Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-398/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-398/19 Bakı şəhəri 06 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin müdiri Məhərrəm No vruzov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2-1(103) -1819/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə(bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki,onun ümumilikdə 25 ilə yaxın sığorta stajı vardır. Həmçinin, 16 iyul 1981-ci il tarixdən 13 okt yabr 1999-cu il tarixədək Bakı Zərif Mahud Kombinatında toxuculuq sexində əyricə vəzifəsində işləmişdir. 19 il zərərli şəraitdə işlədiyinə görə 52 yaşında, yəni 2015-ci il tarixdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu imtina məktubunda onun tələbinin təmin edilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2-1(82)1846/2018 saylı qərarı (hakim Etibar Mustafayev) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarları ilə təsdiq edilmiş siyahılarda müəyyən edilmiş zərərli olması iş üzrə müəyyən edilmir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1819/18 saylı qərarı ilə (sədrlik edən hakim Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abıyeva) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 01 iyul 2017-ci il ta rixədək azı 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) 9.1-ci maddəsi, "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensi yası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 32-ci bölməsi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbi ilə çıxış etsə də, onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş siyahılarda nəzərdə tutulmamışdır. Daha bir dəlillə bildirilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan əmək fəaliyyətinin düzgünlüyünü yo xlamaq mümkün olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Dəlillərin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında) 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahılara istinad olunmuşdur. Kassasiya şikayətinə etiraz İddiaçı tərəfindən kassasiya şikayətinə verilmiş etirazda bildirilmişdir ki, əyirci peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 32-ci bölməsində nəzərdə tutulduğundan, kassasiya şikayəti əsassızdır. Buna görə də apellyasiya məhkəməsinin qərarının dəyişdirilməməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ Faktiki hallar və sübutlar HİSSƏ Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı1963-cüil təvəllüdlü olmaqla 52 yaşını2015-ciil tarixdə tamamlamışdır. İddiaçıya məxsus əmək kitabçasının tərcümə olunmuş, təsdiq olunmuş surətindən görünür ki, o, 16 iyul 1981-ci ildə əyrici fabrikində əyrici vəzifəsinə təyin edilmiş, 01 aprel 1986-cı ildən instruktor vəzifəsinə təyin edilmiş, 01 sentyabr 1988-ci ildə əyrici vəzifəsinə, 01 oktyabr 1988-ci ildə toxucu vəzifəsinə keçirilmiş, 01 noyabr 1988-ci ildə əyrici sexinə əyrici işinə keçirilmiş, 02 yanvar 1990 -cı ildən əyrici sexinə təlimatçı vəzifəsinə keçirilmiş, 04 iyun 1991-ci ildən 13 oktyabr 1999-cu ilədək əyrici sexində darayıcı vəzifəsinə işləmiş, 02 noyabr 1999-cu ildən üçüncü dərəcəli işçi təyin edilmiş, 05 aprel 2001-ci ildən 01 aprel 2004-cü ilədək Abadlaşdırma və X1 İnkişafı Departamentinin PJTT “Yaşıllıqtikinti” idarəsində 3-cü dərəcəli bağ işçisi işləmişdir. Cavabdeh tərəfindən verilmiş 13 mart 2018-ci il tarixli 15/1215 nömrəli imtina məktubunda qeyd olunur ki, əmək kitabçasında aparılmış qeydlərə əsasən 10 il güzəştli iş stajı tam olmadığı səbəbindən, iddiaçıya pensiya təyin etmək qanunverciliklə mümkün deyildir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ o əsasla yaranmışdır ki, qanunla müəyyən edilmi ş yaş həddinə çatmış və müvafiq umumi və xüsusi iş stajını toplamışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş siyahılarda nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ da yaranmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması tarixi 2015-ci ilə aid olduğu müəyyən edilsə də, lakin tətbiq etdiyi maddi hüquq normalar 01 iyul 2017-ci il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa aid olmuşdur. Halbuki, qanunvericiliyin zamana görə qüvvəsi qaydasına əsasən, mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan maddi hüquq normalar həmin münasibətlərin yaranması dövrü ilə şərtləndirilmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçının 2015-ci ildə güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına dair iddiası nəzərə alınmaqla göstərilmiş tarixə münasibətdə qiymətləndirmənin aparılması zəruridir. Həmin tarixə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üz rə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət ü çün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Ka bineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. “Vətəndaşla rın pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: qadınlar -45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərba ycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və zamana görə qüvvədə olmuş “Yeraltı işlərdə, əmək ş əraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahılarda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. İşin hallarına görə iddiaçı əyrici, toxucu və darayıcı peşələrində işləmişdir. Lakin apellyasiya məhkəməsi qanunvericiliyin göstərilmiş müddəalarını tətbiq etməməklə yanaşı, həmçinin iddiaçının güzəştli şərtlələ pens iya hüququnun yaranmasına əsas olmuş peşəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı əsasında müəyyən etmişdir. Halbuki, iddiaçının iddia edilən güzəştli şərtlərə iş stajı bu müddətdən əvvəli, yəni 1981 – 1999-cu illəri əhatə etdiyi üçün yuxarıda göstərilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı əsasında müəyyən olunmalı idi. Sonunçu qərarla isə 2 Siyahı təsdiq edilmiş və 1 saylı Siyahıda “əyrici” peşəsi “XVİ. Süni və sintetik liflərin istehsalı” bölməsində 11600000—17541 kodla, 2 saylı Siyahıda isə “XX. Yüngül sənaye” adlı hissəsinin 22102000 saylı “Toxuculuq sənayesi” alt bölməsində 2200200a—11602 kodla “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” peşəsi göstərilmişdir. İddiaçının işlədiyi peşələrin bu Siyahılar üzrə müəyyən edilməsi və onun “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” və ya “b” bəndləri üzrə tələb olunan ümumi və xüsusi iş stajına aid olduğu isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Aparılmış qiymətləndirmənin nəticə olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyası hüququnun yaranmasını zəruri edən şərt – iş fəaliyyətinin və iş stajının müddətini apellyasiya məhkəməsi yuxarıda göstərilmiş maddələrin tələblərinə görə düzgün müəyyən etməmiş və bu halda həmin məhkəmə tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində əks olunmuş işin hallarının obyektiv araşdırılması ilə bağl ı vəzifəsini icra etməmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bildirdiyi dəlil əsaslı hesab edilməli və iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranamsına əsas olan maddi hüquq normalar üzrə işin hallarının müəyyən edilməsi üçün iş yeni apellaysiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdı r. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fond unun Bakı şəhəri Nizami rayon şöbəsinin müdiri Məhərrəm Novruzov tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2-1(103) -1819/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-398/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-398/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver