Məhkəmə qərarları › İş №2-1(102)-3949/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3949/2025

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3949/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X1nə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin müəyyən edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X1nə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ərizəsinin qismən təmin olunması, İddiaçı ## ####### 1992ci il tarixdən ## ###### 1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin tərkibində bölüyün Ru kimi hərbi xidmət keçməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** №-li, ##.##.2017-ci il tarixli qərarından görünür ki, Bərdə RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə Hərbi Prokurorluğunun ##.##.2017-ci il tarixli HP */*** nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü ildə aldığı və ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası” ##.##.1393-cü ildən ##.##.1993-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmadiaqnoz: “Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət” və ##.## 1993-cü ildən ##.##.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmadiaqnoz: “Baş-beyin silkələnməsinin qalıq əlamətləri” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin ##.##.2017-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2017-ci il tarixli ** nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş ##.##.1993-cü il tarixli, ##.##.1993-cü il tarixli çıxarış epikrizləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş ##.##.2013-cü il tarixli **** nömrəli arayışı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi).

3. ##.##.2017-ci il tarixli, *******0002 №-li qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçının əlillik vəziyyətinə Bakı * nömrəli şəhər poliklinikasının ##.##.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik “X3: XIX sinifTravmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları =>S06-Kəllədaxili travma=>S06.2-Baş beynin diffuz travması…Baş beynin diffuz travması, keçirilmiş ağır kəllə-beyin travmasının davamı qalıq əlamətləri generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)..Ağırlaşma-G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, vegetovestibulyar krizlər həftədə 4-5 dəfə..Yanaşı xəstəliklər M41 Skolioz, 1-ci dərəcə… Yanaşı xəstəliklər-M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Yanaşı xəstəliklər-(I11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik 3-cü mərhələ, I50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ-3-cü dərəcə, K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, xr hepatit, K81.1 Xroniki xolesistit, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal)(parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 7-8 dəfə. Ağırlaşma I67.4 Hipertenziv ensefalopatiya, beyin qan dövran çatmamazlığı II dər. F06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu., T90.5 Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya., R41.2 Retroqrad amneziya, yaddaş zəifliyi ilə, G25 Digər ekstrapiramid və hərəkət pozğunluqlar, Yanaşı xəstəliklər M42 Onurğanın ostexondrozu… Yanaşı xəstəlik I20.8 Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası III fs tez-tez tutmalarla….Meyar 2.2-ikinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Bakı Baş Səhiyyə İdarəsinin ##.##.2022-ci il tarixli, R********VAT nömrəli göndərişinə əsasən iddiaçının əsas diaqnozu T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nin davamlı q/ə (postravmatik ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları (ayda 8-9 dəfə) beyin xroniki işemiya, xroniki beyin qan dövranı pozğunluğu ilə, Ağırlaşma: F06 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Şəxsiyyət dəyişikliyi.Yaddaş zəifliyi ilə., İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələri, beyin xroniki işemiya, xroniki beyin qan dövranı pozğunluğu ilə. Yanaşı xəstəliklər: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası FS II, İ11.9 (Durğunluq) ürək çatışmazlığı olmadan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Arterial hipetrtenziya II dərəcə., H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, hər iki qulaqda II dərəcə qarışıq tip ağır eşitmə, H66.9 Dəqiqləşdirilmiş orta otit, iki tərəfli xroniki irinli otit.” qeyd edilmişdir.

5. Bakı Baş Səhiyyə İdarəsinin ##.##.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntuar.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir.

6. Agentliyin Tibbi-Sosial ekspert komissiyasının *********** №-li ##.##.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, R********VAT nömrəli göndərişə əsasən 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ####### 1992-ci ildən ## ###### 1993-cü ilədək Azərbaycan Respublikasının N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. 1993-cü ilin fevral ayında aldığı xəsarətlərlə bağlı 2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik Qərarı ilə təmin edilmişdir. ##.##.2017-ci ildən II dərəcə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlildir. Bir çox vaxtlarda o, tibb müəssisələrində müayinə və müalicələrdə olmuşdur, səhhətində olan ağır nevroloji və psixoloji xəstəliklərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün tibb müəssisəsinin göndərişi əsasında cavabdehə müraciət edilib, lakin cavabdeh əlillik təyin etməkdən əvvələr imtina edib, sonuncu göndəriş isə uzun müddətdir cavabsız qalmaqdadır, qanuna müvafiq olaraq 10 gün müddətinə qiymətləndirmə aparılmalıdır. Hesab edir ki, Agentliyin R********VAT nömrəli göndərişə əsasən ona əlillik təyinatı aparılmalıdır, belə ki, o, ağır xəstədir, bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona əlillik təyinatı aparılmalı və 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməlidir. Onun əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o əvvəl qiymətləndirilmişdir və əyani müayinədə olmuşdur.

9. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı * nömrəli şəhər poliklinikasının göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X3: XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Baş beynin diffuz travması, keçirilmiş ağır kəlləbeyin travmasının davaml qalıq əlamətləri generalize olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə ) Ağırlaşma G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, vegeto-vestibulyar krizlər həftədə 4-5 dəfə Yanaşı xəstəliklər M41 Skolioz, İ dər. Yanaşı xəstəliklər M50.1 Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Yanaşı xəstəliklər 111.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), III mər. Yanaşı xəstəliklər I50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ -III dər. Yanaşı xəstəliklər K71.5 Qaraciyərin xroniki aktiv hepatit gedişli toksiki zədələnməsi, xr hepatit Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 7-8 dəfə Ağırlaşma I67.4 Hipertenziv ensefalopatiya, beyin qan dövran çatmamazlığı II dər. Ağırlaşma F06.6 Üzvi mənşəli emosional labil (astenik) pozuntu,. Ağırlaşma T90.5 Kəllədaxili travmaların nəticələri, postrovmatik ensefalopatiya Ağırlaşma R41.2 Retroqrad amneziya, yaddaş zəifliyi ilə Ağırlaşma G25 Digər ekstrapiramid və hərəki pozğunluqlar. Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu,. Yanaşı xəstəliklər I20.8 Stenokardiyanın digər formaları, ÜİX : stabil gərginlik stenokardiyası III fs tez-tez tutmalarla; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntuar.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, iddiaçı İddiaçı əyani müayinədə olmuş və Agentlik tərəfindən ## ###### 2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Laçın rayon sakini ##.##.1966-cı il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2017-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası (##.##.1993). Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Baş beyin silkələnməsinin qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli, ünsiyyətə həvəssiz daxil olaraq, əsəbilik və gərginlikdən, başındakı keyimə hissindən şikayətlənmişdir. Emosional olaraq qeyri-stabil görünməyə çalışmış, bələdliyi qorunub, vəziyyətinə tənqidi tam, intellektual mnestik sferası yaşam tərzinə uyğun müəyyən edilmişdir. Hazırda şəxsiyyət dəyişikliyi, qavrama, yaddaş pozuntusu əlamətləri aşkarlanmamışdır. Nevroloji ocaqlı patologiya izlənilməmişdir. Avrasiya Klinikası ##.##.2021-ci il tarixli Baş beyin MR müayinəsinin nəticəsi “Baş beyində minimal atrofik dəyişikliklər. Hər iki beyin yarımkürəsində periventrikulyar nahiyədə 6 mm-dən kiçik işemik qliotik ocaqlar” kimi qeyd olunmuş və obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Qəbul etdiyi müalicələr barədə ətraflı məlumat verməmişdir. Şikayətlərinə uyğun olaraq, ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2022-ci il tarixdə Transtorakal Exokardioqrafiya müayinəsi aparılmış, nəticəsi “Aorta sərtləşib. Aorta kökü (3,8 sm) və çıxan aorta (3,7 sm) genişləniblər. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya cüzi azalıb (LVEF-53%). Aortal və Mitral qapaqlar fibrotikdir. Min-1, Aortal Requrqitasiya, Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmişdir. Hazırda klinik əlamətlərdə və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin ## ######## 2022-ci il tarixli qərardadı ilə Bakı ** nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

11. Üçüncü şəxs qismində cəlb olunmuş “xxxx” X1 ** saylı Şəhər Poliklinikası tərəfindən təqdim olunmuş *** №-li ##.##.2022- ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, xəstə İddiaçı Nəsimi rayonu * saylı şəhər poliklinikasında həkimnevropatoloqda dispanser qeydiyatdadır. İcbari Tibbi Sığorta Agentliyinin ##.##.2022-ci il tarixli PHŞ/1 -*-****-**** nömrəli məktubunu rəhbər tutaraq Nəsimi rayonu üzrə Həkim Məsləhət Komissiyasının sənədlərinin rəsmiləşdirilməsi ** saylı şəhər poliklinikasına verilmişdir. Bu səbəbdən xəstə İddiaçı xəstəliyi haqqında sənədləri ** saylı şəhər poliklinikası tərəfindən “Kəllədaxilİ travmaların nəticələri. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, xroniki beyin qan dövranı pozğunluğu. Baş beyin zədələnməsi və disfiınksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular” diaqnozu ilə əlillik dərəcəsi təyin olunması üçün TSEK-na göndərilmişdir. TSEK-sı tərəfindən əlillik dərəcəsinin təyin olunmasında imtina edilmişdir. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstə İddiaçı * saylı şəhər poliklinikasında həkim - nevropatoloqda dispanser qeydiyatda olduğundan, onun ambulator kartası, xəstəliyi haqqında tibbi sənədləri həmin poliklinikadadır.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 2023-cü il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, iddiaçı sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Onda aşkar olumuş diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, *** nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də ##.##.2022-ci il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmamışdır. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM- 73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi).

14. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: M.N.Tağızadə K.H.Əkbərov, hakimlər: və S.R.Səlimova) 2024-cü il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2023-cü il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

kassasiya instansiyası məhkəməsində birinci icraat

18. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi, R.S.Nəbizadə və S.Ə.Kərimov) 2025-ci il ## #### tarixli, *-*(***)-**/**** saylı qərarı ilə üçüncü şəxs ** nömrəli şəhər poliklinikasının məhkəmə icraatına iştirakına xitam verilməsi, iddiaçının kassasiya şikayətinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ### 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiasının rədd edilməsi üçün əsaslandığı sübut-Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, T***/**** saylı ekspert rəyi olmuşdur. Ekspert rəyindən də görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi əməkdaşı iştirak etmiş və o da ekspert rəyini imzalamışdır. Cavabdeh Agentliyin əməkdaşı məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında qərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir.

20. Bundan başqa, Bakı Baş Səhiyyə İdarəsinin ##.##.2022-ci il tarixli, R********VAT nömrəli göndərişinə əsasən iddiaçının əsas diaqnozu T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş QKBT-nin davamlı q/ə (postravmatik ensefalopatiya, teztez baş verən qıcolma tutmaları (ayda 8-9 dəfə) beyin xroniki işemiya, xroniki beyin qan dövranı pozğunluğu ilə, Ağırlaşma: F06 Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Şəxsiyyət dəyişikliyi. Yaddaş zəifliyi ilə., İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələri, beyin xroniki işemiya, xroniki beyin qan dövranı pozğunluğu ilə. Yanaşı xəstəliklər: İ20.8 Stenokardiyanın digər formaları, ÜİX. Stabil gərginlik stenokardiyası FS II, İ11.9 (Durğunluq) ürək çatışmazlığı olmadan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, Arterial hipetrtenziya II dərəcə., H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, hər iki qulaqda II dərəcə qarışıq tip ağır eşitmə, H66.9 Dəqiqləşdirilmiş orta otit, iki tərəfli xroniki irinli otit.” qeyd edilmişdir. Kollegiya qeyd etmişdir ki, göndərişdə XBT-10 kodu İ10-İ15 (İ11.9) olan “Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər” diaqnozu qeyd olunduğu və iddiaçıda da həmin göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapdığı halda, onun vəziyyəti qiymətləndirilməklə əlilliyin müəyyən edilməsi məsələsinə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən şəxsə İ10-İ15-Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər diaqnozu qoyularkən müvafiq qaydada qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsdə arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə halı müəyyən edilərkən 1 il müddətinə 35-60 faiz dərəcəsi ilə əlillik, arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə müəyyən edilərsə 2 il müddətinə 65-80 faiz dərəcəsi ilə əlillik, arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə müəyyən edilərsə isə müddətsiz 85-100 faiz dərəcəsi ilə əlillik təyin edilir.

21. Bununla yanaşı, qeyd edilməlidir ki, XBT10 kodu İ10-İ15 (İ11.9) olan xəstəlik özü ayrılıqda, yəni 2.1-ci bəndin altbəndində olan qiymətləndirmə aparılmadan əlillik təyini üçün əsas vermir. Növbəti apellyasiya baxışı zamanı işin bu halı araşdırılmaqla iddiaçının xəstəlik vəziyyəti qiymətləndirilməklə onun vəziyyətinin hansı kod üzrə alt bəndə uyğun olub olmaması müəyyən edilməli, əlillik müəyyən olunduğu halda uyğun bəndə müvafiq olaraq əlillik müddəti göstərilməlidir.

22. Kollegiya qeyd etmişdir ki, hazırda iddiaçı tələbində ikinci dərəcə müddətsiz əlilliyin müəyyən edilməsini tələb etdiyindən, hazırkı iş üzrə müəyyənləşdirilməli hallardan biri də əlilliyin müddəti ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4-cü bəndi əlilliyin müddətləri ilə əlaqədar məsələləri tənzimləyir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda bəzi xəstəliklər üzrə əliliyin meddətsiz müəyyən edilməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə yuxarıda qeyd edilən normaların iddiaçıya münasibətdə hər hansı birinin mövcud olub-olmamasına (əlilliyin müddətsiz müəyyən olunması ilə bağlı) məhkəmə qərarında münasibət bildirilməlidir.

23. Bundan başqa, kollegiya qeyd etməyi zəruri etmişdir edir ki, iddiaçıya ## #### 2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilən zaman qoyulmuş “T90.5 Kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya., Yanaşı xəstəlik I20.8 Stenokardiyanın digər formaları, ÜİX: stabil gərginlik stenokardiyası III fs tez-tez tutmalarla” diaqnozları ##.##.2022-ci il tarixli, R********VAT nömrəli göndərişdə qeyd olunan diaqnozlarla eynidir. Diaqnoza görə (ağırlaşma ilə) cavabdeh qurum tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. 50.İddiaçının xeyrinə əlverişli inzibati aktın (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** №-li, ##.##.2017-ci il tarixli qərarı) mövcud olmasına baxmayaraq, inzibati orqanın öz təşəbbüsü ilə araşdırma aparılaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilərək, inzibati icraatın lazımi qaydada aparılması, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsin-iddiaçının inzibati icraata dəvət edilməsi, onun dinlənilmə hüququnun təmin edilməsi hazırkı iş materiallarında olan sənədlərdən müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır.

24. Beləliklə, göndərişdə qeyd edilən xəstəliklərin iddiaçıda olub-olmaması, həmçinin göndərişdə öz əksini tapmış xəstəliklər iddiaçıda aşkar edildiyi halda, ekspert rəyi ilə iddiaçıda olan diaqnozların təsdiq olunub-olunmaması, həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilibedilmədiyi, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** №-li, ##.##.2017-ci il tarixli qərarında öz əksini tapmış xəstəliklərin göndərişdə və “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapıbtapmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Baş Səhiyyə İdarəsinin ##.##.2022ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış, cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdə imtina verilmiş və iddiaçı həmin imtinanı mübahisələndirərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

apellyasiya instansiyası məhkəməsində ikinci icraat

25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: C.B.Məmmədov/sədrlik edən və məruzəçi, Ş.A.Məmmədova və P.A.Hüseynov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi, iddianın qismən təmin edilməsi, İddiaçı 2 il müddətinə orqanizmin funksiyalarının 65-80 faiz pozulması göstərilməklə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X1nə həvalə edilməsi, İddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, əvvəllər əlillik təyinatına əsas olan xəstəliklər inkar edilməmiş, tibbi ekspertiza nəticəsində aşkar olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular – 7.6.2-ci yarımbənd – “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Bundan başqa həmin rəydə oda qeyd olunmuşdur ki, əvvəllər iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuş diaqnoz hazırda ona verilmiş diaqnozla eynilik təşkil edir. Belə ki, iddiaçıda aşkar edilmiş xəstəlik siyahının 7.6.2.2-ci bəndində göstərilmiş hallarla müşayət olunur. Həmin diaqnoz (XBT F07.0) qiymətləndirmə amilləri ilə müşayət olunduqda xəstəliyə ducar olmuş şəxslərə iki il müddətinə orqanizm funksiyaların pozulması 65-80 faiz göstərilməklə əlillik təyin edilir.

27. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarının 3.1-bəndinə əsasən Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz;3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.

28. Nəzərə alınmalıdır ki, iddiaçıya ilk dəfə əlillik ## #### 2017-ci ildən ## #### 2022-ci ilədək təyin edilmişdir. Göründüyü kimi əlilliyin müddətsiz təyin edilməsi üçün tələb edilən 10 illik müddət tamamlanmamışdır. Hesab olunur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

29. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2. bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə lazımi araşdırma aparmadan və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə edərək, ciddi qanun pozuntusuna yol vermiş və nəticədə yuxarıda sadalanan maddi hüquq normalarını pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

32. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 4. Əlilliyin müddətləri Bənd 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Bənd 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

34. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsas yoxdur.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Kassasiya şikayətinin “məhkəmə qərar qəbul edərkən inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir” dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, Ali Məhkəmənin bir çox qərarlarında bu arqumentə münasibətdə qeyd edilmişdir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

41. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

42. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə (a) yarımbəndinə əsasən, xəsarətlərin, xəstəliklərin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi haqqında qərarı Hərbi-həkim komissiyası çıxarır.

43. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** №-li, ##.##.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü ildə aldığı və ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmadiaqnoz: “Qapalı baş beyin travmasının qalıq əlamətləri, şəxsiyyətin psixopatiyası” ##.##.1393-cü ildən ##.##.1993-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmadiaqnoz: “Qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət” və ##.## 1993-cü ildən ##.##.1993-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travma diaqnoz: “Baş-beyin silkələnməsinin qalıq əlamətləri” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin ##.##.2017-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2017-ci il tarixli ** nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş ##.##.1993-cü il tarixli, ##.##.1993-cü il tarixli çıxarış epikrizləri, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş ##.##.2013-cü il tarixli **** nömrəli arayışı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır (Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi).

44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı İddiaçı 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulması göstərilməklə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X1nə həvalə edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli, 2 *(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddiaçı İddiaçı 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulması göstərilməklə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X1nə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar