Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3976/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı X1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil növbəsinə qəbul edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Xəyalə Cəmilova (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, Iddiaçı X1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı “mənzil növbəsinə qəbul edilməyi və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon idarəsinin verdiyi ##.##.2023-cü il tarixli *** nömrəli arayışdan görünür ki, X1 ##.##.2003-cü il tarixdən ##.##.2008-ci il tarixədək Azərbaycan Respublikası SQ-da MN-də zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR MN-nin ##.##.2008-ci il tarixli **** saylı əmrinə əsasən “HXH” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, X1 adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
3. Binəqədi rayonu Xocasən bələdiyyəsi ##.##.2023-cü il tarixli **** nömrəli arayışdan görünür ki, Xocasən bələdiyyəsi tərəfindən onun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmışdır.
4. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin **/*** nömrəli ##.##.2023-cü il tarixli arayışından görünür ki, X1 adına M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır.
5. Biləcəri bələdiyyəsinin ##.##.2023-cü il tarixli **/*** nömrəli arayışına əsasən X1 adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır.
6. Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin ##.##.2023-cü il tarixli **/B-**** nömrəli arayışına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində onun adına torpaq sahəsi ayrılmışdır.
7. ##.##.2024-cü il tarixli X3 (kirayə verən) ilə X1 (kirayəçi) arasında mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin surətindən görünür ki, Kirayəyə verən ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 34.1 kv.m 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən kirayəyə verir.
8. ******* nömrəli ##.##.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X1 ##.##.2017-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
9. Iddiaçı mənzil növbəsinə qəbul edilməyi barədə cavabdeh orqana müraciət etmişdir.
10. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının qeydiyyatda olduğu mənzil xüsusi mülkiyyət hüquqları əsasında anası X2 məxsusdur və o, həmin ünvanda ailəsi ilə birlikdə qeydiyyatda olaraq yaşayır. Ailəsi ilə birgə qeydiyyatda olduğu və mülkiyyət hüquqları əsasında anasına məxsus olan mənzildən bərabər istifadə etmək hüququnun olması nəzərə alınaraq, qanunvericiliyə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmamışdır. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə müraciət etdiyi ##.##.2023-cü il tarixdən mənzil növbəsinə qəbul edilməsi və həmin tarixdən də müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12.Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-2008-ci illərdə AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və ##.##.2008-ci il tarixdə “xəstəliyə görə” ehtiyata buraxılmışdır. ##.##.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsini və mənzillə təmin olunanadək müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulunun ödənilməsini xahiş etmişdir. Cavabdeh uzun müddət süründürməçiliklə məşğul olaraq müxtəlif lazımsız arayışlar tələb etmiş, bu arayışları təqdim etdikdən sonra da ona cavab verməmişdir. Yalnız yuxarı instansiyalara müraciət etdikdən sonra cavabdeh ona ##.##.2024-cü il tarixli məktubla imtina cavabı vermişdir. Imtina cavabı iddiaçıya ##.##.2024-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Imtina əsassız və qanunsuzdur. 13.Cavabdeh tərəfindən iddiaya qarşı verilmiş etirazda bildirilmişdir ki, iddiaçı X1 qeydiyyatda olduğu mənzil xüsusi mülkiyyət hüquqları əsasında anası X2 məxsusdur və iddiaçı X1 həmin ünvanda ailəsi ilə birlikdə qeydiyyatda olaraq yaşayır. Iddiaçı X1 ailəsi ilə birgə qeydiyyatda olduğu və mülkiyyət hüquqları əsasında anasına məxsus olan mənzildən bərabər istifadə etmək hüququnun olmasını nəzərə alaraq, iddiaçı X1 qanunvericiliyə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab olunmamışdır.
14. Bakı Inzibati Məhkəməsinin 2-1(112)- ****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, iddiaçı X1 hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay kompensasiya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olsa da, ##.##.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 34.1 kv.m 2 otaqlı mənzildə yaşayır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı mənzil uçotuna alınmaq hüququna malikdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, E.Kazımov və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın tam həcmdə ləğv edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri:
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı verilmiş etiraz və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. TƏTBIQ EDILƏN HÜQUQ
18. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. 2-ci bəndi. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rlər və Rları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi y a ş a y ı ş e v i n i n t i k i n t i s i ü ç ü n t o r p a q s a h ə silə b u ş ə r t l ə t ə m i n e d i l i r l ə r k i , 1 5 t ə q v i m , i l i v ə daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və y a f ə r d i y a ş a y ı ş e v i n i n t i k i n t i s i ü ç ü n t o r p a q s a həsi a l m a q ü ç ü n u ç o t a g ö t ü r ü l m ə s i b a r ə d ə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
19. Mənzil Məcəlləsi: Maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2014-cü il tarixli Qərarı.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Işin hallarına görə, iddiaçı ##.##.2003-cü il tarixdən ##.##.2008-ci il tarixədək Azərbaycan Respublikası SQ-da MN-də zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR MN-nin ##.##.2008-ci il tarixli **** saylı əmrinə əsasən “HXH” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Iddiaçı ##.##.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 34.1 kv.m olan 2 otaqlı mənzildə kirayə əsasında yaşayır. O, cavabdehə mənzil növbəsinə qəbul edilməyi barədə müraciət etmişdir.
28. Cavabdehin imtinasının və kassasiya şikayətinin əsas arqumenti ondan ibarətdir ki, iddiaçı qeydiyyatda olduğu mənzildə – anasına məxsus yaşayış sahəsində ailə üzvü kimi istifadə hüququna malikdir və buna görə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilə bilməz.
29. Kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun həm ilkin, həm də sonrakı redaksiyalarının sistemli təhlili göstərir ki, xidmət müddətindən asılı olmayaraq xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər mənzillə təmin olunmaq hüququna malik şəxslər kateqoriyasına daxildir. Apellyasiya instansiyası bu hüquqi normanı düzgün tətbiq etmişdir.
30. Bununla yanaşı, mənzil təminatı hüququnun həyata keçirilməsi üçün əsas şərt şəxsin yaşayış sahəsinə ehtiyaclı hesab olunmasıdır. Mənzil qanunvericiliyinə əsasən bu status şəxsin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması və ya mövcud sahənin müəyyən edilmiş uçot normasına uyğunluğu ilə müəyyən edilir.
31. Iş materialları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində yaşayış sahəsi mövcud deyil, ona fərdi yaşayış evinin tikintisi üçün yararlı torpaq sahəsi ayrılmamışdır, adına qeydiyyatda olan torpaq sahələri isə kənd təsərrüfatı təyinatlıdır və yaşayış məqsədləri üçün həmin sahədən istifadə istisna olunur. Bu səbəbdən iddiaçı faktiki olaraq yaşayış sahəsi ilə təmin olunmamış şəxs hesab edilir.
32. Kollegiya cavabdehin “iddiaçının anasına məxsus mənzildə qeydiyyatda olması” ilə bağlı arqumentinə münasibətdə isə qeyd olunur ki, yaşayış yeri üzrə qeydiyyat faktı özlüyündə şəxsin yaşayış sahəsi ilə təmin olunmasını təsdiq etmir və mülkiyyət hüququ ilə eyniləşdirilə bilməz. Işdə olan kirayə müqaviləsi ilə təsdiq olunur ki, iddiaçı faktiki olaraq başqa ünvanda kirayə əsasında yaşayır ki, bu da onun daimi yaşayış sahəsinə malik olmadığını bir daha təsdiq edir.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxsdir və mənzil uçotuna alınmaq hüququna malik olduğu üçün hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur.
34. Nəzərə alınmalıdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2012-ci il tarixli *** nömrəli Qərarına əsasən, iddiaçı mənzillə təmin edilənədək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay qanunvericiliklə müəyyən edilmiş məbləğdə kompensasiya almaq hüququna malikdir.
17. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.