Məhkəmə qərarları › İş №2-1(102)-398/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-398/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-398/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia ərizəsinin geri götürülməsi; iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli, 2-1(103)-1413/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işlə bağlı iddiaçının ərizəsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiаçı İddiaçı 30.09.2020-ci il tarixində cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X1 06.06.1988-ci il tarixli 1385 saylı sərəncamı ilə Əzizbəyov rayonu Şüvəlan bağ sahəsində yerləşən 24 saylı 0,06 ha bağ sahəsinin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin 0,06 ha bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1941/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ sahəsində yerləşən 0,06 ha ölçüdə 24 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz ə mlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

3. Cavabdeh 06.04.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir..

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli 21(103)-1413/2021 nömrəli qərarına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2-1(112)-1941/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilm iş, iddia tələbi rədd edilmişdir.

5. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.08.2021-ci il tarixli 2-1(103)-1413/2021 nömrəli qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı 15.02.2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə Maddə

55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. (-) 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

15. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. (-) KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsi təmin olunmalıdır.

9. Belə ki, hazırkı qərardadın 7-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

10. İddiaçı da 15.02.2022-ci il tarixli ərizə ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

11. Belə olan halda, iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir.

12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddia ərizəsi geri götürülmüş sayılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ər azi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar