Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-4001/2025 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İdris oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmaya görə müvafiq ödənişin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İdris oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ##.##.2023-cü il tarixli, 3-13- Ə/Ş/H/****/**** saylı əmrinə əsasən, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə müvafiq olaraq 135-ci maddənin 1-ci bəndi ilə öz arzusu ilə R İddiaçı İdris oğlu Quba rayon X3 bölməsinin təhqiqatçısı istefada olan R sayılmaqla ##.##.2023-cü il tarixdən xidmətdən xaric edilmişdir. ## ###### 2023-cü il tarixə xidmət müddəti təqvim hesablama ilə 30 il 04 ay 21 gün, imtiyazlı hesablama ilə 31 il 04 ay 05 gün təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İdris oğlu (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.2023-cü il tarixdən təyin edilmiş pensiyanın yenidən hesablanaraq ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2023-cü il tarixli əmr ilə Quba RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsindən R xüsusi rütbəsi ilə öz razılığı ilə xidmətdən xaric olunmuşdur. Xidmət müddəti DİN-in qeyd olunan əmrinə əsasən ümumilikdə 30 il 04 ay 23 gün, imtiyazlı hesablama ilə 31 il 04 ay 07 gün müəyyən olunmuş və ##.##.2024-cü il tarixdə ona cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən, 74.67 faizlə 1286.56 manat əmək pensiyası təyin olunmuşdur. Lakin təyin olunmuş pensiyanın hesablanmasında iddiaçının imtiyazlı hesablama ilə xidmətinin 31 il 04 ay 07 gün hesablandığı halda ona 30 il 04 ay 23 gün xidmət ilinin pensiyası, ümumilikdə əmək haqqının 74.67 %-i həcmində pensiya hesablansa da, güzəştli xidmət ilinin yəni, 11 ay 14 günün pensiyası hesablanmamışdır. Qeyd olunan müddətin nəzərə alınmaması səbəbindən hazırkı vaxtadək pensiyanı kəsir formasında almaqda davam edir. Lakin qeyd olunan güzəştli xidmət ilinin yəni, 11 ay 14 günün pensiyası hesablanarsa ona ümumilikdə əmək haqqının 77.42%-i həcmində pensiya hesablanmalı idi. Bununla əlaqədar cavabdehə əmək pensiyasının yenidən hesablanıb və güzəştli xidmət ilinin (11 ay 14 günün) də hesablanması üçün ##.##.2024-cü il tarixdə rəsmi ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli 3-17-1/2-14-49992/2024 tarixli məktubunda ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsi xatırlanaraq, hərbi xidmətdən 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərclərinin 2 faizi miqdarında əlavə olunması qeyd göstərilərək, ## ###### 2023-cü il tarixdə xidmətdən tərxis olunmağı ilə bağlı Mərkəzi Filiala təqdim olunmuş məlumat vərəqəsində iddiaçının ##.##.2017-ci il tarixədək 24 il 11 ay 21 gün, ## #### 2017-ci il tarixdən sonrakı 6 il 4 ay 16 gün olmaqla ümumilikdə 31 il 4 ay 7 gün (təqvimi xidmət illəri 30 il 4 ay 23 gün, güzəştli xidmət illəri 11 ay 14 gün) göstərilərək əmək pensiyasının - ##.##.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün - təminat xərcinin 50 faizi, 4 il üçün (aylar nəzərə alınmadan (belə ki ##.##.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər il üçün 3 faizi olmaqla 12 faizi ##.##.2017- ##.##.2023-cü il tarixləri arasındakı 6 il 4 ay 16 gün müddəti üçün isə - 6 il üçün - təminat xərcinin 12 faizi. 4 aya görə - təminat xərcinin 0,67 faizi miqdarında müəyyən edildiyi göstərilmişdir. Lakin əmək pensiyasını ##.##.2023-cü il tarixdə qazandığından və qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsində 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərclərinin 2 faizi miqdarında əlavə olunması qeydi göstərilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda qanunun geriyə qüvvəsi anlayışı qeyd olunmuş və qanunun 87.1-ci maddəsində normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimləndiyi, maddənin 87.2-ci hissəsində isə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilməsi göstərilmiş, bu da qeyd olunan qanunvericiliklərin tələbinə görə əmək pensiyasının yenidən hesablanmasında güzəştli xidmət ilinə (11 ay 14 gün) də şamil edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması ##.##.2017-ci il tarixinədək qanunvericilikdə nəzərdə tutulmamasını əsas kimi göstərməsi isə tam yanlış olduğundan, ##.##.2024-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması və güzəştli xidməti ilinin (11 ay 14 gün) ##.##.2017-ci il tarixdən əvvəlki tarixdə qazanıldığından həmin aylar üçün əmək pensiyasının 2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən hər ilə 3 faiz olmaqla hesablandığından cavabdehə təkrar ərizə ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin də, əmək pensiyasının hesablanması zamanı il tamam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmasını maddənin qeyd hissəsində birmənalı şəkildə göstərilməsini və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbinin rəhbər tutularaq pensiyasının yenidən hesablanmasına da şamil olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən ona göndərilən ##.##.2024-cü il tarixli məktubunda əvvəlki məktublarında qeyd olunmuş eyni məzmunlu cavab göndərərək əmək pensiyasının yenidən hesablanmasından imtina edilməsi və əsas kimi ##.##.2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması nəzərdə tutulmadığı göstərilmiş, lakin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsində normativ hüquqi aktın geriyə qüvvəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimləndiyi, maddənin 87.2-ci maddələrinə münasibətdə isə heç bir münasibət bildirilməmişdir.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində ##.##.2023-cü il tarixdən ona təyin edilmiş əmək pensiyasının nəzərə alınmamış 11 ay 14 gün də daxil edilməklə 31 il 4 ay 77,42 faiz olmaqla yenidən hesablanmaqla ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının xidmət etdiyi orqandan ## ###### 2023-cü il tarixində tərxis olunması ilə (öz arzusu ilə) əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində cəmi xidmət müddəti ## #### 2017-ci il tarixədək 24 il 11 ay 21 gün, ## #### 2017-ci il tarixdən sonra 6 il 4 ay 16 gün olmaqla, ümumilikdə 31 il 4 ay 7 gün (təqvimi xidmət illəri 30 il 4 ay 23 gün güzəştli xidmət illəri 11 ay 14 gün) göstərilmişdir. Bu halda onun əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: ##.##.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün - təminat xərcliyinin 50 faizi: 4 il üçün (aylar nəzərə alınmadan (belə ki, ##.##.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi. ##.##.2017-##.##.2023-cü il tarixləri arasındakı (6 il 4 ay 16 gün) müddəti üçün isə 6 il üçün - təminat xərcliyinin 12 (6x2) faizi; 4 aya görə təminat xərcliyinin 0,67 faizi miqdarında müəyyən edilir. Mərkəzi Filial tərəfindən ona təminat xərcliyinin (1723,00 manat) 74,67 (50+12+12+0,67) faizi - 1286,56 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim – A.Axundova).
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə istinad edərək 20.14.1-ci maddəyə edilmiş dəyişikliyin (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) hissəsinin ona münasibətdə tətbiq edilməli olduğunu, qeyd edilən normanın digər hissəsi olan iki faiz hissəsinə münasibətdə isə iddia etdiyi “11 ay 14 gün” müddətinin ##.##.2017-ci ildən əvvəl qazandığından normanın 2017ci ilədək olan redaksiyasına uyğun olaraq üç faiz hesablanmalı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının qeyd edilən mövqeyini əsaslı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsi qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması ilə bağlı qaydaları müəyyən edir ki, hər hansı hüquq münasibətini tənzim edən, hesablama qaydasını müəyyən edən normanın bir hissəsinin geriyə tətbiq edilərək digər hissəsinin tətbiq edilməməsi hüquqi müəyyənlik prinsiplərinə ziddir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Apellyasiya icraatı zamanı iddiaçının “##.##.2023-cü il tarixdən ona təyin olunan əmək pensiyasının nəzərə alınmamış 11 ay, 14 günündə qeyd olunan tarixdən yenidən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmişdir. İş üzrə yeni qərar qəbul edilərək iddiaçıya ##.##.2023-cü il tarixdən təyin edilmiş pensiyanın nəzərə alınmamış natamam ilin ayları (11 ay, 14 günü) da nəzərə alınmaqla yenidən hesablanması və pensiyasında yaranacaq fərq məbləğinin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (sədrlik edən – İ.Quliyev, hakimlər – V.Əzizova, G.Cabbarova).
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının xidmət etdiyi orqandan ## ###### 2023-cü il tarixində tərxis olunması ilə (öz arzusu ilə) əlaqədar Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində cəmi xidmət müddəti ## #### 2017-ci il tarixədək 24 il 11 ay 21 gün, ## #### 2017-ci il tarixdən sonra 6 il 4 ay 16 gün olmaqla, ümumilikdə 31 il 4 ay 7 gün (təqvimi xidmət illəri 30 il 4 ay 23 gün güzəştli xidmət illəri 11 ay 14 gün) göstərilmişdir. Bu halda onun əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: ##.##.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün - təminat xərcliyinin 50 faizi: 4 il üçün (aylar nəzərə alınmadan (belə ki, ##.##.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi. ##.##.2017- ##.##.2023-cü il tarixləri arasındakı (6 il 4 ay 16 gün) müddəti üçün isə 6 il üçün - təminat xərcliyinin 12 (6x2) faizi; 4 aya görə - təminat xərcliyinin 0,67 faizi miqdarında müəyyən edilir. Mərkəzi Filial tərəfindən ona təminat xərcliyinin (1723,00 manat) 74,67 (50+12+12+0,67) faizi - 1286,56 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
11. Hazırda iddiaçının hüquqi marağı natamam ildəki iş stajı ayları - 11 ay 14 gün xidmət müddəti nəzərə alınmaqla, pensiyasının ##.##.2023-cü il tarixdən yenidən hesablanması barədədir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyası hesablanarkən ##.##.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə 20 il üçün - təminat xərcinin 50 faizi, 4 il üçün (aylar nəzərə alınmadan, (belə ki ##.##.2017-ci il tarixinədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) hər il üçün 3 faizi olmaqla 12 faizi, ##.##.2017- ##.##.2023-cü il tarixləri arasındakı 6 il 4 ay 16 gün müddəti üçün isə - 6 il üçün - təminat xərcinin 12 faizi, 4 aya görə - təminat xərcinin 0,67 faizi miqdarında müəyyən edildiyi göstərilmişdir. Nəticədə inzibati orqan tərəfindən natamam ildəki aylar nəzərə alınmamaqla hesablama aparılmışdır.
12. Qeyd edilənlərə əsasən kollegiya hesab etmişdir ki, ##.##.2023-cü il tarixdən pensiya hesablanarkən iddiaçının natamam ildəki iş stajı, yəni 11 ay 14 gün xidmət müddəti də 3 faiz artım kimi hesablanmaqla nəzərə alınmalıdır.
13. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyasından göründüyü kimi, ##.##.2017-ci il tarixdən qüvvədə olan qanunvericilikdə natamam ildəki iş stajının pensiyanın yenidən hesablanmasında nəzərə alınması təsbit edilmişdir.
14. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan yenidən hesablama aparan zaman mübahisə edilən dövrlə bağlı “##.##.2017-ci il tarixədək qazanılmış pensiya 4 il üçün (aylar nəzərə alınmadan (belə ki, ##.##.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi” formasında hesablamasına 4 ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faiz əlavəsinə hesablanmamış aylarda müvafiq olaraq hesablanıb 12 faiz əlavəyə artım edilməlidir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini barədə qərar çıxarılmasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xidmət etdiyi orqandan ## ###### 2023-cü il tarixində tərxis olunması ilə (öz arzusu ilə) əlaqədar Mərkəżi Filiala təqdim olunmuş ona dair məlumat vərəqində cəmi xidmət müddəti # #### 2017-ci il tarixədək 24 il 11 ay 21 gün, # #### 2017-ci il tarixdən sonra 6 il 4 ay 16 gün olmaqla, ümumilikdə 31 il 4 ay 7 gün (təqvimi xidmət illəri 30 il 4 ay 23 gün, güzəştli xidmət illəri 11 ay 14 gün) göstərilmişdir. Bu halda onun əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: - 1. ##.##.2017-ci il tarixədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün - təminat xərcliyinin 50 faizi; 4 il üçün (aylar nəzərə alınmadan (belə ki, ##.##.2017-ci il tarixədək təminat xərcliyinin faiz dərəcəsinin müəyyənləşdirilməsi zamanı ayların hesablanması qanunvericilikdə nəzərdə tutulmayıb)) - hər ilə görə 3 faizi miqdarında olmaqla (4x3) təminat xərcliyinin 12 faizi. - 2. ##.##.2017-##.##.2023-cü il tarixləri arasındakı (6 il 4 ay 16 gün) müddəti üçün isə - 6 il üçün - təminat xərcliyinin 12 (6x2) faizi; - 4 aya görə - təminat xərcliyinin 0,67 faizi miqdarında müəyyən edilir. Mərkəzi Filial tərəfindən ona təminat xərcliyinin (1723,00 manat) 74,67 (50+12+12+0,67) faizi -1286,56 manat məbləğində hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
17. Bundan başqa, məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarına istinad edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, qanunda hər hansı bir məsələnin tənzimlənməsi ilə bağlı müəyyən olunmuş qayda varsa, bunu boşluq və ya tənzimlənməmə kimi qiymətləndirmək doğru deyildir.
18. Həmçinin qeyd edilməlidir ki, ## #### 2017-ci il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə iki dəyişiklik edilmişdir. 1. "hər ili" sözlərindən sonra "(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)" sözləri əlavə edilmişdir 2. "3 faizi" sözləri "2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)" sözləri ilə əvəz edilmişdir. Belə ki, Qanunun 20.14.1-ci maddəsinin ## #### 2017-ci il tarixdən sonrakı redaksiyasını iddiaçının ## #### 2017-ci il tarixdən əvvəlki iş stajına tətbiq edəcəyimiz halda, bu, iddiaçının vəziyyətini yaxşılaşdırmayacaq, əksinə ağırlaşdıracaqdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qərarın dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Etiraz iddia ərizəsinə uyğun əsaslanmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; ... Maddə 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; ... Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 3.3. Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 9.5 və 9.5.1. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 20.1 və 20.1.11. Bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.14. Bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin— 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla ... müəyyən edilən məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (##.##.2017-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; Maddə 26.3. 2017-ci il ####un #-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).
22. Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” (Azərbaycan Respublikası Prezidentinin ## ###### 2022-ci il tarixli, **** nömrəli Fərmanı ilə ləğv edilmişdir): 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il ####un #dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. ... 2.2. Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. ... 2.5. Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (# #### 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. 2.6. Qanunun 20.1.11-ci, 20.1.12-ci və 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslər üzrə (bu Qaydanın 2.5-ci bəndində göstərilən - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət etməyən şəxslər istisna olmaqla) qulluq stajına görə əlavələrin məbləği Qanunun 29.2-ci maddəsində nəzərdə tutulan qaydada yenidən hesablanır.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçının natamam ildəki iş stajı nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması barədə düzgün nəticəyə gəlsə də, yeni hesablanma zamanı təyin edilmiş pensiyanın nəzərə alınmamış natamam ilinin (3 % faizlə) hesablamalı olduğu qənaətinə gəlməklə səhvə yol vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir.
27. Belə ki, işin mübahisəsiz hallarına əsasən, iddiaçı istefada olan R sayılmaqla ##.##.2023-cü il tarixdən xidmətdən xaric edilmişdir. ## ###### 2023-cü il tarixə xidmət müddəti təqvim hesablama ilə 30 il 04 ay 21 gün, imtiyazlı hesablama ilə 31 il 04 ay 05 gün təşkil edir.
28. Hazırda iddiaçının hüquqi marağı natamam ildəki iş stajı ayları - 11 ay 14 gün xidmət müddəti nəzərə alınmaqla, pensiyasının ##.##.2023-cü il tarixdən yenidən hesablanmasına yönəlmişdir.
29. Məhkəmə kollegiyası bildirir ki, şəxsə əmək pensiyası, hüququnun yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına müvafiq təyin olunmalıdır. Qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquq - yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələbetmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır.
30. Hazırkı iş üzrə iddiaçının pensiyan hüququ ##.##.2023-cü il tarixdə yarandığından ona natamam ildəki iş stajı, yəni 11 ay 14 gün xidmət müddəti nəzərə alınmaqla pensiyanın yenidən hesablanması məsələsi həmin dövrdə qüvvədə olan maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir.
31. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən isə, iddiaçıya münasibətdə pensiya təyin edilərkən natamam ildəki iş stajı nəzərə alınmalı və həmin dövr üzrə hesablama məhz 2 % faizlə həyata keçirilməlidir.
32. Bundan başqa, məhkəmə kollegiyası bildirir ki, kassasiya şikayətinin dəlilləri “3 faiz”in tətbiq edilməməsi hissəsində əsaslı olsa da, şikayətin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.
33. Beləliklə, qeyd edilən səbəblərdən və yuxarıda istinad olunan normalar baxımından apellyasiya instansiyası məhkəməsinin qərarı “iddiaçının natamam ildəki iş stajı, yəni 11 ay 14 gün xidmət müddəti də 3 faiz artım kimi hesablanmaqla” ilə bağlı hissəsində dəyişdirilməli, iddiaçıya təyin edilmiş pensiyanın nəzərə alınmamış natamam ilinin (2 % faizlə) nəzərə alınmaqla yenidən hesablanması və pensiyasında yaranacaq fərq məbləğinin ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. İddiaçı İddiaçı İdris oğluna təyin edilmiş pensiyanın nəzərə alınmamış natamam ilinin (2 % faizlə) nəzərə alınmaqla yenidən hesablanması və pensiyasında yaranacaq fərq məbləğinin ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.