Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-4/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən ödəmə mənbəyində tutulan vergi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin (VÖEN: ********* *) cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 2-1(103)-191/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********481600 nömrəli qərarla iddiaçıya 2021-ci ilin 3-cü rübü üzrə 28333,33 manat əlavə vergi məbləği hesablanmışdır.
2. Həmin qərarda qeyd edilmişdir ki, 2021-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli Əlavəsin ə əsasən 2021-ci ilin 3-cü rübü ərzində iddiaçı tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə ("xxxx" Şirkətinə) 283333,33 manat ödəniş edildiyi, lakin 1603.2-ci (qeyri-rezidentin Azərbaycan Respublikasında dividend gəlirləri) sətrində göstərilməsinə baxmayaraq, aparılmış ödənişlərin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətri üzrə vergiyə cəlb edilmədiyi müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzi bati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********481600 nömrəli qərarın ləğv edilməsi, 28333,33 manatın onun şəxsi hesab vərəqəsinə qaytarılması və hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 2010 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2021-ci ilin üçüncü rübü üzrə xx.xx.2021-ci il tarixdə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə cavabdeh tərəfindən kameral yoxlama nəticəsində xx.xx.2021-ci il tarixli, **********481600 nömrəli qərarla 28333,33 manat əlavə vergi hesablanmışdır. Göstərilən qərarda əlavə verginin hesablanmasının əsası kimi 2021-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli Əlavəsinə əsasən "xxxx" şirkətinə (Rezident olduğu ölkənin adı - Britaniya Vircin adaları) 283333,33 manat ödəniş edildiyi, 1603.2-ci (qeyri-rezidentin Azərbaycan Respublikasında dividend gəlirləri) sətrində göstərilməsinə baxmayaraq, həmin ödənişin 1608.5-ci sətir üzrə vergiyə cəlb olunmadığı müəyyən edilmişdir. Əlavə hesablamanın hüquqi əsası göstərilməmişdir. Hesablanmış əlavə vergi məbləği qərarın çıxarıldığı gün iddiaçının hesabından silinmişdir. İddiaçı tərəfindən vergi orqanına yazılı etiraz təqdim edilmişdir. Etiraza cavab olaraq bildirilmişdir ki, güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri-rezidentlərin dividend gəlirləri ilə bağlı rezident müəssisənin ödəməl ərindən Vergi Məcəlləsinin 125.1.1- ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********481600 nömrəli qərarından xx.xx.2022-ci ildə Dövlət Vergi Xidmətinə inzibati şikayət verilmişdir. Bu günədək həmin şikayətə baxılması barədə hər hansı məlumat yoxdur. İddiaçı Azərbaycan Respublikasının xarici investisiyalı hüquqi şəxsi və vergiqoyma baxımından rezident müəssisədir, müxtəlif növ sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təsisçiləri 81% payla Britaniya Vircin adalarında qeydiyyatda olan "xxxx" Şirkəti, 19% payla Dominikan Respublikasında qeydiyyatda olan "xxxx" Şirkətidir. Təsisçi lərin heç birinin Azərbaycan Respublikasında nümayəndəliyi və (və ya) filialı olmayıb və yoxdur. Təsisçilərin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən:- 2020-ci ilin yekunlarına görə bölüşdürülən xalis mənfəət 3585068,98 manat, dividenddən 10% vergi 358506,90 manat, "xxxx" Şirkətinə çatacaq məbləğ 1537361,93 ABŞ dolları, "xxxx" Şirkətinə çatacaq məbləğ 360615,76 ABŞ dolları müəyyən olunmuşdur. “Alia İnternational Limited" Şirkətinə çatacaq məbləğin 150000 ABŞ dolları hissəsi xx.xx.2021-ci ildə köçürülmüş və həmin tarixdə dividend məbləğinə müvafiq olaraq 10% vergi məbləğinin 28333,33 manatın Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ödənilməsi təmin olunmuşdur.
5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı iddiaçı tərəfində n 2021-ci ilin 3-cü rübü üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 2 nömrəli Əlavəsinə əsasən 2021-ci ilin 3-cü rübü ərzində güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə ("xxxx" Şirkətinə) 283333,33 manat ödəniş edildiyi və qeyri-rezidentin Azərbaycan Respublikasında dividend gəlirləri sətirində göstərilməsinə baxmayaraq, aparılmış ödənişlərin “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətri üzrə vergiyə cəlb edilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən kənarlaşmalar üzrə iddiaçıya “Kameral vergi yoxlama sı üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********603100 nömrəli məktub göndərilərək araşdırma üçün zəruri olan sənədlərin, dəqiqləşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi bildirilmişdir. Lakin məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla bəyannamələr təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə xx.xx.2021-ci il tarixli, **********481600 nömrəli qərar göndərilmişdir. İddia ərizəsində qeyri-rezident təsisçilərə aparılan ödənişlərdən ödəmə mənbəyində verginin Vergi Məcəlləsinə əsasən tutulduğu və bu məbləğdən təkrar vergi tutulmasının həmin Məcəllənin prinsiplərinə zid d olduğu bildirilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən eyni növ vergi tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə əsasən, dividenddən bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 125.1.9-cu maddəsinə uyğun olaraq isə bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən 10 faiz dərəcə ilə vergilərin tutulması müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 13.2.16.14-1ci maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı dai mi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Göründüyü kimi, Vergi Məcəlləsində birbaşa olaraq bu vergilərin tutulması nəzərdə tutulmuşdur. Bundan əlavə, ödəmə mənbəyində verginin tutulması qaydasını müəyyən edən Vergi Məcəlləsinin 150-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentə ödəmələr edən hüquqi şəxslər və ya sahibkarlar vergi agentləri hesab edilərək ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Vergi Məcəlləsinin 10.0.2-ci maddəsi ilə bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər vergi qanunv ericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları hesab edilir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Həmçinin VM-nin 17.4-cü maddəsinə əsasən, vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı vergi ödəyicisinin iş üzrə qeyrirezidentə ödəmələr aparması və vergi agenti hesab olunması işin mübahisəsiz tərəfi olsa da, həmin vergi agentinin yerinə yetirməli olduğu öhdəliklər hissəsində qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan mənbəyindən əldə olunan gəlirləri n siyahısı Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə müəyyən edilmişdir. Təqdim olunan bəyannamə məlumatlarına əsasən, ödənişlərin aparıldığı qeyri-rezidentlər "xxxx" Şirkətinin rezident olduğu ölkə Britaniya Vircin adaları, "xxxx" Şirkətinin rezident olduğu ölkə Dominikan Respublikası “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1505 nömrəli Fərmanına əsasən güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısına daxil edilmiş ölkələrdir. Göründüyü kimi, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyrirezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyi müəyyən edilmişdir. İddiaçı isə qanunun bu tələbini yerinə yetirməmiş, dividenddən vergitutma öhdəliyini yerinə yetirmiş, lakin digər müddəa üzrə verginin tutulmalı olmadığı qənaətinə gəlmişdir. Halbuki, qanunvericilik həm dividendlər üzrə, həm də güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş qeyri-rezident şəxslərə ödəniş aparan zaman vergitutma öhdəliyini və konkret vergi dərəcələrini müəyyən etmiş, bu müddəaların tətbiqində istisna nəzərdə tutmamışdır. İddiaçı əlavə vergi hesablanmasının hüquqi əsasının göstərilmədiyini bildirsə də, cavabdeh tərəfindən qanunun konkret maddəsinin tələblərinə istinad edilmişdir. İddiaçının kameral vergi yoxlamasının aparılması müddəti ilə bağlı istinad etdiyi hallarla bağlı bildirilir ki, həmin yoxlamanın Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla 30 iş günü müddətində həyata keçirilməsi təmin edilmişdir. Belə ki, iddiaçı tərəfindən 2021-ci ilin 3-cü r übü üçün xx.xx.2021-ci il tarixdə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması üzrə hesablama xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Göründüyü kimi, 30 iş günündən az müddətə həyata keçirilmiş yoxlama ilə bağlı iddiaçı heç bir əsası olmayan tələb irəli sürmüşdür. İddiaçının Dövlət Vergi Xidmətinə edilmiş inzibati şikayəti xx.xx.2022-ci il tarixli, **********689800 nömrəli məktubla cavablandırılmış, eyni predmet üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etdiyi müəyyən olunduğundan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə əsasən həmin şikayət üzrə başlanılmış icraata xitam verimişdir. Əlavə olaraq qeyd olunmaldır ki, hesablama ilə bağlı adları çəkilən ölkələrlə Azərbaycan Respublikası arasında ikiqat vergi tutmanın aradan qaldırılmasına dair sazişlər mövcud deyildir. Azərbaycan Respublikası Avropa Şurası və OECD tərəfindən birgə hazırlanmış “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Çoxtərəfli Konvensiya”nı xx.xx.2003-cü il tarixində, həmin Konvensiyaya düzəlişlər edilməsi haqqında Protokolu isə xx.xx.2014-cü il tarixində imzalamışdır. Həmin təşkilat “Mənfəətin yerdəyişməsi və vergitutma bazasının aşınması ilə mübarizə” çərçivəsində hazırlanmış 5-ci Fəaliyyət Planına əsasən, aşağı və ya sıfır dərəcəli vergitutma sistemini tətbiq edən ölkələrin təcrübəsinin digər ölkələrin vergitutma bazasına zərərli nəticələrinin aradan qaldırılması üçün dövlətlərə həm beynəlxalq, həm də mövcud daxili qanunvericiliyin tərtibi üçün tövsiyələr hazırlayır.
6. Cavabdeh tərəfindən iddiaya qarşı et iraza əlavə təqdim olunmuş və əlavədə məbləğlərin üzərinə faiz hesablanması ilə bağlı qeyd edilmişdir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən faizlər vaxtında ödənilməmiş vergilər üzrə hesablanır və əsas vergi öhdəliyi ilə bağlı hesablamalar ləğv edildikdə ona uyğun hesablanmış faizlər də ləğv edilir. Belə ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbəğləri ləğv edildikdə, həmin məbləğlərə müvafiq faizlərlə birgə müvafiq düzəlişlər şəxsi hesab vərəqəsində apar ılır. Şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin aparılması həmin məbləğlərin avtomatik olaraq iddiaçının bank hesablarına geri qaytarılmasını nəzərdə tutmur. Belə ki, məbləğlərin geri qaytarılması vergi ödəyicisinin ərizəsi əsasında həyata keçirilən və qanunvericilikdə xüsusi qaydalarla tənzimlənən ayrıca prosedurdur. Məbləğlərin qaytarılması yalnız vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud artıq ödəmə məbləğləri ilə bağlı həyata keçirilməklə Vergi Məcəlləsinin 87-ci maddəsi ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmi n Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəl i əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, kameral vergi yoxlaması barədə qərarların ləğvi mübahisələndirmə haqqında iddia olduğu halda, məbləğlərin geri qaytarılması yalnız artıq ödəmələrin yarandığı hallara şamil edilməklə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. İnzibati Prosessual Məcəllənin 2-ci maddəsi ilə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair idd ialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə əlavədə Vergi Məcəlləsinə xx.xx.2021-ci il tarixli qanunla edilmiş dəyişikliklərə və “Normativ hüquqi aktlar haqqında” Qanunun normativ hüquqi aktların geriyə qüvvəsi ilə bağlı müddəalarına istinadlar edilir. Qeyd olunanlarla əlaqədar bildirilir ki, iddiaçı vergi ödəyicisində kameral vergi yoxlaması xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir, Vergi Məcəlləsinə xx.xx.2021-ci il tarixli qanunla edilmiş dəyişikliklər isə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, iş üzrə qanunve riciliyə edilmiş dəyişikliklərə istinad edilməsi tamamilə əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş vergiləri ödəmək Konstitusiya ilə müəyyən edilmiş əsas öhdəliklərdən biri olmaqla şəxsin vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməməlidir. Belə ki, vergi öhdəliyi şəxslərin vəziyyətini ağırlaşdırmaq, cəzalandırmaq məqsədi deyil, dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatına yönəlməklə sosial problemlərin həll olunması vəzifəsini daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəm əklə bağlı fiziki və hüquqi şəxslərin hüquqi vəzifələrini yaradır. Vergi Məcəlləsinin 11ci maddəsinə əsasən, vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Hazırda iddia predmeti dövlət büdcəsinə ödənilməli olan, lakin vaxtında ödənilməmiş və yayındırılmış vergi məbləğinin hesablanması üzrə qərarın mübahisələndirilməsidir. Qeyd olunan vergi öhdəliyi hesablamanın aparıldığı dövrdə qanunvericiliyin birbaşa tələbindən irəli gəlməklə, həmin il üçün müəyyən edilən dövlət büdcəsinin tərkibində nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 75-ci və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında da qeyd olunduğu kimi, fiziki və hüquqi şəxslər tərəfindən ödənişin məcburiliyi, onun fərdiliyi və əvəzsizliyi vergiləri digər icbari ödənişlərdən fərqləndirən əsas əlamətlərdir. Vergilərin dövlət və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı kimi qəbul edilməsi onların üzərinə sosial problemlərin həll olunması vəzifəsini də qoyur. Dövlət və bələdiyyə büdcələrinin formalaşması mənbələri sırasında vergilərin xüsusi yeri və çəkisi vardır. Vergi münasibətlərini tənzimləmək yolu ilə dövlət özünün və bələdiyyələrin məqsəd və vəzifələrinin həyata keçirilməsini təmin edir. Büdcə sistemi ilə vergilər arasındakı mövcud əlaqələrin həcmi və möhkəmliyi dövlət və cəm iyyətdəki iqtisadi və sosial proseslərin inkişafına göstərdiyi təsirlə sıx bağlıdır. Dövlət məhz maliyyə resursları (o cümlədən vergi yığımları) hesabına iqtisadi, sosial, ekoloji və s. sahələrdəki funksiyalarının maliyyələşdirilməsi imkanına malik olur. Vergi ödəmək öhdəliyi mütləq xarakter daşımaqla qanunvericiliyə edilmiş dəyişikliklərin yalnız sonrakı münasibətlərə şamil edilməsini nəzərdə tutur. Belə ki, vergi qanunvericiliyinə hər yeni dəyişiklik edilməsi əvvəlki illərdə ödənilmiş vergilərin geri tələb edilməsi kimi nəticələr nəzərdə tutmur. Vergilərin dövlətin öz funksiyalarını yerinə yetirməsindəki rolu və iqtisadi mahiyyəti normaların geriyə tətbiqinin dövlət orqanı tərəfindən yoxlanılmış dövrlər üzrə tətbiq edilmiş əvvəlki vergilərin əsassız olması nəticəsinə gətirmir. Hazırkı mü bahisələndirilən dövr üzrə müvafiq yoxlama aparılmış və aid olduğu dövrlər üzrə vergi öhdəliyi müəyyən edilmişdir. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək Azərbaycan Respublikasının Konstitusiyasi ilə müəyyən edilmiş vəzifədir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən verginin ödənilməməsi ilə bağlı iddiaçının istinad etdiyi hallar tamamilə əsassızdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 17 may 2022-ci il tarixli, 21(112)-5642/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, **********481600 nömrəli qərarı ləğv edilmiş və 28333,33 manatın vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddiaçının hüquqlarının qorunmasına görə ba ğlanmış müqavilə üzrə ödənilmiş 2010 manat cavabdehdən tutularaq iddiaçının hesabına keçirilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarla əlavə verginin hesablanmasının səbəbi iddiaçı tərəfindən "xxxx" şirkətinə ödənilmiş 283333,33 manat olmuşdur. Digər tərəfdən, eyni əməliyyat üzrə, yəni 283333,33 manat məbləğin "xxxx" şirkətinə ödənilməsinə görə cavabdeh vergi orqanının Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə (hazırda qüvvədə olan redaksiyasının 125-1-ci maddə) istinad etməklə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərə görə tələb etdiyi verginin də həmçinin ödəmə mənbəyindən tutulan vergi növünə aid ol ması işin mübahisəsiz halıdır. Belə olan təqdirdə aparılmış eyni əməliyyatdan, bir vergitutma obyektindən (mənfəətdən) iki dəfə vergi tutulmuş olur. Yəni ödənilmiş 283333,33 manat məbləğ Vergi Məcəlləsinin tələblərinə əsasən vergitutma obyektidir və bu vergitutma obyektindən ödəmə mənbəyində tutulan vergi növündə iki dəfə vergi tələb edilməkdədir. Cavabdeh vergi orqanının tələb etdiyi vergi növünün Vergi Məcəlləsinin hazırda qüvvədə olan redaksiyasının 125-1-ci maddəsində təsbit edilməsinə gəldikdə isə, məhkəmə yuxarıda qeyd edilən əsaslara görə bu halı ziddiyyət kimi qiymətləndirir. Vergi qanunvericiliyin tələblərinə əsasən, bütün ziddiyyətlər və aydın olmayan məqamlar, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi qanunvericiliyinə uyğun olaraq vergi tutma prinsiplərinə, eləcə də, Vergi Məcəlləsinin 125-ci maddəsində müəyyənləşdirilən əsaslara, habelə 13.2.16.14-1-ci maddəsinin güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlir hesab edilməsi barədə göstərişləri nəzərə alındıqda, qanunvericinin belə ödənişlər sırasında dividendləri nəzərdə tutmadığı müəyyən olunur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********48160 nömrəli qərarı ləğv edilməli və 28333,33 manatın vergi ödəyicisinin şəxsi hesab vərəqəsin ə qaytarılması təmin edilməlidir. Həmçinin iddiaçı tərəfindən hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 2010 manat İPM-in 110.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçının hesabına keçirilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdehin apellyasiya şikayətinə qarşı iddiaçının etirazı onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti cavabdehin iddiaçının hüquqlarının və qanuni mənafeyinin əsassız və qanunsuz pozulması cəhdlərinin bariz nümunəsi və təsdiqi kimi qəbul edilməlidir. Cavabdeh “hal-hazırkı vergi ödəyicisindən tutulan məbləğ bir halda dividend olaraq Vergi Məcəlləsinin 125.1.1-ci maddəsinə əsasən, digər halda is ə 125.1.9cu maddəsinə əsasən, güzəştli vergi tutulan ölkələrə edilən ödənişlər üzrə ödəmə mənbəyində verginin tutulmasıdır” kimi gülünc mövqeyini hər hansı qanuni əsasa istinad etməklə əsaslandıra bilmir, belə mövqe qeyri-obyektiv, sui-istifadə və qərəzli xarakter daşıyır və vergitutma bazasının müəyyən edilməsinin və vergi tətbiqinin fundamental müddəaları ilə uzlaşmır, eyni bazanın eyni dərəcə ilə iki dəfə vergiyə cəlb edilməsi kimi iqtisadi və hüquqi əsası olmayan mülahizələrə yol verildiyinə dəlalət edir. Vergi Məcəlləsinə əlavə edilmiş 125-1-ci maddəyə (Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi) görə, Bu Məcəllənin digər mü ddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinin yeni redaksiyasına əsasən: “Bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər “Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasında kı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə” (7-ci bənd) bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir. Cavabdehin vergi qanunvericiliyinin müstəsnalığı və onda edilən dəyişikliklərin geriyə şamil edilə bilinməməsi barədə irəli sürdüyü mövqe nihilist xarakterə malikdir və bununla bağlı həm Konstitusiyanın birbaşa qüvvəyə malik olan normasını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 28 noyabr 2003-cü il tarixli Qanununun İİ hissəsinin şərh edilməsinə dair” 07 sentyabr 2004-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi heçə endirir. Göstərilən qərara əsasən, “Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun İİ hissəsinə görə 01 yanvar 2004-cü ildən qüvvəyə minmiş həmin Qanun, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə uyğun olaraq dərc edildiyi 31 yanvar 2004-cü il tarixdən tətbiq və icra olunmalıdır. Göstərilən Qanun tətbiq və icra olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmalıdır. Beləliklə, qanunvericilik oxşar və eyni münasibətləri tənzimləyən əvvəlki normaların başa düşülməsində və tətbiqində anlaşılmazlıqları aradan qaldırmaq və səhvlərə yol verilməməsi məqsədilə qanun yaradıcılığı imkanlarından istifadə edərək birmənalı şəkildə dividendlərdən ödəmə mənbəyində yalnız bir dəfə 10 % vergi t utulmasını, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə əlavə hər hansı vergi öhdəliyi qoyula bilmədiyini birmənalı şəkildə bir daha təsbit etmişdir. Cavabdehin “vergi ödəmək öhdəliyinin şəxsin vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməməli olması, bu öhdəliyin mütləq xarakter daşımaqla qanunvericiliyə edilmiş dəyişikliklərin yalnız sonrakı münasibətlərə şamil edilməsinin nəzərdə tutulmasına” dair qeyri-ciddi qanunyaradıcılığı təşəbbüsü öz fəaliyyətində qanunun tələblərini deyil, subyektiv mülahizələrini və uydurmalarını üstün tutmasını bir daha təsdiq edir v ə belə mövqe Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin və “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin tələbi ilə tamamilə ziddiyyət təşkil edir. Nəzərə almaq lazımdır ki, burada yalnız şəxsin (hüquqi şəxsin) vəziyyətini ağırlaşdıran hallardan deyil, eyni zamanda hüquqi vəziyyətini yaxşılaşdıran halların mövcudluğundan söhbət gedir. Və bu tələb hər hansı qanunvericilik aktına və ya qanun normasına münasibətdə istisna edilə bilməz.
11. Cavabdehin apellyasiya şikayətinə qarşı iddiaçının etirazına əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının 30 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasında xarici investisiyalı müəssisə kimi daşınmaz əmlak və xidmət bazarında müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyi nəzərə alınm alıdır. Mübahisə üzrə cavabdehin mövqeyi həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsip və qaydalarla da ciddi surətdə uzlaşmır. “Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti arasında ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında” 1994-cü il fevralın 23-də imzalanmış Konvensiyaya əsasən: Bu Konvensiya hər iki dövlətin və onun yerli orqanları tərəfindən gəlirlərə və əmlakın artımına görə alınan vergilərə tətbiq olunur (2-ci maddə). 10-cu maddəyə görə "xxxx" Şirkəti səsvermə hüququnun 81%-nə malik olduğundan dividendlərin ümumi məbləğinin 10%-dən çox vergi tutulmamalıdır. 25-ci maddəy ə görə, bütün vergilərə münasibətdə diskriminasiya halları qadağan edilir. O cümlədən kapitalının tamamilə və ya bir hissəsinin Razılığa gələn Dövlətin bir və ya bir neçə rezidentinə məxsus olduğu, habelə bunlar tərəfindən birbaşa və ya dolayısı ilə nəzarət olunduğu Razılığa gələn bir Dövlətin müəssisələri, bu Dövlətdə onun başqa oxşar müəssisələrinə tətbiq edilən və ya tətbiq edilə bilən vergilərdən və bununla əlaqədar tələblərdən daha ağır olan vergi və tələblərə cəlb edilmirlər (5-ci bənd). Habelə, “Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti arasında investisiyaların təşviqi və qorunması haqqında” 1996-cı il yanvarın 4-də imzalanmış Sazişə əsasən: “Gəlir” investisiyaların qoyulması nəticəsində əldə edilən məbləğ deməkdir və xüsus ilə mənfəətdən, faizlərdən, kapitalın artmasından alınan gəlirdən, dividendlərdən, royaltidən, əmək haqqından ibarətdir (1-ci maddənin “b” bəndi). Hər hansı Razılığa gələn Tərəf öz ərazisində digər Razılığa gələn Tərəfin vətəndaşları və şirkətlərinin investisiya və ya gəlirləri üçün öz vətəndaşları və şirkətlərinin investisiya və ya gəlirləri və yaxud hər hansı üçüncü Dövlətin vətəndaşları və şirkətlərinin investisiya və ya gəlirləri üçün müəyyən edilmiş şəraitdən az əlverişli şərait yaratmamalıdır (3-cü maddənin birinci bəndi). Tərəf, Tərəflərin fiziki və ya hüquqi şəxsi arasında sonuncunun birincinin ərazisində olan investisiyaları ilə əlaqədar baş verən istənilən hüquqi mübahisəni 1965-ci il martın 18-də Vaşinqtonda imzalanmaq üçün açılmış olan Dövlətlər və digər Dövlətlərin vətəndaşl arı arasında İnvestisiya Mübahisələrinin tənzimlənməsi üzrə Konvensiya çərçivəsində barışdırma və ya arbitraj yolu ilə həll etmək üçün investisiya mübahisələrinin həlli üzrə Beynəlxalq Mərkəzə müraciət etməyə razılıq verir (8-ci maddənin birinci bəndi). Göstərilənlər də nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsi rəhbər tutularaq, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 15 mart 2023cü il tarixli, 2-1(103)-191/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya m əhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı 2021-ci ilin 3-cü rübü ərzində güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə ("xxxx" Şirkətinə) dividend gəlirlərini köçürmüşdür. İddiaçı köçürdüyü dividenddən Vergi Məcəlləsinin 122 və 125.1.1-ci maddələrinə uyğun olaraq vergi ödəsə də, cavabdeh hesab edir ki, əlavə olaraq Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq da vergi ödənməlidir (köçürülən pulun 10%-i məbləğində ödəmə mənbəyində vergi). Belə ki, 283333,33 manat məbləğin "xxxx" Şirkətinə ödənilməsinə görə cavabdeh vergi orqanının Vergi Məcəlləsini n 125.1.9-cu maddəsinə (hazırda qüvvədə olan redaksiyasının 125-1-ci maddə) istinad etməklə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərə görə tələb etdiyi vergi də həmçinin ödəmə mənbəyindən tutulan vergi növünə aid olması işin mübahisəsiz halıdır. İddiaçı hazırkı iş üzrə iddia tələbinin əsaslılığına dəlalət edən və vergi orqanının ona vergi hesablamasının qanunauyğun olmamasının əsası kimi o hala istinad edir ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələri dividendin ödənişi zamanı tətbiq edilmir. Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi Azərbaycan mənbəyindən gəlirləri müəyyən edir və onlardan biri də Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli ve rgi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə... habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər... tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlərdir (həmin maddədə təsbit edilmiş istisnalar nəzərə alınmaqla). Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən isə qeyrirezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur. Vergi Məcəlləsinin hər iki maddəsinin birgə təhlili onu deməyə əsas verir ki, qeyri-rezident Məcəllənin 13.2.16-cı maddəsinə uyğun Azərbaycan mənbəyindən gəlir əldə etdikdə 1 25-ci maddənin təsir dairəsinə düşür. Odur ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1-ci maddələrinin tələbi nəzərə alındıqda iddiaçının güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödədiyi ödəniş həmin qeyrirezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.16.6, 122.1.1 və 125.1-ci maddələrinə əsasən rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir də Azərbaycan mənbəyindən əldə olunan gəliridir və ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. İddiaçı Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinin dividendin ödənişi zamanı tətbiq edilmədiyinə istinad etsə də, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məcəllənin 125.1-ci maddəsində sadalanan əsaslar bir -birindən asılı deyildir, yəni birinin tətbiqi digərini istisna etmir. Xüsusilə qeyd edilməlidir ki, 2022-ci il yanvarın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə güzəştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödənilən məbləğlərə görə verginin tutulması Vergi Məcəlləsinin 125.1.9-cu maddəsindən çıxarılmış və yeni 125-1-ci maddə Məcəlləyə əlavə edilmiş, maddənin məzmununa görə isə, bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən məzmunda müddəa vergi orqanının mübahisələndirilən qərarı qəbul edilən zaman qüvvədə olmasa da, qanunverici 125.1.9-cu maddə ilə bağlı niyyətini konkretləşdirmiş, 125.1-ci maddədə sadalanan əsasların bir-birindən asılı olmadan tətbiqi ilə bağlı hüquqi mövqeyini dəqiqləşdirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının əsas – xx.xx.2021-ci il tarixli, **********481600 nömrəli qərarın ləğv edilməsi barədə tələbi əsassız olub rədd edildiyindən, onun digər – 28333,33 manatın şəxsi hesab vərəqəsinə qaytarılması və hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 2010 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə təl əbləri də əsas tələbə əlavə tələblər olduğundan və əsas tələbin təmin olunmaması səbəbindən həmin tələblər də rədd edilməlidir.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək iddiaçının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.15. Dividend – hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhm darlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. Maddə 13.2.16. Azərbaycan mənbəyindən gəlir: 13.2.16.6. rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir; 13.2.16.14. rezidentin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim edilməsindən əldə etdiyi digər gəlirlər; 13.2.16.14-1 (xx.xx.2022-ci il tarixədək qü vvədə olan redaksiyada). Bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər. Bu maddənin məqsədləri üçün alınmış borclar üzrə qaytarılan borcun əsas məbləği (faizlər nəzərə alınmadan) Azərbaycan mənbəyindən gəlirə aid edilmir. Bu maddənin müddəaları rezident banklar tərəfindən açılan müxbir hesablara aid edilmir; 13.2.16.14-1 (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər. Aşağıdakı hallarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlər bu maddənin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir:
7. Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə; Maddə 24.1.1 və 24.1.2. Vergi orqa nları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar ə sasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-reziden tin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend – bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq; 125.1.9 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz. Maddə 125-1 (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Maddə 128.1 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Rezident güzəştli vergi tutulan ölkədə və ya ərazidə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun 20 faizindən çoxuna bilav asitə və ya dolayısı ilə sahibdirsə, yaxud öz növbəsində onun səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxunun sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir. Maddə 128.2 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə və ya ərazi başa düşülür. Maddə 128.3. Güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
18. Azərbaycan Respub likasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıq da, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası m əhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hallar ı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 2021-ci ilin 3-cü rübü ərzində güzəştli vergi tutulan ölkədə və ərazidə qeydiyyatdan keçmiş "xxxx" şirkətinə dividend gəlirlərini köçürmüşdür. Bu zaman iddiaçı tərəfindən ödənilən dividenddən Vergi Məcəlləsinin 122 və 125.1.1-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmuşdur. Buna rəğmən cavabdeh hesab edir ki, iddiaçı tərəfindən əlavə olaraq Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 125.1.9-cu maddəsinə (hazırda qüvvədə olan redaksiyada 125-1 -ci maddəyə) uyğun olaraq da vergi ödənilməlidir (köçürülən vəsaitin 10%-i məbləğində ödəmə mənbəyində tutulan vergi). Belə ki, həmin maddənin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr üzrə 10 faiz dərəcə ilə vergi tutulur.
28. Birinci instansiya məhkəməsi həm eyni əməliyyatın iki dəfə vergiyə cəlb olunmasına, həm də dividend üzrə güzəştli vergi tutulan ölkəyə köçürmələrin ödəmə mənbəyində tutulan vergiyə cəlb olunmamasına (yəni yeni normaya - xx.xx.20 22-ci il tarixdən qüvvəyə minən redaksiyada 13.2.16.14-1-ci maddəyə) istinadən iddianı təmin etmişdir. Həmin mövqe ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi tərəfindən isə iddia rədd olunmuşdur.
29. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı öz təsisçisinə 2021-ci ilin 3-cü rübü ərzində 283333,33 manat dividend ödəmişdir və dividenddən 10 faiz vergini könüllü bəyan etmişdir (i.v. 32).
30. Mübahisə isə iddiaçı tərəfindən təqdim olunmuş bəyannamənin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində həmin məbləğin vergiyə cəlb edilmə sinin qeyd olunmaması, yəni həmin məbləğin güzəştli ölkəyə köçürülməsinə görə Vergi Məcəlləsinin 125-1.9-cu maddəsinə əsasən bir dəfə daha 10 faiz dərəcə ilə vergiyə cəlb edilməsi ilə bağlıdır.
31. Birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 3.5-ci (heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz) maddəsinə istinad etməklə və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən normanı (13.2.16.14-1-ci maddənin davamı) 2021-ci ildə baş verən əməliyyata şamil etməklə mübahisələndirilən qərarı ləğv etmişdir.
32. Mübahisəyə düzgün hüquqi qiymət verilməsi baxımından iki suala aydınlıq gətirilməlidir: Qeyri-rezidentə ödənilən dividendin iki dəfə ödəmə mənbəyində tutulan vergiyə cəlb olunması eyni gəlirin təkrar vergiyə cəlb olunması hesab o lunurmu? Və xx.xx.2022-ci il tarixdən qüvvəyə minən norma 2021-ci il üzrə əməliyyata şamil oluna bilərmi? 33. xx.xx.2021-ci il tarixli Qanunla (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir) Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə 9 sayda qeyd əlavə olunmuşdur. Sonradan həmin normaya xx.xx.2023-cü il tarixdən 10-cu bənd də əlavə olunmuşdur və həmin bənddə nəzərdə tutulmuş tənzimləməyə görə, “Aşağıdakı hallarda güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlər bu Məcəllənin 13.2.16.14-1-ci maddəsinin məqsədləri üçün Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir: 10. qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəəti həmin qeyri-rezidentə köçürüldükdə (verildikdə).
34. Lakin nəzərə almaq lazımdır ki, hazırkı mübahisə Vergi Məcəlləsinə edilmiş həmin dəyişiklik qüvvəyə min məzdən əvvəl aparılmış əməliyyatla (3-cü rüb/2021) bağlıdır.
35. Həmçinin nəzərə almaq lazımdır ki, inzibati məhkəmə icraatında iddiaçının lehinə olan yeni normanın əvvəlki münasibətlərə şamil edilib-edilməməsi hər bir konkret halda həm də iddianın növünə bağlıdır. Belə ki, mübahisələndirmə haqqında iddialar üzrə məhkəmə qərarının qəbulu üçün həlledici an inzibati aktın qəbulu ilə bağlı maddi hüquq normalarının qüvvədə olduğu an, məcburetmə və öhdəliyin icrası haqqında iddialar üzrə həlledici an isə sonuncu şifahi məhkəmə iclasının keçirildiyi zaman kəsiyi sayılır. Yəni inzibati aktların maddi–hüquqi qanunauyğunluğunun qiymətləndirilməsi qaydası iddianın növündən asılı olaraq fərqləndirilməlidir.
36. Belə ki, mübahisələndirmə haqqında iddialarda hüquqi maraq inzibati orqanın konkret inziba ti aktı qəbul etməkdə səlahiyyətli olduğunun yoxlanılmasından ibarət olduğu üçün, məntiqi baxımdan bir qayda olaraq, inzibati orqanın axırıncı qərarını qəbul etdiyi zaman kəsiyinin və həmin zaman kəsiyində qüvvədə olan normaların nəzərə alınması zəruridir. Başqa sözlə, məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın qanunauyğunluğuna qiymət verilməsi üçün həlledici an axırıncı inzibati aktın qəbul ilə bağlı hüquq normalarının qüvvədə olduğu an hesab edilir. Belə yanaşma ondan irəli gəlir ki, məhkəmə mübahisə edilən formada inzibati aktın qanunauyğunluğuna baxır və bu mənada hüquqi və faktiki vəziyyətin dəyişməsi artıq qəbul edilmiş inzibati aktın qanunauyğunluğuna maddi-hüquqi qiymətin verilməsi baxımından hər hansı əhəmiyyət kəsb etmir. Əlbəttə maddi hüquq normalarında bu qaydadan is tisnaların nəzərdə tutulması mümkündür. Lakin hazırkı mübahisəyə münasibətdə belə istisnanın nəzərdə tutulduğu müəyyən edilmir.
37. Məcburetmə və öhdəliyin icrası haqqında iddialar üzrə isə məhkəmə məhz mübahisəyə baxıldığı zaman iddiaçının inzibati aktın qəbulunu tələb etmək hüququnun mövcudluğunu yoxlayır. Bu halda məhkəmə tərəfindən inzibati orqanın axırıncı qərarını, yəni imtina qərarını qəbul etdiyi zaman kəsiyi deyil (hətta həmin imtina qərarı qəbul olunduğu anda qanunauyğun olsa belə), hüquqi və faktiki vəziyyətin dəyişməsi nəticəsində hazırkı zaman kəsiyində (sonuncu şifahi məhkəmə baxışı zamanı) iddiaçının inzibati aktın qəbulunu tələb etmək hüququnun yarandığı an nəzərə alınmalıdır. Əks təqdirdə, iddiaçı məhkəmə qərarından sonra yenidən inzibati orqana, imtina aldığı halda isə ye nidən məhkəməyə müraciət etmək və növbəti cəhddən arzu etdiyi inzibati aktın qəbuluna nail olmaq məcburiyyətində qalardı. Belə yanaşma prosessual qənaət prinsipi baxımından məqsədəuyğun sayıla bilməz.
38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş norma 2021-ci ilə aid əməliyyata şamil oluna bilməz.
39. Bundan əlavə, qeyd olunmalıdır ki vergilərin müəyyən olunması qanunvericinin suveren iradəsinə bağlıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə qanunverici tərəfindən, həm rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində, həm də güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə edilən ödənişlərə görə vergilər müəyyən olunmuşdur və qanunvericinin bu iradə ifadəsi qəbul olunmalıdır. İddiaçı Vergi M əcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələrinin dividendin ödənişi zamanı tətbiqinin nəzərdə tutulmadığına istinad etsə də, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 125.1-ci maddəsində sadalanan əsaslar məzmun baxımından fərqli əsaslardır və həmin əsaslardan birinin tətbiqi digərinin tətbiqini istisna etmir. Belə ki, qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması ilə bağlı normada (Vergi Məcəlləsinin 125-ci maddəsində) dividend 125.1.1-ci maddədə, Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr isə 125.1.9-cu maddədə təsbit edilmişdir.
40. Bununla bağlı xüsusilə qeyd edilməlidir ki, 2022-ci il yanvarın 1-dən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Qanunla güz əştli vergi tutulan ölkədəki (ərazidəki) qeyri-rezidentə ödənilən ödəmələrə görə verginin tutulması ilə bağlı tənzimləmə Vergi Məcəlləsinin 125.1.9-cu maddəsindən çıxarılmış və Məcəlləyə yeni 1251-ci maddə əlavə edilmişdir. Həmin maddədə nəzərdə tutulmuş tənzimləmənin məzmununa görə, bu Məcəllənin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Sözügedən məzmunda müddəa vergi orqanının mübahisələndirilən qərarı qəbul edilən zaman qüvvədə olmasa da, qanunverici 125.1.9-cu maddə ilə bağlı niyyətini konkretləşdirmiş, 125.1-ci maddədə sadalanan əsasların bir-birindən asılı olmadan tətbiqi ilə bağlı hüquqi mövqeyini dəqiqləşdirmişdir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ikiqat ver gitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin tətbiqi həm də müəyyən prosedurlara tabedir. Həmin prosedurlar Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 12 iyun 2017ci il tarixli, **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş (reyestrdə qeydə alınmışdır) “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nda müəyyən olunmuşdur. Həmin Qaydalara əsasən, rezident vergi ödəyicisi DTA 3 formasını təsdiqlədərək sertifikat almaq və bundan faydalanmaq imkanına malikdir. Lakin iddiaçı bu hüququndan vaxtında istifadə etməmiş, Qaydalara riayət etmədən ikiqat vergitutma barədə Sazişin imkanlarından yararlanmağa çalışmışdır.
42. Beləliklə, yuxarıda istinad olu nan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2023-cü il tarixli, 21(103)-191/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.