Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-396/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli yində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-927/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 21 oktyabr 1979-cu il tarixdən 17 noyabr 1981-ci il tarixədək (2 il 26 gün) hərbi xidmət keçmişdir. 2. 10 fevral 1978-cı il tarixli, İТ-İ №0225314 saylı əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, o xx.xx.1977-xx.xx.1979-ci illərdə 11 №-li «Hərbiticarət»də konditer – (1 il 11 ay 22 gün;) xx.xx.1982 - xx.xx.1982-ci ill ərdə Bakı azbest və keramik məmulatlar Kombinatında – (13 gün;) xx.xx.1982 – xx.xx.1985-ci illərdə İctimai iaşə obyektində bufetçi: (2 il 9 ay 13 gün;) xx.xx.1985 – xx.xx.1987-ci illərdə İctimai iaşə müəssisələr birliyində mətbəxçi- (2 il 1 ay 14 gün;) xx.xx.1987-xx.xx.1989-cu illərdə «Kirov» adına maşınqayırma zavodunda köməkçi təsərrüfatda 5- dərəcəli fəhlə - (1 il 3 ay 22 gün;) xx.xx.1989 – xx.xx.1992-ci illərdə həmin maşınqayırma zavodunda 2-ci dərəcəli fəhlə - (2 il 5 ay 10 gün; ) xx.xx.1992-xx.xx.1993-cü illərdə «Neftsənayegeofizika» Bakı bölməsi təcrübi metodik işlər dəstəsində fəhlə - (1 il 6 ay 29 gün;) xx.xx.1993 – xx.xx.1998-ci illərdə Bakı tütün kombinatı: Yanğından mühafizədə mühafizəçi – (4 il 1 ay 14 gün;) xx.xx.2000 – xx.xx.2007-ci illərdə «X1» ASC-də tütün sexində fəhlə – (7 il 3 ay 6 gün; ) xx.xx.2007–xx.xx.2016-cı illərdə həmin tütün sexində operator – (8 il 11 ay;) xx.xx.2016 - xx.xx.2017-ci illərdə həmin tütün sexində fəhlə (2 ay 22 gün) işləməsi qeyd edilmişdir.
3. İddiaçının çalışdığı “X1”ASC-nin 2 nömrəli 03 fevral 2020-ci il tarixli arxiv arayışından görünür ki, “İddiaçı fəhlə və operator kimi vəzifə funskiyaları - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 27.5. Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə aiddir.”
4. İddiaçı cavabdehə müraciət edərək ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 fevral 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 3 fevral 2020-ci il tarixli 2 nömrəli arayışında qeyd olunan işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamış, bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı iddiaçıya münasibətdə 38.600,00 manat tələb olunduğu halda, onun fərdi hesabınının sığorta hissəsində qeyd ə alınan pensiya kapitalı, cəmi, 36.648,54 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli əmək stajının olması nəzərə alınaraq, pensiya hüququnun yarandığı xx.xx.2017-ci ildən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o xx.xx.1960-cı ildə anadan olmuş, onun iki illik həqiqi hərbi xidmətdə olduğu müddət nəzərə alınmadan, xx.xx.1977-ci ildən xx.xx.2017-ci il tarixədək, yəni, 57 yaşının tamam olduğu müd dətdə (həmin müddətdən sonrakı dövr nəzərə alınmadan) 31 il 02 ay 28 gün əmək stajı olmuşdur. Əmək fəaliyyəti müddətində tütün istehsalı sahəsində, fəhlə, tütün istehsalı xəttində operator kimi vəzifələrdə işləmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993cü il tarixli 320 saylı qərarına, həm də hazırda qüvvədə olan "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən, qeyd etdiyi vəzifələr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələr hesab olunur. Əmək fəaliyyətinin 16 ilindən çoxunu həmin zərərli işlərdə çalışmışdır. xx.xx.2017-ci ildə onun 57 yaşı tamam olmuş və həmin dövrdə qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdə edilmiş dəyişiklikdən əvvəlki redaksiyasına görə onun xx.xx.2017-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. O, xx.xx.2020-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Filiala ərizə ilə müraciət etmiş, lakin cavabdeh ona cavab verməmişdir.
8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. E tirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2753/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakim-E.Əliyev) iddia rədd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı işlədiyi “fəhlə və operator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş müvafiq siyahının, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən peşələrə uyğun deyildir.
11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya mərhələsində konkret olaraq iddiaçının qeyd olunan işlərdən hansılarını görüdüyünü müəyyən edilməsi üçün «X1» ASC-yə xx.xx.2022-ci il tarixdə məhkəmə sorğusu göndərilmiş və sonuncu tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda aşağıdakıları bildirmişdir: “İddiaçı müəssisəmizin tütün sexində işlədiyi fəhlə və operator peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın: 27.5. Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün is tehsalının a) yarım bölməsinə (fəhlələr) aiddir.... 27.5.1-ci bölməsinin a) yarım bölməsi üzrə (fəhlələr) fəhlə vəzifəsinə: tütün yarpaqlarını düzən, tütün keşinin presləyicisi və çeşidləyicisi, operator vəzifəsinə: tənzimləşdirici maşinist, tütün kəsən maşın maşınisti və pnevmatik qurğu maşinisti aiddir.”
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-927/2022 nömrəli qərarı ilə (sədrlik edən – C.A.Yusifov, hakimlər – H.Ü.Həmidov və İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2753/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin olunmuş, İddiaçı, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pen siyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2020-ci il tarixindən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının «X1» ASC-də tütün yarpaqlarını düzən, tütün keşinin presləyicisi və çeşidləyicisi kimi gördüyü fəhlə işləri, habelə, onun operator kimi yerinə yetirdiyi tənzimləşdirici maşinist, tütün kəsən maşın maşınisti və pnevmatik qurğu maşinisti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 27.5.1-ci bəndində təsbit olunan güzəştli pensiya hüququ verən göstər icilər sırasında mövcuddur. Bundan başqa iddiaçının sığorta əmək stajının yuxarıda qeyd olunan təhlilindən isə göründüyü kimi, onun 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixinədək «X1» ASC-də tütün sexində güzəştli pensiya hüququ verən işlərdə xx.xx.2000-xx.xx.2007-ci illəri əhatə edən dövr üzrə 16 il 1 ay 28 gün (7 il 3 ay 6 gün+8 il 11 ay+ 2 ay 22 gün) çalışmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya güzəştli pensiya təyin olunmasından imtinasının əsası kimi istinad etdiyi, onun«X1» ASC-də tütün sexindəki fəaliyyəti üzrə yerinə yetirdiyi işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmadığını, dolayısı ilə güzəştli stajının mövcud olmadığını mübahisələndirən dəlillər i əsassızdır.
15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-927/2022 nömrəli qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin əsasını imtina məktubunda qeyd olunanlar, işin halları və iddia tələbinə etirazın dəlilləri təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstə liyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. (01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 20. “İnziba ti icraat haqqında” Qanun Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
22. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan di gər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmç inin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİY ANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etmə klə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfi ndən müəyyən edilmiş hallarından görünür ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.1960-cı il tarixinə kimi əmək kitabçası (İT-İ №0225314 xx.xx.1978), hərbi bileti (HZ №3989344, 21.!0.1979) iş stajı araşdırıldıqda, onun aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1977-xx.xx.1979: 11 №-li «Hərbiticarət»də konditer – 1 il 11 ay 22 gün; xx.xx.1979 – xx.xx.1981 müddətli həqiqi hərbi xidmət – 2 il 26 gün; xx.xx.1982 - xx.xx.1982: Bakı azbest və keramik məmulatlar Komb inatı – 13 gün; xx.xx.1982 – xx.xx.1985: İctimai iaşə obyektində bufetçi: 2 il 9 ay 13 gün; xx.xx.1985 – xx.xx.1987: İctimai iaşə müəssisələr birliyində mətbəxçi-2 il 1 ay 14 gün; xx.xx.1987-xx.xx.1989: «Kirov» adına maşınqayırma zavodunda köməkçi təsərrüfatda 5- dərəcəli fəhlə - 1 il 3 ay 22 gün; xx.xx.1989 – xx.xx.1992: həmin maşınqayırma zavodunda 2-ci dərəcəli fəhlə - 2 il 5 ay 10 gün; xx.xx.1992-xx.xx.1993: «Neftsənayegeofizika» Bakı bölməsi təcrübi metodik işlər dəstəsində fəhlə - 1 il 6 ay 29 gün; xx.xx.1993 – xx.xx.1998: Bakı tütün kombinatı: Yanğından mühafizədə mühafizəçi – 4 il 1 ay 14 gün; xx.xx.2000 – xx.xx.2007: «X1» ASC-də tütün sexində fəhlə – 7 il 3 ay 6 gün; xx.xx.2007–xx.xx.2016: həmin tütün sexində operator – 8 il 11 ay; xx.xx.2016 - xx.xx.2017: həmin tütün sexində fəhl ə 2 ay 22 gün
33. Bundan başqa iddiaçının çalışdığı “X1”ASC-nin 2 nömrəli 03 fevral 2020-ci il tarixli arxiv arayışına, habelə, məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2021ci il tarixli izahlı məktubunda bildirilmişdir: “İddiaçı fəhlə və operator kimi vəzifə funskiyaları - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 27.5. Tütün istehsalı və bərpa olunmuş tütün istehsalı sinfinin 27.5.1-ci bölməsi olan tütün istehsalının a) yarım bölməsinə aiddir.”
34. Eyni zamanda, “X1”ASC-nin xx.xx.2021-ci il tarixli izahlı məktubunda həm də bildirilmişdir ki, İddiaçı tütün sexində fəhlə və operator kimi əmək funksiya ları aşağıdakılardan ibarətdir: “ -yarpaq tütün partiyalarını istehsalat xəttinə vermək və transportyorun üzərinə düzmək; -tütünü, tütün kiplərindən əllə çıxarmalı və doğranması üçün transportyorun üzərinə qoymalı; jilka ilə dolu olan qutuları dəmir qablara doldurmalı və istehsalat xəttinə verməli; -doğranmış tütünün qablaşdırılması məqsədilə istehsalat planına uyğun olaraq tütünqutularının için əselofan qoyaraq hazırlamalı; -doğranmış tütünü tərəzidə çəkməli və tütün qablarına qablaşdırmalı; -doğranmış tütün qutularını arabaya yığmalı və şəxsən onu lift tərəfə daşımalı” -Anbarın tələbinə uyğun olaraq tütünü liftə doldurmalı” -bütün artıq materialları, tullantıları yığmaq və liftə dolduraraq pressə göndərməli; -istehsalat zamanı yaranan tozu tərəzidə çəkməli və qutulara doldurmalı və anbar a göndərmək üçün liftə yığmalı; -bütün vaxtı istehsalat xəttini təmiz və səliqəli saxlanılmalı. Maşınların ətrafında olan künclərdə və ya avadanlıqların üzərində olan çirkin/tozun olmasına yol verməməli; -istehsalat xəttlərində par/suyun verilməsi, sıxılmış hava əməliyyatların razılaşdırılmış parametrlər əsasında olmasını təmin etməlidirlər; -gələn təzyiq tələb olunan tələbatdan aşağıdırsa, o zaman xətt dayandırılmalı və növbə rəisinə məlumat verilməlidir.; -istehsal xəttlərini tez-tez yoxlamalı və istehsal olunan məhsulun vəziyyətini müşahidə etməli; -hər hansı qeyri-normal hal olduğu təqdirdə (məs., nəmlik, rəng, qırıntının ölçüsü ümumi vəziyyət) yoxlanılmalıdır, dərhal düzəldilməlidir və birbaşa rəhbərə məlumat verməlidir; -istehsalat xətlərində par, su və sous/aromat materiallarını t ənzimləmək üçün quraşdırılan avtomatik nəzarət avadanlıqlarının işləməsini diqqətlə yoxlamalıdır. Həmçinin nəzarət avadanlıqlarının işləməsinə nəzarət etməli, hər hansı bir avadanlığın yaxşı işləməməsi təqdirində dərhal mexanikin nəzərinə çatdırmalı, -istehsal xətlərini hər zaman təmiz və səliqəli saxlamalıdır. Avadanlıqların səthində və ya maşının künclərində tozun /çirkin yığılmasına yol verməməlidir; -istehsal xəttinin hər hansı bir avadanlığını/bölməsini təmir edərkən, düzəldərkən mexanikə tam yardım göstərməli; -hər hansı axıntı və tütün itkisinin qarşısını almalıdır; -tütündə hər hansı yad materialın (natəmizlyin) olmasının qarşısını almalıdır. ”
35. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğu n olmaması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyinə görə apellyasiya məhkəməsi həmin sənəddə olan məlumatları mötəbər hesab etməkdə haqlı olmuşdur.
36. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
37. Kollegiya hesab edir ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2017-ci ilədək azı 25 il sığorta stajına və 12 il 6 ay güzəştli staja malik oluğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2017-ci ildən güzəştl i şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.
38. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-927/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.