Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-400/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: iddianın mümkünlüyü, özbaşına tikiliyə iddiaçının subyektiv hüququnun mövcudluğu giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X5, Şəfiyev İsbəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Üçüncü şəxs X2 və X1 vəkili X3 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı X2 və X1 (bundan sonra üçüncü şəxslər) “Bakı şəhəri, Nərimanov rayonu, Keşlə, Yük Stansiyası 47 saylı evə olan qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2371/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı üçüncü şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə, Yük Stansiyası 47 saylı evə olan qeydiyyatın ləğv edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 1 iyul 2019-cu il tarixli məktubu ilə qeydiyyatdan çıxarılma üçün qanunda nəzərdə tutulmuş əsasların hər hansı biri mövcud olmadığından ərizəni təmin etməmişdir. İddiaçı üçüncü şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə, Yük Stansiyası 47 saylı evə olan qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə 2 iyul 2019-cu il tarixdə birinci instansiya məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qərardadı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 26 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qeyd olunan qərardadının ləğv edilməsi, i şi yeni baxışa qaytarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin hüquqmüəyyənedici sənədi olmadığına görə üçüncü şəxslər həmin evə qanunsuz qeydə alınmışlar. Məhkəmənin əsaslandığı subyektiv hüququn olmaması ədalətli yanaşma ola bilməz. İddiaçı tərəfindən inşa edilmiş mənzilə kənar şəxslər qeydə düşə bilməzlər. Şikayətin hüquqi əsası kimi Ali Məhkəmənin 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına istinad edilmişdir. tərəflərin izahatı: Üçüncü şəxslərin vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasına məktub göndərərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında təm sil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı üçüncü şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə, Yü k Stansiyası 47 saylı evə olan qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Adı çəkilən mənzilin iddiaçının mülkiyyətində olması işdə olan hər hansı sübutla təsdiq edilmir. İddiaçı mənzilin onun mülkiyyətində olması barədə məhkəmələrə sübut təqdim etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olma sını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisə edilən mənzilin iddiaçının mülkiyyətində olması təsdiq edilmir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkət lərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadıqlarından, cavabdehin inzibati aktının etibarsız sayılması tələbinə dair iddia mümkün sayılmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda m ümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia mümkün sayılmır. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2371/2019 saylı, 26 sentyabr il tarixli 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-400/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-400/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver