Məhkəmə qərarları › İş №2-1(102)-397/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-397/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-397/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Bakı şəhəri X2, Azərbaycan Respublikası Dövlət Neft Şi rkəti) “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-27/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri, Binəqədi rayonu, X1 1564/1 №-li, 02 sentyabr 2005-ci il tarixli sərəncamı ilə X1 1 sentyabr 2005-ci il tarixli, 94 saylı ümumi iclasının qərarı əsas tutularaq Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxılındə, Binəqədi qəsəbə ərazisindən 5000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmasına sərəncam verilmişdir.

2. Bakı şəhəri, Binəqədi rayonu, X1 1561/1 №-li, 02 sentyabr 2005-ci il tarix li sərəncamı ilə X1 1 sentyabr 2005-ci il tarixli, 94 saylı ümumi iclasını qərarı əsas tutularaq Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxılındə, Binəqədi qəsəbə ərazisindən 600 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına sərəncam verilmişdir.

3. İddiaçı torpağın dəyərini Bakı şəhəri, Binəqədi rayonu, X1 hesabına ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı xx.xx.2014-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 5000 kv.m torpaq sahəsinə plan və ölçüsünün hazırlanaraq ist ifadəsində olan onun adına verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayon, X2nə müraciət edərək boş torpaq sahəsini sahibkar fəaliyyəti üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon X1 1564/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində 5000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyətinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etmişdir. Cavabde h müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi iddia tələbinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər araşdırılarkən bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyəyə təhvil verilmiş torpaq sahəsinin hüdudlarından kənarda olmaqla dövlət mülkiyyətində saxlanılan torpaqlara aid olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddianın təmin edilməməsi xahiş olunur.

7. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 5000 kv.m torpaq sahəsinə plan və ölçünün verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1215/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində olan 5000 kv.m torpaq sahəsinə dair İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir. b. apellyasiya instansiya məhkəməsində birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2652/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1215/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ləğv edilərək iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. c. kassa siya instansiya məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)461/20 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2652/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. ç. birinci instansiya məhkəməsində ikinci icraat

13. Bakı inzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, X2, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxsin etirazları:

14. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı o nunla əsaslandırmışdır ki, X1 xx.xx.2005-ci il tarixli, 1564/1 nömrəli sərəncamına əsasən ayrılmış və UTM WGS 84 koordinat sistemində Y: 4479050,839, 4479092,249, 4478990,866, 4478943,744 və X: 398465,445, 398491,862, 398545,409, 398521,134 koordinatlarda olan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində olmuş (1976-ci il tarixə təsdiq olunmuş xəritənin sürəti əlavə olunur) və daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İ1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında ” Sazişə əsasən “X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Qeyd olunan Qanunun 4cü bəndində göstərilmişdir ki, sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saz iş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki,... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstəri lən hallar istisna olmaqla). Qeyd olunanları nəzərə alaraq, eləcə də aşağıda istinad olunan sahəvi qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə, hesab etmişdir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada bil əcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələndirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Qanunvericiliyin və Sazişin qeyd olunan bəndləri və eləcə də torpaq sa həsinin iddiaçıya ayrılması barəsində olan qərarının tarixinin (xx.xx.2005) Qanunun qəbul olunduğu tarixdən (xx.xx.2005) sonrakı dövrə təsadüf etməsi, həmin qərarın qanunsuz olduğunu və hüquqi əhəmiyyət kəsb etmədiyini bir daha sübut edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-803/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 1564/1 saylı, 02 sentyabr 2005-ci il tarixli sərəncamı hazırda qüvvədə olsa da iddia edilən torpaq sahəsinə dair bələdiyyənin qanunvericiliyin tələblərinə uyğun qərarı, alqı-satqı müqaviləsi, eyni zamanda sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhə rsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadığından, eyni zamanda üzərində sərəncam verilmiş torpaq sahəsi bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahəsi olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. d. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-27/2023 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçıya bələdiyyə qərarı ilə verilmiş torpaq sahəsinin faktiki koordinatları müəyyən olunmadan, sadəcə üçüncü şəxsin (AR DNŞ) təqdim etdiyi şərti koordinatlar əsasında mütəxəssis və ekspert rəylərinin verildiyini, rəy verilərkən apellyasiya instansiya məhkəməsi tərəfindən dəfələrlə yerli baxış təyin olunsa da, nə mütəxəssisin, nə də ki, ekspertin mübahisəli torpaq sahəsini yerində tədqiq etmədiyini, torpaq sahəsinin mövcud vəziyyətinə uyğun faktiki koordinatlarının müəyyən olunmadığını nəzərə almamışdır. Halbuki, mübahisəli torpaq sahəsi mütəxəssis və ekspert tərəfindən yerində tədqiq edilmiş olsaydı, üçüncü şəxs AR DNŞ-nə ayrılmış, sonradan Sazişlə “X4” Şirkətinin istifadəsində verilmiş torpaq sahəsinin koordinatları daxilində yerləşmədiyi müəyyən olunardı. Apelyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qərarının dəyişdirilmədən saxlanılması qərarına gələrək qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir edən şəkildə pozulmasına yol vermişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etira zın dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 29-1. İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müd dəaları tətbiq olunur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsi nin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən ) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aş ağıdakı səbəblərdən irəli gəlir.

27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçının çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi “X4” Əməliyyat Şirkətinin ərazisi olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilində yerləşir, tor paq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla neft ərazisidir.

29. Bu qənaətin əsası kimi apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad etmişdir.

30. Məhkəmə kollegiyası nəzərə alır ki, ümumiyyətlə inzibati məhkəmə icraatında ekspertizanın, hazırkı halda məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi və ekspert rəyindən sübutetmə vasitəsi kimi istifadə olunması işin hallarının araşdırılması prinsipinin tələbindən irəli gəlir. Bu prinsip İPM-in 12-ci maddəsində ətraflı surətdə tənzimlənir və məzmun baxımından inzibati orqanların fəaliyyətinə dair “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə uyğunluq təşkil edir. İşin hallarının araşdırılması prinsipinə əsasən, məhkəmə işin hallarını xidməti vəzifəsinə görə araşdırmalı və bu zaman tərəflərin izahatları və ya onların təqdim etdikləri sübutlarla kifayətlənməməlidir.

31. Hazırkı işdə də, əgər məhkəmə işin hallarının araşdırılması prinsipinə və bundan irəli gələn xidməti vəzifəsinə uyğun olaraq, işin düzgün həlli üçün məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini və ekspert rəyindən sübutetmə vasitəsi kimi istifadə olunmasını zəruri hesab edibsə, bu halda, o, İPM-in təkcə 12-ci maddəsinin deyil, 29-1 və 58-ci maddələrinin tələblərini də gözləməlidir.

32. Hazırkı işdə bu, baş verməmişdir. Belə ki, İPM-in 29-1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında məhkəmə ekspe rtizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur.

33. MPM-in 99-cu maddəsinin müddəalarının tələbinə görə, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır (99.1-ci maddə). Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədirsə, məhkəmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakını n ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman işdə iştirak edən şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər (99.3-cü maddə).

34. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd olunan prosessual normaların tələbləri pozulmaqla əldə etdiyi sübutdan istifadə etmiş, qərarında həmin sübuta əsaslanmışdır.

35. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından iddiaçı kassasiya şikayətində haqlı olaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçıya bələdiyyə qərarı ilə verilmiş torpaq sahəsinin faktiki koordinatları müəyyən olunmadan, sadəcə üçüncü şəxsin (ARDNŞ) təqdim etdiyi şərti koordinatlar əsasında mütəxəssis və ekspert rəylərinin verildiyini, ekspertin mübahisəli torpaq sahəsini yerində tədqiq etmədiyini, torpaq sahəsinin mövcud vəziyyətinə uyğun faktiki koordinatlarının müəyyən olunmadığını nəzərə almamışdır.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 29-1, 58.7, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilmə si barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-27/2023 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar