Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3967/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi, kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərn Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müvafiq qərarların qanuna zidd olan bəndlərinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Sonradan iddiaçının nümayəndəsi və vəkilinin ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “cavabdeh qurumun “Əmək pensiyasının yenidən hesablanması haqqında” *-**-*/*-*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi, yəni iddi
2. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər siyahısından çıxarılmış, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərn Təyinatı üzrə X1 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi “cavabdehin ## #### 2024cü il və ## ####### 2024-cü il tarixli qərarlarının ləğv olunması, pensiya kapitalının 72-ə bölünməsi ilə bağlı hesablanmanın bərpa edilməklə, pensiyanın hesablanması və ödənilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli qərarlarının ləğv edilməsini, pensiyanın əvvəlki pensiya kapitalının 72yə bölünməsilə bağlı hesablanma qaydasının bərpa edilməsi, pensiyanın işdən azad edilmədən sonra həmin dövr üzrə sığorta ödənişlərinə görə (MDSS) yenidən hesablanmasını və ödənilməsini və tutulmuş pul məbləğinin geri qaytarılmasını cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 2025-ci il ## ##### tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
5. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ##### tarixli *-*(***)-****/**** nömrəli, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və A.P.Oruczadə) 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir.
8. Daha sonra cavabdeh ərizə təqdim edərək kassasiya şikayətinin geri götürülməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. Maddə 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin geri götürülməsinə dair iradəsinin mövcud olduğunu, eləcə də şikayətin verilməsi və baxılması məsələsində dispozitivlik prinsipinə uyğun olaraq cavabdehin iradəsinin həlledici əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilməli, kassasiya şikayəti üzrə icraata xitam verilməlidir.
11. Eyni zamanda, kassasiya şikayətinin geri götürülməsinin hüquqi nəticələri ilə bağlı cavabdehə izah edilir ki, hazırkı qərardadın 9-cu bəndində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
12. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatına xitam verilsin. Qərardad qətidir.