Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-400/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxqarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1956) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması və ödə nilməyən pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)2811/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş, 1977-2007-ci illərdə ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaç ının təqdim etdiyi əmək kitabçasına və hərbi biletin surətinə əsasən onun ümumi sığorta stajı xx.xx.2006-cı il tarixinədək 22 il 9 ay 3 gün olmaqla tələb edilən müddətdən (25 ildən) azdır. Eyni zamanda, 22 il 9 ay 3 gün sığorta stajına uyğun fərdi hesabın sığorta hissəsində pensiya kapitalı 17337.07 manat olmaqla qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitaldan azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyin əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “Monolit" kiçik müəssisəsindəki əmək f əaliyyəti dövrü araşdırılması zərurəti yaranmışdır. X1 və araşdırma şöbəsinin xx.xx.2021ci il tarixli xidməti məruzəsinə əsasən əmək kitabçanızda qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci tarixinədək işlədiyi “Monolit” kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin sosial sığorta stajının araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsin xahiş etmi şdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1956-cı ildə anadan olmuş, hal-hazırda yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir. Lakin 180 manat məbləğində yaşa görə sosial müavinət alır. İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etsə də, ona qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmiş və əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh iddiaçının 1973-cü ilin sentyabr ayından, 20 avqust 1976-cı ilədək (2 il, 11 ay, 6 gün), Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin Metalloplastmas zavodunda və 01 sentyabr 1976-cı ildən 12 fevral 1977-ci ilədək (5 ay, 11 gün) Bakı Dövlət Universitetində, müxtəlif vəzifələrdə işlədiyi ümumilikdə, 3 il, 4 ay,16 gün stajını nəzərə almaq istəmir.
6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı iddiaçının əmək kitabçasında olan xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci il tarixədək “Monolit" kiçik müəssisəsindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Beləliklə iddiaçının təqdim etdiyi əmək kitabçası hərbi biletin surətinə və digər sənədlərə əsasən əmək kitabçasında və hərbi biletinin surətinə əsasən ümumi sığorta stajının xx.xx.2006-cı il tarixinədək 22 il 9 ay 3 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3598/2023 nömrəli, 6 aprel 2023-cü il tarixli (hakim T.Məlikov) qərarı ilə iddia t əmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Bakı Dövlət Universitetində və Metalloplastmas zavodunda işlədiyi, ümumilikdə 3 il, 4 ay, 16 gün müddət müvafiq arayışlarla təsdiqləndiyindən onun ümumi iş stajına daxil edilməlidir. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (22 il 9 ay 3 gün) ilə arxiv arayışlarına əsasən müəyyən edilmiş staj toplandıqda iddiaçının qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur (22 il, 9 ay, 3 gün + 3 il, 4 ay, 16 gün = 26 il, 1 ay, 19 gün).
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul edilməklə, iddia tələbinin t əmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2811/2023 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 6 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1991-ci il tarixindən xx.xx.1997-ci tarixinədək (5 il 11 ay 25 gün) “Monolit” kiçik müəssisəsində, Yerli Sənaye Nazirliyinin Metalloplastmas zavodunda xx.xx.1973-cü il tari xdən xx.xx.1976-cı il tarixədək (2 il, 11 ay, 6 gün) və xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək (5 ay, 11 gün) Bakı Dövlət Universitetində işləməməsi və ya həmin dövrlərin sığorta stajına aid edilməməli olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üzrə stajı nəzərə alınmasa belə, 25 il sığorta stajına malik olduğu müəyyən edilmişdir.
12. Mövqeyini hüquqi cəhətdən əsaslandırmaq üçün apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 11.1, 24.3, 24.4-cü maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 3.1, 7-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67,69-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992- ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 və 3-cü bəndlərinə istinad etmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətini imtina məktubuna və iddiaya qarşı etiraza uyğun olaraq tərtib etmiş, əlavə olaraq qeyd etmişdir ki, xx.xx.1991-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Monolit” kiçik müəssisəsindəki əmək fəaliyyəti araşdırılarkən əmək kitabçasında işdənçıxma əmrinin nömrəsi və tarixinin qeyd olunmadığı, həmçinin xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərelektroişıq İB-də olan əm ək fəaliyyəti ilə bağlı xx.xx.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən edilmişdir. Kassator öz mövqeyini “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 7-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarının 3.2, 3.4-cü maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2811/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 y aşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formas ından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xar akterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçala rı nəzərə alınır. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə o lan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
22. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)2197/2020 nöm rəli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı mübahisənin predmetini iddiaçının tələb olunan 25 il sosial sığorta stajı (22 il 9 ay 3 gün sığorta stajı müəyyən olunduğundan) olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası təşkil edir.
29. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının pensiya yaşına çatması və 22 il 9 ay 3 gün sığorta stajına malik olması mübahisəsizdir.
30. Cavabdeh tərəfindən nəzərə alınmayan, lakin arxiv arayışları ilə təsdiq olunan Yerli Sənaye Nazirliyinin Metalloplastmas zavodunda xx.xx.1973-cü il tarixdə n xx.xx.1976cı il tarixədək (2 il, 11 ay, 6 gün) və xx.xx.1976-cı ildən xx.xx.1977-ci il tarixədək (5 ay, 11 gün) Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə işlədiyi dövrlərin sığorta stajına aid edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 17-18-ci bəndlərində istinad edilən normaların məzmunundan da göründüyü kimi, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
31. Bundan əlavə, analoji işlərə dair Ali Məh kəmənin formalaşmış məhkəmə təcrübəsinə görə, dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışlarının mötəbər sübut kimi qəbul olunduğu da nəzərə alınmalıdır. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 2197/2020 nömrəli qərarı).
32. Göründüyü kimi, istinad edilən qanunvericilik aktlarında “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüqu qlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında da müəyyən edilməsinin mümkünlüyü təsbit edildiyindən iddiaçının Bakı Dövlət Universitetində və Metalloplastmas zavodunda işlədiyi, ümumilikdə 3 il, 4 ay, 16 gün müddət müvafiq arayışlarla təsdiqləndiyindən onun ümumi iş stajına daxil edilməsi barədə apellyasiya məhkəməsi haqlı olmuşdur.
33. Beləliklə, iddiaçı 22 il 9 ay 3 gün mübahisələndirilməyən sığorta stajına malik olduğundan və 3 il 4 ay 16 gün müddətini onun stajına daxil edilməsi ilə bağlı məhkəmələr tərəfindən araşdırılaraq müəyyən edildiyindən iddiaçının qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur.
34. Beləliklə, apellyasiya insta nsiyası məhkəməsinin qərarı hazırkı qərarın 16-20a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2811/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.