Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3989/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı Mixayloynanın cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair mülkiyyət hüququnun mərhuma məxsusluq arayışının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Xəqani Məmmədov və Ispəndiyar Şəfiyevdən ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Cavabdeh qarşı “mənzil üzərində mərhum şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Azərbaycan SSR Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş ## ###### 1972-ci il tarixli, **/*** nömrəli orderin surətindən görünür ki, “Mübadilə bürosu”nun ## ###### 1972-ci tarixli, ** nömrəli qərarı ilə Əzizbəyov küçəsi, 3-cü məhəllə, ev 12, mənzil 36 ünvanda yerləşən mənzil tutmaq üçün Mayılov Eynulla Fətulla oğlunun idarəsinə verilmişdir. Həmin orderə əsasən sahəyə ixtiyarı olub order üzrə evə köçən digər şəxslər “Mailova Val M” - arvadı, “Mailova Elm E” - qızı, “Mailova Sam E” - qızı, “Mailov Elm E” oğludur.
2. Azərbaycan Respublikası Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli “Orderin təkrarı” nüsxəsindən görünür ki, həmin order SXD Sovetinin ## ###### 1972-ci il tarixli qərarı ilə Mayılov Eynulla Fətulla oğluna və onun ailə üzvlərinə (“İddiaçı” - arvadı, “Mailova E.E.” - qızı, “Mailova S.E.” - qızı, “Mailov E.E.” - oğlu, “Mailov T.E.” - oğlu) 3-cü məhəllə, ev 12/4, 36-cı mənzili tutmaq üçün verilmişdir.
3. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mayılov Eynulla Fətulla oğlu ## ###### 2008-ci il tarixdə ölmüşdür.
4. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ## #### 2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı, X2, X1, Mayılov Telman Eynulla oğlu, Nümayəndə ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar.
5. Azərbaycan Respublikası ünvan 1 Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin # ####### 2023-cü il tarixli, *** nömrəli arayışından görünür ki, mərhum Mayılov Eynulla Fətulla oğlu *-cü saylı məhəllə, ev 4/12, mənzil 36 ünvanda 1981-ci il tarixdən qeydiyyatda olmuş, ## ###### 2008-ci il tarixdə ölmüşdür. X9 Mixayılovna # ###### 1973-cü il tarixdən, oğlu Mayılov Telman Eynulla oğlu ## #### 1989-cu il tarixdən, oğlu Nümayəndə # ###### 1991-ci il tarixdən həmin ünvanda qeydiyyatdadırlar.
6. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının # #### 2024- cü il tarixli, *-**DA-**F/*-***-**** nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər ZDS IKnin 1972-ci ilin noyabr-dekabr aylarına və ZDS IK-nin 1973-cü ilin yanvar ayına dair iclas protokollarına baxılmış vətəndaş Mayılov (Mailov) Eynulla Fətulla oğlunun adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır.
7. Azərbaycan Respublikası ünvan 1 Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin ## #### 2024-cü il tarixli, *** nömrəli arayışından görünür ki, X4 * saylı məhəllə, P.Həşimov küçəsi, ev 12/4, mənzil 36 ünvana yaşayış yeri üzrə ## #### 1983-cü il tarixdə qeydiyyata düşmüş, ## ######## 1985-ci il tarixdə qeydiyyatdan çıxmış və həmin ünvanda yaşamır.
8. Azərbaycan Respublikası ünvan 1 Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin ## #### 2024-cü il tarixli, *** nömrəli arayışından görünür ki, X5 * saylı məhəllə, P.Həşimov küçəsi, ev 12/4, mənzil 36 ünvana yaşayış yeri üzrə ## ####### 1979-cu il tarixdə qeydiyyata düşmüş, ## ### 1984-cü il tarixdə qeydiyyatdan çıxmışdır və həmin ünvanda yaşamır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər * saylı notariat ofisinin ## #### 2024-cü il tarixli, **** nömrəli Cavabdeh göndərilmiş məktubundan görünür ki, İddiaçı, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında ## ###### 2008-ci il tarixdə vəfat etmiş əri - Mayılov Eynulla Fətulla oğlunun adına vərəsəlik işi açılmışdır.
10. Sumqayıt şəhər mənzil idarəsinin ## ###### 1963-cü il tarixli, **/*** nömrəli “orderin surəti”ndən görünür ki, 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X20 idarəsinə verilmişdir.
11. Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli “orderin surəti”ndən görünür ki, Əzizbəyov küçəsi, 3-cü məhəllə, ev 12/4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X12 idarəsinə verilmişdir.
12. Sumqayıt Şəhər Mənzil Idarəsinin # ###### 1962-ci il tarixli, **/**** nömrəli “orderin surəti”ndən görünür ki, həmin order 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X11 verilmişdir.
13. Sumqayıt şəhər mənzil idarəsinin ## ###### 1963-cü il tarixli, **/** nömrəli “orderin surəti”ndən görünür ki, həmin order 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yerləşən mənzili tutmaq üçün X17 verilmişdir.
14. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının ## ###### 2025-ci il tarixli, ***-DA-**F/*-**-**** nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən ** saylı mənzilə dair ## ###### 1972-ci il tarixli, **/** nömrəli orderi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Sumqayıt şəhər ZDS IK-nin ## ###### 1972-ci ilə dair iclas protokolu mövcüd deyil. ZDS IK-nin 1972-ci ilin noyabr - dekabr və 1973-cü ilin yanvar aylarına dair iclas protokollarına baxılmış, vətəndaş X3 adına mənzil verilməsi barədə məlumat aşkar olunmamışdır.
15. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının # ##### 2025-ci il tarixli, *-**DA-**F/*-**-**** nömrəli Nümayəndə verilmiş arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsinin ## #### 1962-ci il tarixli siyahısına əsasən 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda yaşayan X16 34-cü məhəllə, ev 7, mənzil 6 verilmişdir.
16. Iddiaçı mərhum ərinin sözügedən mənsil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
17. Cavabdehin imtina məktubundan görünür ki, aparılan araşdırma nəticəsində ünvan 2 ünvanda yerləşən mənzilin ayrılmasına dair arxiv əsasları aşkar edilmədiyi üçün müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
birinci instansiya məhkəməsində icraat
18. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzərində mərhum Mayılov Eynulla Fətulla oğlunun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3-cü məhəllə ünvanında yerləşən, ev 12/4, mənzil 36 Mayılov Eynulla Fətulla oğluna verilmişdir. Mayılov Eynulla Fətulla oğlu onun həyat yoldaşı olmuşdur. Mərhum əri ## ###### 2008ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri, 3-cü məhəllə ünvanında yerləşən, **/* saylı evin, 36-cı mənzili ## ###### 1972-ci il tarixdə **/*** saylı order əsasında mərhum əri və onun 4 nəfərdən ibarət ailə üzvünə verilmişdir. Həmin vaxt mərhum əri **** saylı avtokalonda işləmişdir. Dəyişdirmə bürosunun ** saylı, ## ###### 1972-ci il tarixli qərarı ilə mənzilə order verilmişdir. Mənzildə hal-hazırda yaşayanlar mənzilin Mayılov Eynulla Fətulla oğlunun adına özəlləşməsinə etiraz etmədiklərini bildirmişlər. Orderdə adları çəkilən, lakin həmin ünvanda yaşamayan X6 və X7 mənzildən qeydiyyatdan çıxmasını * saylı Mənzil Kommunal Sahəsinin 530 və *** saylı arayışları təsdiq edir.
20. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakim K.Həbibova) iddia rədd edilmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin mübahisələndirilən mənzilin əvvəl Sofiya adlı şəxsə, 1972-ci ildən iddiaçı və onun ailə üzvlərinə məxsus olduğunun bildirdiyinə baxmayaraq, 3-cü məhəllə, ev 4, mənzil 36 ünvanda X18 yaşadığı təsdiq olunsa da, daha sonra mübahislədirilən mənzilin iddiaçının mərhum əri Mayılov Eynulla Fətulla oğluna verilməsini təsdiq edən order, həmçinin orderin verilməsinə əsas olmuş müvafiq icra hakimiyyətinin qərarı arxiv məlumatlarında aşkar olunmamışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi arxiv arayışlarında mübahisə predmeti olan mənzilin əvvəlki sahiblərinə verilmiş orderlər öz təsdiqini tapsa da, iddiaçının mərhum əri Mayılov Eynulla Fətulla oğlunun adına verilən order mövcud deyildir. Iddiaçının nümayəndəsi tərəfindən orderin əslinin növbəti məhkəmə iclasında təqdim olunacağı bildirilsə də, bu məqsədlə təxirə salınmış növbəti iclasda qeyd edilən sənədin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
22. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova /sədrlik edən və məruzəçi/, V.Əzizova və İ.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
kassasiya şikayətinin dəlilləri 26. Məhkəmənin mənzilin orderinin arxiv nüsxəsinin və əslinin mövcud olmaması barədə bildirdikləri həqiqəti əks etdirməməklə, məhkəmənin icraatında olan işə necə "qanuni" şəkildə, yəni işdə olan sübutlara istinad etmədən baxdığını bir daha sübuta yetirir. Belə ki, işin apellyasiya icraatı mərhələsində Azərbaycan Respublikası Sumqayıt şəhər Icra hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin tərtib etdiyi ## ###### 1972-ci il tarixli, **/*** nömrəli “Orderin təkrarı”nın əsli iddiaçı tərəfindən “Elektron Məhkəmə” Informasiya Sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş, məhkəmə prosesində də həmin sənədin əsli göstərilərək sözügedən orderin əslinin mövcud olduğu sübuta yetirilmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin III-IV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər.
30. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. (-) Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (* №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X13 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X13 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
32. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının tələblərinə düzgün riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
37. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı mənzil üzərində mərhum şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.
38. Işin faktiki hallarına əsasən Azərbaycan SSR Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə komitəsi mənzillərinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin verdiyi ## ###### 1972-ci il tarixli, **/*** nömrəli orderlə “Mübadilə bürosu”nun ## ###### 1972-ci tarixli, ** nömrəli qərarına əsasən Əzizbəyov küçəsi, 3-cü məhəllə, ev 12, mənzil 36-nı tutmaq üçün Mayılov Eynulla Fətulla oğlunun idarəsinə verilmişdir. Iddiaçı da həmin orderdə adı olan ailə üzvü olmuşdur. Eyni zamanda digər- Azərbaycan Respublikası Sumqayıt Şəhər Icra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin ## ###### 1972-ci il tarixli, **/*** nömrəli “Orderin təkrar” nüsxəsinə əsasən adı çəkilən mənzil SXD Sovetinin ## ###### 1972-ci il tarixli qərarı ilə Mayılov Eynulla Fətulla oğluna və onun ailə üzvlərinə verilmişdir.
39. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina edərək bildirmişdir ki, adı çəkilən mənzilin ayrılmasına dair arxiv əsasları aşkar edilməmişdir.
40. Işə baxmış məhkəmələr iddianı rədd edərkən ona əsaslanmışlar ki, “iddiaçının mərhum həyat yoldaşının adına tərtib edilmiş orderin əslinin mövcud olmaması, habelə onun (ilkin və təkrar) verilməsinə əsas olmuş sənədlərin aşkar edilməməsi, mənzillərin dəyişdirilməsi halına dair hər hansı halın müəyyən edilməməsi iddiaçının tələbinin əsası kimi istinad etdiyi müvafiq orderin qanuniliyini müəyyən etməyə imkan verməmişdir. Nəticə etibarilə işin müəyyən edilmiş həmin halları iddianının əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır.”
41. Məhkəmə kollegiyası aşağı məhkəmələrin gəldiyi hüquqi nəticə ilə razılaşmır və hesab edir ki, işin faktiki və hüquqi halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Bu səbəbdən kollegiya iş üzrə müəyyən edilmiş hallara qiymət verilməsini zəruri hesab edir.
42. Belə ki, ilk öncə qeyd edilməlidir ki, Sumqayıt şəhər ZDS IK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi verilmiş ## ###### 1972-ci il tarixli, **/*** nömrəli orderdən görünür ki, adı çəkilən ** nömrəli mənzil iddiaçının **** nömrəli Avtokolonda mərkəzi daşıma rəisi işləyən mərhum ərinə Mənzil Dəyişdirmə Bürosunun ** nömrəli ##.##.1972-ci il tarixli qərarı əsasında verilmişdir.
43. Qeyd olunan orderin verilməsi üçün əsas olan sənədlərin mövcudluğu və yoxlanılması ilə bağlı məhkəmələr tərəfindən müvafiq sorğular verilsə də, orderin məzmununda qeyd olunan Mənzil Dəyişdirmə Bürosunun ** nömrəli ##.##.1972-ci il tarixli qərarının mövcudluğu ilə bağlı bir araşdırma aparılmamışdır.
44. Bundan əlavə, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, adı çəkilən mənzil iddiaçının mərhum ərinin adına rəsmiləşdirilənədək ayrı-ayrı şəxslərin adına həmin mənzilə dair orderlər olmuşdur. Belə olan halda sonuncu dəfə mənzilə dair adına order verilən şəxsin adından iddiaçının mərhum ərinin adına mənzilin keçirilməsi ilə bağlı sənədləşmələrin aparılıb-aparılmadığı məsələsi də araşdırılmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum ərinin adına Sumqayıt şəhər ZDS IK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi verilmiş ## ###### 1972-ci il tarixli, **/*** nömrəli order məhz Mənzil Dəyişdirmə Bürosunun müvafiq qərarı əsasında verilmişdir. Yəni, həmin mənzilin məhz Mənzil Dəyişdirmə Bürosunun qərarı ilə verilməsi və ya başqa mənzillə bu mənzilin dəyişdirilməsi halları yoxlanılmamışdır.
45. Daha sonra işdə olan Azərbaycan Respublikası ünvan 1 Kommunal Təsərrüfatı Istehsalat Birliyinin * saylı Mənzil-Kommunal Sahəsinin # ####### 2023-cü il tarixli, *** nömrəli arayışından görünür ki, mərhum Mayılov Eynulla Fətulla oğlu *-cü saylı məhəllə, ev 4/12, mənzil 36 ünvanda 1981-ci il tarixdən qeydiyyatda olmuş, ## ###### 2008-ci il tarixdə ölmüşdür. X9 Mixayılovna # ###### 1973-cü il tarixdən, oğlu Mayılov Telman Eynulla oğlu ## #### 1989-cu il tarixdən, oğlu Nümayəndə # ###### 1991-ci il tarixdən həmin ünvanda qeydiyyatdadırlar.
46. Həmin aktdan görünür ki, iddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Bu fakt iddiaçının həmin mənzillə davamlı və sabit əlaqəsini, faktiki istifadə hüququnu təsdiq edən mühüm sübut kimi qiymətləndirilməlidir.
47. Məhkəmə təcrübəsinə və hüququn ümumi prinsiplərinə əsasən, şəxsin uzun müddət ərzində yaşayış sahəsindən fasiləsiz və etirazsız istifadə etməsi onun hüquqlarının qorunması baxımından nəzərə alınmalı mühüm haldır və buna biganə yanaşılması yolverilməzdir.
48. Həmçinin iddiaçının yaşadığı mənzilin yerləşdiyi binanın ayrı-ayrı mənzillərinin başqa şəxslərin adına özəlləşdirilib-özəlləşdirilməməsi, bu barədə reyestrdən çıxarışların verildiyi halda həmin çıxarışların verilməsi üçün əsas olan sənədlərin iddiaçının təqdim etdiyi sənədlərlə eyni olub, iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə də cavabdeh qurumun eyni davranıb-davranmadığı, nəticədə bərabərlik hüququnun pozulub-pozulmaması ilə bağlı hallar da araşdırılmamışdır.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasının *-*(***)- ****/**** saylı ##.##.2023-cü il tarixli qərarında göstərilmişdi ki, “....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?”
50. “Inzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
51. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. Inzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
52. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər.
53. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
54. Inzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.
55. Inzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.
56. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə ## #### 2012-ci il tarixli qərar, §§ 85-86).
57. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
58. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz.
59. Yuxarıda göstərilən bütün hallar onu göstərir ki, iş üzrə əhəmiyyətli olan faktlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bu isə kassasiya instansiyasında qərarın ləğv edilməsi üçün əsas təşkil edir.
60. Buna görə də kollegiya bildirir ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunan məsələlərin araşdırılması məqsədilə müvafiq sorğular verilməli, həmin sorğulara cavablar alındıqdan sonra isə obyektiv qərar qəbul edilməlidir.
61. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.