Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-400/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə görə ƏDV məbləğinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs "xxxx" MTK) qarşı “cavabdehin 26 iyul 2023-cü il tarixli, **********666500 nömrəli qərarının ləğv edilməsi və 20 may 2021-ci il tarixli, A013 saylı “Mənzil alqı-satqısına dair Müqavilə” əsasında satıcı "xxxx" MTK-da n Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin kəsişməsi ünvanında yerləşən 3 bloklu yaşayış kompleksinin A blok, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 78,5 kv.m olan mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Bank Respublikası ASC-nin Bakıxanov Filialı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli, 2-1(103)-1583/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, A013 nömrəli "xxxx"na dair müqaviləyə əsasən satıcı MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 3 bloklu yaşayış kompleksinin A blok, 10-cu mərtəbəsində yerləşən, 65 saylı, 3 otaqlı, ümumi sahəsi oxdan-oxa 78.5 kv.m-dən ibarət olan mənzili 74575 manata alıcıya satmağı, alıcı isə ilkin ödəniş 10000 manat çıxılmaqla 22000 manatı xx.xx.2021-ci il tarixdə, qalan məbləği (42575 manat) 36 ay ərzində qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. 2. "xxxx" MTK-nin 03 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı həmin mənzilin dəyərini tam ödəmişdir.
3. İddiaçı satın aldığı mənzilə görə ödədiyi ƏDV məbləğinin qaytarılması ilə bağlı cavabdeh vergi orqanına müraciət etmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” **********666500” nömrəli, 26 iyul 2023-cü il tarixli qərarla ƏDV-nin geri qaytarılmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 26 iyul 2023-cü il tarixli, **********666500 nömrəli qərarının ləğv edilməsi və 20 may 2021-ci il tarixli, A013 saylı “Mənzil alqı-satqısına dair Müqavilə” əsasında satıcı "xxxx" MTK-dan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin kəsişməsi ünvanında yerləşən 3 bloklu yaşayış kompleksinin A blok, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 78,5 kv.m olan mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Bank Respublikası ASC-nin Bakıxanov Filialı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 20 may 2021-ci il tarixli, A013 saylı “Mənzil alqı-satqısına dair Müqavilə” əsasında satıcı "xxxx" MTK-dan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin kəsişməsi ünvanında yerləşən 3 bloklu yaşayış kompleksinin A blok, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 78.5 kv.m olan mənzili 10000,0 manat ilkin ödəniş, qalan məbləği qrafikə uyğun hissələr şəklində ödəmək şərtilə nağdsız qaydada ƏDV ilə birlikdə 74575,0 manat ödəməklə almışdır. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” haqqında Azərbaycan Respublikası Prezidenti 25 may 2022-ci il tarixli Fərman barədə məlumat əldə edən kimi Fərmanda nəzərdə tutulmuş hüququndan istifadə etmək məqsədilə vergi orqanına müraciət etmiş, lakin, müraciətinə cavabdeh İdarə tərəfindən baxılaraq ƏDV-nin geri qaytarılmasından imtina edilməsi barədə 26 iyul 2023-cü il tarixli əsassız qərar qəbul edilmişdir. Belə ki, vergi orqanına ünvanladığı ödəniş sənədlərindən və maliy yə arayışından görünür ki, aldığı mənzilin dəyəri tam şəkildə ödənilmiş və ödənişlər nağdsız qaydada həyata keçirilmişdir. Həmin ödənişləri həyata keçirən şəxslərin ad və soyadlarındakı uyğunsuzluq tələb etdiyi ƏDV məbləğinin qaytarılamaması üçün əsas qismində çıxış edə bilməz. Sözügedən Fərmanın qeyd hissəsində bildirilir ki, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 (doxsan) gün sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir. Göründüyü kimi, əsaslı risk aşkar edilmədiyi halda ƏDV qaytarılmasından imtina edilməsinin yeganə səbəbi 90 günlük müddətin ötürülməsi ola bilərdi. İş materiallarındakı xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, qeyd olunan tarixdə iddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödəni lmişdir və xx.xx.2023-cü il tarixdə, yəni təqribən 60 gün sonra ƏDV-nin geri qaytarılması ilə əlaqədar müvafiq ərizə ilə vergi orqanına müraciət edilmişdir. Lakin inzibati orqan inzibati icraat çərçivəsində tutarlı səbəb göstərmədən iddiaçının müraciətinin icrasından imtina etmişdir.
6. Cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddia 26 iyul 2023-cü il tarixli **********666500 nömrəli qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Belə ki, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli **********666500 nömrəli qərar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə göndərilsə də, məhkəməyə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, beləlik lə, qanunvericiliklə nəzərdə tutulmuş müddətlər ötürülmüşdür. İddianın qalan hissəsinə münasibətdə iddiaçının müraciətinin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin 2400 manat nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi, həmçinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin alıcının özü tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli **********752500 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Bildirişin alındığı tarixdən 10 iş günü keçməsinə baxmayaraq, alıcı tərəfindən çatışmazlıqlar aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərə findən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Göründüyü kimi, əvvəla, alıcı mənzilin tam dəyərinin nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənəd təqdim etməli olduğu halda, mənzilin tam dəyərinin 2400 manat nağdsız qaydada ödənilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Bundan əlavə, ödənişi aparan alıcının soyadı, adı və atasının adının dəqiq göstərildiyi bank ödəniş sənədinin elektron portala göndərməli olduğu halda, xx.xx.2022-ci il ta rixli, xx.xx.2022-ci il tarixli, eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin alıcının özü tərəfindən aparılmadığı müəyyən edilmişdir. Həm iddiaçı tərəfindən, həm cavabdeh tərəfindən inzibati orqana, həm də məhkəməyə təqdim olunmuş bank ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bank ödəniş qəbzlərində “ödəyən” şəxs qismində X2, xx.xx.2023-cü il tarixli bank ödəniş qəbzində “Ödəyən” şəxs qismində X1 qeyd olunmuşdur.
7. İşin məhkəmə araşdırması zamanı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********519900 nömrəli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Təsdiq edilmiş Qaydanın 1.3-cü bəndinə əsasən, alıcıya qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. İddiaçı tərəfindən əldə edilmiş mənzilin ümumi dəyəri 74575 manat, ƏDV məbləği 11375,84 manat, alıcıya qaytarılmalı ödənilmiş ƏDV-nin 30 faizi 3412,75 manat təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(112)-13504/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 26 iyul 2023-cü il tarixli, **********666500 nömrəli qərarı ləğv edilm iş, 20 may 2021-ci il tarixli, A013 saylı “Mənzil alqı-satqısına dair Müqavilə” əsasında satıcı "xxxx" MTK-dan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin kəsişməsi ünvanında yerləşən 3 bloklu yaşayış kompleksinin A blok, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 78.5 kv.m olan mənzilə görə İddiaçı qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Bank Respublikası ASC-nin Bakıxanov Filialı) ötürülməsi öhdəliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İşin mübahisələndirilməyən haldır ki, "xxxx" MTK ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə mə şğul olan şəxsdir. İddiaçı tərəflər arasında bağlanılmış müqaviləyə əsasən mənzilin dəyərini tam ƏDV ilə birlikdə 74575 manat məbləğini satıcıya, yəni "xxxx" MTK-nın (ƏDV-siz) nağdsız qaydada MTK-nın bank hesabına, ƏDV məbləğini isə MTK-nın ƏDV depozit hesabına tam şəkildə ödəmişdir. Bu hal hətta cavabdehin məhkəməyə göndərdiyi “məlumatın təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********519900 nömrəli məktubunda öz təsdiqini tapmışdır. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənildikdən sonra, 90 gün müddətində əlavə dəyər vergisinin qaytarılması məqsədilə müvafiq qaydada (əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək) cavabdeh inzibati orqana müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırki iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlandırma və çatışmazlıqların aradan qaldırılması hüququndan məhrum edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində iddiaçının xeyrinə olan halları tam araşdırılmaması nəticəsində iddiaçı üçün əlverişsiz inzibati akt qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarın mövcud qanunvericiliyə uyğun olmasını, qanuni və əsaslı olmasını sübut edə bilməmişdir.
10. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyun 2024-cü il tarixli 2-1(103)-1583/2024 nömrəli qərardadı ilə "xxxx" MTK adı cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli 2-1(103)-1583/2024 nömrəli qərarı ilə (hakimlər C.Yusifov /sədrlik edən və məruzəçi/, A.Oruczadə və G.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməd ən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi öz qərarında birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 74575 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 72175 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 2400 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi və xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il t arixli və xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin İddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.2023-cü il tarixli **********752500 nömrəli bildiriş göndərilmiş, bildirişin alındığı tarixdən 10 iş günü keçməsinə baxmayaraq, alıcı tərəfindən çatışmazlıqlar aradan qaldırılmadığından, o cümlədən bildirişin alındığı tarixdən 10 iş günü müddətində etibarnamə təqdim edilmədiyindən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra “Qaydalar”) 5.1-c i bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır.
16. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən ödənişi aparan alıcının soyadı, adı və atasının adının dəqiq göstərildiyi bank ödəniş sənədinin elektron portala göndərməli olduğu halda, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin alıcının özü tərəfindən aparılmadığı müəyyən edilmişdir. Həm iddiaçı tərəfindən, həm cava bdeh tərəfindən inzibati orqana, həm də məhkəməyə təqdim olunmuş bank ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bank ödəniş qəbzlərində “ödəyən” şəxs qismində X2, xx.xx.2023-cü il tarixli bank ödəniş qəbzində “Ödəyən” şəxs qismində X1 qeyd olunmuşdur. Məhkəmə kollegiyası qərarında müvafiq formallığın tətbiq edildiyi və konkret müəyyən edilmiş meyarlara cavab verilməli olan qaydaları deyil, mülki hüquq münasibətinə üstünlük vermişdir. Məhkəmə kollegiyasının qeyd etdiyi Mülki Məcəlləsinin 431.1-ci maddəsindəki öhdəliyin şəxsən icra edilməli olduğu əsaslar (öhdəliyin icrasının onun özündən asılı olması, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəlməsi) öz təsbitini tapmışdır. Bu səbəbdən məhkəmələr tərəfi ndən bəzi ödənişlərin başqa şəxs tərəfindən həyata keçirilməsi ilə bağlı cavabdehin dəlilini əsassız hesab etməsi işin faktiki halları və istinad edilən sübutlarla təsbitini tapmadığından müvafiq mövqe əsassız və qanunsuz olmuşdur. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.... Maddə
165. Ver ginin sıfır (0) dərəcəsi ilə tutulması... 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv.tmetr və qeyriyaşayış sahəsinin 500 kv.ьetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir....
18. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: Bənd 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şə xslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.... Bənd 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir.... Bənd 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədi lə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı.... 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qa imə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş).... Bənd 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam e tdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə....
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılar ına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikay ət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Məhkəmə kollegiyası iddianın hüquqi əsasına münasibətdə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşmaqla yanaşı, bu qərarın 15-16-cı bəndlərində sadalanan kassasiya dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən alınmış mənzilin 74575 manat məbləğində tam dəyərinin nağdsız qaydada mənzil-tikinti kooperativinin hesabına hissə-hissə 21 ödəniş əməliyyatı ilə 2400 + (1200x9) + 10000 + 19500 + 1900 + 1700 + 2500 + (1200x2) + 11387,80 + 2400 + 1200 + 8399,15 = 74575,95) ödənilməsi, həmçinin sonuncu ödənişin həyata keçirildiyi xx.xx.2023-cü il tarixdə də ödəniş tapşırığı əsasında ayrıca olaraq kooperativin depozit hesabına nağdsız qaydada 11375,85 manat ƏDV məbləğini ödəməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır.
26. Həmçinin iş materiallarına əlavə edilmiş 03 may 2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Veril ir İddiaçı (pasport AA 2501475) ondan ötrü ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 3 bloklu yaşayış kompleksinin A blok, 10-cu mərtəbəsində yerləşən, 65 saylı 3 otaqlı, ümumi sahəsi oxdanoxa 78.5 kvadrat metrdən ibarət olan yaşayış sahəsinin dəyərini tam ödəmişdir.
27. İşin apellyasiya baxışı zamanı üçüncü şəxs "xxxx" MTK tərəfindən iddiaçı vasitəsilə məhkəməyə təqdim olunmuş ƏDV sub-uçot hesabından çıxarışdan da (elektron) görünür ki, sözügedən (xx.xx.2023) tarixdə ƏDV məbləği kooperativin depozit hesabında təsbit olunmuşdur.
28. Göründüyü kimi, iddiaçının bina tikintisi ilə məşğul olan üçüncü şəxsdən alqısatqı əsasında müqavilə əsasında aldığı mənzilin 74575 manat məbləğin də tam dəyərinin nağdsız qaydada ödənməsi, 11375,85 manat ƏDV məbləğinin isə ayrılıqda onun depozit hesab köçürülməsi öz təsdiqini tapır.
29. Bəzi ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi isə iddiaçının müraciətindən imtina üçün əsas ola bilməz. Çünki, bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
30. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, ödənişlər digər şəxslər tərəfindən icra edilsə də, ödənişlərin təyinatı məhz mübahisə predmeti olan mənzilin dəyəri olmaqla, həmin alqı-satqı müqaviləsinin icrası ilə bağlı olmuşdur. Belə olan halda, yalnız bir hissə ödənişlərin digər şəxslər tərəfindən həyata keçirilməsi idd iaçının həmin mənzil üçün ödədiyi ƏDV məbləğinin 30 %-nin qaytarılmasından imtinaya əsas ola bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 sentyabr 2024-cü il tarixli 2-1(103)-1583/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.