Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-4/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.01.2025 Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı “Göyçay bələdiyyəsinin müsabiqə keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarlarının onun istifadəsində olan 0,20 ha torpaq sahəsinin 436 kv.metr, 454 kv.metr, 500 kv.metr və 467 kv.metr hissələrdə həyətyanı üçün mülkiyyətə verilməsi məqsədi ilə m üsabiqə keçirilməsi hissəsində ləğv olunması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-238/2024 nömrəli 18 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.X6 filialının xx.xx.2021-ci il tarixli, 191 nömrəli arxiv arayışından görünür ki, Göyçay rayon X5 04 sentyabr 1995-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışa əsasən ünvan 1 ünvanda yaşayan İddiaçı bağçılıq üçün şəhərin dağ ətəyi ərazisindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. 2.408013002044 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Göyçay şəhəri Şəhriyar küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövl ət qeydiyyatına alınmışdır. 3.Göyçay rayonu Göyçay bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 269 nömrəli məktubdan görünür ki, Göyçay şəhəri, Şəhriyar küçəsində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,06 ha torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsinin ətrafı ilə bərabər şəhər bələdiyyəsinin mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin ətrafı heç bir hüquqi əsas olmadan daş hasara alınmışdır. Zəbt etdiyi 0,20 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsi olmaqla, əhalinin mülkiyyətində olan mal-qaranın otlaq sahəsi kimi nəzərdə tutulmuşdur. Odur ki, zəbt etdiyi 0,20 ha torpaq sahəsinin ətrafına çəkdiyi daş hasarın sökülərək həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi xahiş olunmuşdur. Əks təqdirdə həmin torpaq sahəsinin ətrafına çəkilmiş hasarı n sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair şəhər bələdiyyəsi tərəfindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. 4.Göyçay rayonu Göyçay bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 344 nömrəli məktubuna əlavə olunmuş Göyçay bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01 saylı protokolundan görünür ki, Göyçay bələdiyyəsinin alqı-satqı predmeti olan 436 kv.metr, 467 kv.metr, 454 kv.metr, 500 kv.metr torpaq sahəsinin həyətyanı üçün mülkiyyətə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, həmin torpaq sahələrinin həyətyanı üçün mülkiyyətə verilməsi məqsədilə müsabiqə keçirilməsi, müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyya t Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 PHŞ-nın Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır. 5.408012001489 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0467 ha torpaq sahəsi üzərində Göyçay şəhər bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 6.408012001487 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0436 ha torpaq sahəsi üzərində Göyçay şəhər bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 7.408012001490 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,0454 ha torpaq sahəsi üzərində Göyçay şəhər bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatın a alınmışdır. 8.408012001488 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində Göyçay şəhər bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 9.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-4829/2023 saylı məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki,
1. A807118 (0,0467 ha), A807117 (0,0436 ha), A807130 (0,0454 ha), A807116 (0,05 ha) və AA542795 (0,06 ha) nömrəli plan-ölçü sənədlərinin döngə nöqtələri əsasında sözügedən torpaq sahələrinin yerləşmə vəziyyətinə dair situasiya planı tərtib edilmişdir. AA542795 nömrəli p lan-ölçü sənədində əks olunan koordinatlarla AA001445 nömrəli plan-ölçü sənədində əks olunan koordinatlar üst-üstə düşür. A807118 (0,0467 ha), A807117 (0,0436 ha), A807130 (0,0454 ha), A807116 (0,05 ha) və AA542795 (0,06 ha) “Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahəsi üzərində fərdi yaşayış evi, bağ evi, qaraj, sahibkarlıq fəaliyyəti üçün obyekt torpaq sahəsinə baxış zamanı aşkar olunmadı. A807118, A807117, A807130 və A807116 nömrəli plan-ölçü sənədlərində qeyd edilmiş torpaq sahələrinin digər subyektlərin mülkiyyətinə veriləcəyi halda, iddiaçıya məxsus AA542795 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsinə gediş-gəliş yolunun bağlanmasına, həmin torpaq sahəsindən istifadənin mümkünsüzlüyünə (torpaq sahəsinin anklavına) səbəb ol a bilməz. A807116 (0,05 ha), A807117 (0,0436 ha) və AA542795 nömrəli plan-ölçü sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahələrinin ətrafı daş hasarla əhatələnsə də, A807118 (0,0467 ha), A807130 (0,0454 ha) nömrəli plan-ölçü sənədində əks olunan koordinatlarla müəyyən edilən torpaq sahələrinin aralarında qonşu sərhədləri və küçə hasarı mövcud deyildir, lakin A807118 (0,0467 ha), A807130 (0,0454 ha) nömrəli plan-ölçü sənədində əks olunan koordinatlarla müəyyən edilən torpaq sahələrinin digər qonşu torpaqlarla sərhədi daş hasarla ayrılmışdır. Mübahisələndirilən torpaq sahəsində baxış zamanı fərdi yaşayış evi, yaxud köməkçi tikililər mövcud olmadığı üçün faktiki istifadənin olub-olmamasını müəyyən etmək mümkün olmadı, lakin torpaq sahələri tam və natamam daş hasarla əhatələnib (sxemdə təsvir edilmişdir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a.birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay bələdiyyəsinin müsabiqə keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarlarının onun istifadəsində olan 0,20 ha torpaq sahəsinin 436 kv.metr, 454 kv.metr, 500 kv.metr və 467 kv.metr hissələrdə həyətyanı üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqə keçirilməsi hissəsində ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı ildən onun istifadəsində Göyçay şəhərinin Şəhriyar küçəsində, yaşadığı binanın yaxınlığında dağ ətəyi ərazidə 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. O, hə min torpaq sahəsini 31 oktyabr 1992-ci ildə 15 il müddətinə icarəyə götürmüş, ətrafına daş hasar çəkdirmiş, bağçılıq üçün təsərrüfat qurmuşdur. Torpaq sahəsinin 0,06 ha hissəsi Göyçay rayon XDS-nin 04 sentyabr 1995-ci il tarixli 07 saylı qərarı ilə onun istifadəsinə ayrılmışdır. Həmin 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18 sentyabr 2008-ci il tarixdə qeydə alınmışdır. Dəfələrlə 0,20 ha torpaq sahəsini almaq üçün müraciət etməsinə baxmayaraq Göyçay bələdiyyəsi guya həmin ərazinin örüş sahəsi olduğunu bildirərək müraciətini təmin etməmişdir. Bu ilin mart ayının sonlarında ona məlum olmuşdur ki, Göyçay bələdiyyəsi istifadəsində olan 0.20 ha torpaq sahəsini dörd müxtəlif ölçüdə hissələrə ayırmaqla hər biri üzərində mülkiyyət h üququnu qeydə aldıraraq satılması üçün hərraca çıxarmışdır. Bundan sonra hüquqi yardım almaq üçün vəkilə müraciət edərək vəkilin verdiyi sorğuya əsasən Göyçay rayonu Göyçay Bələdiyyəsinin 11 yanvar 2023-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarından çıxarışları 08 aprel 2023-cü il tarixdə əldə etmişdir. Göyçay rayonu Göyçay Bələdiyyəsinin müsabiqə keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarlarından görünür ki, onun istifadəsində olan 0.20 ha torpaq sahəsinin 436 kv.metr, 454 kv.metr, 500 kv.metr və 467 kv.metr hissələrdə həyətyanı üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqə keçirilməsi, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 PHŞ-nin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komis siyası ilə müqavilə bağlanmasına dair qərar vermişdir. Halbuki uzun illər torpaq sahəsini istifadə etdiyi, qoruyub saxladığı üçün həmin torpaq sahəsini almaqda üstünlük hüququ var və bələdiyyə torpaq sahəsini hərraca çıxarmadan almaq üçün ona təklif etməli idi.
12. Cavabdeh iddiaya yazılı etirazını təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, onun tələb etdiyi torpaq sahəsinin Göyçay bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01 saylı iclasının qərarı ilə həyətyanı məqsədilə 4 hissədən ibarət torpaq sahələri 4 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçılarının mülkiyyətinə verilməsi üçün müsabiqəyə çıxarılmışdır.
13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-199/2024 saylı, 1 fevral 2024-cü il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında mövcud olan mütəxəssis rəyindən və iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi torpaq sahəsi üzərində fərdi yaşayış evi, bağ evi, qaraj, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş obyekt mövcud deyil. Odur ki, sözügedən torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilə bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsinin tələbləri baxımından isə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüquq u təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır. İddiaçı, sözügedən torpaq sahəsindən uzun illər (1990-cı ildən) istifadə etdiyini və yaxşılaşdırma işlərini apardığını bildirsə də, faktiki istifadənin hüquqi əsası olmamışdır. İddia ərizəsində də iddiaçı qeyd edir ki, dəfələrlə 0,20 ha torpaq sahəsini almaq üçün müraciət etməsinə baxmayaraq, cavabdeh həmin ərazinin örüş sahəsi olduğunu bildirərək müraciətini təmin etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli məktubla 0,20 ha torpaq sahəsinin ətrafının heç bir hüquqi əsas olmadan daş hasara alınması ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən təqdim edil miş fotoşəkillərdən göründüyü kimi torpaq sahəsi son illər ərzində mişar daşı ilə hasara alınmışdır və üzərində fərdi yaşayış evi, bağ evi, qaraj, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş obyekt mövcud deyil. Məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, mübahisələndirilən qərarda qeyd edilmiş torpaq sahələrinin digər subyektlərin mülkiyyətinə verilməsi iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun bağlanmasına və həmin torpaq sahəsindən istifadənin mümkünsüzlüyünə (torpaq sahəsinin anklavına) səbəb olmayacaqdır. Eyni zamanda sözügedən torpaq sahələri üzərində iddiaçıya məxsus daşınmaz əmlak obyekti mövcud olmadığından həmin torpaq sahələrinin geri alınması onun əmlak hüquqlarının pozulmasına da səbəb olmayacaqdır. İddiaçı tərəfindən təqdim edilmiş fotoş əkillərdən göründüyü kimi, ərazidə inşası başa çatmamış, özbaşına tikilən yarımçıq tikili və mişar daşları mövcuddur. İddiaçı, bələdiyyə tərəfindən ona torpaq sahəsinin satılmasından imtina edilməsinə, ərazinin boşaldılması və özbaşına tikilinin sökülməsi ilə bağlı yazılı xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin qanunsuz tikilini və hasarı inşa etməkdə davam etmişdir. Odur ki, özbaşına inşa edilmiş yarımçıq tikilinin mövcudluğu sözügedən torpaq sahəsinin geri alınmasının mümkünsüzlüyünə səbəb ola bilməz (ərazidə olan mişar daşlarının götürülməsi və özbaşına inşa edilmiş yarımçıq tikilinin sökülməsi mümkündür). Yuxarıda qeyd olunan hallar iddiaçı tərəfindən özbaşına olaraq kənarları hasarlanmış torpaq sahələrinin geri alınmasının mümkünlüyü qənaətinə gəlinməsi üçün yetərlidir.
15. Qərar dan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b.apellyasiya instansiyası məhkəməsində icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və G.İ.Cavadova) 18 aprel 2024-cü il tarixli, 21(107)-238/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(116)-199/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 18 aprel 2024-cü il tarixli 2-1(107)-238/2024-004 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mütəxəssis rəyini sübut kimi qəbul edən hər iki məhkəmə iştirakı olmadan, mübahisəli torpaq sahəsinə daxil olmadan verilmiş həmin rəyə əsaslanmışdır. Halbuki 2021-ci ilin sentyabr ayının 1-də saat 22:30 radələrində Göyçay Bələdiyyəsinin keçmiş sədri Cavid Rəhimov və Göyçay rayon İHB-nin şəhər üzrə keçmiş nümayəndəsi Rəşad Şükürovun rəhbərliyi ilə istifadəsində olan torpaq sahəsinin daş hasarı texniki vasitəl ərlə dağıdılmış və onun DİN 102 qaynar xəttinə zəngindən sonra məsələ araşdırılmış, lakin illər əvvəl onun tənqidi çıxışından sonra ona qərəzli münasibət bəsləyən keçmiş İHB X10 Rəhimovun cinayət əməllərinə haqq qazandırmışdır. 2022-ci ilin aprel ayında mübahisəli torpaq sahəsinə qanunsuz daxil olaraq tikinti işləri aparan X1, X4 və X2 onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 0,02 ha hissəsini də zəbt edib üzərində mişar daşından hasar çəkmişlər. Həmin şəxslər barəsində Göyçay rayon Polis Şöbəsinin tərtib etdiyi inzibati xəta haqqında protokola Göyçay rayon İcra Hakimiyyətində baxılaraq həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə tənbeh edilərək 300 manat məbləğində cərimə edilmişlər və cərimə şərti olaraq tətbiq edilmişdir. Göyçay rayon İcra Hakimiyyətinin sabiq başçısının ona qarşı mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətləri barədə dəfələrlə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə şikayətlər göndərsə də şikayətlərinə baxılmamış, sonrakı mərhələdə vəkil sorğularına da cavab verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mütəxəssis rəyi haqqında mülahizələrini tədqiq etsəydi mütəxəssis rəyinin torpaq sahəsinin faktiki vəziyyətinə uyğun gəlmədiyini müəyyən edərdi. Lakin məhkəmə tam araşdırma aparmamış, bununla da qeyd edilən prosessual normaların tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyinə əsaslanaraq mübahisələndirilən qərarda qeyd edi lmiş torpaq sahələrinin digər subyektlərin mülkiyyətinə verilməsinin iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun bağlanmasına və həmin torpaq sahəsindən istifadənin mümkünsüzlüyünə (torpaq sahəsinin anklavına) səbəb olmayacağı, eyni zamanda sözügedən torpaq sahələri üzərində iddiaçıya məxsus daşınmaz əmlak obyekti mövcud olmadığından həmin torpaq sahələrinin geri alınması onun əmlak hüquqlarının pozulmasına səbəb olmayacağı barədə qənaətə gəlmişdir. Halbuki iddiaçı qeyd edilən mütəxəssis rəyini mübahisələndirərək birinci instansiya məhkəməsinə EMİS vasitəsi ilə mülahizələrini göndərərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin əməkdaşları mübahisəli torpaq sahəsinə baxış keçirilərkən ona məluma t verilmədiyini, torpaq sahəsi daş hasarla əhatələndiyi halda mühəndislərin torpaq sahəsinə daxil olmadan düzgün olmayan rəy verdiklərini, həmin mütəxəssis rəyində guya mübahisəli torpaq sahəsinə baxışın iddiaçının iştirakı ilə keçirildiyi göstərilsə də iddiaçının torpaq sahəsinə baxış keçirilməsi barədə yalnız 235 manat xidmət haqqının idarənin bank hesabına köçürülməsi barədə məktubla tanış olandan sonra məlumat əldə etdiyini, faktiki istifadə ilə bağlı qoyulmuş sualı cavablandıran mütəxəssisin rəydə torpaq sahəsində baxış zamanı fərdi yaşayış evinin yaxud köməkçi tikililərin mövcud olmadığı üçün faktiki istifadənin olub-olmamasının müəyyən edilməsinin mümkün olmamasının, torpaq sahələrinin tam və natamam daş hasarla əhatələndiyinin göstərildiyini qeyd etmişdir. Lakin nə birinci instan siya, nə də apellyasiya instansiyası məhkəməsi qeyd edilən pozuntuların aradan qaldırılması üçün yenidən mütəxəssis cəlb etməmiş, ekspertiza təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icar əsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respubli kasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilm iş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirili r.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə 47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 47.6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 56.6. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsi nə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa b orcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsas landırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tət biq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Göyçay bələdiyyəsinin mü sabiqə keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarlarının onun istifadəsində olan 0,20 ha torpaq sahəsinin 436 kv.metr, 454 kv.metr, 500 kv.metr və 467 kv.metr hissələrdə həyətyanı üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqə keçirilməsi hissəsində ləğv olunmasına nail olmaqdan ibarətdir. İddiaçı tələbinin əsası kimi həmin ərazidə 0,20 ha torpaq sahəsinin uzun illər (1990-cı ildən) istifadəsində olduğuna görə həmin torpaq sahəsini almaqda üstünlük hüququnun olduğuna istinad edir.
30. Cavabdeh həmin ərazinin örüş sahəsi olduğunu, iddiaçı tərəfindən qanunsuz zəbt olunduğunu, 0,20 ha torpaq sahəsinin ətrafının heç bir hüquqi əsas olmadan daş hasara alınmasını bildirmiş və həmin torpaq sahəsinin ətrafına çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin b oşaldılması iddiaçıdan tələb edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının tələbləri baxımından qeyd edilməlidir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tiki ntisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə). Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur.
32. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilir ki, Göyçay rayon X5 04 sentyabr 1995-ci il tarixli 07 saylı iclas protoko lu ilə iddiaçıya bağçılıq üçün şəhərin dağ ətəyi ərazisindən ayrılmış torpaq sahəsinin ölçüsü 0.06 ha olmuş və həmin torpaq sahəsi üzərində də, onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçının həmin torpaq sahəsindən əlavə istifadəsində olan torpaq sahəsi isə faktiki olaraq özbaşına tutulmuş torpaq sahəsi olmuşdur. İddia olunan torpaq sahəsi son illər ərzində mişar daşı ilə hasara alınmışdır və üzərində fərdi yaşayış evi, bağ evi, qaraj, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş obyekt mövcud deyil.
34. Göyçay rayonu Göyçay bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 269 nömrəli məktubdan da müəyyən olunur ki, iddiaçı Göyçay şəhəri, Şəhriyar küçəsində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,06 ha torpaq sahəsinin ətrafı ilə bərabər şəhər bələdiyyəsinin mülkiyyətində olan heç bir hüquqi əsas olmadan daş hasara aldığı 0,20 ha torpaq sahəsinin ətrafına çəkdiyi daş hasarın sökülərək həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi tələb edilmişdir.
35. Odur ki, iddia olunan torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilə bilməz.
36. Digər tərəfdən qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsi anlamında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsi kimi qiymətləndir ilə bilməz. Belə ki, Qanunun bu normasına görə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır.
37. İş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahəsi üzərində fərdi yaşayış evi, bağ evi, qaraj, sahibkarlıq fəaliyyəti üçün nəzərdə obyekt torpaq sahəsinə baxış zamanı aşkar olunmadı. A807118, A807117, A807130 və A807116 nömrəli plan-ölçü sənədlərində qeyd edilmiş torpaq sahələrinin digər subyektlərin mülkiyyətinə veriləcəyi halda, iddiaçıya məxsus AA542795 nömrəli plan-ölçü sən ədində göstərilən torpaq sahəsinə gediş-gəliş yolunun bağlanmasına, həmin torpaq sahəsindən istifadənin mümkünsüzlüyünə (torpaq sahəsinin anklavına) səbəb ola bilməz. A807116 (0,05 ha), A807117 (0,0436 ha) və AA542795 nömrəli plan-ölçü sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahələrinin ətrafı daş hasarla əhatələnsə də, A807118 (0,0467 ha), A807130 (0,0454 ha) nömrəli plan-ölçü sənədində əks olunan koordinatlarla müəyyən edilən torpaq sahələrinin aralarında qonşu sərhədləri və küçə hasarı mövcud deyildir, lakin A807118 (0,0467 ha), A807130 (0,0454 ha) nömrəli plan-ölçü sənədində əks olunan koordinatlarla müəyyən edilən torpaq sahələrinin digər qonşu torpaqlarla sərhədi daş hasarla ayrılmışdır. Mübahisələndirilən torpaq sahəsində baxış zamanı fərdi yaşayış evi, yaxud köməkçi tikililər mövcud olmadığı üçün faktiki istifadənin olub-olmamasını müəyyən etmək mümkün olmadı.
38. Qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-238/2024 nömrəli 18 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.