Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-397/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fond u publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1376/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən baxaraq) aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xxxxx il tarixdə doğulmuşdur. 13.10.1980-ci ildən 22.12.1981-ci ilədək Azərelektroişıq Naxçıvan ETZ-də birinci dərəcəli təmizləyici, 22.12.1981-ci ildən 01.6.1994-cü ilədək birinci dərəcəli presləyici, 2.6.1994-cü ildən 15.5.1995-ci ilədək Naxçıvan MR X13 Cəmiyyətində inspektor, 15.5.1995-ci ildən 5.4.2008-ci ilədək həmin cəmiyyətdə nəzarətçi vəzifəsində işləmişdir.
2. Azərbaycan Muxtar Respublikası Dövlət Arxivinin 16 noyabr 2017-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçının 13.10.1980-ci il tarixdə presləyici sexinə 1-ci dərəcəli təmizləyici qəbul edilməsi, 23.12.1981-ci il tarixli 176 nömrəli əmri ilə presləyici vəzifəsinə keçirilməsi, 01.06.1994-cü il tarixli 71 nömrəli əmri ilə presləyici vəzifəsindən azad edilməsi əmr kitablarında göstərilmişdir.
3. İddiaçı 6 mart 2019-cu il tarixli ərizə ilə pensiya təyin olunması barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12.03.2019-cu il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəs ində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatında imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-ci il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22.1.2-ci maddəsinə uyğun olaraq hesablanır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin şərtlərini ödəmədiyi üçün, yəni 61 yaşının tamam olmadığı səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilmə si qanunvericiliklə mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 29 mart 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək 13.10.1980-ci ildən 01.06.1994-cü ilədək Azərelektroişıq Naxçıvan ETZ-də, 02.06.1994-cü il tarixindən 01.01.2006-cı il tarixədək Azərbaycan Respublikası X13 Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla ona 05.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, “Azərelektroişıq” İstehsalat birliyində 13.10.1980-cı ildən 2.6.1994-cü ilədək zəhərli maddə olan “selen” turş ularının istehsalı üzrə yapışdırıcı və presləyici vəzifəsində 14 il müddətində fasiləsiz işləmişdir. Güzəştli şərtlərlə əmək pensiyasına qadınlar 50 yaşından buraxılır. İddiaçının 50 yaşı 5.9.2013-cü ildə tamam olub və 05.09.2013-cü ilədək 28 il iş stajı olub. Qadınlara əmək pensiyasına çıxmaq üçün ümumi 20 il iş stajı lazımdır. Güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 12 il 6 ay əvəzinə iddiaçının 14 il iş stajı var. Ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir.
6. İddiaya dair etirazın dəlilləri iddiaçının ərizəsinə dair imtinanın dəlilləri ilə eynidir.(Bax bu qərarın 2-ci bəndinə).
7. Məhkəmə sorğusuna əsasən, Azərbaycan Tarix və mədəniyyət abidələrini Mühafizə Cəmiyyətinin Naxçıvan MR şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 8 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı 1994-cü ildən 2008-ci ilə qədər Cəmiyyətdə işləmişdir (arayış Cəmiyyətin sabiq sədri Q. Həsənzadə tərəfindən imzalanmışdır). 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-1681/2019 saylı iş) 11 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək 13.10.1980-ci ildən 01.06.1994-cü ilədək Azərelektroişıq Naxçıvan ETZ-də, 02.06.1994-cü il tarixdən 01.01.2006-cı il tarixədək Azərbaycan X13 Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla iddiaçıya 05.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 01.08.1997-ci il tarixədək 20 ildən artıq ümumi iş stajına, həmçinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən 10 il iş stajı – xüsusi stajına malik olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X12məruzəçi, X11 və X15, 2-1(103)-195/2020 saylı iş) 10 mart 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.
13. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 05.04.2008ci il tarixdə xəstəliyi nəzərə alınaraq öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə əmrin nömrəsinin əmək kitabçasında göstərilməməsi, iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatında Naxçıvan MR-da X13 Cəmiyyətində işləyərkən səhhəti ilə əlaqədar olaraq, bir neçə il işləyə bilməsə də, adının işdə göstərilməsini qeyd etməsi, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin cavab məktubunda iddiaçının işlədiyi Azərbaycan Tarix və Abidələrin Mühafizə Cəmiyyətinin Naxçıvan MR şöbəsinin sənədlərinin Naxçıvan MR Dövlət arxivinə təhvil verilmədiyinin göstərilməsi, həmçinin, iddiaçının Naxçıvan MR-da X13 Cəmiyyətində işləməsini göstərən arayışın cəmiyyətin sabiq sədri tərəfindən imzalanması, onun həmin cəmiyyətdə işləməsini şübhə altına alır. Eyni zamanda, məhkəmə kollegiyası tərəfindən iddiaçıya iş materiallarında olan sənədlərdəki ziddiyyətlərə aydınlıq gətirilməsi ilə bağlı hər hansı sənəd-sübutların təqdim edilməsi təklif edilmiş, iddiaçı sənəd təqdim edə bilmədiyini, işə iş materiallarında olan sənədlər əsasında baxılmasını bildirmişdir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddian ın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər X4-məruzəçi, X8 və X16 21(102)-42/2022 saylı iş) 26 yanvar 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 02.06.1994 05.04.2008-ci il tarixləri arasında iddiaçı işlədiyini iddia etdiyi müəssisənin adı ilə bağlı ziddiyyətlər mövcuddur. Lakin bununla bağlı da işə baxan apellyasiya məhkəməsi tərəfindən “işin hallarının araşdırılması” prinsipi pozulmuş, iddiaçının işlədiyi müəssisənin dəqiq adı müəyyənlə şdirilmədən müvafiq qurumlara sorğu verilmişdir. Bundan əlavə, iş materiallarında Azərbaycan Tarix və X2 Cəmiyyətinin Naxçıvan MR şöbəsi tərəfindən verilmiş arayışın 08.10.2019-cu il tarixli olması nəzərə alındıqda, həmin müəssisəyə sorğu göndərilə bilər, həmin müəssisənin rəhbərliyi məhkəmə iclasına dəvət edilə və ziddiyyətli hallar aradan qaldırıla bilərdi. Lakin işə baxan apelyasiya instansiya məhkəməsi bunları etmək əvəzinə, yenə də iddiaçıya ziddiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə sənəd təqdim edilməsini təklif etdiyini, lakin iddiaçı tərəfindən hər hansı əlavə sənədin təqdim edilmədiyini bildirərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bundan əlavə, iddiaçının işlədiyi müəssisəyə dair sənədlərin dövlət arxivinə təhvil verilməməsi, həmçinin işdən çıxarılma ba rədə qeydin əsasını təşkil edən əmr barədə məlumatın əmək kitabçasında əks etdirilməməsi birmənalı olaraq iddiaçının həmin müəssisədə işləməməsini deməyə əsas vermir. İşin bütün halları ətraflı araşdırıldıqdan sonra iddiaçının sosial sığorta stajının mövcudluğu ilə bağlı qənaətə gəlmək olar. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 25.10.2021-ci il tarixdə X7 Zavodunun fəaliyyət istiqamətləri, həmin zavodda zərərli sahədə “presləyici” vəzifəsinin mövcud olub-olmadığı, mövcud olduğu təqdirdə həmin peşənin funksiyalarının nədən ibarət olması, vəzifə təlimatı barədə, bu peşədə fəaliyyət göstərən şəxsin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olub-olmadığı, həmin şəxsə icra etdiyi bu peşənin funksiyaları ilə bağlı iş yerind ə hansı güzəştlərin tətbiq olunduğu və bu peşənin, eyni zamanda iddiaçının işlədiyi “selen” turşularının istehsalı üzrə “presləyici” peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahıda hansı kod altında olan peşəyə uyğun gəlməsi ilə bağlı X7 Zavoduna sorğu məktubu göndərmişdir.
18. Həmin sorğuya cavab olaraq X7 Zavodundan məhkəməyə daxil olmuş məktubdan gö rünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi “X5 Zavodu” MMC-nin fəaliyyəti dövlət sirrinə aid olduğundan məlumat verilməsi məxfidir. Hal-hazırda müəssisədə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci maddəsində göstərilmiş plastik kütlələrin presləyiciləri peşəsində işləyən işçilər mövcuddur. Azərbaycan Respublikasının qüvvədə olan mövcud qanunlarına uyğun olaraq həmin işçilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər və 2005-ci il 30 may tarixli 95 saylı qərara müvafiq əlavə əmək haqqı və məzuniyyət verilir. Ona görə də iddiaçının i şlədiyi “Selen turşularının istehsalı üzrə presləyici” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısında XVİ “Radioaparatların və elektrotexnikasının məmulatlarının istehsalı” bölməsinin 21702000 yarımbölməsinin
1. Selen turşularının və kuprokslarının düzləndiricilərinin istehsalı 2170200a-12790 kodu altında “pressləyicilər-yapışdırıcılar” peşəsinin funksiyalarına uyğundur. 19. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X17-məruzəçi, X18 və X19, 21(103)-1376/2021 say lı iş) 29 oktyabr 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
20. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 13.10.1980cı il tarixdən 23.12.1981-ci il tarixədək Azərelektroişıq Naxçıvan ETZ-də “birinci dərəcəli təmizləyici”, 23.12.1981-ci il tarixdən 01.06.1994-cü il tarixədək isə “birinci dərəcəli presləyici” işləməsi faktı məhkəmə sorğularına əsasən Naxçıvan MR Dövlət Arxivinin təqdim etdiyi arxiv arayışları və əmrlərdən çıxarışlarla da təsdiq olunur. Belə ki, həmin sənədlərə əsasən iddiaçının 13.10.1980-ci ildə 124 “k” saylı əmrlə “təmizləyici” işinə qəbul edildiyi, 23.12.1981-ci ildə “presləyici” vəzifəsinə keçirilsə də, bu barədə əmrin t apılmadığı, belə ki, həmin tarixdə 176 “k” nömrəli əmrin başqa şəxsin adına tərtib olunduğu, lakin şəxsi kartoçkaya əsasən iddiaçının həqiqətən də həmin tarixdə “presləyici” vəzifəsinə keçirilməsi barədə qeydin aparıldığı, 02.06.1992-ci ildən 01.06.1994-cü il tarixədək isə öz hesabına məzuniyyətdə olduğu, 01.06.1994-cü il tarixdə 70 “k” saylı əmrlə işdən azad olunduğu, əmək kitabçasındakı məlumatlarda isə iddiaçının 22.12.1981-ci il tarixdən presləyici vəzifəsinə 23.12.1981-ci il tarixli 176 “k” saylı əmrlə keçirildiyi müəyyən olunur. Göründüyü kimi, arxiv arayışında olan bu məlumatlarla əmək kitabçasında olan qeydlər arasında belə ziddiyyət mövcud olsa da, bunda iddiaçının təqsiri yoxdur, belə ki, əmək kitabçasında qeyd olunan məlumatlar müəssisisə rəhbərliyi tərəfindən doldurulur və bu z aman texniki səhvə yol verilməsi ehtimalı istisna olunmur. Həmçinin nəzərə alınmalıdır ki, əsas məsələ iddiaçının qeyd olunan müəssisədə 13.10.1980 - 01.06.1994-cü illərdə işləməsi faktıdır ki, bu da istər əmək kitabçasındakı qeydlərlə, istərsə də arxiv arayışları və onlara əlavə olunmuş əmrlər kitablarından (əmrlərdən) çıxarışlarla tam təsdiq olunur. İddiaçının 02.06.1994 - 05.04.2008-ci il tarixləri arasında işlədiyi müəssisəyə gəlincə isə, bu müəssisənin adı Azərbaycan Tarix və X2 Cəmiyyətinin Naxçıvan MR şöbəsi olmuş, həmin müəssisə tərəfindən sonuncu dəfə verilmiş 08.10.2019-cu il tarixli arayışda iddiaçının qeyd olunan dövrdə müəssisədə işlədiyi təsdiq olunmuş, iddiaçının izahatına görə müəssisənin rəhbəri Q.Həsənzadə vəfat etdiyi üçün hazırda onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, sabiq rəhbər tərəfindən müəssisəyə dair sənədlərin dövlət arxivinə təhvil verilmədiyi Naxçıvan MR Dövlət Arxivinin 11.10.2021ci il tarixdə verdiyi arayışla da təsdiq olunmuş, həmçinin işdən çıxarılma barədə qeydin əsasını təşkil edən əmr barədə məlumatın əmək kitabçasında əks etdirilməməsi birmənalı olaraq iddiaçının həmin müəssisədə işləməməsini deməyə əsas vermir.
21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci, 31.2, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edilərək qeyd ed ilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir.
23. Konstitusiyada əksini tapan sosial təminat hüququ 38-ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pens iya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.
24. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkə n xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.
25. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ə dalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından, beləliklə də qərar prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 27. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tər əfindən müəyyən edilir. Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günə dək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1.Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 28. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ça lışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 29. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci mad dəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 30. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyaları nın təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən dü şmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
32. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin müvafiq ola raq a) və q) bəndlərinə görə əmək kitabçası və arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
34. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam form ada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
35. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
36. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxla nılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə qismən əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmamışdır.
38. İddiaçı qadındır, xxxxx ildə doğulmuş, 5 sentyabr 2013-cü ildə 50 yaşı tamam olmuşdur. Zərərli sahədə presləyici peşəsində işlədiyini, işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib 50 yaşdan, dəqiqləşdirilmiş iddiasında isə 2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
39. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı 1 yanvar 2006-cı il tarixə qədər güzəştli iş stajını toplamadığından, yəni işlədiyi presləyici peşəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmadığından, həmçinin həmin tarixədək 20 ildən az olmayan ümumi stajı toplamadığından güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.
40. Kasasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
41. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə (50+2) 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud ol malıdır: 1) 01.01.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olması.
42. İddiaçının əmək kitabçasında olan məlumatlara görə o, 13.10.1980-cı il tarixdən 23.12.1981-ci il tarixədək Azərelektroişıq Naxçıvan ETZ-də “birinci dərəcəli təmizləyici”, 23.12.1981-ci il tarixdən 01.06.1994-cü il tarixədək “birinci dərəcəli presləyici”, 02.06.1994-cü il tarixdən 15.05.1995-ci il tarixədək Naxçıvan MR X13 Cəmiyyətində inspektor, 15.05.1995-ci il tarixdən 05.04.2008-ci il tarixədək “nəzarətçi” vəzifələrində çalışmışdır.
43. İddiaçının ümumi iş stajı ilə bağlı qeyd olunur ki, onun 13.10.1980-cı il tarixdən 23.12.1981-ci il tarixədək Azərelektroişıq Naxçıvan ETZ-də “birinci dərəcəli təmizləyici”, 23.12.1981-ci il ta rixdən 01.06.1994-cü il tarixədək isə “birinci dərəcəli presləyici” işləməsi faktı məhkəmə sorğularına əsasən Naxçıvan MR Dövlət Arxivinin təqdim etdiyi arxiv arayışları və əmrlərdən çıxarışlarla da təsdiq olunur. Belə ki, həmin sənədlərə əsasən iddiaçının 13.10.1980-ci ildə 124 “k” saylı əmrlə “təmizləyici” işinə qəbul edildiyi, 23.12.1981-ci ildə “presləyici” vəzifəsinə keçirilsə də, bu barədə əmrin tapılmadığı, belə ki, həmin tarixdə 176 “k” nömrəli əmrin başqa şəxsin adına tərtib olunduğu, lakin şəxsi kartoçkaya əsasən iddiaçının həqiqətən də həmin tarixdə “presləyici” vəzifəsinə keçirilməsi barədə qeydin aparıldığı, 02.06.1992-ci ildən 01.06.1994-cü il tarixədək isə öz hesabına məzuniyyətdə olduğu, 01.06.1994-cü il tarixdə 70 “k” saylı əmrlə işdən azad olunduğu, əmək kitabçasındakı mə lumatlarda isə iddiaçının 22.12.1981-ci il tarixdən presləyici vəzifəsinə 23.12.1981-ci il tarixli 176 “k” saylı əmrlə keçirildiyi müəyyən olunur.
44. Arxiv arayışında olan bu məlumatlarla əmək kitabçasında olan qeydlər arasında belə ziddiyyət mövcud olsa da, bunda iddiaçının təqsiri yoxdur, belə ki, əmək kitabçasında qeyd olunan məlumatlar müəssisisə rəhbərliyi tərəfindən doldurulur və bu zaman texniki səhvə yol verilməsi ehtimalı istisna olunmur. Həmçinin nəzərə alınmalıdır ki, əsas məsələ iddiaçının qeyd olunan müəssisədə 13.10.1980-01.06.1994-cü illərdə işləməsi faktıdır ki, bu da istər əmək kitabçasındakı qeydlərlə, istərsə də arxiv arayışları və onlara əlavə olunmuş əmrlər kitablarından (əmrlərdən) çıxarışlarla tam təsdiq olunur.
45. İddiaçının 02.06.1994 - 05.04.2008-ci il tarixləri arasında işlədiyi müəssisəyə gəlincə isə, bu müəssisənin adı Azərbaycan Tarix və X2 Cəmiyyətinin Naxçıvan MR şöbəsi olmuş, həmin müəssisə tərəfindən sonuncu dəfə verilmiş 08.10.2019-cu il tarixli arayışda iddiaçının qeyd olunan dövrdə müəssisədə işlədiyi təsdiq olunmuş, iddiaçının izahatına görə müəssisənin rəhbəri Q.Həsənzadə vəfat etdiyi üçün hazırda onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, sabiq rəhbər tərəfindən müəssisəyə dair sənədlərin dövlət arxivinə təhvil verilmədiyi Naxçıvan MR Dövlət Arxivinin 11.10.2021-ci il tarixdə verdiyi arayışla da təsdiq olunmuş, həmçinin işdən çıxarılma barədə qeydin əsasını təşkil edən əmr barədə məlumatın əmək kitabçasında əks etdirilməməsi birmənalı olaraq iddiaçının həmin müəssisədə işləməməsini deməyə əsas vermir.
46. Azərba ycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin sabiq sədri X6 notarial qaydada verdiyi ərizədə 12.07.1992-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 71 saylı Fərmanı ilə adı çəkilən Komitəyə sədr təyin edildiyi və 24.03.2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 305 saylı Fərmanı ilə Komitə sədrinin səlahiyyətlərini icra etməkdən azad edildiyini göstərmiş, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən də 02.06.1994-cü il tarixdən 05.09.2000-ci il tarixədək Naxçıvan MR Tarixi abidələrin mühafizə cəmiyyətində işlədiyini öz imzası ilə təsdiq etmişdir. 47. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiy a təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 və 3-cü bəndlərinə, həmçinin yuxarıda sadalanan digər normativ aktlara görə iddiaçının 13.10.1980-01.06.1994-cü illərdə Azərelektroişıq Naxçıvan ETZ-də, 02.06.1994-05.04.2008-ci il tarixləri arasında isə Azərbaycan Tarix və X2 Cəmiyyətinin Naxçıvan MR şöbəsində işləməsi faktı iş materialları, o cümlədən iddiaçının əmək kitabçasındakı qeydlər, arxiv arayışları, sonuncu müəssisənin mərhum rəhbəri tərəfindən verilmiş arayış, həmin müəssisənin tabe olduğu Komitənin sabiq sədrinin notariat qaydada verdiyi ərizə ilə tam təsdiq olunduğu üçün iddiaçının 01.01.2006-cı il tarixədək qanunla tələb olunan 20 ildən az olmayan ümumi stajının olması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
48. Bu səbəbdən 1 y anvar 2006-cı ilə qədər 25 il ümumi stajın mövcud olmadığı barədə şikayətin dəlilləri əsaslı deyildir.
49. İddiaçının işlədiyi “presləyici” vəzifəsinin zərərli olub-olmaması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin araşdırmasına görə 23.12.1981-ci il tarixdən 01.06.1994-cü il tarixədək Azərelektroişıq Naxçıvan ETZ-də işlədiyi “presləyici” peşəsi zərərli olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vermişdir.
50. Apelyasiya məhkəməsi tərəfindən 25.10.2021-ci il tarixdə X7 Zavodunun fəaliyyət istiqamətləri, həmin zavodda zərərli sahədə “presləyici” vəzifəsinin mövcud olubolmadığı, mövcud olduğu təqdirdə həmin peşənin funksiyalarının nədən ibarət olması, vəzifə təlimatı barədə, bu peşədə fəaliyyət göstərən şəxsin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olub-olmadığı, həmin şəxsə icra etdiyi bu peşənin funksiyaları ilə bağlı iş yerində hansı güzəştlərin tətbiq olunduğu və bu peşənin, eyni zamanda iddiaçının işlədiyi “selen” turşularının istehsalı üzrə “presləyici” peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahıda hansı kod altında olan peşəyə uyğun gəlməsi ilə bağlı X7 Zavoduna sorğu məktubu göndərmişdi r.
51. Sorğuya cavab olaraq X7 Zavodundan məhkəməyə daxil olmuş məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyi “X5 Zavodu” MMC-nin fəaliyyəti dövlət sirrinə aid olduğundan məlumat verilməsi məxfidir. Hal-hazırda müəssisədə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 35-ci maddəsində göstərilmiş plastik kütlələrin presləyiciləri peşəsində işləyən işçilər mövcuddur. Azərbaycan Respublikasının qüvvədə olan mövcud qanunlarına uyğun olaraq həmin işçilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər və 2005-ci il 30 may tarixli 95 saylı qərar a müvafiq əlavə əmək haqqı və məzuniyyət verilir. Ona görə də iddiaçının işlədiyi “Selen turşularının istehsalı üzrə presləyici” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 2 №-li Siyahısında XVİ “Radioaparatların və elektrotexnikasının məmulatlarının istehsalı” bölməsinin 21702000 yarımbölməsinin
1. Selen turşularının və kuprokslarının düzləndiricilərinin istehsalı 2170200a-12790 kodu altında “pressləyicilər-yapışdırıcılar” peşəsinin funksiyalarına uyğundur.
52. İddiaçının yuxarıda qeyd olunan tarixlərdə işlədiyi Azərelektroişıq Naxçıvan ETZ-nin fəaliyyət ist iqamətinin adından da göründüyü kimi, elektroişıq avadanlıqları ilə bağlı olub, onun icra etdiyi “selen turşularının və kuproks düzləndiricilərinin istehsalı üzrə yapışdırıcı”, yəni “presləyici” vəzifəsinin “X5 Zavodu” MMC-də mövcud olan “plastik kütlələrin presləyiciləri” peşəsinin funksiyaları ilə eynilik təşkil etdiyini nəzərə alaraq hesab edir ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XVİ “Radioaparatların və elektrotexnikasının məmulatlarının istehsalı” bölməsinin 21702000 yarımbölməsinin
1. Selen turşularının və kuprokslarının düzləndiricilərin istehsalı 2170200a-12790 kodu altında “pressləyicilər-yapışdırıcılar” peşəsinin funksiyalarına uyğun gəldiyindən onun həmin dövr üzrə (23.12.1 981-ci ildən 01.06.1994-cü ilədək) güzəştli iş stajı 10 ildən artıq təşkil edir.
53. İddiaçının işlədiyi peşənin 2 nömrəli Siyahıda olması apelyasiya instansiyası məhkəməsinin araşdırması ilə təsdiq olunduğundan, 1 yanvar 2006-cı il tarixədək 10 ildən az olmayan güzəştli və 20 ildən az olmayan ümumi əmək stajı mövcud olduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən (50+2) 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
54. Apelyasiya instansiyası məhkəməsinin iddiaçının 50 yaşının tamam olduğu 5 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlə yaşa görə pensiya hüququnun olması barədə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə 2 nömrəli Siyahı üzrə qadı nların 50 yaşdan güzəştli şərtlə yaşa görə pensiya hüququnun yaranması üçün 1 avqust 1997-ci il tarixə qədər 20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajının olması tələb edilir. 1 avqust 1997-ci il qədər iddiaçının həmin stajları mövcud olmamışdır. Odur ki, qanunvericiliyin tələbinə görə 1 yanvar 2006-cı ilə qədər müvafiq olaraq 20 il ümumi, 10 il güzəştli stajı olan qadınların yaşa görə güzəştli şərtlə pensiya hüququ 50 yaşdan deyil, 52 yaşdan yaranmış olacaqdır. Bu səbəbdən iddiaçının pensiya hüququ 52 yaşının tamam olduğu 5 sentyabr 2015-ci il tarixdən yaranmış olur.
55. İşdə olan sənədlərdən görünür ki, iddiaçı pensiya təyin olunması ilə bağlı ilk dəfə 6 mart 2019-cu il tarixdə cavabdehə müraciət etmiş, 1 iyul 2017-ci il tarixədək inzibati orqana hər hansı müraciət olmamışdır. 56. “ Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. Bu səbəbdən iddiaçıya müraciətdən əvvəlki üç ildən əvvələ olan dövr üçün pensiya hesablana bilməz. 57. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tari xdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir.
58. Kollegiya nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
59. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 60. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçir ilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
61. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) ək s etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.. Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab edir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.
62. Lakin hazırkı işlər üzrə kasasiya instansiyası məhkəməsi işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, ərizəçilərin müvafiq tarixlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün aidiyyəti inzibati orqanlara müraciət etməmələrinin səbəblərini nəzərə almadan, yalnız həmin məhkəmənin yuxarıda qeyd edilmiş qərardadına əsaslanmaqla iddiaları rədd etmişdir”.
63. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarının işığında işin faktiki halı ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün həmin tarixdən əvvəl inzibati orqana müraciət etməsinə da ir hər hansı sübut təqdim etməmiş, belə müraciəti olmasını ümumiyyətlə bildirməmişdir.
64. Beləliklə, iddiaçının 1 iyul 2017-ci il tarixdən əvvəl inzibati orqana müraciət etməsi işdə olan hər hansı sübutla təsdiq olunmamışdır.
65. Pensiyanın 5 sentyabr 2013-cü il tarixdən təyin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmadığından, iddiaçının cavabdehə yeganə müraciəti olan 6 mart 2019-cu il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi ödənilməklə, pensiyanın hesablanmasının əvvəli 6 mart 2016-cı il tarixdən hesablanmalı, bu hissədə cavabdehin şikayəti qismən təmin edilərək apelyasiya məhkəməsinin qərarı pensiyanın 5 sentyabr 2013-cü il tarixdən təyin edilməsi hissəsində ləğv edilməli, bu hissədə yeni qərar qəbul edilməli, məhkəmənin qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalı, h əmin hissədə şikayət təmin edilməməlidir.
66. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1376/2021 saylı, 29 oktyabr 2021-ci tarixli qərarı İddiaçı 5 sentyabr 2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı 5 sentyabr 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın ödənilməsinin əvvəlinin 6 mart 2016-cı il tarixdən hesablanması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.