Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-398/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1719/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kasasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının 23 avqust 1977-ci il tarixdən 6 mart 1981-ci il tarixədək Bakı Energetika Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10652/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 23 avqust 1977-ci il tarixdən 6 mart 1981-ci il tarixinədək Bakı Energetika Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1719/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10652/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
5. Qeyd edilən qərar xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1719/2023 nömrəli qərarından iddiaçı və vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
7. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, iş materiallarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı elektron imza ilə təsdiq edilməklə iddiaçıya məxsus şəxsi elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Lakin həmin qərardan kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya məhkəməsinə təqdim edilmişdir. İddiaçıya prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir.
8. İddiaçının vəkili tərəfindən məhkəməyə verilən ərizəyə əsasən iddiaçı məhkəmə qərarının verilməsinə dair dəfələrlə müraciətlər etmişdir. Məhkəmədən qərarın iddiaçının ünvan 1 ünvanına göndərildiyi bildirilmişdir. Halbuki, iddiaçı iddi a ərizəsində, apellyasiya şikayətinə etirazda və yazılı izahatda AZ-1003, ünvan 2 ünvanını, faktiki ünvan göstərmişdir. İddiaçı qeydiyyat ünvanının ərazisində yerləşən Azərpoçt şöbələrinə yaxınlaşmış, oradan məhkəmə qərarının gəlmədiyi bildirilmişdir. İddiaçının növbəti müraciətindən sonra məhkəmə qərarı onun faktiki ünvanına göndərilmişdir. Məhkəmə qərarı göndərilən məktubda qərarın iddiaçının elektron kabinetinə yerləşdirildiyi qeyd edilmişdir. İddiaçı elektron kabinetinin, ümumiyyətlə asan imza və elektron imzasının olmadığını bildirmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsində qərarı elektron kabinetə yerləşdiriləcəyi iddiaçıya izah olunmamışdır. Əksinə, qərar elan olanda qərarı iddiaçının ünvanına göndərildiyi, aldığı gündən 1 ay ərzində Ali Məhkəməyə kassasiya şikayətinin ver mək hüququ izah olunmuşdur. Ümumiyyətlə, məhkəmə tərəfindən elektronla bağlı iddiaçıya nəsə izah olunmamışdır. İddiaçı kassasiya şikayətini verən günədək vəkillə təmsil olunmamış, məhkəmələrdə tək özü iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq qərardaddan verilmiş kassasiya şikayətinin mümkün sayılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sə nədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
10. Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərd ən irəli gəlir.
12. İddiaçı ərizənin əsası kimi qeyd edir ki, onun elektron kabineti, ümumiyyətlə asan imza və elektron imzası olmamışdır. Ümumiyyətlə, məhkəmə tərəfindən elektron sistemlə bağlı iddiaçıya nəsə izah olunmamışdır. İddiaçı məhkəmə qərarını poçt vasitəsilə aldıqdan sonra dərhal kassasiya şikayəti vermişdir.
13. Məhkəmə kollegiyası ərizənin dəlillərini əsaslı hesab etmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməkdədir və hazırkı iş üzrə iddiaçı xx.xx.2022-ci il tarixdə, yəni iş apellyasiya instansiya məhkəməsinin icraatında olan zaman “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir.
14. Məhkəmə kollegiyası İPM-nin 20.3-cü və MPM-nin 135.5, 135.6-cı maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1719/2023 nömrəli qərarının iddiaçıya təqdim edilməsi tarixi həmin qərarın iddiaçının “elektron kabinet”ində yerləşdirildiyi xx.xx.2023-cü il kimi qəbul edilməli və müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır.
15. İddiaçının ərizəsində göstərdiyi dəlil – elektron kabinetdən istifadə etməməsi, qərarın elektron kabinetə yerləşdirilməsi ilə bağlı izah verilməməsi və buna görə də qərarın elektron kabinetə yerləşdirilməsindən məlumatsız olması vəziyyəti iddiaçının xeyrinə dəyişmir və müddətin axımının iddiaçının ərizədə göstərdiyi vaxtdan hesablanmasına əsas vermir.
16. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair vəsatət r ədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1719/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.