Məhkəmə qərarları › İş №2-1(102)-40/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-40/2025

13.03.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-40/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarların İəğv edilməsi, həmin qərarlar üzrə əlavə hesablanmış məbləğinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi nə qarşı “qərarların İəğv edilməsi, həmin qərarlar üzrə əlavə hesablanmış məbləğinin iddiaçıya qaytarılması və hüquqi yardıma görə ödənilmiş məbləğin tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 2-1(103)1196/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Vergi orqanının xx.xx.2019-cu il tarixli **********0845 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının ünvan 1 ünvanındakı obyektində, həmçinin, xx.xx.2019-cu il tarixli, **********0888 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ünvanında yerləşən obyektində xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla yekunlaşdırılmışdır.

2. Vergi orqanının 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli, **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-ci il tarixli, **********019200 nömrəli, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarlardan görünür ki, kameral vergi yoxlamaları nəticəsində vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanmamasına (vergi məbləğinin az göstərilməsinə) görə iddiaçıya əlavə olaraq ümumillikdə 408.212,55 manat ƏDV məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyinin Apellyasiya Şurasının 29 iyul 2022-ci il tarixli qərarının və müvafiq olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-c i il tarixli **********019200 nömrəli, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarlarının İəğv edilməsi və həmin qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğinin İddiaçı MMC-yə qaytarılması və prosesdə iştiraka görə "xxxx" MMC hüquq şirkətinə ödəniləcək 4.000 manat üstəgəl ƏDV məbləğində işə baxılması ilə əlaqədar məsrəflərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə kameral vergi yoxlamaları nəticəsində hesablanmış ƏDV məbləğlərinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, lakin şikayət təmin edilməmişdir. İddiaçı MMC xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət edərək iddiaçıya kameral qaydada ƏDV məbləği hesablanmış “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********674700 nömrəli, xx.xx.2019-cu il tarixli, **********477900 nömrəli, xx.xx.2019-cu il tarixli, **********185900 nömrəli, xx.xx.2020-ci il tarixli, **********193200 nömrəli, xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli, xx.xx.2020-ci il tarixli, **********004000 nömrəli, xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli qərarların ləğv edilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Apellyasiya Şurası xx.xx.2022-ci il tarixli qərarı i lə şikayəti təmin etməmişdir, qərar iddiaçıya xx.xx.2022-ci ildə çatdırılmışdır. Sadalanan qərarlar aşağıdakı əsaslarla ləğv edilərək artıq ödənilmiş ƏDV məbləği iddiaçıya qaytarılmalıdır. Cavabdehin 12 nömrəli Ərazi Vergilər Departamentinin xx.xx.2019-cu il tarixli, **********0845 nömrəli, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019- cu il tarixli, **********00888 nömrəli xronometraj metodu ilə müşahidənin aparılması haqqında qərarları ilə iddiaçının müvafiq olaraq ünvan 1 və Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2073-cü məhəllə, m77k ünvanlarda yerləşən “ANBAR” adlı obyektlərində xronometraj metodu ilə müşahidələr aparılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50-1.1-ci maddəsində xronometraj metodu ilə müşahidələrin aparıldığı hallar müəyyən edil mişdir. Lakin həmin halların heç biri mövcud olmamışdır. Bundan əlavə xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli qərara əsasən ƏDV iyul 2019-cu il dövrü üçün, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli qərara əsasən ƏDV 2019-cu il dövrü üçün, 09 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərara əsasən ƏDV fevral 2020-ci il dövrü üçün hesablanmışdır. Göründüyü kimi kameral vergi yoxlamasının keçirilmə və onun nəticəsinə dair qərar qəbuletmə müddətləri ötürülmüşdür. İddiaçı ƏDV-nin hesablanmasına dair etirazını 3 illik müddət ərzində vermişdir, hal-hazırda artıq hesablanmış məbləğlərin qaytarılmasını tələb edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş iddiaya dair yazılı eti razda göstərilmişdir ki, vergi orqanının xx.xx.2019-cu il tarixli **********0845 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının ünvan 1 ünvanındakı obyektində, xx.xx.2019-cu il tarixli, **********0888 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ünvanında yerləşən obyektində xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla yekunlaşdırılmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********674700 nömrəli Qərara münasibətdə bildirilir ki (ƏDV aprel 2019, hesablanmış ƏDV 77911.94 manat) kameral vergi yoxlaması nəticəsində ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 2676064.62 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyənin (3119332.3 manat) məbləğindən 443267.68 manat az olması müəyyən edilmişdir. ƏDV bəyannaməsi 308-ci sətirinin C2,B2 sütunlarındakı, yəni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış hesab fakturalar üzrə nağdsız qaydada ödənilmiş 10.294,84 manat məbləğ, ƏDV bəyannaməsinin 1 nömrəli əlavəsində (əldə edilmiş vergi hesab-fakturaları (Yük Gömrük bəyannamələri) və bu fakturalar (bəyannamələr) üzrə aparılmış ödənişlər barədə məlumat) göstərilmiş 308 sətir kodlu VHF-larının ödənilmiş ƏDV məbləğlərinin cəmi olan 0,00 manat ƏDV məbləğinə bərabər olmamışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-ci il tarixli, **********966000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin aprel ayı üçün ƏDV bəyannaməsi üzrə 77911.94 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-ci il tarixli, **********674700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, * *********477900 nömrəli qərara (2019-cu ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 46118,7 manat) münasibətdə bildirilir ki, iddiaçının təqdim etdiyi ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətirinin cəmi olan (ƏDV daxil) 2675210.77 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (2977544.47 manat) məbləğindən 302333 70 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********379700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 46118,7 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-ci il tarixli **********477900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********019200 nömrəli qərara (2019-cu ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 147135,31 manat) münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 2296566.42 manat məbləğ, rəsmi ləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (3261120.14 manat) məbləğdən 964553.72 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********593600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 147135,31 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********019200 nömrəli “Vergilərin, sosial sığo rta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********185900 nömrəli (ƏDV 2019 oktyabr ayı üzrə 43254,18 manat) qərara münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsinin 301-ci “ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətirinin cəmi olan ******* manat məbləğ rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (3261120.14 manat) məbləğindən 283520,14 manat azdır. Əlavə olaraq bildirilir ki, (VÖEN: ********** ) tərəfindən təqdim olunmuş İF seriyalı, 945270 nömrəli, VHF üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. Qeyd olunanlarla əlaqədar ver gi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********381300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 43254.18 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2019-cu il tarixli, **********185900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2 020-ci il tarixli, **********193200 nömrəli qərara (2019-cu ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 459.54 manat) münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş İJ seriyalı 089276 nömrəli elektron vergi-hesab fakturası üzrə (**********)-a 459.54 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron vergi-hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********381300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2019-cu ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 459.54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********193200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli qərara münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin ƏDV 18%-ə cəlb edilən əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1042235,23 manat, ötən dövr üzrə təqdim еdilmiş bəyannamənin ƏDV-nə cəlb edilən əməliyyatlar üzrə hesabat döv rünün sonuna debitor borc 0,00 məbləğə bərabər olmamışdır. Təqdim edilmiş bəyannamənin ƏDV-nə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc 0,00 manat məbləğ, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün sonuna debitor borc 1042235,23 manat məbləğə bərabər olmamışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2 020-ci ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə xx.xx.2020-ci il tarixli, **********836100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 13 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-3113/2023 nömrəli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 5 iyul 2019-cu il tarixli, **********674700 nömrəli, 30 iyul 2019-cu il tarixli, **********477900 nömrəli, 27 dekabr 2019-cu il tarixli **********185900 nömrəli, 4 mart 2020-ci il tarixli **********193200 nömrəli, 18 may 2020-ci il tarixli *** *******019200 nömrəli, 18 may 2020-ci il tarixli, **********004000 nömrəli, 9 oktyabr 2020-ci il tarixli, **********836100 nömrəli qərarları ləğv edilmiş və həmin qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğinin İddiaçı MMC-yə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bundan başqa, qərarla cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən İddiaçı MMC-nin xeyrinə iddiaçıya göstərdiyi hüququ yardıma görə "xxxx" MMC hüquq şirkətinə ödənilmiş 4.000 manat məbləği tutulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə ƏDV bəyanna mələrində göstərilən dövriyyənin 2019-cu il mart-aprel aylarında aparılmış xronometraj müşahidə zamanı müəyyən edilmiş dövriyyədən az göstərilməsini kameral vergi yoxlaması üçün əsas hesab edərək məhz elə həmin xromonetraj müşahidənin məlumatlarından iddiaçıya əlavə ƏDV hesablanması üsulu kimi istifadə etmişdir, halbuki iddiaçının 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə ƏDV-yə cəlb edilən dövriyyəsi xronometraj müşahidə aparılmış dövrdən fərqli olması ağlabatandır, iddiaçının nümayəndəsi fərqin xromonetraj müşahidənin aparıldığı dövrün Azərbaycan xalqının ənənəvi şirniyyatlardan istifadə həcminin artdığı milli bayramı olan “Novruz” bayramından əvvəlki və sonrakı dövrə təsadüf etməsi ilə izah etmişdir ki, məhkəmə həmin izahı ağlabatan he sab edir, eyni zamanda cavabdeh inzibati orqan 2019-cu ilin aprel, may, iyul, avqust, oktyabr və dekabr ayları, 2020-ci ilin fevral ayı üzrə iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin məhz xromonetraj müşahidə zamanı müəyyən edilmiş dövriyyə ilə eyni olmasını heç bir əlaqəli məlumatlarla sübuta yetirməmişdir.

8. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədrlik edən: Ş.A.Məmmədova, hakimlər: M.C.Qarayeva və P.A.Hüseynov) 14 may 2024-cü il tarixli, 21(103)-1196/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3113/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir və iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xronometraj müşahidənin aparıldığı dövrün Azərbaycan xalqının ənənəvi şirniyyatlardan istifadə həcminin artdığı milli bayramı olan “Novruz” bayramından əvvəlki və sonrakı dövrə təsadüf etməsi barədə izahını ağlabatan hesab etməklə subyektiv yanaşma tərzi ifadə etmişdir, lakin bu fikirlərin əsasında dayanan hər hansı sübut, statistik göstərici, əlaqəli məlumat tədqiq edilməmiş, qərarda bu fikir əsaslandırılmamışdır. Qeyd olunmalıdır ki, İddiaçı MMC tərəfindən cavabdehə təqdim edilmiş arayışa əsasən 2019-cu ilin mart ayının 20-si və 21-i tarixləri bayram günləri hesab edildiyindən, həmin günlər iddiaçı müəssisə üçün də qeyri-iş günləri hesab edilmişdir. Həmçinin 2019-cu ilin istehsalat təqviminə əsasən 20,21,22,23,24, beşgünlük iş həftəsində 25, 26 mart tarixləri də qeyri-iş günləri hesab edilmişdir. Yəni, bütöv bayram hesab edilən günlərdə xronometraj metodu ilə ümumiyyətlə müşahidə aparılmamışdır.

11. Bundan başqa, müşahidə aparılan dövrdə satış dövriyyəsinin həcmi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə ki, cavabdeh tərəfindən yoxlama aparılan dövrləri əks etdirən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktlar təqdim edilmişdir. Həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə Kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, kameral qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 m anat ƏDV məbləğini maliyyə sanksiyası hesablanmasın deyə iddiaçı özü ödəmişdir. Mübahisə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinin tətbiq edilməsi ilə bağlıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, iddiaçı yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir, yəni xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etməmişdir, həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilməmişdir, həmçinin hazırda mübahisələndirdiyi kameral qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğini iddiaçı özü dövlət büdcəsinə ödəmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında Vergi Məcəlləsinin 37.5-ci maddəsinə istinad edərək, xronometraj metodu ilə müşahidənin nəticələri əsasında kameral vergi yoxlamasını aparmaq vergi orqanının hüquqlarına aid edildiyini vurğulayır. Lakin qeyd edilməlidir ki, xronometraj müşahidənin nəticələri bütün hallarda vergilərin hesablanması üçün əsas götürülə bilməz. Kameral yoxlamanın aparılması üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar iddiaçı tərəfindən vaxtında və düzgün təqdim edilmişdir. İddiaçı vergitutma obyektinin müəyyənl əşdirilməsini mümkün etməyən heç bir hala yol vermədiyi üçün ödənilməli olan ƏDV məbləğinin xronometraj müşahidə nəticələrinə əsasən hesablanması qeyri-qanunidir. Göründüyü kimi, qanunverici xronometraj metodu ilə müşahidənin aparılmasını vergi orqanının hüquqlarına aid etsə də, sözügedən metod ilə müşahidənin aparılmasını mümkün edən halları konkret müəyyən etmişdir. Apellyasiya instansiya məhkəməsi isə Vergi Məcəlləsinin 37.4 və 67.1-ci maddəsinin tələblərini nəzərə almamış və beləliklə səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu mü şahidədən sonra bu Məcəllənin 501.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.3. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrə dək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatla rı ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada t əqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Hazırkı işin apellyasiya i nstansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Vergi orqanının xx.xx.2019-cu il tarixli **********0845 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının ünvan 1 ünvanındakı obyektində, həmçinin, xx.xx.2019-cu il tarixli, **********0888 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması” barədə qərarına əsasən iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov ünvanında yerləşən obyektində xronometraj metodu ilə müşahidə aparılmış və nəticəsi müvafiq aktlarla yekunlaşdırılmışdır. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından iddiaçı barəsində kameral qaydada Qərarlar qəbul olunmuş və iddiaçı həmin qərarlara əsasən hesablanmış 408.212,55 manat vergi məbləğini ödəmişdir

24. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, müşahidə aparılan dövrdə satış dövriyyəsinin həcmi ilə bağlı hər hansı mübahisə yoxdur. Belə ki, cavabdeh tərəfindən yoxlama aparılan dövrləri əks etdirən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük aktlar təqdim edilmişdir. Həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

25. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən xronometraj meto du ilə müşahidə barədə qəbul edilmiş qərarı barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış (yoxlama dövrü: xx.xx.2019xx.xx.2019-cu il), yoxlamanın nəticələri həmin dövrdə aparılmış xronometraj müşahidələrinə əsaslanmış, məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir.

26. Göründüyü kimi cavabdeh qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama aparmış, xronometraj metodu ilə aparılan müşahidə Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və cavabdeh tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Həmçinin cavabdeh tərəfindən xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük və yekun aktlar, fiskal hesabatlar i ş materiallarına əlavə edilmişdi.

27. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 15.1.13-ci maddəsinə əsasən xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla (yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər) istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir.

28. Lakin, iddiaçının yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi sonuncu xronome traj metodu ilə müşahidədən 1 ay keçdikdən sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir, yəni xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etməmişdir, həmin aktların məzmunu (dövriyyənin həcmi) iddiaçı tərəfindən mübahisələndirilməmişdir, həmçinin hazırda mübahisələndirdiyi kameral qərarlar üzrə əlavə hesablanmış ümumillikdə 408.212,55 manat ƏDV məbləğini iddiaçı özü dövlət büdcəsinə ödəmişdir.

29. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə, bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.

30. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2024-cü il tarixli, 21(103)-119 6/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar