almışdır. Müəssisənin təqdim etdiyi bütün məlumatlar ekspert rəyi ilə öz təsdiqini tapır, təqdim edilmiş bütün vergi bəyannamələrində heç bir uyğunsuzluq mövcud deyildir. Yoxlama əsasında isə bütün hesablamalar Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının təsdiq edilmiş qiymətlər və “xxxx” MMC-nin bazar qiymətinə dair ekspert rəyindəki qiymətlər əsasında aparılmışdır, lakin həmin qiymətlərə əsasən hesablamalar da düzgün aparılmamışdır. Qiymətlərin tam düzgün olduğu barədə elektron qaimə nümunələri iş materiallarına əlavə edilmişdir. 2021-2022ci illərdə isə yoxlama ilə əhatə olunmuş dövrdə cavabdeh tərəfindən təqdim edilmiş ekspert rəyindəki bazar qiymətləri ilə müəssisənin təqdim etdiyi elektron qaiməfakturalardakı qiymətlər arasında fərq həmin illərdə qüvvədə olan Vergi Məcəlləsinin 14.3.3-cü maddəsində göstərilən faizdən çox aşağı olmadığı üçün vergilərin faktiki təqdimolunma qiymətləri ilə hesablandığı bildirilmişdir. Əgər yoxlama müəssisənin faktiki təqdim olunma qiymətlərini təsdiqləyirsə nəyə əsasən həmin dövrlər üzrə əlavə dövriyyə hesablayaraq təqdim olunan ƏDV bəyannamələrinə və Mənfəət vergi bəyannaməsinə əlavə vergi məbləğləri hesablamışdır? Heç bir əsas təqdim edilmədən, müəssisənin faktiki təqdimolunma qiymətlərinin təsdiqlənilməsinə baxmayaraq 2021-ci il üzrə təqdim olunan Mənfəət vergi bəyannaməsində qeyd olunan çıxılmalardan sonra ümumi gəliri 4438479.19 manatdan 4686110.69 manata, satılmış malların maya dəyəri də 2131850.23 manatdan 2115315.37 manata dəyişdirilmişdir. Halbuki, müəssisə tərəfindən malın maya dəyəri tam qanunauyğun formada hesablanmışdır və bu barədə hesabat da yoxlamaya təqdim edilmişdir. 11.8. Beləliklə, yoxlama müəssisənin təqdim etdiyi sənədləri nəzərə almadan, heç bir əsas təqdim etmədən satılmış malların maya dəyərini azaldaraq, 2021-2022-ci illərdə isə müəssisənin faktiki təqdimolunma qiymətlərini təsdiqləməsinə baxmayaraq əlavə satış dövriyyəsi hesablayaraq vergi məbləğləri hesablamışdır. 12.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI a) kassasiya şikayətinin dəlilləri: 13.Kassasiya şikayətində cavabdeh işin hallarına, iddia tələbinə etirazdakı dəlillərə istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, səyyar vergi yoxlaması ##.##.2022ci il tarixdə başlanılmış və ##.##.2023-cü il tarixdə başa çatmışdır. Səyyar vergi yoxlaması ## ####### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək (32 gün müddətinə) dayandırılmasının səbəbi vergi ödəyicisinin ##.##.2022-ci il tarixli **************** nömrəli məktubu (müəssisənin rəhbərinin səhhəti ilə əlaqədar olaraq müalicəyə getdiyi üçün aparılan vergi yoxlamasının dayandırılması barədə) əsasında: ## ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək (31 gün müddətinə) dayandırılması səbəbi isə vergi ödəyicisinin ##.##.2022-ci il tarixli **************** nömrəli məktubu (müəssisənin rəhbərinin səhhəti ilə əlaqədar olaraq müalicəyə getdiyi üçün aparılan vergi yoxlanılmasının dayandırılması barədə) əsasında dayandırılmışdır. Yoxlama cavabdehin təşəbbüsü ilə deyil, iddiaçının müraciəti əsasında dayandırılmışdır, iddiaçı tərəfindən elektron məktublar ilə vergi orqanına müraciət edilərək rəhbərinin müalicəsi ilə bağlı yoxlamanın müvəqqəti olaraq dayandırılması xahiş edilmişdir. Lakin məhkəmə kollegiyası iş üzrə ətraflı araşdırma aparmadığı üçün yoxlamanın müvəqqəti olaraq dayandırlmasına səbəb olmuş halları müəyyən edə bilməmişdir. 14.Bundan əlavə, yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi anbar hesabatında malların nə qədərinin topdan, nə qədərinin pərakəndə və hansı qiymətə satıldığını müəyyənləşdirmək, həmçinin pərakəndə qaydada rəsmiləşdirilmiş bioloji qida əlavələrinin isə Vergi Məcəlləsinin 50.8.5-ci maddəsinin tələblərinin yerinə yetirilməsini, həmçinin yoxlama ilə əhatə olunan dövrdə kassadan (elektron qaimə-faktura yazılmadan) satılan malların qiymətinin, elektron qaimə-faktura yazılmaqla rəsmiləşdirilən malların qiymətinin isə bazar qiymətinə uyğunlaşdırmaq məqsədi ilə ekspertizanın keçirilməsi zərurəti yaranmışdır. Ekspert qarşısında qoyulan suallara tam cavab verilməsi üçün ekspert tərəfindən yoxlama predmetinə aid olan yoxlama materialları ilə tanış olması, əlavə araşdırma tələb edən materialların tədqiqi üçün xeyli müddət tələb olunduğundan bir çox hallarda ekspert tərəfindən rəy uzun müddət keçdikdən sonra təqdim olunur. Göründüyü kimi, vergi orqanı tərəfindən çıxarılmış dayandırma haqqında qərarlar ekspert rəyinin gec daxil olma səbəbindən qəbul edilmişdir. 15.Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulmuş 6 qərardan birinin çıxarılması üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Vergi Məcəlləsinin 39.4cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. ##.##.2023-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktının 28-ci səhifəsinə nəzər saldıqda görünür ki, akt ##.##.2023-cü il tarixdə vergi ödəyicisinə rəsmi olaraq təqdim edilmiş və vergi ödəyicisinin nümayəndəsi aktının nəticəsi ilə razı olmadığı üçün aktı imza etməkdən və bir nüsxəsini almaqdan imtina etmiş, bu barədə aktda qeydlər aparmışdır. Ekspert rəyində müddətin axımını aktın surətinin vergi ödəyicisi tərəfindən qəbul edildiyi ##.##.2023-cü il tarix yox, aktın tarixindən, yəni ##.##.2023-cü il tarixdən hesablamışdır. Məhkəmə də öz qərarını buna əsasən əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, Vergi Məcələsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Yəni, səyyar vergi yoxlaması aktı vergi ödəyicisinə təqdim edildikdən sonra Məcəllənin 39.5-ci maddəsinin tələblərinə riayət edilməklə 30 gün müddət gözlənilmişdir (##.##.2023-cü il - ##.##.2023-cü il = 30 gün). Məcəllənin 39.6-cü maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır (##.##.2023-cü il – ##.##.2023-cü il = 15 gün). Məcəllənin 39.7-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. ##.##.2023-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktına baxılma haqqında protokol tərtib edilmiş cəmiyyətin direktoru X1 protokolla tanış olmuş, lakin protokolu imza etməkdən imtina etmişdir (##.##.2023-cü il - ##.##.2023-cü il = 10 gün). Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri gözlənilməklə 10 gün müddətində “Əlavə vergi yoxlaması tədbirlərin keçirilməsi haqqında ##.##.2023-cü il tarixli **************** saylı Qərar qəbul olunmuşdur. Yəni Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbləri pozulmamışdır. 16.Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsaslandırılmaması ilə bağlı isə qeyd edilməlidir ki, yoxlama ##.##.2022-ci il tarixli **************** saylı xidməti məlumatına (həmin məlumatda yoxlamanın aparılmasına əsas verən səbəblər qeyd edilmişdir) əsasən təyin edilmişdir. Belə ki, “xxxx” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (Təqdim edilmiş mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanlarında mövcud olan uçot baza məlumatlarına əsasən daha yüksək müəyyən edilməsi - Vergi orqanına təqdim edilmiş 2020-ci ilin mənfəət vergisi bəyannaməsində ticarət əlavəsi 86,9 faiz,2021-ci ilin mənfəət vergisi bəyannaməsində ticarət əlavəsi 108,4 faiz tətbiq edildiyi halda baza məlumatlarına əsasən (vergi ödəyicisinə aid gömrük bəyannamələri, əldə etdiyi və təqdim etdiyi elektron qaimə-fakturalar, mənfəət bəyannamələri və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının dərmanların qiymətləri barədə Qərarları) alınmış və ya idxal edilmiş malların araşdırılması nəticəsində ticarət əlavəsinin daha artıq olduğu müəyyən edilmişdir) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə may 2020-avqust 2022 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama nəticəsində ticarət əlavəsinin 2020ci ildə 103.45%, 2021-ci ildə 121,53% olduğu müəyyən edilmişdir. Həmçinin növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas olmuş hallar səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd olunmuş, əsaslandırılmış, həmin akt sübut kimi məhkəməyə təqdim edilmiş və əlavə olaraq məhkəməyə təqdim edilmiş ərizəyə etirazda da qeyd olunmuşdur və bu sənədlər işin materiallarında mövcuddur. 17.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli il tarixli */**** nömrəli ekspert rəyində nəticə hissəsində mühasibatlıq sahəsi ilə bağlı qoyulan suallara verilən cavablarda illər üzrə azaldılmış vergilər göstərilsə də, məhkəmə ekspert rəyində qeyd olunan məbləğin təmin edilməsi, iddianın həmin hissədə rədd edilməsi ilə bağlı qərar qəbul etməmiş, sübutlar siyahısında istifadə etdiyi ekspert rəyində qeyd olunan hesablamaların niyə nəzərə alınmaması ilə bağlı heç bir əsaslandırma etməmişdir. Belə ki, məhkəmə qərarın müxtəlif hissəslərində müəssisənin təqdim etdiyi bütün məlum atların ekspert rəyi ilə öz təsdiqini tapdığını, təqdim edilmiş bütün vergi bəyannamələrində heç bir uyğunsuzluq mövcud olmadığını qeyd etsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli il tarixli */**** nömrəli ekspert rəyində nəticə hissəsində ÖMV üzrə 2725.22 manat, 2020-ci il üzrə az hesablanmış 3321.10 manat, 2021-ci il üzrə hesablanmış mənfəət vergisi 5266.99 manat, 2020-ci il üzrə 2988,99 manat, 2021-ci il üzrə 4740 manat və 2022-ci il üzrə 2591,13 manat olmaqla, ümumilikdə 10320,96 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Göründüyü kimi, ekspert rəyi ilə vergilərin az hesablanması öz təsdiqini tapmışdır.

TƏTBIQ EDILƏN HÜQUQ

18.Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 38. Səyyar vergi yoxlaması Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, ... Maddə 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddə 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): ... 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; [329] 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; ... Maddə 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir.[335] Maddə 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Maddə 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Maddə 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: ... 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;

19.Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

20.Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 21.Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22.Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. 23.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsaslandırılması ilə bağlı işin hallarının qiymətləndirilməsinə dair qeydlər

24. Hazırkı iş üzrə cavabdehin ##.##.2022-ci il tarixli **************** saylı qərarına əsasən iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. ##.##.2022-ci il tarixli **************** saylı qərarında, habelə yoxlamanın nəticəsində ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli səyyar vergi yoxlaması aktlarında yoxlamanın keçirilmə əsasları göstərilməmişdir (cavabdeh kassasiya şikayətində aktın 1.8-ci bəndində əsasların əks olunduğunu qeyd etsə də, aktın 1.8-ci bəndində bu barədə məlumat yoxdur). 25.Işə baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin hüquq normasına ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Odur ki, vergi orqanı tərəfindən aparılmış yoxlama qanunvericiliyə uyğun əsaslandırılmış hesab edilmir. 26.Məhkəmə kollegiyası razılaşır ki, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunvericilikdə konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir. 27.Beləliklə, növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi yalnız Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu ilə mümkündür. Bu əsasların mövcudluğu vergi orqanının yoxlama təyin etmək səlahiyyətinin hüquqi şərtini təşkil edir və həmin şərtin obyektiv surətdə mövcud olması tələb olunur. 28.Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. 29.Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. 30.Hazırkı mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. 31.Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama işə baxmış məhkəmələr tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilmişdir. 32.Bununla yanaşı Kollegiya onu da qeyd edir ki, vergi yoxlamasının təyin edilməsi haqqında qərarda və ya sonradan tərtib edilmiş yoxlama aktında yoxlamanın keçirilmə əsaslarının ətraflı göstərilməməsi özü-özlüyündə həmin yoxlamanın qanunsuz hesab edilməsi üçün yeganə əsas kimi çıxış edə bilməz. Nəzərə alınmalıdır ki, inzibati icraatın həyata keçirilməsi zamanı prosessual qaydalara riayət olunması inzibati fəaliyyətin qanuniliyinin mühüm təminatlarından biridir. Bununla belə, inzibati icraat zamanı yol verilmiş hər bir formal xarakterli nöqsan özüözlüyündə

33. inzibati aktın ləğvi üçün kifayət edən əsas hesab edilə bilməz. IPM-nin 70.1-ci maddəsinin məzmunundan və təbiətindən irəli gəlir ki, inzibati aktın ləğvi üçün prosessual pozuntu ilə yanaşı, həmin pozuntunun inzibati aktın qəbul edilməsinin nəticəsinə təsir göstərməsi də müəyyən edilməlidir. Başqa sözlə, məhkəmə formal prosedur pozuntusunun mövcudluğu ilə kifayətlənməməli, onun inzibati qərarın məzmununa, qəbul edilməsinin qanuniliyinə və şəxsin hüquqlarının həyata keçirilməsinə real təsir edibetmədiyini də qiymətləndirməlidir. 34.Hazırkı iş üzrə cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, növbədənkənar yoxlama ##.##.2022-ci il tarixli **************** saylı xidməti məlumata əsasən təyin edilmişdir. Lakin həmin xidməti məlumat haqqında sənədlər, o cümlədən xidməti araşdırmaların aparılmasını əks etdirən icraat materialları işə mahiyyəti üzrə baxmış məhkəmələrə təqdim edilməmişdir. Bu səbəbdən növbədənkənar yoxlamanın əsası kimi çıxış edən xidməti məktub məhkəmələr tərəfindən tədqiq edilməmişdir. Işin təkrar apelyasiya baxışı zamanı istinad olunan xidməti məktubun məzmunu araşdırılmaqla Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə yoxlamanın başlanmasının qanuniliyinə qiymət verilməlidir.

Yoxlama müddətinin dayandırılması ilə bağlı işin hallarının qiymətləndirilməsinə dair

35.Işin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, yoxlama 14 dəfə dayandırılmışdır. Həmin dayandırmalardan ikisi vergi ödəyicisinin rəhbərinin əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar, digər on ikisi isə mütəxəssisin (ekspertin) cəlb olunması ilə bağlı olmuşdur. 36.Işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi orqanı tərəfindən də səyyar vergi yoxlamasının dayandırılması haqqında qərarlar qəbul edilərkən vergi ödəyicisinin rəhbərinin əmək qabiliyyətinin itirilməsinə istinad edilsə də, iş materiallarında ## ####### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək və ## ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsinə, daha sonra isə əmək qabiliyyətinin bərpa olunmasına dair hər hansı mötəbər sübutlar - sənədlər aşkar edilməmişdir. Bundan əlavə, müxtəlif tarixlərdə, cəmi 12 dəfə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi əsası ilə yoxlama dayandırılsa da, rəy təqdim edilmədiyi halda dəfələrlə icraatı təzələyib, yenidən eyni əsasla dayandırılmasının əsasları aydın deyil. 37.Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin rəhbərinin əmək qabiliyyətinin itirilməsi ilə bağlı tibbi sənədlər iş materiallarında mövcud olmasa da, yoxlamanın dayandırılması vergi ödəyicisinin müraciəti əsasında və onun maraqları nəzərə alınmaqla həyata keçirilmişdir. Başqa sözlə, vergi orqanı bu əsasdan öz xeyrinə deyil, vergi ödəyicisinin prosessual hüquqlarının təmin edilməsi məqsədilə istifadə etmişdir. Belə olan halda, vergi orqanı tərəfindən həmin halı təsdiq edən sənədlərin tələb edilməməsi, konkret işin hallarına görə, özü-özlüyündə vergi yoxlamasının qanuniliyini şübhə altına alan ciddi prosessual pozuntu kimi qiymətləndirilə bilməz. 38.Nəzərə alınmalıdır ki, vergi yoxlamasının dayandırılması ümumilikdə yoxlama müddətinin uzanmasına səbəb olduğundan sahibkarlıq fəaliyyətinə müəyyən müdaxilə riski yarada bilər. Lakin belə müdaxilə yalnız vergi orqanının qanunla verilmiş səlahiyyətlərdən əsassız və ya məqsədindən kənar istifadə etməsi nəticəsində baş verdikdə hüquqi əhəmiyyət kəsb edir. Əgər yoxlamanın dayandırılması vergi ödəyicisinin öz müraciəti əsasında və ya onun mənafelərinin təmin edilməsi məqsədilə həyata keçirilmişdirsə, həmin dayandırmanın yaratdığı müddət uzanması vergi orqanının sahibkarlıq fəaliyyətinə hər bir halda əsassız müdaxiləsi kimi qiymətləndirilə bilməz. Əks yanaşma vergi ödəyicisinin xeyrinə tətbiq olunan prosessual təminatın sonradan vergi orqanının əleyhinə hüquqi nəticə doğurmasına səbəb olardı ki, bu da inzibati icraatın məqsədləri, vicdanlı inzibatçılıq və proporsionallıq prinsipləri ilə uzlaşmır. Hazırkı işdə də sözügedən əsasla yoxlama cəmi iki dəfə dayandırılmış, bu dayandırmaların vergi orqanının yoxlama müddətini süni surətdə uzatmaq və ya sahibkarlıq fəaliyyətinə əsassız müdaxilə etmək niyyətindən irəli gəldiyi iş materialları ilə təsdiq olunmamışdır. Bu səbəbdən hazırkı mərhələdə həmin halların (əmək qabiliyyətinin itirilməsi ilə bağlı sənədlərin olmaması) səlahiyyətdən sui-istifadə kimi qiymətləndirilməsi üçün əsas mövcud deyildir. 39.Ekspertizanın təyin edilməsi ilə bağlı isə qeyd edilməlidir ki, vergi orqanı ##.##.2022-ci il tarixdə ekspertizanın təyin edilməsi haqqında qərar qəbul etmişdir. Ekspert rəyi isə ##.##.2023-cü il tarixdə təqdim edilmişdir. Vergi orqanı bu əsasla yoxlamanı 12 dəfə dayandırsa da, ilk dayandırma qərarını ##.##.2022-ci ildə qəbul etmiş, sonuncu qərarı isə ##.##.2023-cü il tarixdə qəbul etmişdir. Göründüyü kimi, vergi orqanı ## ###### 2022-ci il tarixdə ekspertizanın təyin edilməsi haqqında qərar qəbul etmiş, ekspert rəyi isə ## #### 2023-cü il tarixdə təqdim edilmişdir. Bu müddət ərzində ekspertiza başa çatmadığından vergi orqanı yoxlamanın dayandırılması barədə müvafiq qərarlar qəbul etmişdir. 40.Nəzərə alınmalıdır ki, ekspert rəyinin hazırlanması müddəti vergi orqanının iradəsindən və nəzarət imkanlarından kənarda olan obyektiv hal olsa da, cavabdeh tərəfindən ekspert rəyinin alınması məqsədinə nail olmaq üçün zəruri hərəkətlərin edildiyi (ekspertə rəy verməsi ilə bağlı xatırlatma məktubunun yazılması və s.) iş üzrə materiallardan müəyyən edilmir. Bu da öz növbəsində cavabdehin vergi yoxlaması üzrə daha çevik inzibatçılıq üsulundan istifadə etməməsinə dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “Inzibati icraat haqqında” Qanunun 11-ci və 24-cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. 41.Vergi yoxlamasının dəfələrlə dayandırılması və uzadılması hallarında cavabdeh tərəfindən dayandırma və uzatma qərarlarında göstərilən məqsədlərə uyğun davranıldığının müəyyən edilməsi vacibdir. Belə ki, vergi orqanı qanunvericiliklə ona verilmiş bu imkandan həmin səlahiyyətin məqsədinə uyğun istifadə etməli, yoxlama müddətlərinin əsassız uzadılmasına və bununla da, sahibkarlıq fəaliyyətinə əsassız müdaxiləyə gətirib çıxara biləcək şərait yaratmamalıdır. 42.Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, vergi orqanı tərəfindən vergi yoxlamasının dəfələrlə dayandırılması və uzadılması, bununla da çevik inzibatçılıq üsulundan istifadə edilməməsi qüsurlu icraatın aparılmasını deməyə imkan versə də, bu prosessual pozuntu inzibati aktın qəbul edilməsinin nəticəsinə təsir göstərmədiyi üçün inzibati aktın ləğvi üçün yetərli əsas kimi qəbul edilə bilməz.

Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi ilə bağlı işin hallarının qiymətləndirilməsinə dair

43.Işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı ## ######## 2023-cü il tarixli "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul olunsa da, həmin qərar yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Səyyar vergi yoxlaması ilə bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" təqdim edilən çıxarışda "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərar barədə məlumatın qeyd edilməsi, həmin qərarın reyestrdə tam şəkildə qeydiyyata alındığını birbaşa təsdiq etmir. 44.Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" ## ######## 2023-cü il tarixli qərarının yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaması barədə mövqeyi ilə razılaşmır.

45. Belə ki, işin araşdırılan hallarına əsasən ilkin yoxlama ##.##.2023-cü il tarixli aktla rəsmiləşdirilmiş və daha sonra ##.##.2023-cü il tarixdə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərar qəbul edilmişdir. 46.Göründüyü kimi, vergi orqanı Vergi Məcəlləsinin 39 və 49.1-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə qanunvericiliyin tələbinə uyğun “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərar qəbul etmiş, vergi ödəyicisinə bu barədə məlumat vermiş, həmçinin bu barədə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə müvafiq qeyd aparılmışdır. Bu hal əlavə vergi yoxlaması tədbirlərinin təyin edilməsinin reyestr vasitəsilə rəsmiləşdirildiyini təsdiq edir. Qanunvericilikdə əlavə vergi yoxlaması tədbirləri barədə qərarın reyestrdə hansı həcmdə və hansı texniki formada əks etdirilməli olması ilə bağlı xüsusi tələblər müəyyən edilməmişdir. Reyestrin aparılması inzibati xarakterli texniki informasiya sistemidir və həmin sistemdə məlumatların əks etdirilməsi texniki imkanlar çərçivəsində həyata keçirilir. Buna görə də reyestr çıxarışında qərarın mövcudluğunu təsdiq edən məlumatın əks etdirilməsi, əksini sübut edən hallar müəyyən edilmədiyi təqdirdə, onun reyestrdə qeydə alınmadığı qənaətinə gəlmək üçün kifayət etmir. 47.Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" qərarın Vergi Məcəlləsinin 49.1-ci maddəsindəki müddət ərzində qəbul edilmədiyini qeyd etmişdir. 48.Bununla bağlı cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, ##.##.2023-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktının 28-ci səhifəsinə nəzər saldıqda görünür ki, akt ##.##.2023-cü il tarixdə vergi ödəyicisinə rəsmi olaraq təqdim edilmiş və vergi ödəyicisinin nümayəndəsi aktının nəticəsi ilə razı olmadığı üçün aktı imza etməkdən və bir nüsxəsini almaqdan imtina etmiş bu barədə aktda qeydlər aparmışdır. Ekspert rəyində müddətin axımını aktın surətinin vergi ödəyicisi tərəfindən qəbul edildiyi ##.##.2023-cü il tarix yox, aktın tarixindən, yəni ##.##.2023-cü il tarixdən hesablamışdır. Məhkəmə də öz qərarını buna əsasən əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, Vergi Məcələsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Yəni səyyar vergi yoxlaması aktı vergi ödəyicisinə təqdim edildikdən sonra Məcəllənin 39.5-ci maddəsinin tələblərinə riayət edilməklə 30 gün müddət gözlənilmişdir (##.##.2023-cü il - ##.##.2023-cü il = 30 gün). Məcəllənin 39.6-cü maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır (##.##.2023-cü il – ##.##.2023-cü il = 15 gün). Məcəllənin 39.7-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. ##.##.2023-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktına baxılma haqqında protokol tərtib edilmiş cəmiyyətin direktoru X1 protokolla tanış olmuş, lakin protokolu imza etməkdən imtina etmişdir (##.##.2023-cü il - ##.##.2023-cü il = 10 gün). Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri gözlənilməklə 10 gün müddətində “Əlavə vergi yoxlaması tədbirlərin keçirilməsi haqqında ##.##.2023-cü il tarixli **************** saylı Qərar qəbul olunmuşdur. Yəni, Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələbləri pozulmamışdır. 49.Göründüyü kimi, məhkəmə səyyar vergi yoxlaması aktının iddiaçıya nə vaxt təqdim edilməsi ilə bağlı işin halını, habelə Vergi Məcəlləsinin 39 və 49.1-ci maddələrinin tələblərini nəzərə almadan vergi orqanı tərəfindən müddətin ötürüldüyü nəticəsinə gəlmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ekspert rəyindən irəli gəlir ki, ekspert qarşısında bu konteksli hüquqi sualın qoyulması düzgün olmamışdır. 50.Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin formal prosessual pozuntu kimi qeyd etdiyi halların bəziləri öz təsdiqini tapmır, bəziləri isə IPM-in 70.1-ci maddəsinin tələbi baxımından inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallara aid edilmir. 51.Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi pozuntular (növbədənkənar yoxlamanın əsaslandırılmaması, əlavə vergi yoxlamalarının qeydiyyatdan keçməməsi, əsassız olaraq yoxlamaların dayandırılması) hər bir halda sahibkarlıq fəaliyyətinə əsassız müdaxilə kimi qiymətləndirilə bilən və inzibati aktın nəticəsinə təsir edən prosessual pozuntular kimi qiymətləndirilmir. Həlledici meyar ondan ibarətdir ki, yol verilmiş pozuntu vergi orqanının qanunla verilmiş səlahiyyətinin həyata keçirilməsinin mahiyyətinə, yoxlamanın qanuni əsaslarına və ya vergi ödəyicisinin hüquqlarının həyata keçirilməsinə real təsir göstərmiş olsun. 52.Məsələn, vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmadan, yaxud belə halın mövcudluğunu inzibati icraat materialları ilə obyektiv şəkildə təsdiq etmədən təyin edərsə, həmin yoxlama qanuni səlahiyyət hədlərindən kənara çıxılmış nəzarət tədbiri hesab oluna bilər. Başqa sözlə, növbədənkənar yoxlama konkret hüquqi və faktiki əsasın mövcudluğuna deyil, yalnız vergi orqanının mülahizəsinə söykənərsə, sahibkarlıq subyekti qanuni əsas olmadan dövlət nəzarətinə məruz qalmış olur ki, bu da yoxlamanın legitimliyini və onun nəticəsində qəbul edilmiş inzibati aktın hüquqi əsaslılığını şübhə altına alır. 53.Eyni yanaşma yoxlamanın dayandırılması institutuna da şamil olunur. Qanunvericilikdə yoxlamanın dayandırılması imkanı vergi orqanına yoxlamanın obyektiv və tam aparılmasını təmin etmək məqsədilə verilmişdir. Buna görə də ekspertizanın təyin edilməsi əsası ilə yoxlamanın dayandırılması yalnız ekspert rəyinin əldə edilməsinin obyektiv zərurət olduğu hallarda qanunun məqsədinə uyğun hesab edilə bilər. Lakin ekspertiza formal əsas kimi göstərilsə də, faktiki olaraq ekspertiza aparılması üçün zəruri tədbirlər görülməzsə, ekspert qarşısında suallar qoyulmazsa, ekspertiza prosesi hərəkətsiz saxlanılarsa, başqa sözlə obyektiv səbəblər olmadan bu institut yalnız yoxlama müddətinin süni şəkildə uzadılmasına xidmət edərsə, belə davranış artıq qanunla verilmiş səlahiyyətdən onun təyinatına uyğun istifadə edilməməsi kimi qiymətləndirilə bilər. Bu halda yoxlamanın uzadılması artıq obyektiv araşdırmanın təmin edilməsinə deyil, sahibkarlıq fəaliyyətinə əsassız və qeyri-proporsional müdaxiləyə səbəb olur. 54.Oxşar yanaşma vergi ödəyicisinin rəhbərinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi əsası ilə yoxlamanın dayandırılması hallarına da şamil edilir. Əgər belə dayandırmalar vergi ödəyicisinin öz müraciəti əsasında və onun prosessual hüquqlarının təmin olunması məqsədilə məhdud sayda tətbiq edilmişdirsə, həmin halın sonradan sənədlərlə tam təsdiq olunmaması hər bir halda inzibati aktın nəticəsinə təsir edən pozuntu hesab edilə bilməz. Lakin eyni əsasla çoxsaylı və davamlı dayandırmalar həyata keçirilərsə, müraciətlərin formal xarakter daşıdığına dair obyektiv şübhələr yaranarsa və ya vergi orqanı açıq-aşkar sui-istifadə əlamətlərinə baxmayaraq həmin halları araşdırmaqdan imtina edərsə, bu zaman artıq yoxlama müddətinin əsassız uzadılması və sahibkarlıq fəaliyyətinə proporsional olmayan müdaxilə barədə nəticəyə gəlmək mümkün ola bilər. 55.Eyni zamanda, vergi nəzarətinin şəffaflığını təmin edən reyestr qeydiyyatı ilə bağlı tələblər də mahiyyət baxımından qiymətləndirilməlidir. Əgər vergi orqanı texniki və funksional imkanların mövcud olmasına baxmayaraq əlavə vergi yoxlaması tədbirləri barədə qərarı ümumiyyətlə reyestrdə qeydiyyata almamış, bununla vergi ödəyicisinin məlumat əldə etmək, öz hüquqlarını həyata keçirmək və inzibati nəzarətin şəffaflığından istifadə etmək imkanlarını məhdudlaşdırmışdırsa, belə pozuntu inzibati aktın nəticəsinə təsir edən xarakter daşıya bilər. Lakin qərarın qanunda nəzərdə tutulmuş müddətdə qəbul edildiyi, vergi ödəyicisinə təqdim olunduğu və reyestrdə texniki imkanların yol verdiyi həcmdə əks olunduğu hallarda, məlumatın təqdim edilmə formasına və ya texniki təsvirinə dair nöqsanlar, vergi ödəyicisinin hüquqlarına real təsir göstərmədiyi təqdirdə, özlüyündə inzibati aktın ləğvini şərtləndirən əhəmiyyətli prosessual pozuntu hesab edilə bilməz. 56.Beləliklə, inzibati məhkəmələr mübahisələndirmə haqqında iddialarda formal qanunauyğunluğun yoxlanılması ilə kifayətlənməməli, hər bir konkret halda yol verilmiş prosessual nöqsanın inzibati aktın qəbul edilməsinin nəticəsinə, sahibkarlıq fəaliyyətinə müdaxilənin qanuniliyinə və vergi ödəyicisinin müdafiə hüquqlarının həyata keçirilməsinə real təsir edib-etmədiyini müəyyən etməlidir.

Mübahisələndirilən qərarla hesablanmış mənfəət vergisi barədə qeydlər

57. Mübahisələndirilən qərarla iddiaçıya 2020-ci ilin mənfəət vergisi üzrə 52.949,30 manat, 2021-ci ilin mənfəət vergisi üzrə 95.435,33 manat hesablanmışdır. 58.Səyyar vergi yoxlamasında hesablamanın əsası kimi göstərilmişdir ki, yoxlama zamanı müəssisənin yoxlama ilə əhatə olunan dövrdə dərman vasitələrinin satışını yalnız elektron qaimə-faktura ilə, bioloji aktiv qida əlavələrinin satışını isə 2020-ci ildə pərakəndə qaydada kassadan (elektron qaimə-faktura yazılmadan), 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə isə həm vergi ödəyicisinə məxsus təsərrüfat subyektində (**********-15002) quraşdırılmış yeni nəsil real vaxt rejimində işləyən nəzarətkassa aparatı vasitəsilə, həm də elektron qaimə-faktura ilə rəsmiləşdirdiyi müəyyən edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərdən aşağı qiymətə, pərakəndə qaydada rəsmiləşdirilmiş bioloji aktiv qida əlavələrin isə Vergi Məcəlləsinin 50.8.5-ci maddəsinin tələblərini pozaraq malın adını, ölçü vahidini, bir vahidinin qiymətini göstərmədən satdığı aşkar edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi anbar hesabatına əsasən dövr ərzində məxaric edilmiş dərman vasitələrinə (aldıqları dərman vasitələrinin satışını yalnız topdan qaydada təşkil edən vergi ödəyicilərin ("xxxx" QSC (VÖEN: **********), "xxxx" QSC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) təqdim edilən malların elektron qaimə-faktura üzrə qiymətləri saxlanılmaqla) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlər tətbiq edilməklə, elektron qaimə-faktura yazılmadan satılan bioloji aktiv qida əlavələrinə isə 2020, 2022-ci illərin yoxlama ilə əhatə olunan dövründə və 2021-ci ildə “xxxx” MMCnin bazar qiymətinə dair ekspert rəyindəki qiymətlər tətbiq edilməklə satış dövriyyələri müəyyən edilmişdir. 2021-ci ildə və 2022-ci ilin yoxlama ilə əhatə olunan dövründə ekspert rəyindəki bazar qiymətləri ilə müəssisənin təqdim etdiyi elektron qaiməfakturalardakı qiymətlər arasındakı fərq həmin illərdə qüvvədə olan Vergi Məcələsinin 14.3.3-cü maddəsində göstərilən faizdən çox aşağı olmadığı üçün vergilər faktiki təqdim olunma qiymətləri ilə hesablanmışdır. Yoxlama zamanı gəlirin əldə edilməsi ilə bağlı xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə mənfəət bəyannamələrində bir sıra xərclərin (malın dəyəri, reklam xərcləri və digər xərclər) artıq göstərildiyi müəyyən edilmişdir. Həmçinin, 2021-ci ildə müəssisənin mal (iş, xidmət) aldığı vergi ödəyicilərindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli vergi ödəyiciləri hesab edilmələri barədə qərar çıxarılmış və xərc kimi nəzərə alınmamışdır. 59.Göründüyü kimi, vergi yoxlaması nəticəsində həm iddiaçının bəyan etdiyi gəlirlərlə, həm də xərclərlə vergi orqanı razılaşmamışdır. Gəlirlərlə bağlı hissədə vergi orqanı təqdim edilmiş malların bir hissəsinə bazar qiyməti tətbiq etdiyini, bir hissəsinə isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərin tətbiq edildiyini bildirsə də, ümumilikdə vergi ödəyicisinin həmin illər üzrə satışının həcmi, tərkibi, həmin satışın hansı hissəsinə ekspert rəyi ilə müəyyən olunmuş qiymətin tətbiq edildiyi, hansı hissəsinə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərin tətbiq edildiyi, hansı hissəsi ilə vergi orqanını razılaşmasına dair ətraflı məlumat səyyar vergi yoxlaması aktında əksini tapmamış, habelə sözügedən hallar məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. 60.Belə ki, cavabdeh inzibati orqanın ekspert rəyi yalnız 2020-2022-ci illərdə vergi ödəyicisi tərəfindən satışının həyata keçirildiyi qiyməti dövlət tərəfindən tənzimlənən əczaçılıq malları istisna olmaqla, digər malların həmin dövrün topdansatış üzrə orta bazar qiyməti barədə məlumatı əhatə edir. Lakin yuxarıda qeyd edildiyi kimi, vergi ödəyicisi həm topdansatış, həm pərakəndə satış həyata keçirmişdir. Vergi orqanı tərəfindən tərtib edilən aktda və qəbul edilən qərarda ekspert rəyi əsasında vergi ödəyicisinin hansı növ satışına və hansı həcmdə vergilərin hesablanması halları konkret olaraq göstərilməmişdir. 61.Digər tərəfdən, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində təqdim edilmiş rəyin məzmununda da qeyd edilən hallar apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə ki, rəydə qeyd edilmişdir ki, müəssisənin dərman vasitələri satışı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərə uyğun və olmayan formada öz təsdiqini tapmışdır... iş materiallarında olan mövcud sənədlərə (elektron qaimə fakturalara, bank hesabından çıxarışlara və s.) əsasən müəssisənin 2020-ci il üzrə gəlirləri 2.705.775,60 manat, xərcləri 2.414.228,73 manat olmaqla vergiyə cəlb olunan məbləğ 291.546,87 manat olmaqla müəssisənin 2020ci il üzrə mənfəət vergisi 58.309,37 manat (291.546,87 x 20%) müəyyən edilir. Müəssisə tərəfindən 2020-ci il üzrə 54.988,27 manat mənfəət vergisi bəyan edildiyindən müəssisənin 2020-ci il üzrə az hesablanmış mənfəət vergisi 3321,10 manat məbləğində müəyyən edilir... iş materiallarında olan mövcud sənədlərə (elektron qaimə fakturalara, bank hesabından çıxarışlara və s.) əsasən müəssisənin 2021-ci il üzrə gəlirləri 4.464.814,17 manat, xərcləri 3.923.057,4 manat olmaqla vergiyə cəlb olunan məbləğ 541.756,77 manat olmaqla müəssisənin 2021-ci il üzrə mənfəət vergisi 108.351,35 manat (541.756,77 x 20%) müəyyən edilir. Müəssisə tərəfindən 2021-ci il üzrə 103.084,36 manat mənfəət vergisi bəyan edildiyindən müəssisənin 2021-ci il üzrə az hesablanmış mənfəət vergisi 5266,99 manat məbləğində müəyyən edilir... Rəyin tədqiqat hissəsində göstərilənlərə və iş materiallarında olan mövcud sənədlərə əsasən vergi orqanı tərəfindən müəssisəyə may 2020 və avqust 2022 yoxlama ilə əhatə edilən dövr üzrə hesablanmış vergilərin və maliyyə sanksiyalarının doğruluğu müəyyən edilmir. 62.Göründüyü kimi, ekspert rəyinin məzmununa görə, müəssisənin dərman vasitələri satışının Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarları ilə təsdiq edilmiş qiymətlərə uyğun və olmayan formada öz təsdiqini tapdığı və iddiaçının mənfəət vergisi üzrə yayınmasının olduğu, belə ki, 2020-ci il üzrə 3.321,10 manat, 2021-ci il üzrə 5.266,99 manat mənfəət vergisinin az hesablandığı qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının əsaslandırmasında ekspert rəyini iddiaçının hər hansı vergilər üzrə öhdəliyinin olmaması məzmununda qiymətləndirmişdir. 63.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mənfəət vergisinin hesablanması ilə bağlı əhəmiyyət kəsb edən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. 64.Təkrar apellyasiya baxışı zamanı məhkəmə ilk növbədə vergi orqanının mənfəət vergisini hesablayarkən gəlirlərin artırılması və xərclərin qəbul edilməməsi ilə bağlı qeyd etdiyi halları ayrı-ayrılıqda araşdırmalı, vergi yoxlaması aktında göstərilən hesablamaların ilkin mühasibat sənədləri, elektron qaimə-fakturalar, bank çıxarışları, anbar uçotu sənədləri və digər sübutlarla nə dərəcədə təsdiq olunduğunu müəyyən etməlidir. 65.Məhkəmə həmçinin müəyyən etməlidir ki, vergi orqanı tərəfindən bazar qiymətlərinin və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təsdiq etdiyi qiymətlərin tətbiq edilməsi hansı konkret mallara, hansı satış əməliyyatlarına və hansı həcmdə aid edilmiş, bu qiymətlər əsasında gəlirlərin artırılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdirmi? Xüsusilə, topdansatış və pərakəndə satış əməliyyatları üzrə tətbiq edilən qiymətlərin fərqləndirilib-fərqləndirilmədiyi, ekspert rəyində müəyyən olunmuş bazar qiymətlərinin hansı əməliyyatlara tətbiq edildiyi və bu tətbiqin hüquqi əsaslarının mövcud olub-olmadığı araşdırılmalıdır. 66.Bununla yanaşı, mənfəətin müəyyən edilməsində nəzərə alınmayan xərclərin hər biri üzrə vergi orqanının istinad etdiyi hüquqi və faktiki əsaslar ayrıca qiymətləndirilməli, həmin xərclərin Vergi Məcəlləsinin 108-ci və digər müvafiq maddələrinin tələblərinə cavab verib-vermədiyi müəyyən edilməlidir. O cümlədən, riskli vergi ödəyiciləri ilə aparılmış əməliyyatlara görə xərclərin tanınmamasının qanuni əsasları və həmin əməliyyatların real iqtisadi məzmunu da ayrıca araşdırılmalıdır. 67.Qeyd edilənlərin araşdırılması məqsədi ilə zərurət olarsa təkrar ekspertizanın keçirilməsi də istisna olunmur.

Mübahisələndirilən qərarla hesablanmış ƏDV barədə qeydlər

68. Mübahisələndirilən qərarla iddiaçıya 2020-ci ilin ƏDV üzrə 36.429,05 manat, 2022-ci ilin ƏDV üzrə 45.622,05 manat, 2023-cü ilin ƏDV üzrə 27.965,14 manat hesablanmışdır. 69.Vergi orqanı ƏDV hesablanması zamanı mənfəət vergisində gəlirlərin artırılması ilə bağlı hallara istinad etmiş (hazırkı qərarın 49-cu bəndi), əlavə olaraq isə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 159.5-cI maddəsinə əsasən 2021-ci və 2022-ci ilin aprel aylarında "Itmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”lar əsasında malların faktura dəyəri ilə silindiyi, lakin idxal olunarkən gömrük dəyəri ilə əvəzləşdirildiyi müəyyən olunaraq həmin mallara gömrük dəyəri tətbiq edilməklə dəyəri hesablanmışdır. Bundan əlavə, yoxlama ilə əhatə olunan dövrdə bəzi yük gömrük bəyannamələri və elektron qaimə-faktura üzrə əvəzləşmənin vaxtının Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun təyin edilmədiyi və ya bəzi aylarda isə əvəzləşmə üçün təqdim edilmiş yük gömrük bəyannaməsinin Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud olmadığı, araşdırma zamanı həmin yük gömrük bəyannaməsi üzrə malın hələ gömrükdən buraxılmadığı, saxlancda olduğu müəyyən edilmişdir. Belə ki, bu səbəblərdən həmçinin təqdim edilmiş ƏDV bəyannamələrindən 2020-ci ilin sentyabr ayı üzrə 109,80 manat (##.##.2020-ci il tarixli ************** nömrəli yük gömrük bəyannaməsi üzrə saxlancda olan mal üçün), 2022-ci ilin aprel ayı üzrə 110,77 manat (##.##.2022-ci il tarixli ************** nömrəli yük gömrük bəyannaməsi üzrə saxlancda olan mal üçün 109,80 manat və 0,97 manat "xxxx" MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş EBBS seriyalı ****** nömrəli elektron qaiməfaktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olduğu üçün) kameral vergi yoxlaması ilə ƏDV-nin əvəzləşməsi ləğv edilmişdir. 70.Məhkəmə kollegiyası mənfəət vergisi ilə bağlı mövqeyini təkrarlayaraq qeyd edir ki, ƏDV-nin hesablanması ilə bağlı işin halları hərtərəfli araşdırılmamışdır. Belə ki, cavabdeh inzibati orqanın ekspert rəyi yalnız 2020-2022-ci illərdə vergi ödəyicisi tərəfindən satışının həyata keçirildiyi qiyməti dövlət tərəfindən tənzimlənən əczaçılıq malları istisna olmaqla, digər malların həmin dövrün topdansatış üzrə orta bazar qiyməti barədə məlumatı əhatə edir. Lakin yuxarıda qeyd edildiyi kimi, vergi ödəyicisi həm topdansatış, həm də pərakəndə satış həyata keçirmişdir. Vergi orqanı tərəfindən ekspert rəyi əsasında vergi ödəyicisinin hansı növ satışına və hansı həcmdə vergilərin hesablanması ilə bağlı işin halları hərtərəfli araşdırılmamışdır. 71.Bundan əlavə, vergi orqanı tərəfindən ƏDV-nin əvəzləşdirmələrinin ləğv edilməsi nəticəsində əlavə vergilər hesablansa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələyə qiymət verilməmişdir. 72.Həmçinin ekspert rəyində iddiaçı tərəfindən 2020-2022-ci illərdə 10.320,96 manat ƏDV-nin az hesablandığı qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının əsaslandırmasında ekspert rəyini iddiaçının hər hansı vergilər üzrə öhdəliyinin olmaması məzmununda qiymətləndirmişdir. 73.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ƏDV üzrə hesablamaların qanuniliyinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən hallar da apellyasiya instansiyası məhkəməsi tərəfindən tam araşdırılmamışdır. 74.Təkrar apellyasiya baxışı zamanı məhkəmə mənfəət vergisi ilə bağlı bu qərarın əvvəlki bəndlərində göstərilən hüquqi mövqeyi və araşdırma istiqamətlərini nəzərə almaqla, həmin halların ƏDV öhdəliyinin müəyyən edilməsinə təsirini də qiymətləndirməlidir. Bununla yanaşı, vergi orqanının ƏDV-nin əvəzləşdirilməsinin ləğv edilməsi ilə bağlı istinad etdiyi faktiki və hüquqi əsaslar, o cümlədən Vergi Məcəlləsinin 159.5-ci və 175.1-ci maddələrinin tətbiqinin konkret əməliyyatlar üzrə qanunauyğunluğu ayrıca araşdırılmalı, əvəzləşdirmənin ləğv edilməsinin əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir.

Digər vergi tədiyyələri üzrə hesablamalara dair qeydlər

75.Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərarla hesablanmış 2020-2021-ci illər üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, 2020-2023cü illər üzrə ödəmə mənbəyində vergi və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyasının qanuniliyi ilə bağlı hər hansı qiymətləndirmə aparılmamışdır. 76.Halbuki, apellyasiya instansiyası məhkəməsinin mötəbər hesab etdiyi ekspert rəyində ən azından ödəmə mənbəyində vergi üzrə kənarlaşmanın olduğu qeyd edilmişdir. 77.Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz. 78.Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə kollegiyasının hazırkı qərarındakı hüquqi mövqeni rəhbər tutmaqla iddia tələbinin əsaslılığına dair işin hallarını yenidən araşdırmalıdır. 79.Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar