Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-396/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması, pensiya fərqinin ödənilməsi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabde h Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ““hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi” tələbinə inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1247/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh müraciətin müsbət həllindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən X2 dair təqdim olunmuş 12 noyabr 2021-ci il tarixli MN-16031 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə müvafiq təminat xərcliyinin (591.00) manat 80 faizi-472,80 manat məbləğində adıçəkilən şəxsə əmək pensiyası təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət yenidən hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki ic raat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişd ir.
4. İddiaçı iddia tələbinin əsası kimi xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə xidmət etdiyini, 1996-cı il tarixdən İİ qrup müddətsiz müharibə əlili olduğunu göstərmişdir. Həmçinin qeyd etmişdir ki, 1996-cı il tarixdən 2021-ci il tarixədək əmək pensiyası almış, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 2021-ci il tarixdən etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya ödənilir. Əlavə olaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün pensiya fərqi ona ödənilməli olduğu halda, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə fərq məbləği ödənilsə də, cavabdeh tərəfindən digər dövrlərə görə ödənişin edilməsindən imtina olunduğunu qeyd etmişdir. İddiaçı daha əvvəl xx.x x.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə fərq məbləğinin ona ödənilməsi xahişi ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.
5. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir. Etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
6. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6764/2022 saylı qərarı ilə (hakim X1) iddia təmin edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının pensiya hüququ xx.xx.1998-ci il tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə o lmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Həmin Qanunun 49-cu maddəsinə görə, pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.
8. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1247/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6764/2022 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
10. Apelyasi ya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2019-cu il yanvarın 1-dən sonra (ilk dəfə 2021-ci ildə) müvafiq inzibati orqana müraciət etdiyindən, apellyasiya baxışı zamanı da əvvəllər müraciətinin olmadığını bildirdiyindən və onun 01 yanvar 2019cu il tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəbi belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçıya münasibətdə pensiya fərqinin hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilməlidir.
11. İddiaç ı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Şikayətdə qeyd edilir ki, iddiaçının pensiya hüququ 1998-ci il tarixdən yaransa da o, 20 il ərzində pensiya almaq hüququndan məhrum edilmişdir. Bununla da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququ pozulmuşdur. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsini iddiaçı barəsində tətbiq etməklə Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh kassasiya şikayə tinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qü vvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya) Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanu nun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya)
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidi r. 17. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanı Bənd
4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xid mətinə tapşırılsın ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməsi ilə əlaqədar, həmin şəxslərin pensiya təminatına dair müvafiq sənədlərin Dövlət Sosial Müdafiə Fonduna təhvil verilməsini bir ay müddətində təmin etsinlər.... Bənd
6. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
18. N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasi ya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avr opa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Belə ki, şikayət müəllifi hesab edir ki, cavabdeh inzibati orqan onun Konstitusiya ilə müəyyən edilmiş sosial təminat hüququnu pozmuşdur.
24. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan 3 saylı Bakı DO ST Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçıya İİ qrup əlilliyə görə xx.xx.1998-ci il tarixdə pensiya təyinatına başlanılmışdır. (cild 1, iş vər 40)
25. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu deməyə əsas verir ki, iddiaçının hüquqları o cümlədən sosial təminat hüququnun bir hissəsi hesab edilən pensiya hüququ məhdudlaşdırılmamışdır. 26. 2006-2018-ci illər üzrə ödənilməmiş pensiya fərqinin ödənilməsi ilə bağlı kassasiya şikayətində əks edilmiş mövqeyə gəlincə bu hissədə də məhkəmə kollegiyası kassatorun mövqeyi ilə razılaşmır.
27. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməkl ə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyqun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
28. İstinad olunan Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
29. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli Qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməkl ə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
30. Bundan əlavə N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir: “burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 1 iyul 2017-ci il tarixədək yaranm ış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil ilk dəfə hesablanması hallarını ehtiva edir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 312 nömrəli qərarında İddiaçı 1993-cü il tarixdə hərbi xidmətə çağırıldığı, travma-diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" qeyd olunmuşdur. (iş vər cild 1, iş vər 6)
32. Eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 12 noyabr 2021ci il tarixli MN-16031 nömrəli məlumat vərəqəsi iddiaçıya pensiya təyin olunması üçün cavabdeh orqana təqdim edilmişdir. (cild 1 iş vər 126) Həmin məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591.00 manat) 80 faizi472.80 manat məbləğində əmək pensiyası təyin edilmiş, pensiya təyin edilərkən əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətrafl ı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.
34. Həmin Plenum qərarını rəhbər tutan məhkəmə kollegiyası bildirir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanı 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyaları həmin tarixdən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən ödənilir. Bu da onu deməyə əsas verir ki, iddiaçıya hər bi qulluqçu kimi pensiyanın təyin olunması həmin dövrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətində idi.
35. Apelyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası bu halı da, yəni iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edib etməməsini araşdırmış və iddiaçı məhkəmə iclasında bildirmişdir ki, hərbi qulluqçu kimi şəhadətləndirilməyi məqsədi ilə Müdafiə Nazirliyinə ilk dəfə 2021-ci il tarixdə müraciət etmiş və bu müraciətinə əsasən ona məlumat vərəqi təqdim edilmişdir. (cild 1, iş vər 20məhkəmə iclas protokolu)
36. Məhz yuxarıda qeyd edilən hallara əsasən apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq bildirmişdir ki, iddiaçı 2019-cu il yanvarın 1-dən sonra (ilk dəfə 2021-ci ildə) müvafiq inzibati orqana müraciət etdiyindən, apellyasiya baxışı zaman ı da əvvəllər müraciətinin olmadığını bildirdiyindən və onun 01 yanvar 2019-cu il tarixədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəbi belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını əks etdirən hal kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçıya münasibətdə pensiya fərqinin hesablanaraq ödənilməsi “Əmək pensiyaları haqqında” Qanuna 30 noyabr 2018-ci il tarixdə yeni məzmunda əlavə edilmiş 32.1-2-ci maddəsinin tələbləri çərçivəsində həyata keçirilməlidir. Odur ki, istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarı ndakı hüquqi mövqeyi nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
37. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı iş hələ apelyasiya instansiyası məhkəməsinin icraatında olarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2021/2023 saylı qərarını məhkəmə kollegiyasının diqqətinə təqdim etmişdir. (Həmin qərarda kassasiya məhkəməsi iddiaçının iddia tələbini əsaslı hesab edərək iddianı təmin etmişdir- qərarın təqdim edilməsində məqsəd analoji qaydada uyğun olaraq iddianın təmin edilməsidir.)
38. Məhkəmə kollegiyası əlavə e dilmiş həmin qərarla bağlı bildirir ki, qeyd edilən işdə iddiaçı hərbi qulluqçu kimi əlilliyə görə pensiya fərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi tələbi ilə bağlı xx.xx.2018-ci il tarixdə yəni, xx.xx.2019-cu il tarixədək cavabdeh inzibati orqana müraciət etmişdir. Hazırki işdə isə iddiaçının müraciəti xx.xx.2019-cu il tarixdən sonraya təsadüf etmişdir. Odur ki, şikayətin bu dəlili əsaslı sayıla bilməz.
39. Belə olan halda, hazırki işlə əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
40. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası m əhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1247/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.