Məhkəmə qərarları › İş №2-1(102)-3951/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3951/2025

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3951/2025 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: səyyar vergi yoxlaması haqqında qərarın ləğv edilməsi; VM 67-ci maddənin ardıcıllığı; VM 85.4) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2 *(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **************** saylı ##.##.2022-ci il tarixli qərara əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir (Yoxlama ilə əhatə olunan vergi dövrü: Iyul 2015- Iyun 2022, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: Sentyabr 2015- Mart 2018).

2. Azərbaycan Respublikasının Cavabdeh “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” **************** saylı ##.##.2023-cü il tarixli qərarına əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə (cəmi 3879928,2 manat azaldılma, 8350,53 manat artıq hesablanma, 3879928,17 manat əlavə hesablama, 8350,5 manat artıq hesablama olmaqla 1940284,13 manat maliyyə sanksiyasına görə) məsuliyyətə cəlb edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a. Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktına əsasən qəbul edilmiş ## ###### 2023-cü il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv olunmasını xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2018-ci il tarixli **************** saylı "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarına əsasən ##.##.2015-ci il tarixdən ##.##.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-də aparılmış vergi yoxlamalarının nəticələrinə dair "xxxx" haqqında qəbul edilmiş qərar məhkəmə qaydasında ləğv edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasında *-*(***)-***/**** saylı ##.##.2022-ci il tarixli yekun qərar çıxarılmışdır. Uyğun olaraq ** saylı Ərazi Vergilər Idarəsi "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi" haqqında **************** saylı ##.##.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin yuxarıdakı qərarını icra edərək, müəssisəyə qarşı "xxxx" haqqında qərarı ləğv etmiş, müəssisənin hesablarına qoyulmuş sərəncamları geri çəkmiş və müəssisə öz normal iş rejiminə qayıtmışdır. Buna baxmayaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər idarələri nəinki qərarı bütövlükdə icra etmək, əksinə olaraq 2022-ci ilin yanvar ayında vergi məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri əsas tutaraq (38.3.6-cı maddəsi) müəssisənin 2015-ci ildən 2022-ci ilə qədər ##.##.2023-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktına əsasən səyyar vergi yoxlamasının aparılmasını təmin etmiş və həmin yoxlama aktı üzrə qəbul edilmiş ## ###### 2023-cü il tarixli, **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında qərar qəbul etmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli **************** nömrəli səyyar vergi yoxlaması aktına əsasən qəbul edilmiş ## ###### 2023-cü il tarixli, **************** nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" haqqında qərar aşağıdakı göstərilən səbəblərdən ləğv edilməlidir. Səyyar vergi yoxlamasının təyin olunması üçün heç bir əsas olmadığı üçün vergi orqanı tərəfindən tərtib edilmiş yoxlama aktı və qərar ciddi prosessual hüquq normalarının pozulması ilə həyata keçirildiyindən tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(102) ***/**** saylı ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2015-ci il tarixdən ##.##.2018-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-də aparılan yoxlamalar üzrə hesablanmış məbləğ tamamilə ləğv olunmuş, müəssisənin 2015-ci ildən 2022-ci ilə qədər olan dövrü üzrə aparılan yoxlamada da, ləğv olunmuş eyni məbləğ hesablanmış, əlavə digər illərə görə heç bir hesablama aparılmamışdır. Bu da özlüyündə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ləğv olunduğundan aparılan hesablama və eyni miqdarda yenidən vergi hesablanması sadəcə olaraq absurd və yuxarı vergi orqanının müəssisə ilə bağlı şəxsi ixtilafından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə olan dövrə şamil edilə bilməz. Vergi orqanının bu cür fəaliyyətinin məqsədi açıq-aşkar xarici investisiyanın Azərbaycana axının qarşısının alınmasından ibarətdir.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, vergi ödəyicisinin gəlirləri yoxlanılan dövr ərzində Respublika ərazisində fəaliyyət göstərən vergi ödəyicilərinin (“AK X8" MMC, "xxxx" MMC, "AKKORD X9" MMC, "xxxx" ASC, "ARKOZ X3" MMC, "Çakır Yapı ve X2 Ortaklığı" MMC, "xxxx" MMC və digər vergi ödəyiciləri) sifarişləri ilə müxtəlif növ işlərin görülməsi və xidmətlərin göstərilməsi, avtomobil ehtiyat hissələrinin satışı, daşınma xidməti ("xxxx" MMC, "ARKOZ X3" MMC, "xxxx" MMC, "X6 Company" MMC və digər vergi ödəyiciləri), iaşə xidməti ("ARKOZ X3" MMC), məsləhət xidməti ("ARKOZ X3" MMC), reklam xidməti ("ARKOZ X3" MMC), təmir xidməti (ARKOZ X3" MMC), müxtəlif fiziki və hüquqi şəxslərə beton, sement, atsep və müxtəlif təyinatlı malların satışı, torpaq və tikinti işləri (xxxx" ASC, "X1 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialı və digər vergi ödəyiciləri), texniki nəqliyyat vasitələrinin icarəsindən “X1 Sanayi ve Ticaret Anonim Şirket”inin Azərbaycan Respublikasındakı filialı) formalaşmışdır. Vergi ödəyicisinə hesablanmış vergilərin məbləği bu qaydada olmuşdur: Mənfəət vergisi üzrə: Vergi ödəyicisi tərəfindən 2016-2021-ci illər üzrə mənfəət vergisi üzrə bəyannamələrində, 2016-ci il üzrə ildə gəlirləri 35 825 136,26 manat, xərcləri isə 35 772 258,86 manat, 2017-ci il üzrə ildə gəlirləri 44 674 770,35 manat, xərcləri isə 48 378 939,88 manat, 2018-ci il üzrə ildə vergi ödəyicisinin gəlirləri 29 623 243,9 manat, xərcləri isə 36 257 761,51 manat, 2019-cu il üzrə ildə vergi ödəyicisinin gəlirləri 8 145 017,7 manat, xərcləri isə 8 070 333,13 manat, 2020-ci il üzrə ildə vergi ödəyicisinin gəlirləri 137 115,19 manat, xərcləri isə 292 973,49 manat olmaqla təqdim edilmişdir. 2021-ci il üzrə ildə vergi ödəyicisi mənfəət vergisi bəyannaməsini təqdim etməmişdir. Vergi ödəyicisi aparılmış səyyar vergi yoxlaması zamanı vergi uçot bazasında təqdim etdiyi bəyannamələrə əsasən göstərdiyi gəlirlər və gəlirlərlə bağlı xərc sənədlərini vergi orqanı tərəfindən edilən bütün müraciətlərə baxmayaraq vergi orqanına təqdim etməmiş, vergi hesablaması üçün zəruri sənədlərin Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə məhkəmə qərarı əsasında axtarış-götürmə istintaq hərəkəti zamanı götürüldüyünü bildirmişdir. Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən götürülən həmin sənədlər vergi ödəyicisinin qeydiyyatda olduğu ** saylı Ərazi Vergilər Idarəsinə təhvil verildiyindən, ##.##.2023-cü il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsinin auditi şöbəsinin dövlət vergi müfəttişi X4 tərəfindən Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsindən təhvil alınmış sənədlər təhvil-təslim aktı ilə ** saylı Ərazi Vergilər Idarəsindən götürülmüşdür. Lakin sənədlərin araşdırılması zamanı götürülmüş sənədlərdə və elektron fayllarda vergi ödəyicisinin vergi uçot bazasında əldə etdiyi gəlirlərlə bağlı (təqdim etdiyi mallar, gördüyü işlər və göstərdiyi xidmətlər üzrə) Forma 2-lər, qəbul təhvil aktları, mal materialın hərəkəti cədvəlləri, göstərilmiş xidmətlər üzrə mal material sərfiyyatı cədvəlləri və vergilərin hesablanması üçün zəruri olan digər məlumatların aşkar edilmədiyi müəyyən olundu. Vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən sənədlərin yoxlamaya təqdim etməməsi səbəbindən, həmçinin Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadığından vergi orqanının ödənilməli verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüquq vardır. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yarandığından yoxlama zamanı analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilməsi məqsədilə müvafiq struktura müraciət olunmuş və cavab olaraq analoji fəaliyyətlə məşğul olan “xxxx" ASC (VÖEN: **********), "X5" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) oxşar fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin İddiaçı MMC-nin həmin vergi ödəyiciləri ilə müqayisədə fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər iqtisadi göstəricilərinin fərqli olması səbəbindən qeyd edilən analoji müəssisələrin vergi orqanında olan məlumatlarından istifadə edilməsi mümkün olmamışdır. Vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi ödəyicisi vergi uçot bazasında bəyan edilən gəlirlər (təqdim etdiyi mallar, gördüyü işlər və göstərdiyi xidmətlər üzrə), həmçinin bu gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədləri yoxlamaya təqdim etməmişdir. Belə ki vergi ödəyicisi tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələr, layihələr, qəbul təhvil aktları, mal materialın hərəkəti cədvəlləri, göstərilmiş xidmətlər üzrə mal material sərfiyyatı cədvəlləri, həmçinin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatını (təqdim olunmuş hər bir Forma 2 üzrə görülən işlərdə sərf olunmuş materialların miqdarı, məbləği) təqdim olunmamışdır. Nəticədə mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin ** nömrəli qərarı ilə təsdiq olunmuş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydaları"na əsasən hesablanmışdır. Vergi ödəyicisinin 2016 və 2017-ci illər üzrə gəlirləri vergi ödəyicisinin təqdim etdiyi vergi orqanının uçot bazasında olan elektron vergi hesab fakturalara əsasən, 2018, 2019, 2020, 2021-ci illər üzrə isə gəlirləri vergi ödəyicisinin təqdim etdiyi vergi orqanının uçot bazasında olan elektron qaimə fakturalara əsasən müəyyən edilmişdir.

6. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə ## ###### 2023-cü il tarixli, **************** №-li qərar ləğv edilmişdir (Hakim Aysev Almazova).

7. Məhkəmə hesab etmişdir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə ## ###### 2019-cu il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, ## ###### 2019-cu il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № **, maddə 1894) ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Aşağıda qeyd edilən məzmunda dəyişiklik ##.##.2020-ci il tarixdən qüvvəyə minmişdir: -“Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. -Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. - Cavabdeh qurumun ##.##.2020-ci il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinad edərək “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **************** saylı ##.##.2022-ci il tarixli qərara əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 7 illik vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş (Yoxlama ilə əhatə olunan vergi dövrü: Iyul 2015- Iyun 2022, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: Sentyabr 2015- Mart 2018) və həmin qərar əsasında aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində ##.##.2023-cü il tarixli qərarına əsasən İddiaçı MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. - Vergi orqanı ##.##.2020-ci il tarixdən qüvvəyə minmiş vergi ödəyicisinin vəziyyətini pisləşdirən normanı geriyə tətbiq etməklə haqlı olmamış və iddiaçının konstitusion hüququnu pozmuşdur. Bundan əlavə məhkəmə xüsusilə qeyd edib ki, vergi orqanı tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətə malik olması halı da nəzərə alınmamışdır. Belə ki, yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: ##.##.2015 - ##.##.2018-ci illəri əhatə edən vergi dövrü üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğuna və qeyd edilən səbəbdən həmin dövrün eyni əsaslarla yenidən yoxlanılmasının yolverilməz olduğuna diqqət yetirilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş və qiymət verilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində də araşdırıla bilməz. Hazırkı mübahisəyə münasibətdə cinayət işinin məhkəmə qaydasında ləğv edilmiş inzibati akt əsasında başlanıldığı da nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi cinayətlərinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması vergi ödəyicisinin vergi öhdəliyi barədə cavabdehin qəbul etdiyi inzibati akt əsasında müəyyən olunur. - Ilk növbədə inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində vergi yoxlaması aparılmalı və bunun nəticəsi müvafiq qərarla rəsmiləşdirilməlidir. Həmin inzibati akt üzrə büdcəyə ödənilməli vergi borcunun məbləği 50000 manatdan yuxarı həddə olduğu təqdirdə, cinayət təqibinin başlanılması üçün əsas yarana bilər. Lakin nəzərə almaq lazımdır ki, bu qayda hesablanmış vergi borcu ilə bağlı mübahisənin olmadığı hallara, yəni şəxsin vergi borcunu nəzərdə tutan inzibati aktı mübahisələndirmədiyi hallara şamil olunur və yalnız həmin hallarda keçərlidir. Vergi ödəyicisi ona hesablanmış vergi borcu ilə razılaşmadığı və konstitusion müdafiə hüququndan istifadə edərək həmin öhdəliyi müəyyən edən qərarı məhkəmə qaydasında mübahisələndirdiyi hallarda isə, cinayət təqibinin başlanılması ilə bağlı məsələ (mübahisələndirilən inzibati aktdan başqa əlavə vergilərin hesablandığı hallar istisna olmaqla) həmin mübahisənin nəticəsindən asılı olaraq həll olunmalıdır. Başqa sözlə, cinayət təqibi üzrə icraatın həyata keçirilməsinin əsası qismində 50000 manatdan artıq məbləğdə vergi borcu müəyyən edən inzibati akt çıxış edirsə, həmin vergi borcunun hesablanmasına dair inzibati aktın ləğv edilib-edilməməsindən asılı olaraq şəxsin əməlində cinayət tərkibinin mövcud olub olmadığı müəyyən oluna bilər. Məhkəmə aktı ilə inzibati mübahisə vergi ödəyicisinin xeyrinə yekunlaşdığı hallarda, yəni vergi ödəyicisinin vergi öhdəliyinin mövcud olmadığının qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunduğu hallarda, vergi ödəyicisi vergi borcunu ödəməkdən yayınmağa görə cinayət təqibinə məruz qala bilməz. Belə ki, vergidən yayınmaq üçün ən azından şəxsin vergi borcunun olduğu müəyyən edilməlidir. Vergi borcunun müəyyən olunmadığı hallarda isə cinayət hadisəsinin mövcud olmadığı nəzərə alınmalıdır. Mübahisə vergi orqanının lehinə yekunlaşdığı təqdirdə isə, dövlət büdcəsinə ödənilməli olan vergi borcunun mövcudluğu təsbit olunur. Bu hallarda mövcud borcun yaranması və ödəmədən yayındırılması ilə bağlı şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının və həmin əməlin törədilməsində şəxsin təqsirli olub-olmamasınnın müəyyən edilməsi üçün cinayət təqibi həyata keçirilə bilər. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən cinayət təqibi məhz vergi borcunun hesablandığı və məhkəmə qərarı ilə ləğv olunmuş inzibati akt əsasında başlanıldığına, səyyar vergi yoxlaması ilə hesablanmış vergi öhdəliyini nəzərdə tutan həmin inzibati akt tam olaraq ləğv edildiyinə və beləliklə də vergi borcu mövcud olmadığına görə iddiaçı barəsində cinayət təqibini davam etdirməkdə cavabdeh haqlı sayıla bilməz. Buna baxmayaraq, istintaq orqanı cinayət hadisəsi olmadığından cinayət təqibi üzrə icraata xitam vermək əvəzinə, məhkəmənin münasibət bildirdiyi dövr üzrə yenidən yoxlamanın keçirilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh isə istintaq orqanının hüquqazidd həmin qərarına istinad edərək, iddiaçıya münasibətdə yoxlamanın keçirilməsi barədə hazırkı mübahisələndirilən qərarı qəbul etmişdir. Bundan başqa, vergi orqanı tərəfindən sənədlərin təqdim edilmədiyi əsas gətiririlərək, şərti rentabellik norması tətbiq edilməklə 2019, 2020 və 2021-ci illər üçün mənfəət vergisi hesablanmışdır. Yuxarıda qeyd edildiyi kimi, ## ###### 2019-cu il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il ######ın #-dən qüvvəyə minmişdir. Beləliklə, həmin 3 illik müddətin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa ##.##.2020-ci ildən qüvvəyə mindiyindən, vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, 2 *(***)-****/**** saylı qərarı ilə Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Elvin Əliyev (sədrlik edən və məruzəçi), Günel Abbasova və Aytən Oruczadə).

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik normaların tələblərindən görünür ki, qanunvericilik vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadığı halda ilkin olaraq VM-nin 67.1-ci maddəsində qeyd olunan əlaqəli məlumatlar əsasında, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadığı halda isə VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik normasını tətbiq etməklə vergilərin hesablanmasını təsbit etmişdir. Qanunvericilik sözügedən maddədə yalnız qeyd olunan ardıcıllığa əməl etdikdən sonra VM-nin 67.14-cü maddəsinə əsasən şərti rentabellik norması əsasında vergilərin hesablanmasını mümkün etmişdir. Başqa sözlə desək, vergi orqanı 67-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, qanunla nəzərdə tutulmuş meyarlardan kənara çıxaraq və formal bəhanə gətirərək əsassız və qanunsuz olaraq analoji vergi ödəyicilərinin məlumatlarından istifadə etməmişdir ki, bununla da VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl etməmiş və kobud qanun pozuntusuna yol vermişdir. Eyni zamanda, diqqətə çatdırılır ki, oxşar illər üzrə məhkəmələrdə baxılan vergi mübahisələri zamanı VM-nin 67-ci maddəsinin tətbiqinə dair hüquqi qiymət verilmiş və hazırda bununla bağlı Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi belə formalaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində işin halları, iddia ərizəsinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilən səyyar vergi yoxlaması vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, vergi orqanı tərəfindən həyata keçirilən prosessual hərəkətlər vergi ödəyicisinin öz fəaliyyətini vergi qanunvericiliyinin müddəalarına hansı həddə riayət edib-etməməsi hallarını müəyyənləşdirir, yəni vergi ödəyicisinə hər hansı əlavə öhdəlik deyil, vergi ödəyicisinin etməli olduğu hərəkətləri ayırd edir. Bununla yanaşı qeyd edirik ki, səyyar vergi yoxlaması keçirilərkən qanunvericiliyin qüvvədə olan müddəaları tətbiq edilmişdir. Digər tərəfdən məhkəmənin mövqeyindən belə nəticəyə gəlmək olur ki, Vergi Məcəlləsinin müvafiq maddəsi qüvvədə olsa da, onun tətbiq edilməsi mümkün deyil. Eyni zamanda qeyd edirik ki, sözügedən səyyar vergi yoxlaması 3 ilik dövr deyil, 7 illik dövrü əhatə etdiyindən qeyd edilən halın mübahisələndirilən qərar ilə heç bir əlaqəsi yoxdur.

13. Səyyar vergi yoxlaması təyin edilən zaman sözügedən norma qüvvədə olmuş və həmin normada normanın qüvvəyə minməsindən sonra müddətlə bağlı hər hansı məhdudiyyət qüvvəyə minməsindən sonra müddətlə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə edilmiş qeyd edilən dəyişiklik mövcud praktika ilə bağlı həmin Məcəlləyə dəqiqləşdirmə xarakterli maddənin əlavə edilməsi istiqamətində olmuşdur. Belə ki, həmin dəyişiklik edilməmişdən əvvəl də vergi orqanları tərəfindən cinayət prosesi orqanının qərarı əsasında səyyar vergi yoxlamaları keçirilmişdir. Başqa sözlə desək, qeyd edilən maddə Vergi Məcəlləsində əks olunmasa belə, Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən cinayət təqibi orqanı tərəfindən qəbul edilmiş qərar əsas götürülməklə vergi orqanı 7 illik dövrü yoxlamağa haqlıdır. səyyar vergi yoxlamasının keçirilməsi barədə cinayət təqibi orqanının qərarı prosessual qərar olaraq məcburi xarakterə malikdir. Belə ki, CPM-nin 64.1-ci maddəsinin tələblərinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Məhkəmə kollegiyası qərar qəbul edərkən işin faktiki hallarını tam araşdırmamış, yoxlama ilə müəyyən edilmiş vergi öhdəliyinin mahiyyətinin fərqinə varmamış və nəticədə qərar qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarının formal olaraq preyudisial əhəmiyyətə malik olduğunu vurğulamışdır.

14. Preyudisiya daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qərarı ilə müəyyənləşdirilən hallar ##.##.2022-ci il tarixli **************** nömrəli qərar ilə həyata keçirilən səyyar vergi yoxlaması zamanı mövcud olmamışdır. Qeyd edilən bu hallar isə məhkəmə qərarının preyudisiyalığının mövcudluğunu istisna edir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının 2- 1(102)- ***/**** saylı işi üzrə ##.##.2023-ci il tarixli qərarında qeyd edilənlər Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən keçirilən səyyar vergi yoxlamaları ilə bağlı vurğulanmışdır. Lakin mübahisələndirilən qərar üzrə həyata keçirilən yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən deyil, 38.3.6-cı maddəsinə əsasən başlanmışdır. Odur ki, qeyd edilən məhkəmə təcrübəsinin hazırkı işlə heç bir əlaqəsi olmadığından məhkəmənin qeyd edilən dəlili tamamilə əsassızdır.

16. Vergi ödəyicisi aparılmış səyyar vergi yoxlaması zamanı təqdim etdiyi bəyannamələrə əsasən göstərdiyi gəlirlər və gəlirlərlə bağlı xərc sənədlərini vergi orqanı tərəfindən edilən bütün müraciətlərə baxmayaraq vergi orqanına təqdim etməmiş, vergi hesablaması üçün zəruri sənədlərin Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə məhkəmə qərarı əsasında axtarış-götürmə nömrəli cinayət işi üzrə məhkəmə qərarı əsasında axtarışgötürmə istintaq hərəkəti zamanı götürüldüyünü bildirmişdir. Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsi tərəfindən götürülən həmin sənədlər vergi ödəyicisinin qeydiyyatda olduğu ** saylı Ərazi Vergilər Idarəsinə təhvil verildiyindən, ##.##.2023cü il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin Vergi auditi idarəsinin təmirtikinti sahəsinin auditi şöbəsinin dövlət vergi müfəttişi Qasımov Həmid ilqar oğlu tərəfindən Vergi Cinayətləri Ibtidai Araşdırılması Baş Idarəsindən təhvil alınmış sənədlər təhvil-təslim aktı ilə ** saylı Ərazi Vergilər Idarəsindən götürülmüşdür. Lakin sənədlərin araşdırılması zamanı götürülmüş sənədlərdə və elektron fayllarda vergi ödəyicisinin əldə etdiyi gəlirlərlə bağlı (təqdim etdiyi mallar, gördüyü işlər və göstərdiyi xidmətlər üzrə) Forma 2-lər, qəbul-təhvil aktları, mal-materialın hərəkəti cədvəlləri, göstərilmiş xidmətlər üzrə mal-material sərfiyyatı cədvəlləri və vergilərin hesablanması üçün zəruri olan digər məlumatların aşkar edilmədiyi müəyyən olunmuşdur.

b. Kassasiya şikayətinə etirazın dəlilləri

17. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c. Vəsatət və izahatlar

18. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, vergi orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş dövrün yoxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qərarının hazırkı iş üzrə preyudisiallıq təşkil etməməsi, hesablamanın əsaslandırılması, eyni zamanda Vergi Məcəlləsinin 67-ci maddəsinin düzgün olaraq tətbiqinin izah edilməsi və yarana biləcək suallara aydınlıq gətirilməsi məqsədilə şifahi məhkəmə iclasının keçirilməsini zəruri etmişdir.

19. Məhkəmə kollegiyası iddiaçının vəsatətini IPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbinə görə, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.

20. Baxılan işin hazırkı vəziyyətində, iddianın maddi-hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.

21. Cavabdeh tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, işə şifahi məhkəmə iclasında baxılmasına dair vəsatətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

Tətbiq edilən hüquq

23. Vergi Məcəlləsi (##.##.2023-cü il tarixdə qüvvədə olan redaksiyada) Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. ...

24. Inzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən məzmunca müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəyə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı məsələ üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarının ləğv edilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır.

31. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan və mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar