Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-396/2019 16.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-396/19 QƏRARDAD Bakı şəhəri 2019-cu il 16 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Kamil oğlu Hüseynov İddiaçı x1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “hərracın keçirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli 2-1(103)-2438/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdim. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Prezid entinin 2016-cı il 19 iyul tarixli Fərmanının icrası çərçivəsində cavabdeh tərəfindən hərrac üsulu ilə kiçik müəssisə formasında özəlləşdirilməyə açıq elan edilmiş x1 bu məqsədlə müəssisənin bütün mühasibat və digər sənədlərini qəbul etməklə özəlləşdirilməsi ilə bağlı hərracın əmək kollektivinin iştirakı ilə qanunla müəyyən edilmiş müddətdə keçirilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı eyni zamanda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək x1 və onun əmək kollektivinin işinə, habelə Müəssisə ilə müqavilə münasibətində olan şəxslərin ticarət fəaliyyətinə hər hansı formada müdaxilə olunmasının üçüncü şəxsə və digər şəxslərə qadağan olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 3 iyul tarixli 2-1(82)-3246/2018 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Üçüncü şəxs vəsatətlə müraciət edərək qərardadın ləğv olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 iyul tarixli 2-1(82)-3246/2018 nömrəli qərardadı ilə vəsatət təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 3 iyul tarixli qərardadı ləğv edilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 3 iyul tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli 2-1(103)-2438/2018 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdi rilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, işin materiallarına görə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 2018-ci il 22 oktyabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 2018-ci il 5 noyabr tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur. Prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim e tməyi təklif olunmuşdur. Bundan əlavə, kassasiya şikayəti x1 adından x2 tərəfindən imzalansa da, şikayətə onun səlahiyyətini təsdiq edən sənəd (order, etibarnamə) əlavə olunmamışdır. Məhkəmə iclasının təyin olunduğu vaxtadək göstərilən çatışmazlıqların aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə işdə iştirak edən şəxslərin iştirakı ilə baxılması 2019-cu il 16 yanvar tarixə təyin edilmiş, icraatın iştirakçılarına bu barədə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə baxmağı və qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3cü maddəsi). Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli qərardadı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 2018-ci il 22 oktyabr tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 2018-ci il 5 noyabr tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra poçt rabitəsi şöbəsinə təqdim olmuşdur. Beləliklə, prosessual müddət ötürülmüşdür. İPM-in 26.2-ci maddəsinə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tə rəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. İPM-in 31.1-ci maddəsinin tələbinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Kassasiya şikayəti x1 adından x2 tərəfindən imzalansa da, şikayətə onun səlahiyyətini təsdiq edən sənəd əlavə olunmamışdır. İddiaçı göstərilən çatışmazlıqlar barədə xəbərdar edilməsinə baxmayaraq, onların aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 90, 96.2, 96.3-cü maddələrinə əsasən qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 oktyabr tarixli 2-1(103)-2438/2018 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.
Məhkəmə qərarları › İş №2-1(102)-396/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-396/2019
16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver