Məhkəmə qərarları › İş №2-1(102)-399/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-399/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-399/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğvi və əlillik təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin ona əlillik təyin olunmasından imtina edilməsi barədə 03 iyun 2023-cü və 22 fevral 2024-cü il tarixli qərarların ləğv edilməsi və ona 24 may 2023-cü il tarixli göndəriş əsasında müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3203/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2008-ci il tarixində 1 il müddətinə, Mədənin xr xorası kəskinləşmə dövrü ezofaqit. Eroziv hemorragik qastrit. Hipertoniya İİ mərhələ diaqnozu ilə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 12 barmaq bağırsağın xorası kəskinləşmə. Xr. hepatoxolesistit. xr eroziv qastrit diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 12 barmaq bağırsağın xorası, tez-tez qanaxma və kəskinl əşmə ilə. 12 barmaq bağırsaq soğanağının çapıq deformasiyası. Həzm funksiyasının pozulması. İkincili anemiya. Xroniki hepatit diaqnozu ilə 1 il müddətinə ikinci dərəcə xx.xx.2016-ci il tarixdə eyni diaqnozla 5 il müddətinə təkrar ikinci dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçı xx.xx.2021-ci il tarixdə tibb müəssisəsinə müraciət edərək müayinə edilmiş, əlavə müalicəyə ehtiyacın olması - Səbəb: “Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə kursu yetərli deyil, ixtisaslaşmış müayinə və müalicə davam olunmasına qərar verilir” səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir.

3. İddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2023-cü il tarixdə Diaqnozun mətni: Əsas diaqnoz K26.0 Onikibarmaq bağırsağın xorası, Kəskin qanaxma ilə, 12 b. Bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit,. Ağırlaşma D50.8 Digər dəmir defisitli anemiyalar, Dəmir defisitli anemiya Yanaşı xəstəliklər K29.4 Xroniki atrofik, Eroziv qastrit Yanaşı xəstəliklər G46.8 Serebrovakulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (İ60-İ67), baş beynin serebrovaskulyar xəstəliyi. Dissirkulyator ensefalopatiya. Ağırlaşma K31 Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri, Bulbodeformasiya Ağırlaşma K30 Dispepsiya, Həzm pozğunluğu Yanaşı xəstəliklər K44 Diafraqma yırtığı, Kardia çatmamazlığı Yanaşı xəstəliklər N41 Prostat vəzinin iltihabı xəstəlikləri, Xr. prostatit Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, Hipertoni ya xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə görə stasionar müalicə kursu yetərli deyil, ixtisaslaşmış müayinə və müalicə davam olunmasına qərar verilir” səbəbi ilə imtina verilmişdir.

4. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 22 fevral 2024-cü il tarixli qararında göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiqdən, ürək nahiyəsində ağrılardan, bel nahiyəsində ağrılardan, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2004-cü ildən 12 barmaq bağırsağın xora xəstəliyindən, anemiyadan əziyyət çəkdiyini, proqramlı dializ müalicələri aldığını bildirmişdir. Obyektiv müayinə zamanı bədən quruluşu düzgün, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, bədən çəki defisiti aşkar edilməmiş, dili nəm, ərpsizdir, qarnı yumşaq, göbəkətrafı və epiqastral nahiyə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Qanın ümumi analizinin nəticəsi “Hemoqlobin-138 mkmol/l, EÇS-6 mm/s) kimi müəyyənləşdirilmişdir. Vətəndaş ekspertiza zamanı heç bir instrumental müayinə və müalicə sənədlərini təqdim etməmiş, DTSERA-da aparılan qanın ümumi analizinin nəticəsi norma daxilində olmuş, həmçinin, vətəndaşa ətraflı müayinə edilməsi üçün ixtisaslaşmış tibbi müəssisəsində müayinədən keçməsi üçün göndəriş təqdim edilsə də, sonrakı günlərdə də heç bir müayinə sənədi təqdim edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xəstədə əsas xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ona əlillik təyin olunmasından imtina edilməsi barədə 03 iyun 2023- cü və 22 fevral 2024-cü il tarixli qərarların ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixli göndəriş əsasında müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. İddiaçının tələbi hazırkı qərarın 1-4-cü bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.

7. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını iddiaçının müraciətindən imtina barədə qəbul etdiyi qərarda sadalanan hallarla əsaslandırmışdır.

8. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən, əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymət ləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli T00104100EMP nömrəli Forma 088 göndərişindən görünür ki, o, həmin formada qeyd edilmiş “K26.0-Onikibarmaq bağırsağın xorası, kəskin qanaxma ilə. 12 barmaq bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə. Ağırlaşma: D50.8-Digər dəmir defisitli anemiyalar. Dəmir defisitli anemiya. K31- Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri. Bulbodeformasiya. K30Dispepsiya. Həzm pozğunluğu. Yanaşı xəstəliklər: K81.1-Xroniki xolesistit. K29.4-Xroniki atrofik qastrit. Eroziv qastrit. K44- Diafraqma yırtığı. Kardia çatmamazlığı.N41- Prostat vəzinin iltihabı xəstəlikləri. Xroniki prostatit. İ10-Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi. G46.8- Serebrovavkulyar xəstəliklərdə baş beyinin digər mə nşəli sindromları (İ60-İ67). Baş beyininin serebrovaskulyar xəstəlikliyi. Dissirkulyator ensefalopatiya” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 05 iyun 2024-cü il tarixli 21(112)-1732/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2023cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ləğv edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixli göndəriş əsasında müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisələndirilməyən halların a əsasən, iddiaçıya ilk dəfə xx.xx.2008-ci il tarixdə əlillik təyinatı aparılmışdır. İddiaçıya xx.xx.2015-ci il tarixdə 12 barmaq bağırsağın xorası, tez-tez qanaxma və kəskinləşmə ilə. 12 barmaq bağırsaq soğanağının çapıq deformasiyası. Həzm funksiyasının pozulması. İkincili anemiya. Xroniki hepatit diaqnozu ilə 1 il müddətinə yenidən ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2016-ci il tarixdə eyni diaqnoz ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin sonuncu göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin olunmasından imtina etmiş, imtinaya əsas kimi iddiaçının əlavə müalicəyə ehtiyacının olması göstərilmişdir. İddiaçının əyani müayinəsinin nəticəsində isə ona diaqnozun əlillik təyin edilməsinə əsas verməməsi əsası ilə əlillik təyinatı aparılmamışdır. İddiaçı hazırda cavabdehin hər iki qərarının mübahisələndirir və son göndəriş, yəni xx.xx.2024-cü il tarixli göndəriş əsasında ona müvafiq əlillik dərəcəsinin verilməsini xahiş edir. İddiaçının əlavə müalicəyə ehtiyacının olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.5.3-cü bəndindən göründüyü kimi, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndəriş verilməsi üçün əsasdır. İddiaçıya təyin ediləcək əlillik onun ilkin deyil, təkrar əlilliyi olduğundan, cavabdehin əlavə müalicəyə ehtiyacının olması əsası ilə imtina verməsi əsassızdır. İddiaçı 2004-cü ildən həmin x əstəliklərdən əziyyyət çəkir. Həmin tarixdən iddiaçıya davamlı olaraq əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasionar müalicə və müayinələrdə olmuşdur. Məhkəmə cavabdehin ikinci imtinası, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və K26.0 Onikibarmaq bağırsağın xorası, Kəskin qanaxma ilə, 12 b. Bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit,. Ağırlaşma D50.8 Digər dəmir defisitli anemiyalar, Dəmir defisitli anemiya Yanaşı xəstəliklər K29.4 Xroniki atrofik, Eroziv qastrit Yanaşı xəstəliklər G46.8* Serebrovakulyar xəstəliklərdə baş beynin digər damar mənşəli s indromları (İ60-İ67), baş beynin serebrovaskulyar xəstəliyi. Dissirkulyator ensefalopatiya. Ağırlaşma K31 Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri, Bulbodeformasiya Ağırlaşma K30 Dispepsiya, Həzm pozğunluğu Yanaşı xəstəliklər K44 Diafraqma yırtığı, Kardia çatmamazlığı Yanaşı xəstəliklər N41 Prostat vəzinin iltihabı xəstəlikləri, Xr. prostatit Yanaşı xəstəliklər İ10 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi diaqnozu qoyulmuşdur. Məhkəmənin müvafiq qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfi ndən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli T00104100EMP nömrəli Forma - 088 göndərişindən görünür ki, o, həmin formada qeyd edilmiş “K26.0-Onikibarmaq bağırsağın xorası, kəskin qanaxma ilə. 12 barmaq bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə. Ağırlaşma: D50.8-Digər dəmir defisitli anemiyalar. Dəmir defisitli anemiya. K31- Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri. Bulbodeformasiya. K30-Dispepsiya. Həzm pozğunluğu. Yanaşı xəstəliklər: K81.1-Xroniki xolesistit. K29.4-Xroniki atrofik qastrit. Eroziv qastrit. K44-Diafraqma yırtığı. Kardia çatmamazlığı.N41- Prostat vəzinin iltihabı xəstəlikləri. Xroniki prostatit. İ10-Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi. G46.8-Serebrovavkulyar xəstəliklərdə baş beyi nin digər mənşəli sindromları (İ60-İ67). Baş beyninin serebrovaskulyar xəstəlikliyi. Dissirkulyator ensefalopatiya” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Cavabdehin əyani müayinə nəticəsindən görünür ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq onda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Halbuki, iddiaçıda olan diaqnozların əyani müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. Belə ki, iddiaçı Onikibarmaq bağırsağın xorası, kəskin qanaxma ilə. 12 barmaq bağırsağın xora xəstəliyi, güclü ağrı sindromu ilə. Ağırlaşma: D50.8-Digər dəmir defisitli anemiyalar. Dəmir defisitli anemiya. K31- Mədə və onikibarmaq bağırsağın digər xəstəlikləri. Bulbodeformasiya. K30-Dispepsiya. Həzm pozğunluğu. Yanaşı xəstəliklər: K81.1- Xroniki xolesistit. K29.4-Xroniki atrofik qastrit. Eroziv qastrit. K44-Diafraqma yırtığı. Kardia çatmamazlığı.N41- Prostat vəzinin iltihabı xəstəlikləri. Xroniki prostatit. İ10- Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi. G46.8-Serebrovavkulyar xəstəliklərdə baş beyinin digər mənşəli sindromları (İ60-İ67). Baş beyininin serebrovaskulyar xəstəliyi. Dissirkulyator ensefalopatiya xəstəliklərindən əziyyət çəkir. Bu xəstəliklərin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Obyektiv müayinə zamanı, bədən quruluşu düzgün, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, bədən çəki defisiti aşkar edilməmiş, dili nəm, ərpsizdir, qarnı yumşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir”. Həmçinin, cavabdeh məhkəməyə təqdim etdiyi məktublarda iddiaçının instrumental müayinə nəticələrini təqdim etmədiyini bildirmişdir. Lakin qeyd edildiyi kimi, iddiaçının əlilliyi təkrar əlillikdir və 2004-cü ildən həmin xəstəliklərdən əziyyyət çəkir. Həmin tarixdən iddiaçıya davamlı olaraq əlillik təyinatı aparılmış, müvafiq olaraq ambulator və stasionar müalicə və müayinələrdə olmuş, həmin sənədləri cavabdeh özü məhkəməyə təqdim etmişdir. Digər tərəfdən, iş materiallarında iddiaçının həmin xəstəliklərdən əziyyət çəkməsinə dair ekspert rəyi də var. Lakin cavabdeh həmin s ənədləri nəzərə almamasını əsaslandırmamışdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət ikinci dəlili, yəni iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi barədə dəlili də əsassızıdır.

11. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və M.N.Tağızadə) 05 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3203/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Cavabdeh kassasiya şikayətində iddiaya qarşı yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları ha qqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.... Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və ç atışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik;... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılm ış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlil liyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hə dləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə madd i hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən ha zırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya müvafiq əlillik təyin edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.

27. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına mad di hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli, 2-1(103)-3203/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar