Məhkəmə qərarları › İş №2-1(102)-400/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-400/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-400/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( kirayə müqaviləsinin sənədləşdirilməsi ) Azərbaycan Respublikası 14.03.2023 Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı - (xx.xx.1960-cı il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi və onunla müvafiq kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli 2-1(103)-1405/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB 57 saylı MKİS-nın 354 saylı 20 avqust 2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 saylı binanın 74 saylı mənzili xx.xx.1969-cu il tarixli 014881 №li orderi X1 adına olmuşdur.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 05Q-1999 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X4 xx.xx.1994-cü il tarixdə vəfat etmiş və onun adına xx.xx.1994-cü il tarixdə 160 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir.

3. Bakı şəhər İcra Hakimiyyəti Nizami Mənzil Kommunal Departamenti Nizami rayon MKTB-nin 57 saylı Mənzil Kommunal İstismar Sahəsinin 357 saylı 20 avqust 2021ci il tarixli arayışından görünür ki, X5 xx.xx.1994-cü il tarixdən ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmışdır.

4. X1 adına tərtib edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, sözügedən ünvan üzrə İddiaçı da qeydiyyatdadır (2021-ci ildən).

5. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 ünvanda yerləşən 74 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Belə ki, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış M-218-091 saylı 16 avqust 2021-ci il tarixli imtina məktubu nda qeyd edilmişdir ki, mənzilin kirayəçisi X5 ilə onun qohumluq əlaqələrini təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 ünvanda yerləşən 74 saylı mənzilə dair kirayə müqaviləsinin onun adına sənədləşdirilməsi və onunla müvafiq kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 3 №-li yaşayış evinin yaşayış sahəsi 16,74 kv.metr olan 74 №-li mənzili 1 otaqdan ibarəıtdir. Ərazi aidiyyətli Nizami rayon u MKTB-nin 57 №-li MKİS-nin 7.07.1969-cu il tarixli 6519-18 Kod №-li “maliyyə şəxsi hesab vərəqəsi"nə əsasən mənzilin kirayəçisi X2. İddiaçı bildirir ki, keçmiş həyat yoldaşı Gürcüstan Respublikası vətəndaşı olan X6 ilə aralarındakı nikah aktı qeydi ləğv edildikdən sonra 1992-ci ilin sentyabr ayında Gürcüstanın Rustavi şəhərindən Bakı şəhərinə köçmüş və 1992-ci ilin oktyabr ayından hazıki mübahisəli mənzlin icarədarı X1 razılığı ilə onun mənzilinə köçərək onunla birgə təsərrüfatda ailə üzvü kimi yaşamışdır. Ona qayğı ilə yanaşmış, bir övlad kimi hər cür qayğı göstərmişdir, onunla birlikdə mənzilin təmirində və birgə xərclərinin ödənilməsində iştirak etmişdir və mübahisəli yaşayış sahəsində maneəsiz olaraq 30 ilə yaxın müddətdə yaşayır və hal-hazırda mübahisəli mənzildə daimi pasport qeyd iyyatındadır. X5 1908-ci il təvəllüdlü idi və tez-tez xəstələnirdi. O, icarədarı olduğu mənzili özəlləşdirərək, ona vərəsə kimi bağışlamaq istəyirdi. Lakin sağlamlığının ağır olması səbəbindən bu istəyini reallaşdıra bilməmiş və 5 fevral 1994-cü il tarixdə vəfat etmişdir. O, 1992-ci ilin oktyabr ayından mübahisəli mənzildə fasiləsiz yaşayır, mənzil kirayəçisinin və onun ailə üzvlərinin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, mənzili dəfələrlə təmir edərək, onu yaşayış üçün tam yararlı vəziyyətdə saxlamışdır. Hesab edir ki, hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan qanun normalarına əsasən mübahisəli yaşayış sahəsi üzrə bütün hüquqları əldə etmişdir. Yaşadığı mənzilin kirayə (icarə) müqaviləsinin onun adına sənədləşdirilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etsə də, müraciəti təmin edilməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: F.Mədətli) 21.12 2021-ci il tarixli, 2-1(112)9762/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi 16,47 kv.metrdən ibarət olan 1 otaqlı, 74 saylı mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə hesab etmişdir ki, mənzilin 1992-ci il tarixdən fasiləsiz olaraq iddiaçının istifadəsində olması, mənzilə dair kommunal xərclərin onun tərəfindən ödənilməsinin iş materialları ilə təsdiqini tapması, onun həmin mənzildə maneəsiz olaraq yaşaması, mənzilə dair xərclərin onun tərəfindən ödənilməsi, yaşayış sahəsinin faktiki olaraq onun istifadəsində olması və onun başqa yaşayış yerinin olmadı ğına görə iddia tələbi təmin olunmalıdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) 15 iyul 2022-ci il tarixli, 2-1(103)1405/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(112)-9762/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbinin təmin olunmaması qərara alınmışdır. 12 Apelyasiya instansiya məhkəməsi hesab edir ki, mənzilin 1992-ci il tarixdən fasiləsiz olaraq iddiaçının istifadəsində olması, mənz ilə dair kommunal xərclərin onun tərəfindən ödənilməsinin iş materialları ilə təsdiqini tapması, onun həmin mənzildə maneəsiz olaraq yaşaması, mənzilə dair xərclərin onun tərəfindən ödənilməsi, yaşayış sahəsinin faktiki olaraq onun istifadəsində olması, onun başqa yaşayış yerinin olmaması iş materialları ilə təmamilə təkzib olunur.

13. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 2-1(103)-1405/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları, iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassator hesab e dir ki apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: M a d d ə 4

3. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

17. Mənzil Məcəlləsi. (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan redaksiya) Maddə

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə b ilərlər. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə

85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığ ı ilə tələb edilə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hiss əsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. X8 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi k assasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mənzilə dair kirayə müqaviləsinin iddiaçının adına sənədləşdirilməsi və onunla müvafiq kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsə lələri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçının onunla adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 112 saylı binanın 74 saylı mənzili xx.xx.1969-cu il tarixli 014881 №li orderlə X1 adına olmuşdur (həmin order məhkəməyə təqdim olunmamışdır). X4 xx.xx.1994-cü il tarixdə vəfat etmiş və bununla əlaqədar həmin mənzildən qeydiyyatdan çıxarılmışdır. Bundan sonra, İddiaçı sözügedən mənzilə 2021-ci ildə qeydiyyata alınmış və iş materiallarında olan müvafiq qurum tərəfindən verilmiş arayışa əsasən, onun tərəfindən həmin mənzilə dair kirayə haqlarının ödənişi 2017-ci ildən etibarən aparılmışdır. Hazırda iddiaçı sözügedən mənzildə hələ mənzilin icarədarı X3 sağlığında 1992-ci ildən yaşadığını və iki il ərzində (mənzilin sahibi vəfat etdiyi 1994-cü ilədək) ona qulluq etdiyini, onunla birgə təsərrüfat apardığını və kommunal xidmətlərə görə ödənişlərin onun tərəfindən aparıldığına istinad edərək, həmin yaşayış sahəsini kirayə müqaviləsinin onunla bağlanılması öhdəliyinin cavabdehin üzrinə qoyulmasını tələb edir.

27. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının istinad etdiyi hüquq münasibətləri 2009cu ilədək yarandığından, h əmin münasibətlərə o dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

28. Bu baxımdan, 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54 və 85-ci maddələrinin birgə təhli onu deməyə əsas verir ki, hazırkı iddia tələbinin təmin olunması o halda mümkün ola bilərdi ki, iddiaçı mənzilin icarədarı (X4 ) ilə mübahisəli mənzildə birgə yaşayıb, onunla birgə təsərrüfat aparmaqla icarədarın ailə üzvü hesab olunsun. Çünki, mənzil Məcəlləsinin ( köhnə redaksiyada) 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

29. Odur ki, iddiaçının hazırki tələbini n təmin olunması üçün sözügedən mənzilin keçmiş icarədarı X4 ilə (order adına olduğu bildirilsə də, bu barədə order təqdim olunmamışdır) birgə yaşayıb, onunla ümumi təsərrüfat aparmasını təsdiq edən subutları təqdim etməsi zəruridir.

30. Kollegiya apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının sözügedən mənzildə təqdim etdiyi sənədlərə əsasən, onun 2021-ci ildən sonra mənzildə qeydiyyatda olması və mənzilə dair kirayə haqqını 2017-ci ildən sonra ödəməsi müəyyən olunur ki, bu da onun mənzilin keçmiş icarədarı X3 sağlığında onunla birlikdə həmin mənzildə yaşayıb, onunla birgə təsərrüfat aparması, beləliklə də icarədarın ailə üzvü hesab olunması anlamına gəlməyə əsas vermir.

31. Mənzil Məcəlləsinin (köhnə redaksiya) 85-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı öldüyü halda (iddiaçı da məhz bu əsasla icarə müqaviləsinin onunla bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir) yalnız icarədarın ailə üzvləri icarə müqaviləsinin onunla bağlanmasını tələb edə bilər.

32. Beləliklə də, iddiaçının sözügedən yaşayış sahəsinin əvvəlki icarədarının ailə üzvü olması sübuta yetirilmədiyindən, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtinası qanuna zidd olmamışdır. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi məzmunda öhdəliyin qoyulmasını istisna edir.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmdən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli, 21(103)-1405/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar