Məhkəmə qərarları › İş №2-1(102)-398/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-398/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-398/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xidmət illərinə görə əlavənin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “xidmət illərinə görə əlavənin ödənilməsi” tələbinə dair inz ibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 oktyabr tarixli 21(103)-2383/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1991-ci il 2 avqust tarixdən 1995-ci il 17 iyun tarixədək kursant, 1995-ci il 17 iyun tarixdən 2002-ci il 21 iyun tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. O, 2001-ci il N noyabr tarixdə hərbi hissənin düşmənlə təmas xəttində keçirilən monitorinq zamanı minalanmış sahəni təmizləyərkən minanın partlaması nəticəsində aldığı yaralanma (diaqnoz: “sağ baldırın aşağı 1/3-i səviyyəsində qopmasına, bədənin çoxsaylı qəlpə yaralarına görə aparılmış y araların birincili işlənməsi, baldırın yuxarı 1/3-i səviyyəsində amputasiyası və reamputasiyası cərrahiyyə əməliyyatlarından sonrakı güdülü, bədənin çoxsaylı dəri çapıqları. Xayaların zədələnməsinə görə aparılmış sol tərəfli orxektomiya, sağ xayanın hissəvi rezeksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət, funksiyanın mülayim dərəcədə pozulması”) ilə 2002-ci il 1 fevral tarixdə Müdafiə Nazirliyinin MHKH-ın cərrahiyyə profilli hospitalı Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, 2002-ci il 4 fevral tarixli, 161 saylı xəstəlik haqqında şəhadətnaməyə, N saylı hərbi hissə komandirinin 2001-ci il 25 dekabr tarixli, 1436 saylı yaralanma haqqında arayışına əsasən: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi müəyyən edilmişdir. İddiaçı “Hə rbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 2002-ci il 21 iyun tarixli, 0331 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçıya 2003-cü il 29 sentyabr tarixli müayinə aktına əsasən müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı 2005-ci ilin yanvarından “C.Naxçıvanski” adına hərbi liseyə mülki işçi qismində işə qəbul edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək “C.Naxçıvanski” adına Hərbi Liseydə işə başladıqdan sonra hərbi xidmət illərinə görə aldığı 15% əlavənin hesablanmasını xahiş etmişdir. Cavabdeh 2019-cu il 9 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudlu ğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli, 284 nömrəli Qanununun 29-cu maddəsinin 9-cu abzasında göstərilən “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş İ və İİ qrup əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir” müddəaları iddiaçıya şamil edilə bilməz. Çünki qeyd olunan Qanunun müddəalarından görünür ki, vətəndaş mülki işçi qismində işlədiyi dövrdə əmək vəzifələrini yerinə yetirərkən göstərilən hadisələr baş verdikdə pensiya və sosial sığorta məsələlərinin həlli üçün ümumi və fasiləsiz iş stajı saxlanılır. İddiaç ı hərbi qulluqçu olduğundan qeyd olunan Qanunun müddəaları ona şamil olunmur. Bundan əlavə, 2018-ci il 31 may tarixli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli, 284 nömrəli Qanunu ləğv edilmişdir. İddiaçı 2019-cu il 5 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2005-ci ilin yanvar ayından xidmət illərinə görə 15%-dən başlamaqla əlavənin hesablanması və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, 1991-ci il 2 avqust tarixdən 1995-ci il 17 iyun tarixədək kursant, 1995-ci il 17 iyun tarixdən 2002-c i il 21 iyun tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 2002-ci il 21 iyun tarixli, 0331 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. 2003-cü il 29 sentyabr tarixli müayinə aktına əsasən ona müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. 7 təqvim ili hərbi xidmət keçmiş, Qarabağ müharibəsi veteranıdır. 2005-ci ilin yanvar ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin C.Naxçıvanski hərbi liseyində tərbiyəçimüəllim vəzifəsinə işə qəbul olunmuş, hazırda həmin vəzifədə işləyir. Hərbi xidmətdən ehtiyata buraxılarkən xidmət illərinə görə 15% əlavə alırdı. İddiaçı göstərilənlə rə və “Əlillərin sosial müdafiəsi haqqında” Qanunun 8, 29-cu maddəsinin 9-cu abzasına istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 3 aprel tarixli 2-1(81)1663/2019 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 iyul tarixli 2-1(82)-2131/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin hüquqi əsas ı kimi istinad etdiyi normanın məzmunundan görünür ki, məhz əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş İ və İİ qrup əlilləri dedikdə, hərbi qulluqçular deyil, hərbi hissələrdə çalışan mülki işçilər nəzərdə tutulur. Lakin iddiaçı hərbi qulluqçu statusuna malik olduğu dövrdə hərbi vəzifələri yerinə yetirərkən şikəst olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 oktyabr tarixli 2-1(103)-2383/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların və hərbi xidmətdən buraxılmış şəxslərin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında” 1992-ci il 31 mart tarixli, 633 №-li Fərmanına əsasən, hərbi qulluqçuların və hərbi xidmətdən buraxılmış şəxslərin, milli təhlükəsizlik, daxili işlər, dövlət sərhədinin mühafizəsi orqanları əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onların xidmətinin xüsusi xara kterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə almaqla onlara hərbi xidmət vəzifələrini yerinə yetirmələri üçün lazım olan əlavə şərait yaratmaq məqsədi ilə, müdafiə, daxili işlər, milli təhlükəsizlik nazirlikləri və Dövlət Sərhədinin Mühafizəsi Komitəsi rəhbərlərinin və onların müavinlərinin vəzifə maaşları, habelə bu orqanların və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrin orta, yuxarı ali rəis heyətlərindən olan şəxslər üçün ixtisas rütbəsinə görə vəzifə maaşları və uzun müddət xidmət etməyə görə faiz hesabı 1-3 nömrəli əlavələrə uyğun olaraq təsdiq edilmişdir. Həmin Fərmana edilmiş 3 saylı əlavəyə əsasən, Silahlı Qüvvələrin, sərhəd və daxili qoşunlarının, milli təhlükəsizlik, daxili işlər və dövlət sərhədinin mühafizəsi or qanlarının və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa silahlı birləşmələrin orta, yuxarı və ali rəis heyətinin əmək haqqına 5 ildən 10 ilədək xidmət etməyə görə əlavə 10%, 10 ildən 15 ilədək isə - əlavə 15% hesablanır. Cavabdeh Müdafiə Nazirinin 2017-ci il 14 mart tarixli, 7 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işçilərinə fasiləsiz iş stajına görə faiz əlavəsinin hesablanması və ödənilməsi haqqında” Qaydalara istinad edərək, öz imtinasını əsaslandırır. Halbuki iş materiallarından görünür ki, iddiaçının iddia ərizəsində qaldırdığı mübahisə məhz 2005-ci ildən yaranmışdır. Belə olan halda, cavabdeh 2017-ci ildə qəbul olunmuş hüquq-normativ aktlara yox, mübahisə yarandığı zaman qüvvədə olan hüquqinormativ Aktlara istinad etməlid ir. 2005-ci ildən 2017-ci ilədək isə hazırkı mübahisəni tənzimləyən hüquqi-normativ Aktlar yuxarıda qeyd edilən Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sosial müdafiəsi haqqında” Qanun olmuşdur. Həmin Aktlarda isə birmənalı olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin orta, yuxarı və ali rəis heyətinin əmək haqqına 10 ildən 15 ilədək xidmət etməyə görə əlavə 15% hesablanır. İddiaçı isə zabit rütbəsinə malikdir və “C.Naxçıvanski” adına hərbi liseyində işləyir. İddiaçının 2002-ci ildən 2005-ci ilədək işləməməsi məsələsinə gəldikdə isə, qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olmuş məhz “Əlilliyin və uşaqların sağla mlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən, əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş İ və İİ qrup əlillərin işləmədiyi müddət onların ümumi fasiləsiz iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı iş üzrə mübahisəni 2002-ci ildən 2005-ci ilədək tənzimləyən yeganə normativ hüquqi akt Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli, 284 № Qanunu olmuşdur. Həmin dövrdə hərbi travmalara görə əlillik dərəcəsini almış hərbi qulluqçularına aid ola biləcək digər normativ hüquqi akt mövcud olmadığından hazırkı mübahisənin həllində analogiya üzrə məhz həmin Qanun tətbiq edilməlidir. Azərbaycan Re spublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. İPM-in 87-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Məhkəmə göstərilən normaların tələblərini tətbiq etməli olduğu halda, onları tətbiq etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 1995-ci ildən 2002-ci ilə kimi hərbi xidmətdə olduğu dövrdə iddiaçıya uzun müddət xidmə tə görə 15% həcmində faiz əlavəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli, 67 sayı Qərarının 2 saylı əlavəsində göstərilən həcmlərdə hərbi qulluqçulara onlar yalnız hərbi xidmətdə olduqları dövrdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarında göstərilən faiz əlavəsinin mülki işçilərə heç bir aidiyyəti yoxdur. İddiaçının şikayətində istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli, 633 nömrəli Fərmanı hərbi xidmətdə olan hərbi qulluqçulara şamil edilir və həmin Fərmanın 3 nömrəli əlavəsində göstərilən uzun müddət xidmətə görə faiz əlavəsinin ödənilməsi yalnız hərbi qulluqçulara aid edilirdi və hal-hazırda hərbi qulluqçulara faiz əlavəsinin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli, 67 sayı Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrində, müəssisə və təşkilatlarında işləyən mülki işçilərə əsas vəzifələri üzrə vəzifə maaşlarına fasiləsiz iş stajına görə faiz əlavəsi ödənilməsi hal-hazırda həqiqətən Müdafiə nazirinin 2017-ci il 14 mart tarixli, 7 nömrəli qərarı ilə tənzimlənir. Buna qədər isə bu məsələ üzrə Azərbaycan Respublikası Müdafiə nazirinin 1993-cü il 8 oktyabr tarixli, 299 nömrəli əmri qüvvədə olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərar ının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 52-ci maddəsinin tələbinə əsasən, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyil. Eyni zamanda, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə də bağlı deyil. İddiaçı tələbini fərqli məzmunda əsaslandırsa da, son nəticədə onun tələbi 2005-ci ilin yanvarından, yəni əmək fəaliyyətini hərbi məktəbdə davam etdirməyə başladığı vaxtdan vəzifə maaşına qanunvericiliklə nəzərdə tutulmuş əlavənin ödənilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəl ki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edil məsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin 2017-ci il 5 iyul tarixli, 349 №-li arayışına əsasən, iddiaçı 1991-ci il 2 avqust tarixdən 1995-ci il 17 iyun tarixədək kursant, 1995-ci il 17 iyun tarixdən 2002-ci il 21 iyun tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı 2001-ci il N noyabr tarixdə hərbi hissənin düşmənlə təmas xəttində keçirilən monitorinq zamanı minalanmış sahəni təmizləyərkən minanın partlaması nəticəsində aldığı yaralanma (sağ baldırın aşağı 1/3-i səviyyəsində qopması, bədənin çoxsaylı qəlpə yaralarına görə aparılmış yaraların birincili işlənməsi, baldırın yuxarı 1/3-i səviyyəsində amputasiyası və reamputasiyası cərrahiyyə əməliyyatlarından sonrakı güdülü, bədənin çoxsaylı dəri çapıqları. Xayaların zədələnməsinə görə aparılmış soltərəfli orxektomiya, sağ xayanın hissəvi rezeksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət, funksiyanın mülayim dərəcədə pozulması) ilə əlaqədar 2002-ci il 1 fevral tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, həmin Komissiyanın 2002-ci il 11 iyul tarixli, 167 №-li qərarı ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi müəyyən edilmişdir. İddiaçıya 2003-cü il 29 sentyabr tarixli müayinə aktına əsasən müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156- cı maddəsinin “v” bəndinə müvafiq olaraq (xəstəliyə görə) Azərbaycan Respublikasının müdafiə nazirinin 2002-ci il 21 iyun tarixli 0331 №-li əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı 2005-ci ilin yanvarından “C.Naxçıvanski” adına hərbi liseyə mülki işçi qismində işə qəbul edilmişdir. Cavabdeh haqlı olaraq qeyd edir ki, iddiaçının şikayətində istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli, 633 nömrəli Fərmanı hərbi xidmətdə olan hərbi qulluqçulara şamil edilir və həmin Fərmanın 3 nömrəli əlavəsində göstərilən uzun müddət xidmətə görə faiz əlavəsinin ödənilməsi yalnız hərbi qulluqçulara aid edilirdi və hal-hazırda hərbi qulluqçulara faiz əlavəsinin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli, 67 sayı Qərarı ilə tənz imlənir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrində, müəssisə və təşkilatlarında işləyən mülki işçilərə əsas vəzifələri üzrə vəzifə maaşlarına fasiləsiz iş stajına görə faiz əlavəsi ödənilməsi hal-hazırda həqiqətən Müdafiə nazirinin 2017-ci il 14 mart tarixli, 7 nömrəli qərarı ilə tənzimlənir. Buna qədər isə bu məsələ üzrə Azərbaycan Respublikası Müdafiə nazirinin 1993-cü il 8 oktyabr tarixli, 299 nömrəli əmri qüvvədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2017-ci il 14 mart tarixli, 7 №-li Qərarı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işçilərinə fasiləsiz iş stajına görə faiz əlavəsinin hesablanması və ödənilməsi haqqında Qaydalar” (bundan sonra mətndə Qaydalar) təsdiq edilmiş, həmin Qərarla eyni məsələləri (eyni qaydada) tənzimləyən “Fəhlə və qulluqçuların fasiləsiz iş stajına görə faiz artımı haqqında” Təlimatın elan edilməsi barədə Azərbaycan Respublikası müdafiə nazirinin 1993-cü il 8 oktyabr tarixli 299 №-li əmri ləğv edilmişdir (cavabdeh şikayətə yazılı münasibətinə əlavə etdiyi sənədlərlə təsdiq edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrində, müəssisə və təşkilatlarında işləyən mülki işçilərə əsas vəzifələri üzrə vəzifə maaşlarına fasiləsiz iş stajına görə faiz əlavəsi ödənilməsi bundan əvvəl Azərbaycan Respublikası müdafiə nazirinin 1993-cü il 8 oktyabr tarixli, 299 nömrəli əmri ilə tənzimlənirdi). Qaydaların 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri, müəssisə və təşkilatlarının (bundan sonra “hərbi hissə” adlandırılacaq) işçilərinə əsas vəzifələri üzrə vəzifə maaşlarına fasiləsiz iş stajına görə faiz əlavəsinin ödənilməsi hər ay aşağıdakı həcmdə həyata keçirilir: 1.1.1. 1.1.2. 1.1.3. 1.1.4. 1.1.5. 1.1.6. 1.1.7. 1 ildən 2 ilədək – 5% 2 ildən 5 ilədək –10% 5 ildən 10 ilədək – 15% 10 ildən 15 ilədək – 20% 15 ildən 20 ilədək – 25% 20 ildən 25 ilədək – 30% 25 ildən yuxarı – 40% Qaydaların 2-ci bölməsinin (Fasiləsiz iş stajının hesablanması) müddəalarına görə, həmin Qaydalara uyğun olaraq işçilərə faiz əlavəsinin ödənilməsi üçün əsas verən fasiləsiz iş stajına işçinin bu hərbi hissədə fasiləsiz işlədiyi bütün vaxt (2.1-ci bənd), habelə aşağıdakılar daxil edilir (2.2-ci bənd): (...) 2.2.3. ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların hərbi xidmət dövrü, daxili işlər orq anlarının sıravi şəxslərinin və rəhbər heyətlərinin xidmət dövrü - əgər onlar xidmətdən buraxıldığı gündən altı ay ərzində hərbi hissəyə işə qəbul olunublarsa;... Qaydaların 2.3-cü bəndinə əsasən, fasiləsiz iş stajına görə faiz əlavəsini almaq hüququ verən işdə fasilə varsa, qanunauyğun hesablanmış bu əlavənin alınması üçün, aşağıdakı hallarda fasiləsiz iş stajı kəsilmir, fasilə vaxtı isə staja daxil edilmir: (...) 2.3.2. əlilliyə və ya altı aydan çox davam edən xəstəliyə görə işdən azad olunduqda əgər işçi əlilliyin və ya xəstəliyin bitdiyi gündən bir ay müddətində işə qəbul olunubsa;... Mübahisəli hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya sı və sosial müdafiəsi haqqında” Qanunun (2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) 29cu maddəsinin İX hissəsinə əsasən, əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir. Cavabdeh imtinanın əsası kimi qeyd edir ki: 1) “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 29-cu maddəsinin İX hissəsində təsbit olunmuş “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətin i itirmiş İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir” müddəası mülki işçi qismində çalışan şəxslərə aid olduğundan, hərbi qulluq zamanı xəsarət almış iddiaçıya şamil oluna bilməz; 2) “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli 1153VQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri cavabdehin həmin mövqeyi ilə razılaşaraq iddianı rədd etmişlər. Məhkəmə kollegiyası cavabdehin imtinasını aşağıdakı səbəblərə görə əsaslı hesab etmir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxtda qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi və uşaqların sağlamlıq imkanları məhdudluğunu doğuran səbəblərin aradan qaldırmasına, əlillərin və sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqlar bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində ayrıseçkilik qadağandır və qanunla təqib edilir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci bəndinin 2-ci hissəsinə əsas ən, hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Həmin Əsasnamənin 152-ci bəndinə əsasən, Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin digər vəzifələrinin icrası zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlikdən əlil olmuş hərbi qulluqçular əlilliyə görə əmək pensiyası hüququna malikdirlər. Bu maddədə göstərilən şəxslərin öldüyü və həlak olduğu hallarda onların ailələri ailə başçısının itirilməsinə görə əmək pensiyası almaq hüququna malikdirlər. İstinad edilən qanunvericilik normalarının məzmununun əlaqəli təhlili də nəzərə alındıqda, “hərbi xidmət” və “hərbi qulluq” anlayışlarının özlərində həm də sosial kateqoriyaya aid elementləri ehtiva etdikləri aşkardır. Digər tərəfdən, hərbi xidmətin (qulluğun) əmək (sosial sığorta) stajının tərkib elementi olduğu nəzərə alındıqda, könüllü hərbi xidmət (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) şəxsin həm də “əmək fəaliyyəti” kimi qəbul edilməlidir. Buradan, hərbi qulluqçunun hərbi xidmət keçməkdə ifadə olunan “əmək fəaliyyəti” prosesində, qulluq (əmək) vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olması və bu səbəbdən əmək qabiliyyətini itirməklə əlil (həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan) şəxslər kateqoriyasına aid edilməsi faktına “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun məqsədlərindən f ərqli yanaşılmalı deyil. Çünki həmin Qanun əlilləri (sağlamlıq imkanları məhdud uşaqları) zümrələrə görə fərqləndirmir (o cümlədən, onları mülki və qeyri-mülki şəxslərə bölmür). Digər qanunvericilik aktlarında müxtəlif kateqoriyadan olan əlillər (məsələn, müharibə əlilləri) üçün əlavə imtiyaz və güzəştlərin müəyyən edilməsi isə “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun mahiyyətinə təsir etmir, əksinə, onun məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, yuxarıda istinad edilən Qaydaların 2.3, 2.3.2-ci bəndlərinin də hazırkı mübahisənin düzgün və ədalətli həlli üçün analoji qaydada tətbiqi nəzərdən keçirilməlidir. Həmin normaları n tələbinə görə, fasiləsiz iş stajına görə faiz əlavəsini almaq hüququ verən işdə fasilə varsa, qanunauyğun hesablanmış bu əlavənin alınması üçün, aşağıdakı hallarda fasiləsiz iş stajı kəsilmir, fasilə vaxtı isə staja daxil edilmir: (...) 2.3.2. əlilliyə və ya altı aydan çox davam edən xəstəliyə görə işdən azad olunduqda - əgər işçi əlilliyin və ya xəstəliyin bitdiyi gündən bir ay müddətində işə qəbul olunubsa;... Məhz bu sonuncu müddəanın (2.3.2) tələbi nəzərə alındıqda, xəstəliyə görə ehtiyata buraxılmış iddiaçının əlilliyi (xəstəliyi) o, 2005-ci ilin yanvarında “C.Naxçıvanski” adına hərbi liseyə işə qəbul edilənədək davam etmişdir və hal-hazırda davam etməkdədir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən və Müdafiə Nazirliyinin hərbi hissələrində, müəssisə və təşkilat larında işləyən mülki işçilərlə bağlı münasibətləri tənzimləyən Qaydaların müddəalarının iddiaçıya münasibətdə tətbiq edilməməsi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş bərabərlik prinsipinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinin tələbinə görə, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Beləliklə, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 29-cu maddəs inin İX hissəsində təsbit olunmuş “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş İ və İİ qrup əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir” müddəasının iddiaçıya şamil oluna bilmədiyinə dair cavabdehin və məhkəmələrin qənaəti, bu qənaət Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulan bərabərlik prinsiplərinə zidd olduğundan qanuni və əsaslı hesab edilə bilməz. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Azərb aycan Respublikasının Qanunu ilə ləğv edilməsi də vəziyyəti iddiaçının zərərinə dəyişmir. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibəti, deməli həm də iddiaçının tələbinin hüquqi əsası “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun qüvvədə olduğu vaxtda yaranmışdır. Həmin Qanundan irəli gələn və iddiaçıya bir dəfə məxsus olan tələb hüququ (qazanılmış hüquq) qalmaqda davam edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 oktyabr tarixli 2-1(103)-2383/2019 nömrəli qərarı ləğv edilir. İddia tələbi aşağıdakı məzmunda təmin edilir: Cavabdehin üzərinə iddiaçının həqiqi hərbi xidmət müddəti də nəzərə alınmaqla vəzifə maaşına fasiləsiz iş stajına görə əlavələrin Azərbaycan Respublikası müdafiə nazirinin 1993-cü il 8 oktyabr tarixli 299 №-li əmri ilə təsdiq edilmiş “Fəhlə və qulluqçuların fasiləsiz iş stajına görə faiz artımı haqqında” Təlimatın və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2017-ci il 14 mart tarixli, 7 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işçilərinə fasiləsiz iş stajına görə faiz əlavəsinin hesablanması və ödənilməsi haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq 2005-ci ilin yanvar ayından hesablanması və iddiaçıya ödənilməsi öhdəliyi qoyulur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar