Məhkəmə qərarları › İş №2-1(102)-4/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-4/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-4/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MTK) iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə qərarı hüquqi qüvvəyə mindikdən sonra üçüncü şəxsin cəlb edilməsinə dair qərardaddan verilmiş apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MTK ) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1735/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kv.m. torpaq sahəsinin on un adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2017-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kv.m. torpaq sahəsinin İddiaçı adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq vahid çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Ko mitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. 3. "xxxx" Mənzil Tikinti Kooperativi xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilərək onun üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1466/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.

6. Bundan sonra, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadından apelyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1735/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina olunmuşdur.

8. Apelyasiya instansiya məhkəməs i qeyd etmişdir ki, AR İPM-in 28.4-cü maddəsinin dispozisiyasından da göründüyü kimi, inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməməsi imperativ qaydada müəyyənləşdirilmişdir. Eyni zamanda, qanunvericilikdə belə bir imkan mövcud olsaydı belə, iş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı xx.xx.2021-ci il tarixdə İddiaçı Rəhimağa qızının ünvanına göndərilmiş, lakin apelyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci ildə daxil olmuşdur.

9. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA Q ARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

10. Kassasiya şikayətinin dəlillərinə əsasən mübahisələndirilən qərardadın nəticə hissəsində şikayət vermə hüququnun mövcudluğu təsbit edilmişdir. Bundan əlavə, mübahisələndirilən qərardad iddiaçının müraciətindən sonra ona xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarı 13. “Azərbaycan R espublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarı 14. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli Qərardadı

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qis mən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, qərardad ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

19. Hazırkı iş üzrə kassasiya icraatının predmetini üçüncü şəxsin icraata cəlb edilməsi və icraatın təzələnməsi ilə bağlı qərardaddan şikayətin verilməsinin mümkünlüyü təşkil edir. Başqa sözlə, iddiaçı hazırkı halda məhkəməyə müraciət etmək hüququnun pozulmasını mübahisələndirir.

20. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə üçüncü şəxslərin məhkəmə icraatına cəlbi ilə bağlı prosessual institutun xüsusiyyətlərinin nəzərdən keçirilməsini zəruri hesab edir. inzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakının məqsədi

21. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı mad dəsinin İ və İİİ hissələrinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqla rın məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

22. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və m əhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlbinin fərqləndirilməsi

23. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları ü çüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

24. Sözügedən maddənin tələbinə görə üçüncü şəxslərin məhkəmə icraatına cəlbi məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər mümkündür. Bununla belə, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarı ilə İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxsin Azərbaycan Respublikası K onstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxsə, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə imkanı yaradılmışdır.

25. Beləliklə, üçüncü şəxslərin məhkəmə icraatına cəlbi həm birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarın qanuni qüvvəyə minməsinə qədər və ya icraatın davam etdiyi işin yuxarı instansiya məhkəmələrinin icraatında olduğu müddətdə, həm də məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra mümkündür. inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlbi ilə bağlı qərardaddan şikayət vermə imkanı

26. İnzibati Prosessual Məcəllənin 28.3 və 28.4-cü maddələrinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardad qəbul edir və həmin qərardaddan şikayət verilə bilməz. Qeyd edilən müddəa Məcəllənin 28.1-ci maddəsi ilə bağlıdır. Başqa sözlə, Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə üçüncü şəxsin cəlbi barədə qərardad qəbul edildiyi zaman, həmin qərardaddan şikayət verilməsinin mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu vəziyyətə daha da aydınlıq gətirilməsi məqsədi ilə qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin qəbulu zamanı qanunvericinin niyyəti məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə üçüncü şəxsin cəlbinin mümkünlüyünü təmin etmək idi. Yəni, qanunverici məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxsin cəlbi ilə bağlı prosessual imkan nəzərdə tutmamış, bununla da, İPM-nin 28.4-cü maddəsindəki məhdudlaşdırıcı normanı prosessual qənaət baxımından təsbit etmişdir. Lakin, yuxarıda qeyd edildiyi kimi, Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarı ilə üçüncü şəxslərin cəlbi ilə bağlı prosessual imkanlar genişləndirildiyindən, İPM-in 28.4-cü maddəsinin yeni vəziyyətə tətbiqi, yəni məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin cəlbinə dair qərardadlardan şikayət verilməsi halı yaranmışdır. Belə ki, istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd olunan məsələ ilə bağlı açıq bir göstəriş nəzərdə tutulmamışdır.

27. Odur ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin cəlbinə dair məhkəmə qərardadından şikayət verilməsinin mümkünlüyü məsələsinə aydınıq gətirilməlidir. 28. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli X3 Məhkəməsinin və Avropa Məhkəməsinin təcrübəsinə istinadən qeyd edilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi qanunvericilikdə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilə bilər, lakin məhkəmələr həmin prosessual normaları qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq etməlidirlər. Bu zaman məhkəmələr həmin normaları elə tətbiq etməlidirlər ki, bir tərəfdən məhkəmə araşdırmasının ədalətliliyini pozan hədsiz formalizmdən, digər tərəfdən isə qanunla nəzərdə tutulan prosessual müddəaları heçə endirən hədsiz yum şaqlıqdan uzaq olsunlar. (İspaniya Konstitusiya Məhkəməsinin 19 dekabr 1994-cü il tarixli 331/1994 saylı qərardadı)... Məhkəməyə müraciət etmək hüququ o vaxt pozulur ki, qanunvericiliyin müddəaları hüquqi müəyyənlik prinsipinin, habelə ədalət mühakiməsinin lazımınca həyata keçirilməsinin məqsədlərinə artıq xidmət etmir və iddiaçının öz işinə səlahiyyətli məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasının qarşısını alan maneə kimi çıxış edir (Eşim Türkiyəyə qarşı iş üzrə 17 sentyabr 2013-cü il tarixli Qərar, § 21)... İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüs usiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyrimüəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X6rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X4 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-cü il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34).

29. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, sözügedən qərardadı mübahisələndirməyə yol verən və ya qadağan edən İPM-in normalarının tam aydın göstərilməməsi, həmin hüquqi məsələnin məhkəmə təfsiri vasitəsilə həll edilməsini istisna etməməlidir.

30. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin cəlbinə dair məhkəmə qərardadından şikayət verilməsinin mümkünlüyü məsələsinə məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasının legitim məqsədləri və belə məhdudiyyətin mütənasibliyinin, o cümlədən hüquqi müəyyənlik prinsipi (onun tərkibində məhkəmə qərarlarının stabilliyi prinsipi) ilə balansının təhlili vasitəsilə qiymət verilməlidir. a) hüquqi müəyyənlik prinsipi və məhkəmə qərarlarının stabilliyi barədə

31. Qeyd edilməli dir ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli hüquqların müdafiəsi inzibati prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməli, yəni şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminatın həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirməməlidir.

32. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stab illiyini və tarazlığını pozmamalıdır.

33. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı).

34. Qərarda həmçinin Konstitusiya Məhkəməsinin Plenumu prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərl ə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. b) məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin cəlbinə dair məhkəmə qərardadından şikayət ver ilməsinin mümkünlüyü

35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası o nəticəyə gəlir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin icraata cəlb edilməsi barədə vəsatət verə bilməsinin mümkünlüyü Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət hüququnun tərkib hissəsi kimi çıxış etsə də, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxslərin icraata cəlb edilməsi barədə məhkəmə qərardadından şikayət verilməsi imkanının məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinə və mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.

36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunulan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər.

37. Göründüyü kimi, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunulan şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi o halda mümkündür ki, qəbul edilmiş məhkəmə qərarı ilə həmin şəxsin hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulsun. Başqa sözlə, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunulan şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsinin həlli zamanı işə baxan məhkəmə hüquqların və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulması halını araşdırmalıdır. Araşdırma nəticəsində müsbət nəticəyə gəlindiyi halda isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı (bir çox hallarda isə artıq icra edilmiş) ləğv edilir. Bu zaman, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbləri təmin edilmiş şəxsin üçüncü şəxsin cəlbi ilə bağlı qərardaddan dərhal şikayət verə bilmə imkanının yaradılması, yuxarı instansiya məhkəmələri tərəfindən ağlabatan müddətlərdə aşağı instansiya məhkəmələrinin məhkəmə araşdırmalarının və gəldikləri nəticələrin qanuniliyini yoxlamağa, o cümlədən əsassız olaraq qanuni qüvvədə olan məhkəmə qərarının ləğvinin qarşını almağa xidmət edir ki, bu hal hüquqi müəyyənlik prinsipinin və mübah isə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinin təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, bu vəziyyətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbləri təmin edilmiş şəxsin qərarın ləğv edilməməsinə dair maraqlarının qorunması və həmin marağın təmin edilməsi mexanizmi kimi şikayət vermə hüququnun tanınması həm də mahiyyəti üzrə araşdırma tələb edən əsassız məhkəmə proseslərinin aparılması zərurətini aradan qaldırır ki, bu da məhkəmə yükünün süni şəkildə artmasının qarşısını alır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə üçüncü şəxslərin məhkəmə icraatına cəlbi ilə bağlı çıxarılmış qərardaddan şikayət verilməsi imkanı təmin edilməlidir. Bu hüququn tanınmaması məhkəməyə müraciət etmək hüququnun və hüqu qi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarar, iddiaçının öz işinə səlahiyyətli məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasının qarşısını alan maneə kimi çıxış edər və ədalət mühakiməsinin lazımınca həyata keçirilməsinin məqsədlərinə zidd vəziyyət yaratmış olar. İPM-in 28.4-cü maddəsində nəzərdə tutulmuş norma icraatı davam edən, yekunlaşmamış işlərə münasibətdə tətbiq edilməli norma kimi qəbul edilməlidir.

39. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə üçüncü şəxslərin məhkəmə icraatına cəlbi ilə bağlı çıxarılmış qərardaddan şikayət verilməsi imkanı İPM-in 83.3 və İPM-in 1.2 və MPM-in 364.2-ci maddələrinin normaları baxımından da yolveriləndir. Belə ki, İPM-in 83.3-cü maddəsi müstəqil qaydada şikayət verilə bilməyən qərardadların sırasında bu qərardadı nəzərdə tutmamışdı r. MPM-in 364.2-ci maddəsi isə oxşar münasibətləri tənzimləyən norma kimi belə qərardadlardan şikayət verilə biləcəyini aşkar şəkildə təsbit edir.

40. Bununla yanaşı, işə baxan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin həm də müddətlə bağlı prosessual tələblərin pozulması ilə təqdim edildiyi halından çıxış etmiş və bu zaman iddiaçının mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadının xx.xx.2021ci il tarixdə İddiaçı Rəhimağa qızının ünvanına göndərilməsinə, lakin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci ildə daxil olmasına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, x x.xx.2021-ci il tarixli qərardadının xx.xx.2021-ci il tarixdə İddiaçı Rəhimağa qızının ünvanına göndərilsə də, iş materiallarında həmin qərardadın ona təqdim edilməsinə dair sübut mövcud deyildir. Odur ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən İPM-nin 12.1 və 58.7-ci maddələrinin tələbləri pozulmaqla apellyasiya şikayətinin mümkünlüyü məsələsinə qiymət verilmişdir. 41.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1735/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzib ati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MTK) iş üzrə 1 mart 2023-cü il tarixli, 2-1(102)4/2023) qərarına dair Hakim Səyyad Kərimovun Xüsusi rəyi Mübahisəyə dair işin qısa xülasəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2017-cı il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və həmin binanın yerləşdiyi 705,7 kv.m. torpaq sahəsinin İddiaçı adına vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq vahid çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilərək onun üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativinin ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4404/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına üçüncü şəxs qismin də cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1466/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Bundan sonra, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-4404/2017 saylı, xx.xx.2021-ci il tarixli qərardadından apelyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1735/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina olunmuşdur. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 28.4-cü maddəsinin dispozisiyasından göründüyü kimi, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməməsi imperativ qaydada müəy yənləşdirilmişdir. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası 3-cü şəxs qismində cəlb etmə barədə qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1735/2022 nömrəli, 20 may 2022-ci il tarixli qərardadını ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbləri təmin edilmiş şəxsə üçüncü şəxsin cəlbi ilə bağlı qərardaddan dərhal şikayət verə bilmək imkanının yaradılması, yuxarı instansiya məhkəmələri tərəfindən ağlabatan müddətlərdə aşağı i nstansiya məhkəmələrinin məhkəmə araşdırmalarının və gəldikləri nəticələrin qanuniliyini yoxlamağa, o cümlədən əsassız olaraq qanuni qüvvədə olan məhkəmə qərarının ləğvinin qarşını almağa xidmət edir. Bu hal həm də hüquqi müəyyənlik prinsipinin və mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinin təmin olunması məqsədlərinə xidmət edir. Belə ki, bu vəziyyətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbləri təmin edilmiş şəxsin qərarın ləğv edilməməsinə dair maraqlarının qorunması və burada həmin marağın təmin edilməsi mexanizmi kimi şikayət vermə hüququnun tanınması həm də mahiyyəti üzrə araşdırma tələb edən əsassız məhkəmə proseslərinin aparılması zərurətini aradan qaldırır ki, bu da məhkəmə yükünün süni şəkildə artmasının qarşısını alır. Beləliklə, məhkəmə kolleg iyası hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə üçüncü şəxslərin məhkəmə icraatına cəlbi ilə bağlı çıxarılmış qərardaddan şikayət verilməsi imkanı təmin edilməlidir. Bu hüququn tanınmaması məhkəməyə müraciət etmək hüququnun və hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarar, iddiaçının öz işinə səlahiyyətli məhkəmə tərəfindən mahiyyəti üzrə baxılmasının qarşısını alan maneə kimi çıxış edər və ədalət mühakiməsinin lazımınca həyata keçirilməsinin məqsədlərinə zidd vəziyyət yaratmış olar. İPM-in 28.4-cü maddəsində nəzərdə tutulmuş norma icraatı davam edən, yekunlaşmamış işlərə münasibətdə tətbiq edilməli norma kimi qəbul edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə üçüncü şəxslərin məhkəmə icraatına cəlbi ilə bağlı çıxarılmış qəra rdaddan şikayət verilməsi imkanı İPM-in 83.3 və 1.2-ci və MPM-in 364.2-ci maddələrinin normaları baxımından da yolveriləndir. Belə ki, İPM-in 83.3-cü maddəsi müstəqil qaydada şikayət verilə bilməyən qərardadların sırasında bu qərardadı nəzərdə tutmamışdır. MPM-in 364.2-ci maddəsi isə oxşar münasibətləri tənzimləyən norma kimi belə qərardadlardan şikayət verilə biləcəyini aşkar şəkildə təsbit edir. Məhkəmə kollegiyasının qeyd olunan yanaşması ilə aşağıdakı səbəblərdən razı deyiləm:

1. İPM-in 28-ci maddəsində nəzərdə tutulmuş prosessual institutun mahiyyəti və məqsədi baxımından İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsi 3-cü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı prosessual institutun tətbiqi qaydasını və əsaslarını tənzimləyir. Həmin normalar iş üzrə məhkəmə qərar ı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya maraqlarına toxunulduğunu iddia edən şəxslərin vəsatəti əsasında onların üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi imkanını nəzərdə tutur. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. İstinad olunan normalarda təsbit edilmiş qaydanın yalnız qanuni qüvvəyə minməmiş məhkəmə qərarlarına münasibətdə tətbiqi imkanının nəzərdə tutulmasına rəğmən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarında müvafiq qaydanın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunulan və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxslərə münasibətdə də (onların hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda) tətbiqi imkanı tanımışdır. Hazırkı mübahisəyə münasibətdə 3-cü şəxs məhz Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən məhkəmə icraatına cəlb olunmuşdur. Bununla belə, hazırkı icraat çərçivəsində bir tərəfdən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunulan şəxsə İPM-in 28-ci maddəsinin tələblərinə rəğmən müstəsna hal kimi 3-cü şəxs qismində cəlb olunma imkanı yaradılır, digər tərəfdən isə eyni zamanda İPM-in 28.4-cü maddəsinin ziddinə olaraq barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı ləğv edilmiş tərəfə həmin 3-cü şəxsin cəlb edilməsi barədə qərardaddan şikayət vermək imkanı tanınır. Qeyd edilməlidir ki, həm 3-cü şəxs qismində cəlb olunan şəxsə, həm də tərəfə-yəni maraqları toqquşan şəxslərə biri-birini inkar edən imkanların eyni zamanda tanınması İPM-in 28-ci maddəsində nəzərdə tutulmuş prosessual institutun mahiyyətinə və məqsədinə ziddir. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən həmin prosessual institut vasitəsilə üçüncü şəxslərə məhkəmə qərarının qəbulu prosesində öz hüquqi maraqlarını qorumaq imkanı təmin olunur. Bu mənada 3-cü şəxs qismində cəlbetmə institutu ik i məqsədə xidmət edir. Bir tərəfdən, həm mübahisə tərəflərinin, həmdə 3-cü şəxslərin hüquqi maraqlarının müdafiəsi, yəni məhkəmə tərəfindən mübahisəli məsələnin həm tərəflərin, həm də məhkəmə qərarı ilə maraqlarına toxunulan və ya toxunula bilən 3-cü şəxslərin hüquqi maraqları nəzərə alınmaqla həll edilməsi təmin olunur. Hüquqi maraqların, o cümlədən 3-cü şəxslərin hüquqi maraqlarının nəzərə alınması obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir. Digər tərəfdən isə, növbəti hüquqi mübahisənin qarşısını almaq, gələcəkdə növbəti yaxud da paralel məhkəmə işinin yaranması imkanını (xüsusilə də 3-cü şəxsin şikayəti və ya iddiası üzrə), eləcə də ziddiyyətli yaxud da fərqli məhkəmə qərarlarının qəbul olunmasını istisna etmək üçün mübahisəyə baxılmasının nəticələrinə dair qəbul olunm uş məhkəmə qərarının hüquqi qüvvəsinin həmçinin 3-cü şəxslərə də şamil olunması təmin edilir. Bu baxımdan qanunverici bu institut vasitəsi ilə məhkəməyə yalnız tərəflərə münasibətdə deyil, həm də onun yekun qərarı ilə hüquqlarına və maraqlarına toxunulan və ya toxunula bilən 3-cü şəxslərə münasibətdə vahid məhkəmə qərarının qəbul edilməsinin zəruri olduğu hallarda həmin 3-cü şəxsləri məhkəmə icraatında iştiraka cəlb etməyə imkan yaradır. Beləliklə də, mübahisə vahid məhkəmə icraatı çərçivəsində həll olunur və həm tərəflərə, həm də 3-cü şəxslərə münasibətdə vahid məhkəmə qərarının qəbul edilməsi təmin olunur və bunun üzərindən həmin qərar prosesin bütün iştirakçılarına, o cümlədən 3-cü şəxslərə münasibətdə də məcburi xarakter daşıyır. Bu qayda prosessual qənaət və məhkəmə araşdırmasının səm ərəliliyi prinsiplərinin tələblərindən də irəli gəlir. Qeyd olunmalıdır ki, İPM-in 28-ci maddəsində nəzərdə tutulmuş prosessual institutun məqsədləri baxımından nəzərə almaq lazımdır ki, şəxsin İPM-in 28-ci maddəsi qaydasında 3-cü şəxs qismində icraata cəlb olunmaması məhkəmə qərarı ilə onun hüquqlarının pozulduğu təqdirdə məhkəmədə müstəqil iddia qaldırmaq və məhkəmə müdafiəsindən istifadə etmək imkanının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbləri təmin edilmiş şəxsə üçüncü şəxs qismində cəlbetmə barədə məhkəmə qərardadından şikayət vermək imkanının yaradılması baxımından İlk öncə nəzərə almaq lazımdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı üçüncü şəxs qismində cəlbetmə barədə məhkəmə qərardadı ilə deyil, icraatın təzələnməsi ba rədə qərardadla ləğv olunur. Bu mənada icraatın təzələnməsi barədə qərardad iddia üzrə məhkəmə icraatının başlanılması anlamında qəbul edilməlidir. Başqa sözlə, iş üzrə məhkəmə icraatının təzələnməsi barədə qərardad qəbul edildikdən və həmin qərardadla qanuni qüvvəyə minmiş məhkəmə qərarı ləğv olunduqdan sonra məhkəmə üçüncü şəxs qismində cəlbetmə barədə qərardad çıxarır. Yəni üçüncü şəxs qismində cəlbetmə barədə qərardad icraatın təzələnməsinin səbəbi qismində nəzərdən keçirilməlidir və qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğvinə yönəlmiş və bunun üzərindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbləri təmin edilmiş şəxsin hüquqlarının pozulmasına səbəb olan qərardad kimi qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, proses iştirakçısına üçüncü şəxs qismində cəlbetmə barədə qərard addan şikayət vermə hüququnun tanınmaması onun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması kimi də təfsir oluna bilməz. Nəzərə almaq lazımdır ki, həmin şəxs məhkəmə icraatının tərəfi kimi, hazırkı mübahisəyə münasibətdə iddiaçı kimi artıq məhkəməyə müraciət hüququndan istifadə etmişdir və üçüncü şəxs qismində cəlbetmə barədə qərardad tərəf statusuna malik olan iddiaçının hər hansı hüququnu məhdudlaşdırmaq imkanına malik deyildir. Bundan əlavə, tələbləri təmin olunmuş şəxsə münasibətdə qərarın ləğv olunması təzələnmiş icraatın nəticələri üzrə həmin şəxsə münasibətdə mütləq fərqli və neqativ qərarın qəbulu ediləcəyi anlamına gəlməməlidir. Bu zaman həmçinin şəxsin tələbinin qanuna əsaslandığına və qanundan irəli gəldiyinə görə məhkəmə qərarı ilə təmin olunduğu da nəzərə alınmalıdır. 3. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqe baxımından Hazırkı mübahisəyə münasibətdə Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs, hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilə bilər. Yəni Konstitusiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunulan şəxsin i nzibati məhkəmə icraatına cəlb olunması ilə bağlıdır və həmin qərarın təsiri bu məsələnin həlli ilə məhdudlaşır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında Azərbaycan Respublikasının Milli Məclisinə yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi tövsiyə edilmişdir. Bununla yanaşı istinad olunan qərarla tövsiyə edilən məsələ qanunvericilik qaydasında həll edilənədək, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadl ıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxsə, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə imkanı yaradılmışdır. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun qərarı yalnız qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə münasibətdə təfsir və tətbiq olunmalıdır. Başqa sözlə, həmin qərara istinadən əlahiddə olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunu lan şəxsin inzibati məhkəmə icraatına cəlb olunması ilə bağlı məsələ həll edilə bilər. Həmin şəxsin cəlb olunması barədə qərardadın qəbulundan sonra inzibati məhkəmə icraatı ilə bağlı bütün prosessual hərəkətlər, o cümlədən cəlbetmə qərarından şikayət verilməsi qüvvədə olan inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. İnzibati Prosessual Məcəllənin 28.3 və 28.4-cü maddələrinə görə, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardad qəbul edir və həmin qərardaddan şikayət verilə bilməz. Hesab edirəm ki, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardaddan şikayət verilməsinin qadağan edilməsi ilə bağlı İPM-in 28.4-cü maddəsində təsbit olunmuş həmin qayda təkcə maraqlarına toxunulan şəxsin İPM-in 2 8.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə üçüncü şəxs qismində cəlb edilməsi barədə qəbul olunmuş qərardada münasibətdə deyil, həm də heç bir fərqləndirmə aparmadan Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra üçüncü şəxs qismində cəlbetmə barədə qəbul olunmuş qərardada münasibətdə tətbiq olunmalıdır. Həmin qərardadlardan şikayət vermə imkanına münasibətdə fərqli qaydanın tətbiqi nə İPM-in istinad olunan müddəalarından, nə də Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarından irəli gəlmir. Bununla bağlı nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin Plenumu 3-cü şəxs qismində cəlb etmə barədə qərarda ddan şikayət vermə imkanının yaradılmasını zəruri hesab etsəydi, öz qərarında mütləq İPM-in 28.4-cü maddəsində təsbit olunmuş qadağanın qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin 3-cü şəxs qismində cəlb olunması barədə qərardada münasibətdə tətbiqinin istisna edilməsi ilə bağlı məsələnin tənzimlənməsini də Milli Məclisə tövsiyə edər və tövsiyə edilən məsələ qanunvericilik qaydasında həll edilənədək İPM-in 28.4-cü maddəsində təsbit edilmiş qaydanın fərqli təfsirini verər və belə hallarda cəlbetmə barədə qərardadlardan şikayət vermə imkanını tanıyardı.

4. Hüquqi müəyyənlik prinsipinin və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinin təmin olunması baxımından Hüquqi müəyyənlik və ya hüquqi təhlükəsizlik yaxud da hüquqi sabitlik prinsipi prosessual anlamda qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həll olunmuş mübahisəyə yenidən baxılması imkanının istisna olunmasını ehtiva edir (qanunla nəzərdə tutulmuş xüsusi hüquqi müdafiə vasitələrinin tətbiqi ilə bağlı hallar istisna olunmaqla). Bu mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbləri təmin edilmiş şəxs tərəfindən həmin qərarla maraqlarına toxunulan şəxsin məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi ilə bağlı qərardaddan şikayət verilməsi imkanının tanınması hüquqi müəyyənlik (hüquqi təhlükəsizlik yaxud da hüquqi sabitlik) prinsipinin və bu rəyin 1-ci bəndində qeyd olunan institutun məqsədləri baxımından əsaslandırıla bilməz. Eləcə də, İPM-in 28.4-cü maddəsində təsbit olunmuş qadağanın qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mara qlarına toxunulan şəxsin məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi ilə bağlı qərardada münasibətdə tətbiqi qeyd edilən məqsədlər baxımından istisna oluna bilməz.

5. İPM-in 83.3-cü, 1.2-ci və MPM-in 364.2-ci maddələri baxımından qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi ilə bağlı qərardaddan şikayət verilməsi imkanının mümkünlüyü İPM-in 28.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya görə, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Yəni qanunverici üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadından şikayət verilməsi ilə bağlı məsələni xüsusi normada ayrıca olaraq tənzimləmişdir. Xüsusi normada tənzimlənmi ş həmin məsələnin İPM-in 83.3cü maddəsində yenidən tənzimlənməsi və İPM-in 28.4-cü maddəsində şikayət verilə bilməyən statusu müəyyən olunmuş qərardadın təkrarən müstəqil qaydada şikayət verilməsi qadağan olunan qərardadların siyahısını müəyyən edən İPM-in 83.3-cü maddəsində yenidən nəzərdə tutulması qanunvericilik texnikası baxımından məqsədəuyğun sayıla bilməz. Nəzərə almaq lazımdır ki, qanunverici üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadlarının mübahisələndirilməsi imkanına münasibətdə öz iradəsini İPM-in 28.4-cü maddəsində aşkar və qəti şəkildə ifadə etmişdir. Odur ki, İPM-in 83.3-cü, 1.2-ci və MPM-in 364.2-ci maddələri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi ilə bağlı qərardaddan şikayət verilməsinin mümkünlüyünə haqq qazandıran mənada təfsir oluna bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar