Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-395/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə pensiyanın təyin edilməsindən imtina; əmək kitabçasında qeydlərin mötəbər olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pensiyasının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 2-1(103)-989/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci il tarixində doğulmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı 17.07.1976-cı il tarixli əmək kitabçasının surətinə əsasən o, 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək 13 saylı Rayonlararası İstehs alat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində işləmişdir.
2. İddiaçı ona əmək pensiyasının hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 12.06.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının 19762004-cü illər üzrə iş stajının düzgünlüyü öz təsdiqini tapmadığından ərizənin təmin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə müraciət etdiyi gündən əmək pe nsiyasının hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir..
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 17.06.1976-cı ildən 28.12.2004-cü ilə qədər 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində usta və iş icraçısı vəzifəsində işləmişdir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun işlədiyi dövrlərin düzgünlüyünün öz təsdiqini tapmamasına istinad edərək tələbinin təmin olunmasından imtina etmiş, bununla da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçının həmin müəssisədə işləməsini sübut edəcək çoxsaylı şahidlər var. Aidiyyəti üzrə sorğu verilərsə belə iddiaçının həmin müəssisədə işlədiyi müəyyən edilə bilə r.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3219/2019 nömrəli, 04.11.2019-cu il tarixli qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1979-1980-ci illərdə kolxozda işlədiyi dövrdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsini mümkün sayır. İş materiallarında olan 22.08.2019-cu il tarixli 288 nömrəli arxiv arayışı ilə həmin dövrlərdə iddiaçının stajı təsdiqlənir. Beləliklə, iş materialları ilə iddiaçının 01.01.2006-cı il tarixinədək 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş sta jının mövcudluğu öz təsdiqini tapır.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-602/2020 nömrəli 03.06.2020-ci il tarixli qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3219/2019 nömrəli, 04.11.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında onun işləməsi barədə qeyd həqiqətə uyğun deyil. Belə ki, 1976-cı ildə Azərbaycan SSR mövc ud olduğu halda, əmək kitabçasında “Azərbaycan Respublikası” qeyd edilmişdir. İddiaçının 17.06.1976-28.12.2004-cü illərdə 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə iddiası yalnız onun əmək kitabçasında aparılan qeydlər əsasında təsdiqlənə bilməz.
11. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. c. Kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2149/2020 nömrəli 28.10.2020-ci il tarixli qərarı ilə (sədrlik edən Zakir Quliyev, hakimlər Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-602/2020 saylı 03.06.2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vergi orqanının işin 16-cı səhifəsində olan 01.08.2019-cu il tarixli cavabında Təmir Tikinti İdarəsi barədə hər hansı məlumatın aşkar edilmədiyi yazılmaqla yanaşı, məhkəməyə bildirilmişdir ki, “bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik”. Lakin məhkəmələr tərəfindən vergi orqanının bu xahişi nəzərə alınmamış, yəni, həmin istiqamətdə müfəssəl araşdırma aparılmamışdır, halbuki prosessual qanunvericilik məhz bunu tələb edir. İşin təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iş materialları nın 85 və 86-cı səhifələrində olan Füzuli rayon Vergilər şöbəsinin (VÖEN **********) olan 4 saylı Rayonlarası Xüsusi Təmir Quraşdırma İdarəsinin və Xocavənd rayon Vergilər şöbəsinin (VÖEN **********) olan 13 saylı Rayonlarası İstehsalat Təmir Tikinti Trestinin iddiaçının əmək kitabçasında işlədiyi kimi göstərilmiş müəssisələrlə eyni olub-olmaması araşdırılmalı və buna düzgün hüquqi qiymət verilməlidir. ç. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 21(103)-989/2021 nömrəli qərarına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Mirzə Tağızadə və Azər Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3219/2019 nömrəli 04.11.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən onun 17.06.1976-cı il tarixdən 28.12.2004-cü il tarixədək 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində işlədiyi qeyd olunsa da, bu barədə aparılan araşdırmalar nəticəsində və verilmiş sorğulara cavab olaraq daxil olmuş sənədlərdən müəyyən olundu ki, iddiaçının işlədiyi 4 saylı Təmir Tikinti İdarəsinin nəzdində olduğu 13 saylı Rayonlararası İstehsalat Təmir-Tikinti Tresti 04.05.1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyata alınmış, sonradan həmin müəssisənin VÖEN-ni dəyişdirilib, müəssisə başqa Birliyin tabeliyinə verilsə də, fəaliyyəti 2005-ci il tarixədək olmuşdur. Həmin müəssisənin nəzdində olan 4 saylı Təmir Tikinti İdarəsinin də işdə olan Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyi tərəfindən verilmiş məlumat əsasında 31.12.2005-ci il tarixədək fəaliyyət göstərdiyi məlum olur. Belə olan halda, iddiaçının 1976-cı il tarixdən 2004-cü il tarixədək işlədiyi 4 saylı Təmir Tikinti İdarəsi ilk dəfə hüquqi şəxs kimi qeydiyyata alındığı 04.05.1994-cü il tarixdən mövcud ola bilərdi. Odur ki, iddiaçının həmin müəssisədə 04.05.1994-cü il tarixdən əvvəl, həmçinin 1976-cı ildən işləməsi qeyri-mümkündür, bu fakt iş materialları ilə də təsdiq olunmur.
16. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 2-1(103)-989/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçı Laçın rayonunda işləmiş, həmin rayondan məcburi köçkün düşmüşdür. Bu zaman müvafiq sənədlərin itirilməsi, arxivə təhvil verilməməsi onun konstitusion hüququ olan pensiya hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun mənasından göründüyü kimi, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanmalı olmuşdur. İddiaçı faktiki olaraq 25 il staja sahib olsa da, məhkəmə 1994-cü il tarixindən hesablamayacağı təqdirdə belə hər bir halda sosial sığorta stajı neçə il olmasından asılı olmayaraq 25 il qəbul edilməli olmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı cavabdeh etirazı təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmışdır. İddiaçının işlədiyi 13 saylı Regionlararası İstehsalat Təmir-Tikinti Tresti ilk dəfə 04.05.1994-cü il tarixindən hüquqi şəxs kimi qeydiyyata alındığından iddiaçının həmin müəssisədə 1976-cı ildən işləməsi qeyri-mümkündür. Cavabdeh qeyd olunanlara əsasən iddiaçının kassasiya şikayətinin dəlilləri əsassız hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017 -ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
21. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini z əruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
22. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
24. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarını n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən işin halları hərtərəfli araşdırılmamış, iddiaçının sığorta stajı düzgün müəyyən edilməmiş, maddi hüquq normasının tətibiqində səhvə yol verilmişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.
29. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən əmək kitabçasındakı qeydlərin mötəbər olmadığını göstərən sübutlar aşkarlanmışdır. Ali Məhkəmənin 28.10.2020-ci il tarixli qərarındakı göstərişlərə uyğun olaraq işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının 17.06.1976-cı ildən 28.12.2004-cü ilədək 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində işlədiyi dövrlərin düzgünlüyünü yo xlamaq məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Xocavənd rayon Vergilər Şöbəsinə və Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinə müvafiq sorğular vermişdir.
30. Məhkəməyə daxil olmuş cavab məktubları əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, 13 saylı Rayonlararası İstehsalat TəmirTikinti Tresti (VÖEN 6********) 13.06.2005-ci il tarixdə vergi orqanında hüquqi şəxs kimi qeydiyyata alınmış, 24.01.2008-ci il tarixdə hüquqi ünvan dəyişikliyi edərək Xocavənd rayon Vergilər şöbəsinə keçirilmiş, 19.12.2012-ci il tarixi nədək fəaliyyətdə olmuşdur. 13 saylı Rayonlararası İstehsalat Təmir-Tikinti Trestinin tabeliyində 4 saylı Təmir-Tikinti İdarəsi mövcud olmuş və həmin müəssisə 31.12.2005-ci il tarixədək fəaliyyət göstərmişdir. Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinin nəzdində Bakı şəhəri Nəsimi rayonunda 13 №-li Rayonlararası İstehsalat Təmir-Tikinti Trestinin yaradılması haqqında nizamnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 04 may 1994-cü il tarixdə qeydiyyata alınmış, bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 may 1994-cü il tarixli qərarından çıxarış əlavə olunmuşdur. Sonradan 13 saylı Rayonlararası İstehsalat Təmir-Tikinti Tresti Rayonlararası X1 12 saylı 10 fevral 2005-ci il tarixli əmri ilə həmin Birliyin tabeliyinə keçirilmişdir.
31. Göründüyü kimi, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış halları əsasında müəyyən olunur ki, iddiaçının işlədiyi 4 saylı Təmir Tikinti İdarəsinin nəzdində olduğu 13 saylı Rayonlararası İstehsalat TəmirTikinti Tresti 04.05.1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyata alınmış, sonradan həmin müəssisənin VÖEN-ni dəyişdirilib, müəssisə başqa Birliyin tabeliyinə verilsə də, fəaliyyəti 2005-ci il tarixədək olmuşdur. Həmin müəssisənin nəzdində olan 4 saylı Təmir Tikinti İdarəsinin də işdə olan Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyi tərəfindən verilmiş məlumat əsasında 31.12.2005-ci il tarixədək fəaliyyət göstərdiyi məlum olur.
32. Kassator, 13 saylı Rayonlararası İstehsalat Təmir Tikinti Trestinin 4 saylı Təmir Tikinti İdarəsində 1976-cı ildə iş lədiyini iddia etsə də, apellyasiya instansiyası məhkəməsinin apardığı araşdırma ilə 4 saylı Təmir Tikinti İdarəsinin hüquqi şəxs kimi ilk dəfə 04.05.1994-cü il tarixində qeydiyyata alındığı müəyyən edilmişdir. Belə olan halda, iddiaçı da həmin müəssisədə ən tezi 04.05.1994-cü il tarixindən işləyə bilərdi. Odur ki, iddiaçının həmin müəssisədə 04.05.1994-cü il tarixdən əvvəl (1976-cı ildən) işləməsi barədə dəlilləri yuxarıda sadalanan sübutlara əsasən təkzib olunmuşdur.
33. Göründüyü kimi, iddiaçıya pensiya hesablanması üçün hazırkı qərarın 19-cu bəndində qeyd olunan maddi hüquq normasında göstərilən şərtlər mövcud olmadığı üçün cavabdehin imtinası əsaslı olmuşdur. Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutütmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçı ya pensiya təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçının bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir.
34. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 2-1(103)-989/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
35. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2021-ci il tarixli, 21(103)-989/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.