Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-398/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində D övlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1822/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək X2 xarrat vəzifəsində işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmət etmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Neft Sənayesi Nazirli yinin X1 Bakı Ağırlaşdırıcılar Zavodunun “Xüsusi neft materialları Birliyi”ndə xarrat vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək elektrik qaz qaynaqçısı vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X4 Cənub Rayon İdarəsində motorçu, mexanik, baş mexanik və böyük mexanik vəzifələrində, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də hidravlik mexanik vəzifəsində işləmişdir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 1491 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilənlərə əsas ən, iddiaçı xx.xx.1982-ci il tarixində Bakı Ağırlaşdırıcılar zavodunda 4-cü dərəcəli tornaçı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixindən həmin ağırlaşdırıcılar istehsalı sahəsində 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci il tarixindən həmin istehsal sahəsində 6-cı dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci il tarixli, 128/k saylı əmrlə AR ƏQM-nın 38-ci maddəsinin 4-cü bəndi ilə (iş buraxmaya görə) işdən azad edilmişdir. İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinın 154 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamına, AR Dövlət Neft Şirkətinin 209 saylı, xx.xx.2001-ci il tarixli və "Maşınqayırma" İB-nin 33 saylı, xx.xx.2001-ci il tarixli Əmrlərinə əsasən və zavod üzrə 117 saylı, xx.xx.2001-ci il tarixlı Əmrə əsasən 01 yanvar 2002-cı il tarixindən Bakı Ağırlaşdırıcılar zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Arayışda göstərilən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan yaşa görə güzəştli təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğun olduğu və güzəştli təqaüdə çıxmağa hüquq verdiyi qeyd olunmuşdur. İstinad olunan bölmə - Aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, Ağırlaşdırıcılar istehsalı.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ona Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında ” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla 28 aprel 2017-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən ta m əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın “Üm umi peşələr” bölməsində (XXİİİ) 12100000-11620 kodu üzrə “rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları” peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 5 iyul 2017-ci il tarixli, 35 nömrəli arayışında iddiaçının xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə “elektrik qaz qaynaqçısı” peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi “elektrik qaz qaynaqçısı” peşəsi yuxarıda qeyd olunan rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları peşəsinə aid deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 52 yaşdan yenidən hesablanması qanu nvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012ci ildə 52 yaş tam olduğundan, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan yaşa görə güzəştli təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” Aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları. Ağırlaşdırıcılar istehsalı” bölməsinə uyğun olaraq güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və hesablanması; xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci ilədək hesablanmış pul məbləğinin birdəfəlik verilməsi (ödənilməsi); xx.xx.2017-ci il tar ixdən məhkəməyə müraciət edən günədək digər əsasla təyin olunmuş və ödənilmiş pensiyanın məbləği ilə yeni təyin edilmiş pensiya məbləği arasında olan və yığılmış fərqin birdəfəlik qaydada ödənilməsi haqqında cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırmışdır ki, xx.xx.1976-ci ildən xx.xx.2007-ci ilədək iddiaçının əmək stajı 31 il təşkil edir. O cümlədən, xx.xx.1982-ci ildən xx.xx.1995-ci il tarixədək "xxxx" zavodunda 52 yaşından güzəştli şərtlərlə təqaüdə çıxmağa hüquq verən 13 il güzəştli stajı və xx.xx.1995-cı ildən xx.xx.2007-ci il tarixədək X6 Donanmasında güzəştli şərtlərlə 57 yaşından təqaüdə çıxmağa hüquq verən 12 il güzəştli stajı toplamışdır. xx.xx.2017-ci ildə dənizdə işlədiyi dövr üzrə 13 il güzəştli stajını nəzərə alaraq ona 57 yaşından güzəştli şərtlərlə təqaüd təyin olunmuşdur. Hal-hazırda ona məlum olmuşdur ki, onun xx.xx.1982-ci ildən xx.xx.1995-ci il tarixədək "xxxx" zavodunda topladığı 13 il güzəştli stajı ona 52 yaşından təqaüdə çıxmağa hüquq verən güzəştli stajdır və digər pensiya növünə çıxmağa hüququ vardır. 52 yaşından digər güzəştli şərtlərlə pensiya növünə keçməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh əsassız olaraq ərizəni təmin etməkdən imtina etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin MS-66 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən "İddiaçı Bakı Ağırlaşdırıcılar zavodunda xx.xx.1982-ci ildən 4-cü dərəcəli tornaçı və xx.xx.1982-ci ildən xx.xx.1995-ci il tarixədək həmin ağırlaşdırıcılar istehsalı sahəsində 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı vəzifələrində işləməsi, həmi n peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarına əsasən, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan yaşa görə güzəştli təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olduğu və güzəştli təqaüdə çıxmağa hüquq verdiyi göstərilmişdir.
7. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, az ı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçıya Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə q üvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla 28 aprel 2017-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surə tdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahı sı”nın Ümumi peşələr bölməsində (XXİİİ) 12100000-11620 kodu üzrə rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 5 iyul 2017-ci il tarixli, 35 nömrəli arayışında onun xx.xx.1982-xx.xx.1995ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə “elektrik qaz qaynaqçısı” peşəsində işlədiyi qeyd olunmuşdur. Ona görə də iddiaçının işlədiyi elektrik qaz qaynaqçısı peşəsi yuxarıda qeyd olunan “rezervuarların, pakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları” peşəsinə aid deyildir. Göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 52 yaşdan yenidən hesablanması qanunv ericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1806/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ilə (hakim F.İ.Mədətli) iddiа rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının işlədiyi peşə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.1993-cü il tarixli) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”na aid olub-olmamasının müəyyən edilməsi üçün güzəştli arayış mövcud deyildir. Məhkəmə araşdırması zamanı iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixədək 20 il ümumi iş stajına malik olması öz təsdiqini tapsa da, lakin həmin stajın 10 ilinin güzəştli əmək stajına daxil olması təsdiqini tapmadığından, cavabdeh tərəfindən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
11. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlanaraq, iddiaçının "xxxx" ASC-də işləməsi barədə məlumatların (arxiv kitablarına əsasən), o cümlədən işlədiyi vəzifə və peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qə rarı ilə təsdiq edilmiş əmək pensiyası hüququ verən vəzifələrin Siyahısına aid olub-olmadığını təsdiq edən ətraflı güzəştli arayışın (işə qəbul və işdən çıxma əmrləri, əmək haqqı cədvəlləri) təqdim edilməsi xahiş edilmişdir.
12. Məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş "xxxx" ASC-nin MS-49 saylı, xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, “...iddiaçı həqiqətən Bakı Ağırlaşdırıcılar zavodunun ağırlaşdırıcılar istehsalı sahəsində - 11 yanvar 1982-ci il tarixindən 01 dekabr 1982-ci il tarixinədək 4-cü dərəcəli tornaçı işləmiş; - 01 dekabr 1982ci il tarixindən 18 aprel 1995-ci il tarixinədək 4-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə keçirilmişdir; - 18 aprel 1995-ci il tarixindən 13 noyabr 1995-ci il tarixinədək həmin ağırlaşdırıcılar istehsalı sahəsində 6-cı dərəcə li elektrik qaz qaynaqçısı vəzifəsində çalışmışdır; - 13 noyabr 1995-ci il tarixindən AR ƏQM-nin 38-ci maddəsinin 4-cü bəndi ilə (iş buraxmaya görə) işdən azad edilmişdir... 1 yanvar 2002-ci il tarixdən Bakı Ağırlaşdırıcılar zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçının işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 12 il 11 ay 13 gündür. Arayışda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli (Ağırlaşdırıcılar istehsalı; 23200000 - 19906 göstərilən istehsalatlarda məşğul olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları) qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan yaşa görə güzəştli təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğundur və güzəştli təqaüdə çıxmağa hüquq verir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1822/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1806/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işin apellyasiya icraatı zamanı da iddiaçının mübahisələndirilən güzəştli iş stajı ilə əlaqədar müvafiq araşdırma aparılmış və onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.19 93-cü il tarixli) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”na aid olmadığı müəyyən edilmişdir.
15. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı 1982-1995-ci illər ərzində hansı şəraitdə işləməsinə dair arayış verilməsini "xxxx" ASC-dən istəsə də, ASC rəhbərliyi o dövr işləmədiyini və ümumiyyətlə, iddiaçının hansı şəraitd ə, nə işlə məşğul olmasından məlumatsız olduğunu, belə bir arayışın verilməsinin mümkün olmadığını və yalnız arxiv sənədlərində olan işə qəbul və işdən çıxmasını əks etdirən arayışın veriləcəyini bildirmişdir. Belə olan halda iş materiallarında olan məlumatların tamamlanmaması, işin hallarının tam müəyyənləşdirilməməsi və qiymətləndirilməməsi aşkar görünməkdədir ki, bu da sualın açıq qalmasına dəlalət etmişdir. Məhkəmədə iddiaçının 12 il 11 ay 13 gün əmək şəraitinin zərərli ağır olan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatda elektrik qaz qaynaqçısı işləməsi tam sübuta yetmişdir. Lakin onun rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olması və ya açıq hava şəraitində işləməsinə aydınlıq gətirilməmişdir. İddiaçı yuxarıda qeyd olunan, yəni qapalı şəraitdə işləməsində israrlıdır, lakin onun işlədiyi müddətdən çox zaman keçdiyi üçün bunu isbat etməsində özündən asılı olmayan problemlərlə rastlaşmaqdadır. Məhkəmə bu məsələyə dair ekspert və ya mütəxəssis rəyi əldə etsəydi, bu iddianın təmin olunmasına dəlalət edərdi. Buna baxmayaraq, iddiaçı apellyasiya instansiyası məhkəməsində vəsatət verərək onun həqiqətən hansı şəraitdə (yəni iş şəraitinə dair) işləməsi, icra etdiyi qaynaq işlərinin açıq məkanda və ya qapalı rezervuarlarda gördüyünün şahidi olan o vaxtki iş yoldaşlarının məhkəmə baxışı zamanı dindirilməsini məhkəmədən xahiş etməsinə və həmin şahidlərin məhkəmə binasına gəlməsinə rəğmən, məhkəmə kollegiyası həmin vəsatəti təmin etməmiş və şahidlərin dindirilməsindən imtina etmişdir.
17. Məhkəmə sorğusuna ca vab olaraq təqdim olunmuş "xxxx" ASC-nin MS-49 saylı, 21,09.2022-ci il tarixli arayışına əsaslanmış və iddiaçının "xxxx" ASC-də işlədiyi “elektron qaz qaynaqçısı” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti 320 nömrəli, xx.xx.1993-cii il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının 23200000-19906 kod altında nəzərdə tutulduğuna görə səhv olaraq hesab etmişdir ki, iddiaçının peşəsi məhz həmin qərarın 1 nömrəli Siyahıda - XXİİİ bölmə 12100000-11620 kod üzrə “rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları peşəsinə aid deyildir.
18. İddiaçının peşəsi həqiqətən də çən, qapalı rezervuar daxilində qaz qaynağı etməkdən ibarət olduğuna görə, əslində ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, xx.xx.1993- cii il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda - XXİİİ bölmə 12100000-1 1620 kod tətbiq olunmalı idi. Digər tərəfdən, iddiaçı ilə eyni işi görən şəxslərə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi "xxxx" ASC tərəfindən təqdim edilmiş yalnız həqiqəti əks etdirməyən natamam arayışla kifayətlənmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəll ər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq e dilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrl əri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə
58. Sübutların araşdırılması qaydası.... 58.7. Sübu tlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəril məli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümk ündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarların da ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərt ərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, xx.xx.1993-cii il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan xüsusi stajın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlam ağa lüzum qalmır.
32. Bununla belə, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. İddiaçının şikayətinin məzmununa görə, qaynaq işlərini ağır şəraitdə açıq məkanda deyil, qapalı rezervuarlarda (dəmir çənlərdə) icra etmişdir və ona görə də onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, xx.xx.1993-cii il tarixli qərarı ilə təsdiq edilmiş 1 sayı Siyahının XXİİİ bölməsində nəzərdə tutulmuş 12100000-11620 kod üzrə “rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları peşəsinə aid olunmalıdır. Lakin "xxxx" ASC-nin rəhbərliyi heç bir rəsmi sənədə istinad etmədən, iddiaçının peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömr əli, xx.xx.1993-cii il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş 23200000-19906 kod üzrə peşələrə aid olduğu barədə səhv arayış vermişdir.
34. Kasasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərinə görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı olmalıdır və həmin stajın ən azı 10 ilini güzəştli pensiya hüququ verən 1 saylı Siyahıda nəzərdə tutulmuş müvafiq peşələrdə toplamalıdır.
35. Nəzərə almaq lazımdır ki, iddiaçının iddia ərizəsində işlədiyini bildirdiyi və əmək kitabçasında qeyd olunmuş həmin peşələr, görülən işlərin əmək şəraiti, onların məzmunu və xarakteri baxımından Azərbaycan Res publikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş peşələrdən fərqlənir. Belə fərqləndirmə 1 nömrəli Siyahıda nəzərdə tutulmuş müvafiq peşəyə aid qaynaq işlərinin məhz qapalı məkanda, yəni rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində aparılması və həm də qaz qaynağı qaydasında aparılması ilə, son nəticədə peşəyə aid funksiyaların yerinə yetirildiyi əmək şəraiti və onun xüsusilə ağır zərərli nəticələri ilə bağlıdır.
36. Qeyd olunmalıdır ki, iddiaçının işlədiyi peşənin 1 saylı Siyahı əsasında güzəştli şərtlərlə pensiya hüququ verən peşə sayılması üçün onun sadəcə olaraq elektrik-qaz qaynaqçısı işləməsi yetərli deyil, bunun üçün o həm də məhz 1 saylı Siyahıda müvafiq bölmədə nəzərdə tutulmuş rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçısı peşəsində işləməlidir.
37. Hazırkı mübahisəyə münasibətdə iddiaçının 1 saylı Siyahıda müvafiq bölmədə nəzərdə tutulmuş rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçısı peşəsində işlədiyi mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfində müəyyən olunmuş halları ilə təsdiq olunmur.
38. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının t əyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən Qaydalara 2 saylı Əlavəyə əsasən, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən, qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
40. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.
41. Mübahisəyə dair işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçının "xxxx" ASC-də işlədiyi vəzifə və peşələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələr in, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na aid olub-olmaması ilə bağlı ətraflı araşdırma aparılmış, bununla bağlı iddiaçının işlədiyi həmin zavoda sorğu verilmiş, sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş ətraflı izahlı arayışa əsasən onun işlədiyi peşələrin 1 nömrəli Siyahıya aid olmadığı müəyyən edilmişdir.
42. Nəzərə almaq lazımdır ki, iddiaçının işlədiyi peşələrin 1 nömrəli Siyahıda nəzərdə tutulmuş peşələrə uyğun olduğunu iddia etməsi ona həmin Siyahıya əsasən pensiya təyin olunması üçün yetərli sayıla bilməz, bunun üçün məhkəməyə həmin peşələrin uyğunluğunu təsdiq edən yetərli və mötəbər sənədlər təqdim olunmalıdır. Bu zaman İPMin 14-cü maddəsinin sübut etmə vəzifəsi ilə bağlı tələbləri də nəzərə alınmalıdır. Həmin maddəyə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
43. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1822/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.