Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-4/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: iddianın geri götürülməsi, icraata xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklikləri nəzərə alınmaqla, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-134/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1954-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır.
2. İddiaçı 1970-ci ilin sentyabr ayından 1971-ci ilin yanvar ayına kimi Ağcabədi rayonunun Hüsülü pambıq tədarükü məntəq əsində fəhlə, 1971-1975-ci illərdə Ağdam rayonunun “26 Komissar” kolxozunda kolxozçu, hüquq məsləhətçisi işləmiş, 1975-ci ilin noyabr ayından 1977-ci ili noyabr ayına kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, 1977-ci ilin dekabr ayından 1978-ci ilin iyun ayına kimi Ağdam rayonunun “26 Komissar” kolxozunda hesabat işçisi, 1978-ci ilin iyul ayından 1982-ci ilin iyun ayına kimi Ağdam rayon notariat kontorunda baş dövlət notariusu, 1982-ci ilin iyun ayının 20-dən 1985-ci ilin fevral ayının 24-nə kimi Xaçmaz rayon Xalq hakimi, 1985-ci ilin fevral ayının 24-dən 1987-ci ilin iyun ayının 21-nə kimi Ağsu rayon Xalq hakimi, 21 iyun 1987-ci ildən 21 iyul 2000-ci ilə kimi Salyan rayon məhkəməsinin sədri, 21 iyul 2000-ci ildən 2019-cu ilin dekabr ayının 29-na kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləmişdir. O, 63 yaşında, yəni 2017-ci il tarixdə əmək pensiyasına çıxmış, lakin ona əmək pensiyasının düzgün hesablanmadığına istinad edərək cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdehin iddiaçıya ünvanlandığı 28 iyun 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 685.69 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən onun pensiyanın məbləği 746.52 manat təşkil edir. Dövlət qulluğu vəzifəsindən azad olunduqdan sonra pensiyasının yenidən hesablanmasına baxılacaqdır.
4. Daha sonra iddiaçı ona pensiyanın yenidən hesablanması ilə bağlı xx.xx.2019cu il tarixdə cavabdeh inzibati orqana müraciət etsə də, həmin müraciətə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinc i instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmaqla, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(112)-2303/2020 nömrəli qərarı ilə (hakim: P.A.Hüseynov) iddiа təmin edilmiş, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci il tarixdə n edilmiş dəyişikliklər nəzərə alınmaqla, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-134/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova - sədrlik edən və məruzəçi, V.M.Məmmədov və N.Ş.Cəfərov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2-1(112)-2303/2020 nömrəli qərarı dəyişdirilmiş, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının “Əmək pensiy aları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmaqla, xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin işə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 55.3 Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olar aq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5 İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, ərizə aşağıdakı səbəblərə görə təmin olunmalıdır.
13. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərə findən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir.
14. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsi ni təmin edir.
15. Bununla yanaşı iddiaçıya izah edilir ki, iddiadan imtinadan fərqli olaraq iddianın geri götürülməsi şəxsin eyni tələblə yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.
16. Yuxarıda göstərilənlərə və İPM-in 55.5, 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Qərardad qətidir.