Məhkəmə qərarları › İş №2-1(102)-397/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-397/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-397/2020 29.01.2020 ALİ MƏHKƏMƏ 2-1(102)-397/2020 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xx xxxxxx 2020-ci il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)919/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx xxxx 2018-ci il tarixdən (52 yaşdan)güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə alınmamış əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-l(103)-1988/2019 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-919/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürül məklə verildiyi üçün mümkün hesab edilməməli, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə xx xxxxxxx 2019-cu il tarixdə təqdim edilmiş, xx xxxxxxx 2019-cu il tarixdə həmin qərardaddan kassasiya şikayəti vermə müddəti bitsə də, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti yalnız xx xxxxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, ötürülmüş müddətin bərpası barədə ərizə verilməmiş, bununla da qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş on günlük müddət cavabdeh tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Proses iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsi və vəkili Vəkil xx xxxxxx 2020-ci il tarixdəAzərbaycan Respublikası Ali Məhkəməsinə dəvət edilmişlər, lakin cavabdeh və vəkili heç bir üzrlü səbəb olmadan iştirak etməmişlər və qeyd edilən pozuntunu aradan qaldırmamışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsi ndə icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayəti mümkün hesab edilməsin. Kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar