Məhkəmə qərarları › İş №2-1(102)-4000/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-4000/2025

06.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4000/2025 06.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İsgəndər oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərara izah verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı İsgəndər oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəni yenidən tərtib edilərək cavabdeh2 (DSMF) göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2007-ci il tarixədək Daxili İşlər Orqanlarında 36 il 9 ay müddətində xidmət etməklə hərbi qulluqçu kimi ömürlük təqaüd almaq hüququ əldə etmiş olduğuna görə 1991-ci ildən 2000-ci il tarixədək, yəni əmək fəaliyyətinin ardıcıl gələn 60 ayında almış olduğu aylıq əmək haqqı məbləğləri nəzərə alınmaqla xidməti illər barədə məlumat vərəqəsini yenidən tərtib edilərək cavabdeh2 (DSMF) göndərilməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ##### 2016-cı il tarixli *-*(**)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## #### 2016cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## ##### 2016-cı il tarixli *-*(**)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, ##.##.2007-ci il tarixədək Daxili İşlər Orqanlarında 36 il 9 ay xidmət etməklə hərbi qulluqçu kimi ömürlük pensiya almaq hüququ əldə etmiş olduğuna görə, iddiaçıya iyul 1991-ci ildən iyul 2000-ci il tarixədək, yəni əmək fəaliyyətinin ardıcıl gələn 60 ayında almış olduğu aylıq əmək haqqı məbləğləri nəzərə alınmaqla, xidməti illər barədə məlumat vərəqəsinin Daxili İşlər Nazirliyi tərəfindən yenidən tərtib edilməklə, cavabdeh2 göndərilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ###### 2017-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## #### 2016-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## #### 2016cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı icraya yönəldilmiş, iddiaçı barəsində yenidən tərtib edilmiş məlumat vərəqəsi Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin ##.##.2017-ci il tarixli məktubu ilə Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

apellyasiya instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı İsgəndər oğlu ərizə və əlavə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarına Azərbaycan Respublikası DSMF üzərinə DİN tərəfindən verilmiş yeni məlumat vərəqəsi əsasında yenidən hesablanması öhdəliyinin qoyulması kimi izah verilməsini məhkəmədən xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1973-cü il tarixdən ##.##.1975ci ilədək həqiqi hərbi xidmətdə olmuş, ##.##.1978-ci il tarixdən ##.##.2007-ci ilədək daxili işlər orqanlarında xidmət etmişdir. Daxili İşlər Nazirliyinin ##.##.2007-ci il tarixli ****Ş/H nömrəli əmri ilə Zaqatala RPŞ-nin təşkilati inspektor qrupunun Baş inspektor vəzifəsində, R rütbəsi ilə ##.##.2007-ci il tarixədək işləmiş, sonra isə öz arzusu ilə daxili işlər orqanlarından xaric edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya almaq hüququ olan 36 il xidmət illəri nəzərə alınaraq, xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 98% hesabı ilə ona pensiya təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddiaçının 1991-ci ildən 2000-ci il tarixədək əmək fəaliyyətinin ardıcıl gələn 60 ayında almış olduğu aylıq əmək haqqı məbləğləri nəzərə alınmaqla məlumat vərəqənin yenidən tərtib edilib Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. İddiaçının Zaqatala RPŞ-nin DYPB-nin rəisinin vəzifə maaşına uyğun hesablanaraq pensiya təminatı: vəzifə maaşı - 653 manat, rütbə maaşı - 130 manat, xidmət illərinə görə əlavə 40% olmaqla 313,20 manat, məharət dərəcəsinə görə əlavə 15% olmaqla 97,95 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat nəzərə alınmaqla, cəmi 1258,15 manat təminat xərcliyinin 98%-i hesabı ilə 1232,98 manat təşkil edir. Qeyd edilən məktubla Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi Bakı Apellyasiya Məhkəməsinin qərarı üzrə Səbail rayon icra şöbəsinin icra tələbini icra edərək, DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İşlər İdarəsinə göndərmişdir. Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi qərarın icra edilməsinə dair eyni məzmunlu məktubla Səbail rayon icra şöbəsinə icra haqqında məlumat verilmişdir. Bunun əsasında da Səbail rayon icra şöbəsində ##.##.2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Lakin Səbail rayon icra şöbəsi tərəfindən ona bu barədə heç bir rəsmi sənəd göndərilməmiş və bugünkü günə qədər məhkəmə qərarının icra vəziyyəti barədə ona heç bir açıqlama verilməmişdir. Bu məsələ ilə əlaqədar Səbail rayon icra şöbəsinə dəfələrlə müraciət etməyinə baxmayaraq ona xitam haqqında qərar və ya ətraflı izah verilməmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarında Daxili İşlər Nazirliyi tərəfindən qərar icra edilərək DSMF-yə göndərilib icranın davamı olaraq Fondun təqaüdün ödəniş məbləğində edəcəyi dəyişikliklə əlaqədar göstəriş verilməmiş və DSMF-nin üzərinə bu xüsusda icra ilə əlaqədar öhdəlik qoyularaq qərarın icrasına mükəlləf edilməmişdir. Bu səbəbdən də DSMF bugünkü günə qədər Azərbaycan Respublikası adından qəbul edilən qərarın icrasından boyun qaçıraraq onu icra etməkdən imtina etmişdir. Lakin, DSMF məhkəmə qərarının icrasından imtina etməsi barədə nə Səbail rayon icra şöbəsinə, nə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına heç bir rəsmi məlumat bildirməmişdir. Bu səbəbdən də, qərarın icrası 2017ci ildən hal-hazıradək təmin edilməmişdir. Bununla əlaqədar müxtəlif dövlət qurumlarına etdiyi çoxsaylı müraciətlərinə baxmayaraq heç bir qanuni tədbir görülməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakimlər C.Məmmədov – məruzəçi, P.Hüseynov və A.Məmmədova) ilə iddiaçı İddiaçı İsgəndər oğlunun qərara izah verilməsi barədə ərizəsi təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik zərurət olduqda qərara onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin qanunun mənasına görə belə izah aktın məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyrimüəyyən və anlaşılmayan olsun. Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi Bakı Apellyasiya Məhkəməsinin qərarı üzrə Səbail rayon icra şöbəsinin icra tələbini icra edərək məlumat vərəqəsini DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İşlər İdarəsinə göndərmişdir. Göründüyü kimi Daxili İşlər Nazirliyi qərar üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı aydındır, onun məzmununda anlaşılmazlıq mövcud deyil və onun izah edilməsinə əsas yoxdur.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri qərara izah verilməsi barədə ərizənin dəlilləri ilə eynilik təşkil edir.

14. Kassator qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiaçının ərizəsinin baxışı zamanı müəyyən edilən faktın, o cümlədən DSMF-nun 9 il ərzində məhkəmə qərarından irəli gələn icra tələbinin qərəzli şəkildə icrasından imtina etməsinə, iddiaçının pozulmuş hüquqlarına heç bir hüquqi qiymət verməmiş və bu pozulmuş hüquqların bərpası üzrə ədaləti bərqərar etməmişdir.

15. Kassasiya şikayətində Mülki Məcəllənin 230.1-ci maddəsinə, İnzibati Prosessual Məcəllənin 12.1 və 92.0.6-cı maddələrinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi ... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi ... Maddə 230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. ...

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə qərara izah verilməsi barədə ərizənin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də qərara izah verilməsi barədə ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qərara izah verilməsi barədə ərizənin əsaslılığı ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, İPM-in 1.2-ci maddəsinə əsasən, Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

27. Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir.

28. Göründüyü kimi, qanunvericilikdə yalnız icra edilməmiş məhkəmə aktlarına izah verilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu, o anlama gəlməyə əsas verir ki, artıq icra edilmiş məhkəmə aktlarının izah edilməsinə yol verilmir.

29. Hazırkı işin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının ## #### 2016-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı icraya yönəldilmiş, iddiaçı barəsində yenidən tərtib edilmiş məlumat vərəqəsi Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin ##.##.2017-ci il tarixli məktubu ilə Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir.

30. İddiaçının özü də Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## #### 2016-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının cavabdeh Daxili İşlər Nazirliyi tərəfindən icra edildiyini, onun barəsində yeni məlumat vərəqəsinin tərtib edilək DSMF-na göndərildiyini bildirmişdir.

31. İddiaçı hazırda Bakı Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarına Azərbaycan Respublikası DSMF üzərinə DİN tərəfindən verilmiş yeni məlumat vərəqəsi əsasında yenidən hesablanması öhdəliyinin qoyulması kimi izah verilməsini məhkəmədən xahiş edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının ## #### 2016-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı aydındır, qərarda anlaşılmazlıq mövcud deyil, bunun üçün də izaha əsas yoxdur.

33. Eləcə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## #### 2016-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı icra edilmişdir. Belə olan halda, məhkəmə qərarı artıq icra edildiyindən, həmin qərara izah verilməsi imkanı artıq aradan qalxmışdır.

34. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarın izah edilməsinə dair ərizənin rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı İsgəndər oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar