Məhkəmə qərarları › İş №2-1(102)-4/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4/2021

16.02.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-4/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: dövlət nümunəli diplom blankının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və 3-cü şəxs Azərbaycan Texnologiya Universitetinə dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqti sadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin x xxxxxxx 2016-cı il tarixli 01-11-382/14 saylı məktubun surətinə görə, Bakı İslam Universitetinə tələbə qəbulu 2010-cu ildən başlayaraq TQDK tərəfindən aparılır. 2014-cü ildən başlayaraq isə Universitetin rəhbərliyinin müraciəti əsasında Bakı İslam Universitetinin buraxılış yekun dövlət attestasiyası komissiyalarının sədrləri Təhsil Nazirliyinin əmri ilə təyin olunur və yalnız həmin ildən məzunlara dövlət nümunəli diplomlar verilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməs ində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və 3-cü şəxs Azərbaycan Texnologiya Universitetinə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının Bakı İslam Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməyi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliynin cavabdeh Nazirliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-2012-ci illərdə X4 Bakı İslam Universitetində axund-imam, islamşünas, şəriət müəllimi ixtisası üzrə təhsil almış, 20132017-ci illərdə Azərbaycan Texnologiya Universitetinin iqtisadiyyat fakultəsində oxumuş, orada 2-ci təhsil almışdır. Hər iki təhsili ödənişli olmuşdur. Birinci təhsil üzrə 3.500 manat, ikinci təhsil üzrə isə 5.200 manat vəsait ödəmişdir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaçıya Azərbaycan Texnologiya Universitetini bitirməsi barədə diplom verilməsindən imtina etmişdir. İmtina Bakı İslam Universitetinin 2007-ci ildə, yəni iddiaçı qəbul olunduğu vaxt dövlət qeydiyyatından keçməməsi ilə əsaslandırmışdır.

5. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin hərəkəti qanunsuzdur. Belə ki, Bakı İslam Universiteti təhsil müəssisəsi kimi yaranmış, lakin dövlət qeydiyyatından 2009-cu ildə keçmişdir. Universitetin 2009-cu ildə dövlət qeydiyyatından keçməsi, iddiaçının 2012-ci ildə diplom almasına xələl gətirə bilməz. Tələbə kimi fəaliyyətdə olan təhsil müəssisəsinə qəbul olunarkən, həmin müəssisənin dövlət qeydiyatına alınıb-alınmaması, lisenziyanın ol ub-olmaması soruşulmur. Universitet fəaliyyət göstərirsə, aidiyyəti dövlət orqanları onun fəaliyyətini dayandırmadan qəbul edirsə, vergi ödəyicisi kimi qeydə alırsa, ona lisenziya alınmasına sonradan imkan verirsə, deməli həmin Universitet ali təhsil müəssisəsi kimi tanınır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli, iş No 2-1(82)-705/2019) iddianın təmin edilməsi, iddiaçının Bakı İslam Universitetini müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdeh Nazirliyin üzərinə qoyulması qərara alınmışdır. 7. 1-ci instansiya məhkəməsinin qərarında qeyd edilənlərə görə, iddiaçının Bakı İslam Universitetində təhsil aldığı 2007-2012 -ci illərdə həmin təhsil müəssisəsinin fəaliyyəti qanunsuz olmamışdır. Bu qənaət ondan irəli gəlir ki, həmin təhsil müəssisəsi iddiaçının təhsilə başladığı 2007-ci ildə artıq müvafiq qaydada qeydiyyatdan keçmiş qurum kimi fəaliyyət göstərirdi və bu qeydiyyat ləğv olunmamışdır. Eləcə də həmin dövrdə, yəni 2009-cu ilədək ali dini təhsil müəssisələrinin fəaliyyəti üçün qanunvericiliklə xüsusi razılıq (lisenziya) alınması nəzərdə tutulmurdu. Qanunvericilikdə 2009-cu ildə dəyişiklik olduqdan sonra isə, elə həmin ildə Universitetə aidiyyəti orqan tərəfindən müvafiq lisenziya verildiyindən (surəti iş materiallarında olan Təhsil Nazirliyinin x xxxxxxx 2016-cı il tarixli 01-11-382/14 saylı məktubundan məlum olur), lisenziyanın olmadığı 2009-cu ildən əvvəlki dövrdə həmin Universitetin fəaliyyəti q anunsuz qiymətləndirilə bilməz. 8. 1-ci instansiya məhkəməsi qeyd olunanlara, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı Bakı İslam Universitetini 2012-ci ildə müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə göndərilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan halı kimi qiymətləndirilməlidir.

9. Həmin qətnamədən narazı qalan cavabdeh Nazirlik ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edi lməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 sentyabr 2019cu il tarixli nömrəli qərarı ilə (sədrlik edən Ü.Mayılov, hakimlər M.Tağızadə və V.Ağayev; iş № 2-2(103)-1909/2019) cavabdeh Nazirliyin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının ləğv edilmiş; iddianın təmin edilməməsi qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilənlərə görə, Bakı İslam Universiteti tərəfindən 2014-cü ilədək məzunlara verilmiş diplomlar dövlət nümunəli sənədlər olmamışdır. Belə ki, həmin dövrədək Bakı İslam Universitetinin fəaliyyəti qanuni olmadığından Təhsil Nazirliyi tər əfindən Universitetə dövlət nümunəli diplom blankları verilməmişdir.

12. İddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna səbəb isə iddiaçının 2006-cı ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır.

13. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçıya xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir.

14. Həmin qərardan narazı qalan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarı ləğv edib iddianı təmin edən qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, “Təhsil haqqında” Qanunun 16-cı maddəsinə əsasən, özəl təhsil müəssisələrinə xüsusi ra zılıq (lisenziya) 5 il müddətinə verilir. Təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir.

16. Bakı İ slam Universiteti ali təhsil müəssisəsi kimi yaranmuş, lakin dövlət qeydiyyatına 2009-cu ildə alınmışdır. Universitetin dövlət qeydiyyatına iddiaçı, ora daxil olduğu vaxt yox, 2 il sonra alınması onun həmin universitetdən aldığı xx.xx.2012-ci il tarixli 2369 N-li diploma xələl gətirə bilməz. Həmin diplom qanunsuz idisə, nə üçün Təhsil Nazirliyi dövlətin onun üzərinə qoyduğu vəzifələrə əməl edib, bu barədə tədbir görmürdü? Tələbə fəaliyyətdə olan hər hansı universitetə daxil olarkən universitetin dövlət qeydiyyatına alınıbalınmamasını, lisenziyasının olub-olmamasını soruşmur.

17. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Əgər təhsil müəssisəsi dövlətin və təhsilə cavabdeh olan Nazirliyin gözü qarşısında fəaliyyət g östərirsə, aidiyyəti dövlət orqanları onun fəaliyyətini qəbul edib, vergi reyestrinə salıb vergi ödəyicisi kimi tanıyırsa (ondan vergi qəbul edirsə), ona lisenziyanı sonradan düzəltməyə imkan verirsə, uzun illər onun xalq və dövlət üçün mühüm olan açıq-aşkar fəaliyyətə dözürsə, deməli, həmin universiteti ali təhsil ocağı kimi tanıyır.

18. Bakı İslam Universitetində təhsil prosesinin təşkili, maddi-texniki bazası, təhsil proqramları, kadr potensialı, maliyyə resursları və təhsil infrastrukturu qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğun olmasaydı, onu akkreditasiya etməz, hüquqi təminat verməzdilər. Vermişlərsə, deməli, universitet gec qeydiyyata alınmasına baxmayaraq ali təhsil müəssisədidir və dövlət onun fəaliyyətinə dözməyi lazım bilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı hər hansı yazılı etiraz ərizəsi təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. Tərəflər arasında mübahisəli hüquq münasibələri yarandığı dövrdə qüvvədə olana “Təhsil Qanunu”nun 5-ci maddəsinə əsasən, Azərbayc an Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. 21. xx.xx.1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddənin 1-ci hissəsinin x xxxx 1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, dini idarələr və mərkəzlər özlərinin qeydə alınmış nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq ruhanilər və dini ixtisaslar üzrə digər xadimlər hazırlanması üçük dini tədris müəssisələri yaratmaq hüququna malikdirlər. Dini tədris müəssisələri bu Qanunla müəyyən edilmiş qaydada qeydə alınan öz nizamnamələrinə (əsasnamələrini) müvafiq surətdə fəaliy yət göstərirlər.

22. Həmin maddənin x xxx 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş ikinci hissəsinə görə, dini tədris müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər.

23. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin x xxxx 1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına uyğun olaraq dini idarələr, mərkəzlər, dini qardaşlıqlar, dini tədris müəssisələri qeydə alınmaq üçün Azərbaycan Respublikasının müvafiq dini işlər idarəsinə nizamnamə (əsasnamə) təqdim edirlər. 24.. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasə n, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

25. Həmin Məcəllənin 91-ci maddəsinə müvafiq olaraq Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Həmin Məcəllənin 94.1-ci maddəsinə görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ap ellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

27. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübah isələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

31. Apelyasiya instansiya məhkəməsi 1-ci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq iddia tələbini ona görə rədd etmişdir ki, Bakı İslam Universiteti 1998-ci il tarixdə lisenziya almaq üçün Təhsil Nazirliyinə müraciət etmədiyi ndən onun fəaliyyəti qanunsuz olmuşdur.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2007-2012-ci illərdə təhsil almışdır. İş materiallarına əsasən, X3 xx.xx.1991-ci il tarixli 02 nömrəli əmri ilə SSRİ Ali Sovetinin xx.xx.1990-cı il tarixli “Vicdan azadlığı və dini təşkilatlar haqqında” Qanununun 11ci maddəsinə əsasən Bakı İslam Mədrəsəsinin bazasında Bakı İslam İnstitutu yaradılmışdır.

33. Azərbaycan Respublikası Prezidentinin “Bakı İslam İnstitutu tələbələrinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” xx xxxxxx 1992- ci il tarixli 252 saylı sərəncamı ilə 1993-cü il yanvar ayının 1-dən Bakı İslam İnstitutu tələbələrinə Azərbaycan Respublikası Prezidentinin Fondundan hər ay əmək haqqının minimum məbləğinin bir misli həcmində təqaüd verilməsi qərara alınmışdır. 34. 17.03.1997-ci il tarixdə X5 Bakı İslam Universitetinin X1 İdarəsi tərəfindən təsdiq edilmiş və elə həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Universitetə Dövlət qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. 35. 20.10.1997-ci il tarixdə Universitet Statistika Komitəsi tərəfindən Dövlət Reyestrinə daxil edilmiş, “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” Şəhadətnamə verilmişdir.

36. Bakı İslam Universiteti xx.xx.2002-ci il tarixdə ali dini tədris müəssisəsi kimi təkrar qeydiyyatdan keçərək X9 üzrə Dövlət Komitəsi tərəfindən ona dövlət qeydiyyatı haqqında 135 nömrəli şəhadətnamə verilmişdir. 37. 26.08.2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə 5 illik lisenziya verilmişdir.

38. Apelyasiya instansiya məhkəməsi Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 1998-ci il 12 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2 və 1.3-cü bəndlərinə istinad edərək, Bakı İslam Universitetinin lisenziya almadan fəaliyyət göstərdiyini qeyd etsə də, iddiaçının 2007-2012-ci illərdə təhsil almasını nəzərə almamışdır. Belə olan halda isə, hazırkı iş üzrə iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericilik normalarının tələbləri baxımından iş üzrə sübutlara və işin faktiki hallarına qiymət verilməli idi.

39. Həmçinin təhsil aldığı dövrün bir hissəsinin Universitetin qanuni (lisenziyalı) fəaliyyət dövrünə təsadüf etməsi halına da qiymət verilməmişdir.

40. Bundan əlavə, dini tədris m üəssisələrinin fəaliyyətinin lisenziya əsasında həyata keçirilməli olmasına dair imperativ norma x xxx 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dini etiqad azadlığı haqqında” Qanunun 12-ci maddəsinə əlavə edilmişdir. Lakin qeyd olunan hallar işə baxan apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. 41.. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

42. Həmin Məcəllənin 12.2-ci maddəsinə müvafiq olaraq məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses i ştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

43. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

44. Həmin Məcəllənin 68.1-ci maddəsinə uyğun olaraq məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

45. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Ona görə də, məhkəmə kollegiyası hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdır.

47. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir.

48. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar