Məhkəmə qərarları › İş №2-1(102)-400/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-400/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-400/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı vəsiqəsi almış şəxsə əvvəlki üç il üçün müavinətin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddi açı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.10.2021-ci il tarixli, 2-1(103)-2391/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının atası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 26.08.2019-cu il tarixli 032974 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək 26.08.2019-cu il tarixdən əvvəlki 3 (üç) il üçün ona vet eran müavinətinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, cavabdeh müraciəti təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçının atası İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkə ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 1977-1993-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. 1990-cı ilin iyul ayından 1992-ci ilin noyabr ayınadək olan dövrdə müxtəlif vaxtlarda rəhbərlik tərəfindən cəbhə bölgəsinə ezam edilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında, erməni cinayətkarlarına qarşı mübarizədə iştirak etmişdir. 26.08.2019-cu il tarixdə veteran kimi qeydiyyata alınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən veteran vəsiqəsi ona təqdim edilmişdir. İddiaçı hazırda 80 (səksən) manat müavinət alır. Veteran kimi müavinət almağa başladığı tarixdən əvvəlki 3 il üçün də müavinət almaq hüququna malikdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsinə baxmayaraq, fond tərəfindən müraciətinə qanuni müddət ərzində heç bir münasibət bildirilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı 13.06.2020-ci il tarixində vəfat etmişdir. Bakı İnzibati Məhkəməsinin 21(112)-5078/2020 saylı 20.08.2020-ci il tarixli qərardadı ilə (hakim Miminat Hacıbəyova) İddiaçı vəfatı ilə əlaqədar olaraq onun cavabdeh Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan publik hüquqi şəxs Dövlət Sosial Müdafiə Fonduna qarşı “ötən 3 il üçün veteran kimi 2880 manat sosial müavinətin ödənilməsi vəzifəsinin qoyulması haqqında” tələbinə dair iddiası mümkün sayılmamışdır.

6. İddiaçı vərəsələri X3, X2, X4 və X6 Bakı İnzibati Məhkəməsinin 20.08.2020-ci il tarixli, 2-1(112)- 5078/2020 saylı qərardadından narazı qaldıqları üçün apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməsinin xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1895/2020 saylı, 11.11.2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Cəmi lova, E.Nağıyeva,N.Cəfərov) X3, X2, X4 və X6 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 21(112)-5078/2020 saylı 20 avqust 2020-ci il tarixli qərardadı ləğv edilərək, işin sonra prosessual hərəkətlərinin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

8. İş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra cavabdeh etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, İddiaçının müharibə veteranı statusu aldığı vaxtdan, yəni 23.08.2019-cu il tarixindən təqaüd təyin edilmişdir. Qanunvericilikdə isə təqaüdün əvvəlki 3 il üçün ödənilməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(112)-3833/2021 nömrəli qərarı ilə (hakim M.Hacıb əyova) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müharibə veteranı vəsiqəsini 26.08.2019-cu il tarixində aldığından 80 manat məbləğində təqaüd almalıdır və əvvəlki illər üçün sosial müavinətlərin tələb edilməsi qanunauyğun deyil.

11. İddiaçı X2 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 16.06.2021ci il tarixli, 2-1(112)-3833/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.10.2021-ci il tarixli, 21(103)-2391/2021 nömrəli qərarı ilə (sədrlik edən – Elmira Nağıyeva, hakimlər – Həmid Həmidov və Cahangir Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16.06.2021-ci il ta rixli, 2-1(112)-3833/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.10.2021-ci il tarixli, 2-1(103)-2391/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmənin hazırkı qərarı hər kəsin qanun qarşısında bərabərliyi prinsipinə ziddir. Prezident təqaüdü sosial müavinətin əvəzinə verildiyi üçün, müavinətin tənzimlənməsi, o cümlədən əvvəlki üç il üçün ödənilməsi qaydaları təqaüdə də aid edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. Həmin maddənin 4-cü bəndinə görə, təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. 19. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 37 manat məbləğində sosial müavinət təsis edilmişdir.

20. Azərbaycan Respublikası Prezidentinin 05.07.2018-ci il tarixli, 168 nömrəli Fərmanına əsasən sözügedən müavinətin məbləği 55 manat müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanı ilə həmin yarımbənd ləğv edilmişdir.

21. Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 01.04.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteran larına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. 22. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

23. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir.

24. İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən f aktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Hazırkı qərarın 17-20-ci bəndlərində göstərilən normalara əsasən hər bir vətəndaşın qanunla nəzərdə tutulmuş hallarda sosial təminat hüququ var, sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir və qanunvericiliyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət müəyyən edilmişdir.

30. Hazırkı qərarın 21-ci bəndində göstər ilən Prezident təqaüdü təsis edildikdən sonra müharibə veteranlarına sözügedən müavinətin verilməsi dayandırılmış, onun əvəzində Prezident təqaüdü verilməsinə başlanılmışdır.

31. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə də Prezident təqaüdünün təsis edildiyi tarixdən, yəni 01.04.2019-cu il tarixindən sonra “müharibə veteranı” adı və vəsiqəsi almış şəxlərə “müharibə veteranı” vəsiqəsi aldığı tarixdən əvvəlki üç ilə görə müavinətin verilməsindən imtina edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 19.05.2020-ci il tarixli, 2-1(102)-1133/2020 nömrəli qərarı), həmin tarixdən əvvəl “müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə münasibətdə isə işin halları nəzərə alınmaqla “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edilir (bax: Ali Məhkəmənin İnzibati Kolleg iyasının 11.08.2020-ci il tarixli, 2-1(102)-1563/2020 nömrəli qərarı).

32. Hazırkı işin mübahisəsiz hallarından məlum olduğu kimi iddiaçı 26.08.2019-cu il tarixində, yəni Prezident təqaüdü təsis edildikdən sonra “müharibə veteranı” adı və vəsiqəsi aldığına görə ona münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun tələbləri tətbiq oluna bilməz.

33. Belə ki, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Azərbaycan Respublikası Preziden tinin təqaüdü isə onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir.

34. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmiş, prosessual normaların tələblərinə riayət etmiş və kassasiya şikayətinin dəlillərində qeyd olunan hər hansı normanın pozulmasına yol verməmişdir. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

35. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.10.2021-ci il tarixli, 21(103)-2391/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar