Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3981/2025 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qarajın sökülməsinə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. “Qaraj alqı-satqısı haqqında” ##.##.1991-ci il tarixli müqaviləyə əsasən X1 Kirov rayon XDS IK-nin **/*** nömrəli ##.##.1982-ci il tarixli qərarı və Bakı şəhər sovetinin **/*** nömrəli ## ### 1982-ci il tarixli sərəncamı əsasında mülkiyyətində olan Bakı şəhəri, 8-ci mikrorayonda yerləşən ümumi sahəsi 18 kv.m olan qarajı İddiaçı satmışdır.
2. Bakı şəhəri, Binəqədi rayon, 8-ci mikrorayon, Ibrahimpaşa Dadaşov küçəsində yerləşən dəmir qaraja dair 2000-ci il noyabr ayında İddiaçı adına texniki pasport tərtib olunmuşdur.
3. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçıya ünvanlanan ##.##.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, əməkdaşların yerində apardığı araşdırma zamanı məlum olmuşdur ki, 2012-2013-cü illərdə Binəqədi Rayon Icra Hakimiyyətinin sifarişi əsasında podratçı təşkilat tərəfindən 8-ci mikrorayon, İ.Dadaşov küçəsi ** saylı binanın həyətində abadlıq işləri həyata keçirilən müddətdə abadlaşdırılan əraziyə düşən bütün növ müvəqqəti qurğular, metal quraşdırmalar ərazidən kənarlaşdırılmış və həmin sahədə sakinlərin istirahəti üçün park salınmışdır. Məlumat üçün qeyd edilir ki, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi ** saylı ünvanda həyata keçirilən abadlıq işlərində Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi sifarişçi və podratçı təşkilat kimi iştirak etmədiyindən köməklik göstərməsi səlahiyyətləri xaricindədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ibrahimpaşa Dadaşov küçəsində mülkiyyətində olan 18 kv.m sahəli və 30/*** reyestr nömrəli texniki pasport sənədli sökülmüş dəmir qaraja görə kompensasiya olaraq həmin qarajın texniki pasportunda göstərilən həqiqi dəyəri 29.555,66 manatın və ##.##.2013-cü il tarixindən ##.##.2024-cü il tarixinədək manatın inflyasiyasını nəzərə almaq şərti ilə qeyd olunan tarixlərdə dəyən 21300 manat zərərin, beləliklə cəmi 50.***.66 manat olmaqla Binəqədi Rayon Icra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
5. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən yaşadığı ünvanın həyətyanı sahəsində aparılan abadlıq işləri zamanı iddiaçının mülkiyyətində olan 18 kv.m sahəsi, beton özüllü, qarajın iç tərəfindən divarları kərpiclə hörülmüş, avtomobilin təmiri üçün nəzərdə tutulan mişar daşı ilə dərinliyi 1.60 sm çalası olan və ehtiyat hissələrinin yuyulması üçün nəzərdə tutulmuş daş tikili vannaya malik olan dəmir qaraj sökülmüşdür. Söküntü zamanı Icra Hakimiyyəti nümayəndələri sökülən qarajlara görə dövlət tərəfindən qaraj sahiblərinə kompensasiyanın, sənədli qarajların isə dəyərinin ödəniləcəyini bildirmişdir. Lakin bu günədək iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. Iddiaçı məsələ ilə bağlı ##.##.2013-cü il tarixdə Binəqədi Rayon Icra Hakimiyyətinə məktubla müraciət etmişdir. Icra Hakimiyyəti ##.##.2013-cü il tarixli məktubunda bildirmişdir ki, abadlıq işləri başa çatdıqdan sonra bu məsələyə baxılacaqdır. Amma abadlıq işləri bitdikdən sonra məsələ ilə bağlı heç kəsin maraqlanmadığını görərək ##.##.2014-cü il tarixdə Binəqədi Rayon Icra Hakimiyyətinin rəhbərliyinin qəbulunda olmuşdur. Sökülən qaraja görə kompensasiyanın ödənilməsi ilə bağlı müraciət etmişdir. Binəqədi Rayon Icra Hakimiyyəti isə öz növbəsində məsələyə baxılması üçün qaraja aid sənədlərin Icra Hakimiyyətinə təqdim edilməsini bildirmişdir. Iddiaçının qarajla bağlı sənədləri Icra Hakimiyyətinə təqdim etməsinə baxmayaraq məsələ ilə bağlı heç bir cavab verilməmişdir. Iddiaçının 76 yaşı var, neçə illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən uzun müddət məsələ ilə maraqlana bilməmişdir. Aidiyyəti üzrə dövlət müəssisələrinə gediş-gəliş iddiaçı üçün çətinlik yaradır. Məsələyə laqeyd münasibət səhhətinə kəskin təsir göstərir. Qaraj iddiaçının ailəsi üçün gəlir mənbəyi idi. Qaraj sökülənədək onu kirayə məqsədilə aylıq 150 manat dəyərində qonşuya icarəyə verməklə gəlir əldə etmişdir. Iddiaçının həyat yoldaşı 1999-cu ildə dünyasını dəyişmişdir və iddiaçı tək başına 3 övladı böyüdür. 2012ci ildə Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən qarajın sökülməsi iddiaçının ailəsinin gəlir mənbəyinə də təsir etmişdir. Belə ki, iddiaçının mülkiyyətində olan qarajın 2012-ci ildə sökülməsi nəticəsində aylıq icarə haqqı 150 manat olmaqla ailə büdcəsinə Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən ##.##.2013-cü ildən ##.##.2024-cü il tarixinədək 21300 manat ziyan vurulmuşdur. 2023-cü ildə Binəqədi Rayon Icra Hakimiyyətinə məsələ ilə bağlı yenidən ##.##.2023-cü il tarixli məktubla müraciət edilmişdir. Məktuba cavab olaraq, Binəqədi Rayon Icra Hakimiyyəti bildirmişdir ki, məsələnin həlli ilə bağlı məktuba baxılması üçün Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə yönləndirilmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyi məktubla bildirmişdir ki, 2012-2013-cü illərdə Binəqədi Rayon Icra Hakimiyyətinin sifarişi əsasında podratçı təşkilat tərəfindən 8-ci mikrorayon İ.Dadaşov küçəsi ** saylı binanın həyətyanı sahəsində abadlıq işləri həyata keçirdən müddətdə ərazidə bütün qaraj və qurğular sökülərək sakinlərin istifadəsinə verilmişdir. Halbuki bugünki gün qarajların yeri avtodayanacaq kimi fəaliyyət göstərir. Mənzil Kommunal Təsərrüfat Birliyi həmçinin bildirmişdir ki, abadlıq zamanı sifarişçi və podratçı kimi iştirak etmədiyindən köməklik göstərmək səlahiyyətləri xaricindədirlər. Beləliklə 2013-cü ildən dəfələrlə Binəqədi Rayon Icra Hakimiyyətinə qarajın sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi üçün etdiyi müraciətlərə köməklik göstərilmir. Iddiaçıya məxsus qarajın ümumi sahəsi alqı-satqı müqaviləsində 18 kv.m, texniki pasportunda isə 16.5 kv.m, ilkin həqiqi dəyəri olaraq 29.555.66 manat göstərilmişdir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı M.S.Əliyevanın ona məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir aktın olması barədə və cavabdeh tərəfindən onun hüquq və azadlıqlarını pozan (mülki hüquqlarını pozan) hərəkətlərin edilməsi barədə heç bir sübut təqdim etmədən Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı iddia tələbi irəli sürmüşdür. M.S.Əliyevanın Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürməsi və cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması tələbi əsassızdır. Belə ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində ** saylı binanın qarşısında yerləşən ona məxsus 18 kv.m sahəsi olan dəmir qarajının Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər hansı bir dəlil təqdim etməmişdir. Iş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyindən məsuliyyət daşıya bilməz.
7. Bakı Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən 16,5 kv.m dəmir qarajın sökülməsinə görə cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti tərəfindən 10.000 (on min) manat məbləğində kompensasiya ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, abadlaşdırma işlərinin aparılması zamanı sökülmüş (hazırki iş üzrə mübahisələndirilən) qarajın iddiaçı İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır və əmlakdan məhrum edilmə nəticəsində cavabdeh tərəfindən kompensasiyanın ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut edilmişdir. Iddiaçı əmlakın sökülməsinin qanuniliyini mübahisələndirmir, sökülmüş əmlaka görə kompensasiya ödənilməsini tələb edir. Məhkəmə ödəniləcək kompensasiyanın məbləği ilə bağlı mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarına uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarına əsasən mübahisə üzrə iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda (hazırki iş üzrə mübahisələndirilən qarajla eyni ərazidə) yerləşmiş dəmir qarajın abadlaşdırma işlərinin aparılması məqsədilə sökülməsi nəticəsində kompensasiyanın ödənilməsi ilə bağlıdır. Ali Məhkəmənin Inzibati Kollegiyasının *-*(***)- ***/**** nömrəli, ##.##.2020-ci il tarixli analoji qərarına əsasən iddia təmin olunmuş və ümumi sahəsi 26,4 kv.m təşkil edən dəmir qaraja münasibətdə 16000 manat kompensasiya ödənilməsi qərara alınmışdır. Mübahisələndirilən qaraj X1 tərəfindən iddiaçı İddiaçı mülkiyyətinə verilən zaman “Qaraj alqı-satqısı haqqında” ##.##.1991-ci il tarixli müqavilədə ümumi sahə 18 kv.m kimi qeyd olunsa da, 2020-ci il noyabr ayında tərtib edilmiş texniki pasporta əsasən mübahisələndirilən dəmir qarajın faktiki sahəsinin 16,5 kv.m təşkil etdiyi müəyyən edilir. Sahəsi 26,4 kv.m olan dəmir qaraja münasibətdə 16000 manat kompensasiya məbləği ödənilməsi müəyyən edildiyi (1 kv.m uyğun kompensasiya məbləği 606 manat təşkil edir) nəzərə alınaraq eyni ərazidə yerləşən sahəsi 16,5 kv.m olan dəmir qaraja münasibətdə 10000 manat kompensasiya ödənilməsi ağlabatan və ədalətli hesab edilir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər O.Ismayılov – sədrlik edən, X.Cəmilova və R.Səmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir. Mübahisələndirilən qarajın yerləşdiyi ərazidə söküntü işlərinin bilavasitə iş üzrə cavabdeh Binəqədi rayon Icra Hakimiyyəti tərəfindən aparılmaması onun məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri
a) cavabdehin kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
14. Kassator bildirir ki, məhkəmə tərəfindən cavabdehin hüquqi mövqeyi və təqdim olunmuş izahat tam əsaslı və qanunauyğun olduğu halda nəzərə alınmamış, qərarın nəticəsi yalnız iddiaçının birtərəfli bəyanatlarına istinad edilməklə formalaşdırılmışdır. Belə yanaşma isə obyektivlik və ədalət prinsiplərinin pozulması ilə nəticələnmiş, iş üzrə ədalətli qərarın qəbul edilməsinə mane olmuşdur. Qarajın sökülməsi faktı 2012-ci ildə baş vermişdir. Iddiaçı 2013-cü ildə artıq bu barədə məlumatlı olmuş və şikayət məktubu ilə müraciət etmişdir. Bu, onun mübahisələndirilən hərəkət barədə 2013-cü ildə məlumatlı olduğunu göstərir. Lakin iddia yalnız 2023-cü ildən sonra qaldırılmışdır. Bu da müddətin kobud şəkildə ötürüldüyünü göstərir. Əlavə olaraq, iddiaçı müddətin bərpası üçün əhəmiyyətli səbəb göstərməmişdir.
15. Kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 550-ci maddəsinə, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Qanunun 5-ci maddəsinə, Inzibati Prosessual Məcəllənin 35.1, 58.7 və 68.2-ci maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. Inzibati orqanların məsuliyyəti 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
20. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, məhkəmə kollegiyası cavabdeh kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin hərəkəti nəticəsində iddiaçı İddiaçı ziyan vurulduğundan vurulan ziyan cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.
28. “Inzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların hərəkətləri nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
29. Cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələb Inzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir və bu növ iddiaların qaldırılması üçün qanunvericilikdə iddia müddəti nəzərdə tutulmamışdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.