Məhkəmə qərarları › İş №2-1(102)-3956/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3956/2025

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3956/2025 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı kiçik müəssisəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə istifadə hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı kiçik müəssisəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli 1392 sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, 1392 sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində yerləşən 0.069 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı ##.##.2023-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *-****/** nömrəli sərəncamında ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, “Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, 1392 sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində yerləşən 0.069 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, 1392 sərəncamı ilə İddiaçı kiçik müəssisəsinə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində məişət evinin layihələşdirilməsi və tikintisi üçün 0.7 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı kiçik müəssisəsi yuxarıda qeyd olunan sərəncamda göstərilən təyinat üzrə torpaq sahəsinin üzərində iaşə obyektini inşa edərək, sözügedən 0.07 ha torpaq sahəsindən 20 ildən artıqdır ki, istifadə edir. Sözügedən torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsələr də, bu günə qədər müraciətlərinə cavab verilməmişdir. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri icra hakimiyyətinin sərəncamı hesab olunur. Göründüyü kimi, qeyd olunan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, 1392 sərəncamı ilə hüquqi şəxsə ayrılmışdır. Sözügedən torpaq sahəsi qanuni istifadələrinə verilmiş, həmin torpaq sahəsindən uzun müddət istifadə edərək, üzərində müəyyən tikililər tikmişdirlər. Torpaq ayırma sənədləri də hazırda qüvvədədir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının **** nömrəli, ##.##.1993-cü il tarixli sərəncamında ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü və hansı əsaslarla ayrılması barədə (istifadə, icarə və s.) məlumat qeyd edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunmamışdır və bu səbəbdən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və çoxmənzilli yaşayış binalarının həyətində yerləşir. ##.##.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 720 kv.m təşkil edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il ######ın #-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il ######ın #-dən etibarən həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”nın 9-cu bəndinə əsasən ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin # #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (Hakim Ləman Musayeva) iddia təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli 1392 Sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində yerləşən 0.069 ha torpaq sahəsinə iddiaçının istifadə hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehə üzərinə qoyulmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin ölçüsünün sərəncamda qeyd edilməməsi, həmçinin yerləşmə cizgisinin təqdim edilməməsi iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli **** saylı sərəncamı qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. Həmin cizgidə dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verir. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu tərtib edilmişdir, həmin pasporta torpaq sahəsinin 0,069 ha olduğu qeyd edilmişdir. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Hazırda da torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (Rəşid Səmədov (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və Orxan İsmayılov) Bakı İnzibati Məhkəməsinin # #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, o cümlədən Azərbaycan Respublikası Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısını konkret müəyyən etmiş və rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərarları bu əsaslar sırasında nəzərdə tutmuşdur.

12. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.1993cü il tarixli, 1392 sərəncamı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsinin, 2942 a məhəlləsində yerləşən 0,069 ha torpaq sahəsinin hazırkı iddiaçı İddiaçı kiçik müəssisəsinin qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin qərar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

13. İddiaçı İddiaçı kiçik müəssisəsinin iddia etdiyi torpaq sahəsi faktiki olaraq başqa şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olan hər hansı sahə ilə üstüstə düşmədiyindən və dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verən yerləşmə cizgisi təqdim edildiyi üçün imtina üçün gətirilən cavabdeh inzibati orqanın bu dəlili də mötəbər qiymətləndirilə bilməz.

14. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş sənədlərin qeyrimötəbərliyinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının **** nömrəli, ##.##.1993-cü il tarixli sərəncamında ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsü və hansı əsaslarla ayrılması barədə (istifadə, icarə və s.) məlumat qeyd edilməmişdir. Bundan əlavə, torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunmamışdır və bu səbəbdən sənədin göstərilən sahəyə aid olub olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və çoxmənzilli yaşayış binalarının həyətində yerləşir. ##.##.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 720 kv.m təşkil edir. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçıya qanuni olaraq ayrılıb-ayrılmaması, yerləşməsi barədə ətraflı araşdırma aparılmamışdır

b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmununu təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətlərin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından torpaq sahəsinin istifadə hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, 2-1(103) ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar