Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-401/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı İB-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Mahmud-zadə Kamil İlqar oğlu-bundan sonra üçüncü şəxs) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi kollegiyasının 2-1(103)-1494/2018 saylı, 5 sentyabr 2018-ci il tarixli qərarından üçüncü şəxsin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 31.05.2016-cı il tarixli məktubundan görünür ki, üçüncü şəxsə məxsus ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin ətrafının abadlaşdırılması və köməkçi otağın tikintisi ilə əlaqədar təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həlli razılaşdırılmış və sahədə aşkar olunmamış mühəndis kommunikasiya xətləri qeydə alınarsa, onların sahədən köçürülməsi aidiyyəti təşkilatlarla razılaşdırılmaqla, sifarişçinin vəsaiti hesabına həyata keçirilməsi qeyd olunmuşdur. Ca vabdehin 355 saylı, 08.11.2016-cı il tarixli “mövcud qeyri-yaşayış obyektinin sənədləşdirilməsi haqqında” sərəncamından çıxarışa əsasən Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 31.08.2016-cı il tarixli məktubu ilə razılaşdırılmış eskiz layihəsinə müvafiq olaraq ünvan 2 ünvanda zirzəmidə yerləşən qeyri-yaşayış sahəsinin yaxınlığındakı abadlaşdırılmış ərazidə qeyri-yaşayış obyektinin üçüncü şəxsin adına sənədləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.08.2017-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları üçüncü şəxsin adına qeydiyyata alınmışdır. İddiaçı 21 noyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üçüncü şəxsin adına rəsmiləşərək verilmiş 08.11.2016-cı il tarixli 355 saylı sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları’'nın tələbləri pozularaq iddiaçının balansında və istismarında olan 325 mm diametrli iki orta təzyiqli yeraltı qaz kəmərinin ünvan 4 ünvanından keçən hissəsində qaz kəmərinin üzərində “Dərəçiçək” restoranı və avtoyuma məntəqəsi inşa edilmişdir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2 №-li əlavəsinə əsasə n orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 4 metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı tikintinin inşa olunması qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Cavabdeh bu sərəncamı verməklə qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bundan əlavə, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqı nda” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Üçüncü şəxs qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin mülkiyyətini təsdiq edən sənədləri təqdim etmiş və müvafiq sənədlərin olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlər qanunsuz olaraq verildiyi üçün etibarsız hesab edilməlidir. Çünki Xətai rayon ərazisində iddiaçının balansında və istismarında olan diametri 325 mm orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuş tikili “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində orta təzyiqli qaz borusunun mühafizə zonasın a düşdüyü müəyyənləşdirilir. Cavabdehin 08.11.2016-cı il tarixli 355 saylı sərəncamı, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş layihə sənədləri etibarsız və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun tarixli, 103 saylı Qərarının 2.23-cü bəndində göstərilir ki, qaz xəttinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahəsi ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz xətlərini istismar edən orqanlarla (hüquqi şəxslər) razılaşdırılır. Göründüyü kimi, cavabdeh tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi qaydaların 2.23-cü bəndinin tə ləbləri ciddi surətdə pozulmuşdur. Həmin bənddən göründüyü kimi cavabdeh iddiaçıya qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsi ayırarkən qaz kəmərini istismar edən orqanla, yəni iddiaçı ilə razılaşdırmalı idi. Lakin iddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin ayrılmasına razılıq verilməmişdir. Cavabdehin 08.01.2016-cı il tarixli 355 saylı sərəncamından çıxarışın qərar hissəsinin 3-cü bəndində qeyd edilmişdir: ‘‘Qeyri-yaşayış obyektinin tikintialtı sahəsində mühəndis kommunikasiya xətləri aşkar edilərsə, müvafiq xidmət sahələrinin şərtləri daxilində qorunması və köçürülməsi vətəndaş K.Mahmudzadənin vəsaiti hesabına həyata keçirilsin”. Bununla əlaqədar cavabdeh K.Mahmudzadə qaz kəmərlərinin mühafizə zonasının bərpa olunması istiqamətində iddiaçıya rəsmi qaydada müraciət etməmişdir. Həmçinin sərəncam və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş layihə sənədlərindən müəyyən edilir ki, qeyd olunan ərazidə cavabdehə qeyri-yaşayış sahəsinin ətrafında təqdim etdiyi layihəyə əsasən ərazinin abadlaşdırılmasına və köməkçi otağın tikilməsinə icazə verilmişdir. Lakin göründüyü kimi həmin ərazidə mövcud olan tikililər “Dərəçiçək” restoranı və “Avtoyuma” məntəqəsi inşa olunmuşdur. Bundan əlavə Xətai Rayon Məhkəməsinin 09.12.2016-cı il tarixli qərardadı əsasında keçirilmiş ekspertiza nəticəsində Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2017-ci il tarixli 49 saylı rəyindən məlum olmuşdur ki, ünvan 5 ünvanında inşa olunmuş tikili iddiaçının balansında olan diametri 325 mm-lik yeraltı orta təzyiqli qaz kəmərlərinin üzərində inşa olunmuşdur və nəticədə mühəndis kommunikasiya xətləri qeyri-yaşayış obyektinin tikintialtı sahəsində aşkar olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-486/2018 saylı iş) 28 yanvar 2018-ci il tarixli qərar ilə iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, cavabdehin 08.11.2016-cı il tarixli sərəncamından çıxarışın 3-cü bəndindən göründüyü kimi qeyri-yaşayış obyektinin tikintialtı sahəsində mühəndis kommunikasiya xətləri aşkar edilərsə, müvafiq xidmət sahələrinin şərtləri daxilində qorunması və ya K.Mahmudzadənin vəsaiti hesabına köçürülməsi qeyd olunmuşdur. Məhkəmə tədqiqatının gedişatı zamanı iddiaçı sərəncamdan irəli gələn öhdəlikləri yerinə yetirə rək qaz xəttinin köçürülməsini öz hesabına həyata keçirilməsini üzərinə götürdüyünü qeyd etmişdir. Bununla da cavabdeh orqan tərəfindən qəbul edilmiş hər hansı hüquq pozuntusuna yol verilməmiş və sərəncamın ləğvi üçün əsaslar mövcud olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən istinad etdiyi hallar sübuta yetirilə bilməmiş və istinad etdiyi faktlar barəsində hər hansı tutarlı sənəd-sübut məhkəməyə təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7-sədrlik edən və məruzəçi, X8 və X6, 2-1(103)-1494/2018 saylı iş) 5 sentyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 yanvar 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək cavabdeh tərəfindən üçüncü şəxsin a dına rəsmiləşdirilərək verilmiş 08.11.2016-cı il tarixli 355 saylı sərəncam etibarsız hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən ünvan 5 ünvanında inşa olunmuş tikili iddiaçının balansında olan diametri 325 mm-lik yeraltı orta təzyiqli qaz kəmərlərinin üzərində inşa olunmuşdur və nəticədə mühəndis kommunikasiya xətləri qeyri-yaşayış obyektinin tikintialtı sahəsində aşkar olunmuşdur. Mübahisələndirilən sərəncam qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir və “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinin tələblərinə görə həmin inzibati akt etibarsız sayılmalıdır. Cavabdeh 1 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 7 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarı n ləğv edilməsi, iddianın rədd edilməsi və işin icraatına xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26 fevral 2019-cu il tarixli qərardadı ilə cavabdeh kassasiya şikayətini vaxtında vermədiyindən şikayət üzrə kassasiya mümkün sayılmamış, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Üçüncü şəxs 23 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 24 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə o, qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin mülkiyyətini təsdiq edən sənədləri təqdim etmiş və müvafiq sənədlərin olduğunu bildirmişdir. İddiaçı hesab edir ki, təqdim edilmiş sənədlər qanunsuz olaraq verildiyi üçün etibarsız hesab edilməlidir. Apellyasiya məhkəməsi də iddianı təmin etmişdir. Üçüncü şəxsə məxsus qeyri-yaşayış sahəsinin-“Dərəçiçək” kafesinin altından keçən “Əhmədli QPS”-dən “Əhmədli QTM”-ə gələn və “Əhmədli QTM”-dən çıxan d-325 mm-lik qaz xətləri, İddiaçı İB TTİ tərəfindən inşa olunmuş PE-400 polietilen qaz xətləri ilə əvəz olunaraq azad zonaya çıxarılmışdır. Bununla əlaqədar 12.10.2018-ci il tarixli akt tərtib edilmişdir. Artıq K.Mahmudzadəyə məxsus qeyri-yaşayış sahəsinin altından heç bir qaz xətti keçmir və iddiaçının hüququ pozulmur. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştira k etməmişdir. Nümayəndə həmçinin şifahi vəsatət verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxsin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4- cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddia cavabdehin 08.11.2016-cı il tarixli 355 saylı sərəncamın etibarsız hesab edilməsi barədədir və bu tələb İPM-in 2.2.5-ci maddəsinə əsasən müəyyən etmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.5-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) baxılır. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığın ın tanınmasını məhkəmədən tələb edə bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin 08.11.2016-cı il tarixli sərəncamından çıxarışa əsasən razılaşdırılmış eskiz layihəsinə müvafiq olaraq ünvan 2 ünvanda zirzəmidə yerləşən qeyriyaşayış sahəsinin yaxınlığındakı abadlaşdırılmış ərazidə qeyri-yaşayış obyektinin üçüncü şəxsin adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin ünvanda yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqları üçüncü şəxsin adına qeydiyyata alınmışdır. İddiaçı tərəfindən tərtib edilmiş 15.04.2016-cı il tarixli aktla təsdiq edilir ki, üçüncü şəxsə məxsus qeyri-yaşayış sahəsi M.Hadi küçəsi 63 saylı binanın yanında xidməti ərazinin təbii qaz təchizatını təmin edən d-325 mm-lik orta təzyiqli yeraltı qaz xətlə rinin mühafizə zonasında yerləşir. Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2017-ci il tarixli 49 saylı rəyi ilə də təsdiq edilir ki, ünvan 5 ünvanında inşa olunmuş tikili İddiaçı balansında olan diametri 325 mm-lik yeraltı orta təzyiqli qaz kəmərlərinin üzərində inşa olunmuşdur və nəticədə mühəndis kommunikasiya xətləri qeyri-yaşayış obyektinin tikintialtı sahəsində aşkar olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bəhs edilənlərə əsaslanıb orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının kəmərin orta oxundan hər tərəfə 4 metr müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2 №-li əlavəsinə istinad edərək müəyyən etmişdi r ki, cavabdeh üçüncü şəxsə qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsi ayırarkən qaz kəmərini istismar edən orqanla, yəni İddiaçı ilə razılaşdırmamışdır. “Qaz təchizatı haqqında” Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2 №-li əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 4 metr müəyyən edilmişdir. Xətai rayon ərazisində İddiaçı balansında və istismarında olan diametri 325 mm orta təzyiqli qaz kəmərinin üzərində inşa olunmuş tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndində nəzərdə tutulan orta təzyiqli qaz borusunun mühafizə zonasına düşdüyü müəyyənləşdirilir. Qaydaların 2.23-cü bəndində göstərilir ki, qaz xəttinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblər inin) torpaq sahəsi ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz xətlərini istismar edən orqanlarla (hüquqi şəxslər) razılaşdırılır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Qaydaların 2.23-cü bəndinin tələblərini pozaraq üçüncü şəxsə qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsi ayırarkən qaz kəmərini istismar edən orqanla, yəni İddiaçı ilə razılaşdırmamışdır. Bəhs edilənlərə əsasən, iddianı təmin etməklə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Kassasiya şikayətinə əlavə edilən iddiaçıların əməkdaşlarının tərtib etdiyi 12 oktyabr 2018-ci il tarixli aktda qeyd edilmişdir ki, Xətai rayonu, M.Hadi küçəsi 63 ünvanında vətəndaş X3 məxsus qeyri-yaşayış sahə sinin (“Dərəçiçək” kafesi) altından keçən “Əhmədli” QPS-dən “Əhmədli” QTM-ə gələn və “Əhmədli” QTM-dən çıxan d-325 mm-lik qaz xətləri İddiaçı İB TTİ tərəfindən inşa olunmuş PE-400 polietilen qaz xətləri ilə əvəz olunaraq azad zonaya çıxarılmışdır. Həmçinin cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 fevral 2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı İB-nin cavabdeh Mahmud-zadə Kamil İlqar oğluna qarşı orta təzyiqli qaz kəmərlərinin mühafizə zonasında inşa edilmiş tikililərin boşaldılması və sökülərək mühafizə zonasından çıxarılması barədə iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti əsasında işə baxılarkən nümayəndəsi iddiadan imtina etmiş, apellyasiya məhkəmə sinin adı çəkilən qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Cavabdehin məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndəsi hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-in 55.5-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırkı iş üzrə iddiaçı iddiadan imtina etməsi ilə bağlı məhkəmə kollegiyasına müraciət etməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsi barədə cavabdehin nümayəndəsinin vəsatəti əsaslı sayıla bilməz. Bundan başqa, İPM-in 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (67.2-ci maddə). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq m üəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (67.3-cü maddə). İPM-in 67.1 və 67.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından məhkəmə kollegiyası icraata xitam verilməsi üçün qanuni əsas görmür. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs Mahmud-zadə Kamil İlqar oğlunun ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1494/2018 saylı, 5 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-401/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-401/2019
12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver