Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-395/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-395/2019) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə qarşı 01.01.1992-ci il tarixdən 19.05.2012-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-481/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 20 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1954-cü ildə Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 26.12.1985-ci il tarixdən 19.05.2012-ci il tarixədək Qəbələ rayonu ərazisi ndə yerləşən Rusiya Federasiyasının N nömrəli hərbi hissəsində tibb bacısı işləmişdir.(ЗТ-İ seriyalı, ******* saylı əmək kitabçası) İddiaçı 01.01.1992-ci il tarixdən 19.05.2012-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, sonuncu onun müraciətini 19.02.2018-ci il tarixli 33/06 nömrəli məktubla cavablandıraraq 01.01.1992-ci il tarixdən sonrakı dövr üzrə əmək fəaliyyətinin Rusiya Federasiyasına məxsus hüquqi subyektdə olduğunu, həmin dövrdə qazandığı əmək haqqından Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığort a haqlarının ödənilmədiyini bildirmiş və iddiaçının 01.01.1992-ci il tarixdən 19.05.2012-ci il tarixədək işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.1992-ci il tarixdən 19.05.2012-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının 1991-ci ilədək olan dövr üzrə iş stajı cavabdeh tərəfindən hesablanaraq 2008-ci ildə ona pensiya təyin edilmiş, lakin 01.01.1992-ci ildən 19.05.2012-ci ilədək olan iş stajı sosial sığorta stajına daxil edilməmişdir. Cavabdeh imtina məktubunda göstərmişdir ki, həmin dövrə aid əmək fəaliyyəti Rusiya Federasiyasına məx sus subyektdə olduğundan həmin dövrdə qazanılmış əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödənilməmişdir. İddiaçı cavabdehin imtinası əsassız hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-543/2018 saylı, 20 iyun 2018-ci il tarixli qərarı ilə (hakim: R.A.Məcidov) iddia təmin edilmiş, iddiaçının 01.01.1992-ci ildən 19.05.2012-ci ilədək işlədiyi illərin onun əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-481/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: G.Q.Abbasov, hakimlər: R.R.Rəfiyev və E.Ş.Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-543/2018 saylı, 20 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-481/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarixli qərarının ləğv olunmasının və iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını hərtərəfli araşdırmamış, qanunun müddəalarını pozmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təy in edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu maddədən göründüyü kimi, sığortaolunanların yalnız özləri və ya sığortaedənlər tərəfindən onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə onların işlədiyi illər sosial sığorta stajına daxil edilir. Analoji müddəa 01.01.2006-cı ilə qədər qüvvədə olmuş, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 3-cü maddəsinin a) bəndinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosia l Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan şəxslərin əmək pensiyası almaq hüququ vardır. İddiaçı 01.01.1992-ci il tarixdən 19.05.2012-ci il tarixədək işlədiyi illərdə hər hansı məcburi dövlət sosial sığorta haqqı ödəməmişdir. Daha sonra qeyd edilir ki, məhkəmə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişə istinad etmişdir. Həqiqətən də, həmin saziş Azərbaycan Respublikası Milli Məclisinin 03 aprel 2001-ci il tarixli Qanunu ilə ratifikasiya olunmuşdur və Sazişin 2-ci maddəsinə görə, vətəndaşların, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları d övlətin qanunvericiliyi üzrə həyata keçirilir. Eləcə də, 5-ci maddəyə görə, bu Saziş üzrə pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri belə təminatı verən dövlət çəkir. Lakin məhkəmə Sazişin Rusiya Federasiyası tərəfindən ratifikasiya edilmədiyini nəzərə almamışdır. Halbuki, Sazişin 12-ci maddəsində onun qüvvəyə minmə şərtləri öz əksini tapmışdır. Belə ki, 12-ci maddəyə görə, bu Saziş, Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili proseduraları yerinə yetirməsi haqqında sonuncu yazılı bildiriş verilən tarixdən qüvvəyə minir. Sazişin bu maddəsində aydın olur ki, onun hüquqi qüvvəyə minməsi üçün hər iki tərəf zəruri dövlət daxili prosedurları yerinə yetirməli və bu barədə qarşı tərəfi bununla bağlı yazılı bildirişlə xəbərdar etməlidir. Azərbaycan Respublikası tərəfi Sazişin qüvvəyə minməsi ilə bağlı daxili prosedurları yerinə yetirib, bu barədə bildiriş versə də, Rusiya Federasiyası bu hərəkətləri yerinə yetirməmişdir və bu səbəbdən bu Sazişin hüquqi qüvvəsi yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Pros essual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irə li gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; - 4.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, ya şa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisə doğurmayan hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdıqdan sonra 30 ildən artıq iş stajına malik olduğunu əsas tutaraq pensiyanın təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının 01.01.1992-ci ildən sonrakı dövr üzrə əmək fəaliyyəti, Rusiya Federasiyasına məxsus hüquqi subyektdə olduğundan, Azərbayca n Respublikası ilə Rusiya Federasiyası arasında pensiya sahəsində əməkdaşlıq və bir dövlətin ərazisindəki iş dövrünün digər dövlətdə tanınması barədə hər hansı müqavilə mövcud olmadığından, həmçinin həmin dövrdə iddiaçının qazandığı əmək haqqından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən sığorta stajı kimi nəzərə alınmamışdır. Bununla da, 01.01.1992ci ildən sonrakı dövrün ümumi iş stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasından imtina olunmuşdur. Beləliklə işin mübahisə doğuran məqamı iddiaçının 01.01.1992-ci il tarixdən 19.05.2012-ci tarixədək işlədiyi illərin sosial sığorta stajı hesab edilib-edilməməsidir. Kassator şikayətində iddiaçının tibbi bacısı kimi işlədiyi hərbi hissənin Rusiya Federasiyasının ərazis i kimi istifadə olunmasına, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya sahəsində əməkdaşlıq və bir dövlətin ərazisindəki iş dövrünün digər dövlətdə tanınması barədə hər-hansı müqavilə mövcud olmamasına istinad edərək həmin dövrü staj kimi nəzərə almamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlillərinə qiymət vermək üçün Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS “DARYAL”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 19 mart 2002-ci il tarixli qanununa əsasən təsdiq edilmiş Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2002-ci il yanvarın 25-də Moskva şəhərində imzalanmış "Qəbələ radiolokasiya stansiyasının (RLS “D ARYAL”) statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin müddəalarını nəzərdən keçirməyi zəruri hesab edir. Qeyd edilən Sazişin: - 1-ci maddəsinə əsasən, Qəbələ radiolokasiya stansiyası (RLS “DARYAL”), bu Sazişlə müəyyən edilən informasiya-analitik mərkəz statusuna malikdir. İnformasiyaanalitik mərkəz Azərbaycan Respublikasının mülkiyyətidir. İnformasiya-analitik mərkəzin istismarı Rusiya Tərəfindən yalnız informasiya-analitik məqsədlərlə, qarşılıqlı maraq kəsb edən hissəsində isə Tərəflər arasında razılaşma əsasında həyata keçirilir. - 11-ci bəndinə əsasən, informasiya-analitik mərkəzin heyətinin sayı 1500 (min beş yüz) nəfərdən artıq olmayacaqdır. İnformasiya-analitik mərkəzin heyətinin komplektləşdirilməsini Rusiya Tərəfi həyata keçirir. İstismar heyətinin, daxili mühafi zə bölmələri heyətinin, təminat heyətinin, texniki heyətin və müvəqqəti heyətin informasiyaanalitik mərkəzə göndərilməsini Rusiya Tərəfi Azərbaycan Tərəfini məlumatlandırmaqla həyata keçirəcəkdir. Azərbaycan Respublikası vətəndaşları və Rusiya Federasiyası vətəndaşları informasiya-analitik mərkəzə işə qəbul oluna bilərlər. Onların informasiyaanalitik mərkəzlə əmək münasibətləri müvafiq olaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının əmək qanunvericilikləri ilə tənzimlənir. Üçüncü ölkələrin vətəndaşlarının işə qəbul edilməsi Azərbaycan Tərəfi ilə razılaşdırılacaqdır. Göründüyü kimi, Sazişin 11-ci maddəsində həm Azərbaycan Respublikası vətəndaşlarının, həm də Rusiya Federasiyası vətəndaşlarının işə qəbul olunmasının mümkünlüyü nəzərdə tutulmuş, eyni zamanda onların mərkəzlə əmək münasibətlərinin müvafiq olaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının əmək qanunvericilikləri ilə tənzimlənməli olduğu göstərilmişdir. Başqa sözlə, Azərbaycan Respublikası vətəndaşlarının informasiya-analitik mərkəzlə əmək münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi, Rusiya Federasiyasının vətəndaşlarının əmək münasibətlərinın Rusiya Federasiyasının əmək qanunvericiliyi ilə tənzimlənməsi müəyyən edilmişir. Hazırkı halda da, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğundan, onunla əmək münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənmişdir və hətta əmək kitabçasındakı qeyddən də görünür ki, iddiaçı 19.05.2012ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən təşkilatın ləğvi ilə əlaqədar işdən azad edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının 03 aprel 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bağlanmış pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin: 2-ci maddəsinə əsasən, vətəndaşların, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları dövlətin qanunvericiliyi üzrə həyata keçirilir. 3-cü maddəsinə əsasən, bu Saziş, onun 9-cu maddəsində sadalanan şəxslərin pensiya təminatı istisna olmaqla, vətəndaşların hər bir dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş və ya ediləcək pensiya təminatının bütün növlərinə şamil olunur. 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ərazisində, həmçinin 1992-ci il yanvarın 1-nə qədər keçmiş SSRl-nin tərkibinə daxil olan dövlətlərin ərazisində, o cümlədən bu Saziş qüvvəyə minənə qədər də müəyyən olunmuş qaydada verilən pensiya təminatı üçün zəruri sənədlər leqallaşdırılmadan qəbul edilir. 2003-cü il mayın 19-da Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin 1-ci bəndinə əsasən, tərəflər, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı inkişaf etdirir və genişləndirirlər. 2-ci maddəsinin “c” bəndinə əsasən, sosial-əmək münasibətləri, o cümlədən onların qanunvericiliklə tənzimlənməsi, əməyin təftişi, əmək mübahisələrinin həlli y olları, “ç” bəndinə əsasən, sosial sığorta, o cümlədən pensiya sığortası, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta tərəflər arasında əməkdaşlığın istiqamətlərindəndir. 2003-cü il mayın 19-da Moskva şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında” Saziş Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli sərəncamının 1-ci bəndi ilə təsdiq edilmiş və sərəncamın 2-ci bəndinə əsasən, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Göründüyü k imi, həm Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial İnkişaf Nazirliyi arasında vətəndaşların pensiya təminatı və əhalinin sosial müdafiəsi sahəsində sazişlər imzalanmış və tərəflər bu sahədə olan məsələlərin tənzimlənməsi sahəsində razılığa gələrək üzərinə öhdəliklər götürmüşlər. Eyni zamanda tərəflərin, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığının inkişaf etdirilməsi və genişləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. Belə olan təqdirdə, məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd edilən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. İddiaçının qaza ndığı əmək haqqından Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilməməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə qəbul olunduğu gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyət ini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquq i şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortao lunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının isə 01.01.1992-ci il tarixdən 19.05.2012-ci il tarixədək işlədiyi dövr əmək kitabçasında qeyd edilmişdir və o, həmin dövrün sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçının işlədiyi illər onun adına tərtib edilmiş əmək kitabçası ilə təsdiq olunduğundan aşağı instansiya məhkəmələri haqlı olaraq əmək kitabçasında qeyd edilənləri mötəbər sübut kimi qəbul etmişlər. “İnzibati icraat haqqında” Azərbaycan R espublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxa n məhkəmələr cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişlər. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-481/2018 saylı iş üzrə 24 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-395/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-395/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver