Məhkəmə qərarları › İş №2-1(102)-399/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-399/2019

26.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-399/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə (bundan sonra cavabdeh) qarşı “işlə diyi illərin sosial siğorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2189/18 saylı, 10 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 26 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx xxxxxx Xcü ildə anadan olmuşdur. İT-1 seriyalı ******* nömrəli 03.09.1986-cı il tarixli əmək kitabçasının təsdiq edilmiş çıxarışına əsasən 01.09.1986-cı il tarixdən 27.05.1996-cı il tarixədək “UPTK-1 Trest “Spesaqropromstroy”da fəhlə və 3-cü dərəcəli sürücü vəzifəsində, 03.06.1996-cı il tarixdən 23.08.1996-cı il tarixədək 3-cü dərəcəli sürücü vəzifəsində işləm işdir. İT-1 seriyalı ******* nömrəli 03.09.1986-cı il tarixli əmək kitabçasından çıxarışda qeyd edilən məlumatlar İT-İ seriyalı ******* nömrəli 25.10.1996-cı il tarixli əmək kitabçasına işlənilmişdir. Notarial qaydada təsdiq edilmiş İT-İ seriyalı ******* nömrəli 25.10.1996-cı il tarixli əmək kitabçasına əsasən iddiaçı 1986-cı ildən 2011-ci ilədək müxtəlif müəssisə və vəzifələrdə işləmişdir. İddiaçı 1972-ci ilin dekabr ayından 1974-cü ilin dekabr ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 02.02.2017-ci il tarixli arxiv arayışında göstərilmişdir: “Verilir xx.xx.Xcü ildə Azərbaycan Respublikası, Mirbəşir (indiki Tərtər) rayonu, Köçəkli kəndində doğulmuş İddiaçı, ona görə ki, o, həqiqətən Bakı şəhəri Təsərrüfat və Mədəni Mallar Ticarət İdarəsinin (TMMTİ): 26.04.1972-ci il tarixli 69 N-li əmri ilə 44 №-li mağazanın fəhləsi həmin tarixdən mağazanın bağlanması ilə əlaqədar olaraq 23 №-li mağazaya həmin işə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24.06.1997-ci il tarixli Fərmanı ilə Ticarət Nazirliyinin tabeliyində olmuş bir sıra idarə və müəssisələr, o cümlədən “İdman və mədəni mallar” Respublika Topdan Pərakəndə Satış Birliyi (RTPSB) (keçmiş TMMTİ-nin bazasında) Dövlət Əmlak Komitəsinin (DƏK) sərəncamına verilmişdir. DƏK-in 07.10.1997-ci il tarixli sərəncamı və həmin tarixli əmri ilə “İdman və mədəni mallar” RTPSB ləğv edilərək, onun arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” idarəsinə verilmişdir. DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin h üquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir.” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 11.06.2017-ci il tarixli məktubla iddiaçı barəsində verilmiş kadr əmrinin təsdiq edilmiş surəti göndərilmişdir. “Bakxozkulttorq”un direktorunun 26.04.1972-ci il tarixli Əmrinə əsasən 26.04.1972-ci il tarixdən 44 №-li mağazanın fəhləsi İddiaçı mağazanın bağlanması ilə əlaqədar olaraq 23 №-li mağazaya həmin işə keçirilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 23 aprel 2018-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 aprel 2018-ci il tarixli məktubda qeyd olunmuşd ur ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüquq vardır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən tələb olunan sığorta stajı öz təsdiqini tapmadığı üçün əmək pensiyası hüququ yaranmır. İddiaçı 26 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “İT-İ seriyalı ******* nömrəli 25.10.1996-cı il tarixli əmək kitabçasında göstərilən iş stajının nəzərə alınmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakxozkulttorq adlanan 44-nömrəli mağazada (Ticarət Nazirliyinin nəzdində) 26.04.1972-ci ildə fəhlə kimi işləmiş, 1972-ci ilin dekabr ayında isə hərbi xidmətə çağırılmış, 1974-cü ilin dekabrında hərbi xidmətdən qayıdaraq, 1975-ci ildə həmin idarənin (sonradan adı dəyişdirilərək Baksportkulttorq olmuşdur) 23 nömrəli mağazada kiçik satıcı vəzifəsində, həmin idarənin nəzdində 1978-ci ildən mağazada şöbə müdiri, 1979-cu il yanvar ayının 11-də yenə həmin idarənin 31 nömrəli mağazasına müdir təyin olunmuş, 1979-cu il yanvar ayının 11-dən 1985-ci il 29 oktyabra qədər həmin mağazada müdir vəzifəsində işləmişdir. İşlədiyi dövrlər üçün ona yazılmış əmək kitabçasını naməlum vəziyyətdə itirmişdir. İşlədiyi dövrlər üçün hüquq müəyyənedici sənədlərin toplanması zərurəti yarandığından işlədiyi idarənin dəftərxanası və arxiv i darəsi ilə maraqlanarkən arxiv idarəsindən əmək kitabçasının tapılmadığını bildirmişlər. İddiaçıya məxsus əmək kitabçası naməlum vəziyyətdə itdiyindən, onun əldə edilməsi qeyri-mümkün olmuşdur. Ona görə də cavabdeh ona düzgün pensiya təyin edə bilməmişdir belə ki, iş stajının olması, hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən edilməlidir.İddia əsaslandırılarkən Mülki Prosessual Məcəllənin 305.1.1, 308 və 311-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-2586/18 saylı iş) 11 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olm adıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. İddiaçının 23.01.2016-cı ildə 63 yaşı tamam olduğu və həmin vaxt onun 25 ildən çox əmək stajı olduğuna görə onun yaşa görə əmək pensiyası almaq hüququ həmin vaxt yaranmışdır və yaşa görə əmək pensiyası təyin edilməsi məsələsi iddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həll edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək ******* nömrəli 25.10.1996-cı il tarixli əmək kitabçasında göstərilən iş stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının 23.01.2016-cı il tarixdən hesablanmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X5 və X3, 2-1(103)-2189/18 saylı iş) 10 oktyabr 2018-ci il tarixli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyasının 23.01.2016-cı il tarixdən hesablanması nəzərə alınmaqla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 iyul 2018-ci tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh 29 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 19 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətiməhkəmə qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 7, 21.1, 21.2, 25-ci maddələrinin və əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajını müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7 bəndinin tələblərini nəzərə alınmaması ilə əsaslandırılmışdır. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı əmək kitabçasında qeyd edilən staj nəzərə alınmaqla 63 yaşdan, 23 yanvar 2016-cı ildən ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Əmək kitabçasında olan məlumatlar ayrı-ayrı fasilələrlə 1986-2011-ci illəri əhatə edir. Məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasında olan məlumatları “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənə qədər və Qanun qüvvəyə minəndən sonra iki dövrə ayır maqla mübahisəyə hüquqi qiymət verilə bilər. Əmək kitabçasından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənə qədər, yəni 1 yanvar 2006-cı ilə qədər iddiaçının 19 ildən artıq iş stajı olmuşdur. Bu iş stajı 1986-2005-ci illərə aiddir. Bu dövrü də iki hissəyə bölmək olar: 1) 1 yanvar 1992-ci ilə qədər keçmiş SSRİ dövründə əldə edilmiş iş stajı; 2) 1 yanvar 1992-ci ildən 1 yanvar 2006-cı ilədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş iş stajı. İddiaçının işlədiyi dövrdə (1986-1991-ci illərdə) qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin a) bəndinə görə iş əmək kitabçası iş stajını təsdiq edən s übut sayılır. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olmuş Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. Bundan başqa, 1 yanvar 1992-ci ildən 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu norma “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. O da vurğulanmalıdır ki, 01.07.1999-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 14.3-cü maddəsində qeyd edilir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki ş ərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh etirazının dəlili kimi məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. İddiaçının iş stajını təsdiq edən sənəd əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, Cavabdeh iddiaçıya məxsus əmək kitabçasının həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut tə qdim etmədiyindən, bəhs edilən dövrün (1986-2005-ci illərin) iddiaçının sosial sığorta stajına aid etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçı 1972-ci ilin noyabrından 1974-cü ilin dekabrınadək hərbi xidmətdə olduğundan və “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11-ci maddəsinə əsasən, hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) sığortaolunanın sığorta stajına daxil edildiyindən, 1 yanvar 2006-cı ilədək iddiaçının 21 ildən artıq sığorta stajı mövcud olur. İddiaçının 62 yaşı tamam olduğu vaxt “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin redaksiyasına əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi və onun Qeyd hissəsi nəzərə alınmaqla iddiaçının 63 yaşdan pensiya hüququ yaranmışdır. Həmçinin adı çəkilən normaya görə yaşa görə əmək pensiyası hüququ olan şəxslər üçün sığorta stajının azı 12 il olması tələb edildiyindən iddiaçının azı 12 il sığorta stajı mövcud olmuşdur. Odur ki, 1986-2005-ci illər nəzərə alınmaqla iddiaçının 63 yaşdan yaşa görə əmək pensiyası hüququnun olması barədə məhkəmə nin gəldiyi nəticə əsaslı olmuşdur. Bununla belə, əmək kitabçasında qeyd edilən 2006-2011-ci illərə aid dövrü iddiaçının sığorta stajına daxil etməklə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Həmin dövrdə, yəni hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qan unverici 1 yanvar 2006-cı ildən sonrakı dövrün şəxsin sığorta stajına daxil etməsini qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirmişdir. “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə görə sığortaolunanın sığorta stajı-sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 12-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. İşdə olan sənədlərlə iddiaçının 2006-2011-ci illərdə xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilməsi təsdiq edilmir. Odur ki, bu dövrü iddiaçının sosial sığorta stajına daxil etməkdə məhkəmə haqlı olmamışdır. Bəhs edilənlərə ə sasən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, 2006-2011-ci illər nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi hissəsində qərar ləğv edilməli, bu hissədə iddia təmin edilməməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2189/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qəra rı dəyişdirilərək İddiaçı 2006-2011-ci illər nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə iddia təmin edilməsin. Qərar iddiaçının İT-İ seriyalı ******* nömrəli 25.10.1996-cı il tarixli əmək kitabçasında göstərilən 1986-2005-ci illərin iş stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar