Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-397/2019 05.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, tərcüməçi oğlunun, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosиal Müdafiə Fonduna qarşı mənəvi ziyana görə kompensasiyanın ödənilməsi, pensiyanın təyin edilməsi və s. tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1616/2018 saylı iş üzrə 20 iyun 2018-ci il tarixli qərardadından iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 05 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi ziyana görə 10.000 manat məbləğində kompensasiya ödənilməsi, pensiyanın təyin edilməsi və sair tələblər irəli sürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2-1(81)123/2017 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli, 2-1(103)-2240/2017 saylı qərardadı ilə iddiaçının şikayət təmin edilmiş, 1 saylı Bakı İnzi bati-İqtisadi Məhkəməsinin 12.05.2017-ci il tarixli, 2-1(81)-123/2017 saylı qərardadı ləğv edilərək, iş məhkəmə icraatının davam etdirilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-992/2018 saylı, 09 yanvar 2018ci il tarixli qərardadı ilə iddia tələbi yenidən mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1616/2018 saylı, 20 iyun 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər – Ü.A.Mayılov və K.N.Abiyeva) ilə iddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)992/2018 saylı iş üzrə 09 yanvar 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassa siya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edib iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, qərardad maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki,onun məhkəmə qarşısında qaldırmış olduğu iddia icraata götürülərək mahiyyəti üzrə baxılmalıdır. Cavabdeh olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi ziyan görə 10.000 manat məbləğində kompensasiya ödənilməsi, pensiyanın təyin edilməsi tələbi ilə qaldırdığı iddia düzgün və əsaslıdır, cavabdehin düzgün seçilməsi də qanuna müvafiqdir. Sadəcə məhkəmələr onun hüquqlarını pozurlar. Belə ki, tərcüməçi təyin etmədən və prosessual hüquqları ona tərcüməçi tərəfindən izah edilmədən iddianın mümkün sayılmaması barədə gəldikləri nəticə yalnışdır. Bununla yanaşı o, 10.000 manat müavinatın ödənilməsini tələb etmir, məhkəmədən də Pensiya Fondunun əməkdaşlarının xidməti vəzifələrinin lazımınca icra etmələrini tələb edir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə k i, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçıya Azərba ycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən pensiya təyin edilmişdir. İddia ərizəsindən isə müəyyən edilir ki, iddia tələbi iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanmasından və inzibati orqan tərəfindən vurulmuş mənəvi ziyanın ödənilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.1.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün ərizə ilə bi rbaşa daimi yaşadıqları yer, qaçqın və məcburi köçkünlər isə məskunlaşdıqları yer üzrə Fondun yerli orqanına (bundan sonra - şöbəyə) müraciət edirlər. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 1.1 və 5.1-ci bəndlərinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində ola n şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Fondun aparatı, şəhər, rayon şöbələri (bundan sonra - yerli orqanlar), Fondun fəaliyyətini təmin edən digər qurumlar Fondun vahid sistemini təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnziabati orqanların təsnifatının 14.1.4-cü bəndinə görə Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələri inzibati orqan sayılır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər və rayon şöbələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial M üdafiə Fondunun tabeçiliyində olmaqla, ayrıca inzibati orqandır və onlara qarşı müstəqil qaydada iddia tələbi sürülə bilər. Bu mənada işin hallarından görünür ki, pensiyanın yenidən hesablanması ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinin, hazırkı iş üzrə Yasamal rayon şöbəsinə aid olduğu və iddia tələbi də məhz həmin orqana qarşı yönəlməli olduğu halda iddiaçı düzgün olmayaraq cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunu qoymuşdur. Eyni zamanda, ziyanın ödənilməsi ilə bağlı tələb öhdəliyin icrası haqqında iddia növünə uyğun olaraq məhkəməyə müraciət etməzdən öncə inzibati orqana ilkin müraciətin tələb edildiyi halda, iddiaçı cavabdehə edilən müraciətə dair sübut təqdim etməmişdir. Digər tərəfdən isə, iddia ərizəsindən görünür ki, ərizə fiziki şəxsin adından qaldırılsa da, hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu”nun tələblərinə əsasən pensiya hüquqi şəxsə deyil, fiziki şəxsə təyin edilir. Birinci instansiya məhkəmə tərəfindən iddiaçıya 12 dekabr 2017-ci il tarixli məktub ünvanlanaraq tələb üzrə çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılmış və qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası inzibati Prosessual Məcəllənin 13 və 46-cı maddəsini rəhbər tutaraq, qeyd edilən nöqsanların aradan qaldırılaraq qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş iddia tələblərini dəqiqləşdirmək, ilk cavabdehi, əsl cavabdehlə (hazırkı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi) əvəz etmək və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə edilən müraciəti məhkəməyə təqdim etmək üçün iddiaçıya 10 gün müddətində vaxt verilmişdir. Eyni zamanda, iddiaçıya ünvanlanmış 19.12.2017-ci il tarixli məktubla əlavə olaraq bildirilmişdir ki, məhkəməyə təqdim etdiyi iddia ərizəsi hüquqi şəxsin möhürü ilə möhürlənmişdir. Belə aydın olur ki, iddia ərizəsi fıziki şəxs tərəfındən deyil, hüquqi şəxsin adından qaldırılmışdır. Odur ki, 12.12.2017-ci il tarixli məktubda qeyd edilənlər nəzərə alınmaqla, iddiaya baxılmasının mümkün sayılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Y asamal rayon şöbəsinə qarşı məhkəməyə təqdim edilməli olan dəqiqləşdirilmiş iddia ərizəsinin öz adından tərtib etməli olduğu iddiaçının diqqətinə çatdırılmışdır. Lakin təyin edilən müddət bitdikdən sonra iddiaçı tərəfindən məhkəməyə İPM-nin tələblərinə uyğun tərtib edilmiş iddia ərizəsi təqdim edilməmiş, əksinə iddiaçı məhkəmənin göndərdiyi məktubların surətini əlavə edilməklə şikayət ərizəsi yazmışdır. Apellyasiya məhkəməsindəki icraat zamanı da məhkəmənin İPM-nin 13 və 48-ci maddələrinin tələblərindən çıxış edərək iddiaçıya iddia tələbini dəqiqləşdirmək barədə ərizə verməyi təklif etməsinə və iddia tələbinin dəqiqləşdirilməməsinin hüquqi nəticələrini izah etməsinə baxmayaraq iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddə sinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iddianın subyektiv tərkibə dair ümumi mümkünlük şərti (cavabdeh orqan düzgün seçilməyib) və inzibati orqana ilkin müraciətin olması kimi xüsusi mümkünlük şərti ödənilmir. Belə olan halda apellyasiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur. İddiaçının kassasiya şikayətində göstərdiyi prosessual hüquqlarının pozulması və tərcüməçi vasitəsilə təmin edilmə məsinə dair dəlillər isə iş materialları ilə təkzib olunur. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1616/2018 saylı iş üzrə 20 iyun 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-397/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-397/2019
05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver